NÖVBƏ

[ər.] сущ. 1. нубат; birinci (ilk) növbədə сад лагьай (эвелимжи, сифте) нубатда, виридалай вилик, сифтени-сифте; növbə ilə нубатдалди; 2. нубат, учир, нупа (сад-садан гуьгъуьнал алаз акъвазнавай инсанрин жерге; гьа жергеда кьунвай чка); növbəyə durmaq нубатда акъвазун; 3. къаравул; növbə çəkmək къаравул чӀугун.
NÖVARASI
NÖVBƏDƏNKƏNAR
OBASTAN VİKİ
Üçüncü növbə (film, 1984)
1906 növbədənkənar yay Olimpiya oyunları
1906 Yay Olimpiya Oyunları(22 aprel — 2 may) — Yunanıstanın Afina şəhərində təşkil edilmişdir. 20 ölkədən 7-si qadın olmaqla 877 idmançı yarışmışdır. Yunanıstan 1896-cı ildə həyata keçirilən ilk olimpiadalardan sonra Beynəlxalq Olimpiya Komitəsinə müraciət edərək 10-cu il şərəfinə xüsusi bir olimpiada təşkil etməsini tələb etdi. Yunanıstanın bu tələbi qəbul edildi və 1906-cı ildə ara olimpiadalar edilməsinə qərar verildi. Oyunlar üçün rəsmi olaraq "Olimpiya" sözü istifadə edilmir. Çünki 3-cü ilə 4-cü Olimpiya oyunları arasında təşkilat komitəsi reallaşmışdır. Müsabiqələr nəticəsində medal paylandığı halda, bu medallar BOK tərəfindən tanınmır. == Olimpiadanın açılışı == Olimpiadanı I George açmışdır.
Cumanci: Növbəti mərhələ (film, 2019)
Cumanci: Növbəti səviyyə (ing. Jumanji: The Next Level) — film 2019-cu ildə ABŞ-də çəkilib. Macəra, fantastika, fantaziya və komediya janrlarındadır. == Məzmun == Spenser dostlarından gizli olaraq, əvvəlki filmin sonunda məhv edilən Jumanji video oyununun fraqmentlərini saxlayıb və babasının evinin zirzəmisində video oyunun konsolunun təmirinə başlayıb. Spenserin dostları onu ziyarətə gedərkən Spenserin itkin düşdüyünü və oyunun davam etdiyini aşkar edirlər. Dostları onu xilas etmək üçün yenidən Cumanciyə girməyə qərar verirlər. Bu zaman evdə olan Eddi (Spenserin babası) və Maylo Uoker səs-küy eşidirlər və onlar da təsadüfən oyuna daxil olurlar. Yeniyetmələr Eddi və Maylonun yeni oyundakı avatarlarına alışmalarına, Spenserin tapılmasına və yenidən Cumancidən qaçmasına kömək etməlidirlər.
Cumanci: Növbəti səviyyə
Cumanci: Növbəti səviyyə (film, 2019)
Cənubi Qafqaz regionunda etno-siyasi münaqişələrdə növbəti тəxribat (Kitab)
Növbədən qayıdanlar
"Növbədən qayıdanlar" — Azərbaycan rəssamı Tahir Salahovun 1957-ci ildə çəkdiyi rəsm əsəri. Əsər Sankt-Peterburqda yerləşən Rusiya İncəsənət Akademiyasında saxlanılır.
Növbəliçiçək termopsis
Növbəliçiçək termopsis (lat. Thermopsis altherniflora) - termopsis cinsinə aid bitki növü.
Növbələnmə
Növbələnmə (ing. interlacing ~ ru. чередование ~ tr.örgülü tarama) – rastr darama displeyində istifadə olunan texnologiya; burada elektron şüası elektron görüntüsünün bütün tək sətirlərini bir keçiddə, bütün cüt sətirləri isə növbəti keçiddə təzələyir. Növbələnmə ekranın fosfor örtüyünün görüntünü qısa zaman müddətində “saxlamaq” xassəsinə, eləcə də insan gözünün işığın parlaqlığındakı sezilməyən fərqlərin ortalanması və ya qatışdırılması bacarığına əsaslanır. Növbələnmədə təkcə ekranda əks etdirilən sətirlərin sayı iki dəfə azalmır, həm də zaman vahidində ekrana verilən (çıxarılan) informasiyanın həcmi iki dəfə azalır. Yəni, əgər ekranın şaquli açılış tezliyi 60 Hs isə, onda ekranın hər bir ayrıca sətri yalnız saniyədə 30 dəfə yenilənir, ancaq, bununla belə, yenilənmə tempinin bir saniyədə 60 dövrə ekvivalentliyi təmin edilir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ölüm növbəsi (film, 2009)
Ölüm növbəsi — rejissor Fikrət Əliyevin 2009-cu ildə çəkdiyi bədii film. Bakıətrafı kəndlərin birində baş verən dramatik əhvalatın mərkəzində mənəviyyat və əxlaq, məhəbbət və sədaqət məsələləri durur. Əhvalat Bakıətrafı kəndlərin birində baş verir. Baş qəhrəman Şamil (Şamil Süleymanlı) iki illik yuxudan sonra ayılır. Yuxudan ayılan Şamil dama çıxaraq ruhunun, günahlarının təmizlənməsi üçün tanrıya yalvarır. Onun bu müddətdə kənd sakinlərinin nə iş gördüklərini, hansı gizli niyyətlərinin olduğunu bilməsi, öncəgörmələri bir qism insanı narahat eləyir. Çirkli pullarla zənginləşən Murtuzun (Abbas Qəhrəmanov) yüksək rütbəli məmur Zeynalla (Cahangir Novruzov) işbirliyini bilən Şamil bu barədə onlara xəbərdarlıq eləyir. Onlar Şamili yollarından götürməyi qərara alırlar… Ssenari müəllifləri : Fikrət Əliyev, İlqar Fəhmi Quruluşçu rejissor: Fikrət Əliyev Quruluşçu operator : Rafiq Quliyev Quruluşçu rəssam : Mais Ağabəyov Bəstəkar : Rauf Əliyev Səs rejissoru : Teymur Kərimov Montaj : Elşad Rəhimov Rejissorlar : Akif Rüstəmov, Ənvər Həsənov Operatorlar : Rəşad Nuriyev, Ceyhun Quliyev Qrim üzrə rəssam : Berta Roqova Geyim üzrə rəssam : Rövşən Mehdiyev Dekor üzrə rəssam : İbrahim Xəlil Əminov, Kamal Qarayev Rejissor assistentləri : Anar Almazov, Pərviz Həsənov, Xədicə Qarayeva Operator assistentləri : Pərvanə Bədəlova, Rauf Qurbanəliyev Qrim üzrə rəssam assistenti : İradə Gülbabayeva Səs operatoru : Zamiq Həsənov Fotoqraf : Babək Quliyev Kompüter qrafikası : Boris Lutsyuk, Sergey Toktarov Çalır : Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor : Rauf Abdullayev Balabanda ifa edir : Şirzad Fətəliyev Redaktor : İlhamə Kərimova İnzibati qrup : Asif Ağayev, Fəxri İbrahimov, Vüqar Quliyev, Asiman Həsənov, Pərviz Hacıyev Geyim ustaları : Gülxar Sadıqova, Firuzə Balayeva Əlbəsə ustası : Füzuli Ağayev Rəqsin quruluşu : Fərhad Vəliyev (II) Heykəltəraş : Rəcəb Müslümov İşıqçılar : Qabil Yəhyayev, Şəmsi Qədirov Pirotexnik : Vaqif Qurbanov Sürücülər : Bəhmən Qasımov, Gündüz Cəfərov, Əkbər Həsənov Mühasib : Validə Mehdiyeva İcraçı prodüser müavinləri : İlqar Musayev (II), Məhəmməd Ağabəyov İcraçı prodüserlər : Heydər Dadaşov, Məcid Fərdi Ənvər Prodüser : Tofiq Musayev Musiqisindən istifadə edilən bəstəkar : Qara Qarayev Şamil Süleymanlı — Şamil Qorxmaz Əlili – Əmirqulu Abbas Qəhrəmanov – Murtuz Orxan Hüseynli – Əjdər Sadıq İbrahimov – Əli kişi Mirkamil Kamilov – Laçın Aytac Nuri – Bahar Tofiq Əliyev (II) – balaca Laçın Sevinc Hacıyeva (II) – balaca Bahar Cahangir Novruzov – Zeynal Gülər Nəbiyeva – Mehparə Kəmalə Hüseynova – Sona Sona Mikayılova – Gülsüm Elşən Rüstəmov – Kazım Mirzə Ağabəyli – Məcid Qədirhüseyn İsmayılov – Topal Nağı Elşən Şirəliyev – Sadıq İdris Rüstəmov – Tapdıq Kərim Məmmədov – Kərim kişi Rövşən Kərimduxt – Mədət Şahin Cəfərov – Salman Kübra Dadaşova – Nisə Gülsabah Quliyeva – Məcidin arvadı Elman Rəfiyev – cavan oğlan Nigar Əzimova Rasim Cəfərov Mətləb Abdullayev Məzahir Cəlilov Xavər Əmirxanlı Əliməmməd Maybullayev Musarza Feyziyev H. Şıxəliyev Cəbrayıl Quliyev Lalə Abuzərova Seyidqulu Quliyev Ruzigar Məmmədov Tərlan Babayev (II) Çərkəz Vəliyev Tofiq Musayev İlqar Musayev Asiman Həsənov Asif Ağayev Fəxri İbrahimov Yaşar Nuri-Zeynal (Cahangir Novruzov) (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İran İslam Respublikası Dövlət Gömrük İdarəsi Bakı və Kəndlər Birliyi Cəmiyyəti Bilgəh bələdiyyəsi Buzovna İcra nümayəndəliyi Bilgəh İcra nümayəndəliyi Novxanı İcra nümayəndəliyi Bilgəh qəsəbəsi Qəbir daşları istehsalat sahəsi Buzovna qəsəbəsində yerləşən "Şəki" istirahət mərkəzi Bakı kəndləri üzrə FHN Rusiya Federasiyasının "DTV" kompüter dizaynı mərkəzi İran İslam Respublikasının Fərhəng və İrşadi İslami Nazirliyi İran İslam Respublikasının "Bənyadə Sinemale Farabi" şirkəti "Iran Center for Film Industries Inc." şirkəti Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası Asif Qafarov Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten.
İnterlivinq, növbələnmə
İnterlivinq, növbələnmə ( ing. interleaving ~ ru. интерливинг, чередование ~ tr. araya ekleme) – diskdə ardıcıl oxunan sektorların yanaşı yerləşməsinin vacib olmamasına əsaslanan təşkilat forması. Disk (xüsusən, sərt disk), adətən, elə sürətlə fırlanır ki, oxuma-yazma başcığı növbəti sektorun üzərində olanadək kompüter əvvəlki sektorun verilənlərini emal edib qurtara bilmir. Ona görə də ardıcıl oxunan sektorların elə yerləşməsindən istifadə olunur ki, kompüter verilənləri emal etməyə hazır olduqda lazım olan sektorun həmin an başçığın yanında olması ehtimalı böyük olsun. Məsələn, növbələnməsi 1-1 (arada heç bir sektor yoxdur) olan adi ardıcıllığın (1, 2, 3) əvəzinə, sektorları 3-1 növbələnməsi ilə (1, 12, 7, 2, 13, 8, 3, ...) yerləşdirmək olar (bu zaman ardıcıl sektorların arasında iki başqa sektor olur). Növbələnmə lazım olan sektorun orta gözləmə zamanını azaltmaqla, verilənlərə erişməni sürətləndirir. Sektorların növbələnməsi diski formatlayan utilit vasitəsilə, diskin verilmiş kompüterdə istifadəsi üçün təşkil olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İş Növbəsi (1975)
İş növbəsi (film, 1975)
Azərbaycanda növbəti prezident seçkiləri
Azərbaycanda növbəti prezident seçkiləri — Azərbaycanda ən gec 2031-ci ildə keçiriləcəyi gözlənilən prezident seçkiləri. == Zəmin == === Növbədənkar seçkilər === Azərbaycanda 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçirilmiş, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev 92,12% səs toplayaraq öz seçki rekordunu yeniləmiş, 5-ci dəfə və 7 illiyinə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Cumanci: Növbəti mərhələ
Cumanci: Növbəti səviyyə (ing. Jumanji: The Next Level) — film 2019-cu ildə ABŞ-də çəkilib. Macəra, fantastika, fantaziya və komediya janrlarındadır. == Məzmun == Spenser dostlarından gizli olaraq, əvvəlki filmin sonunda məhv edilən Jumanji video oyununun fraqmentlərini saxlayıb və babasının evinin zirzəmisində video oyunun konsolunun təmirinə başlayıb. Spenserin dostları onu ziyarətə gedərkən Spenserin itkin düşdüyünü və oyunun davam etdiyini aşkar edirlər. Dostları onu xilas etmək üçün yenidən Cumanciyə girməyə qərar verirlər. Bu zaman evdə olan Eddi (Spenserin babası) və Maylo Uoker səs-küy eşidirlər və onlar da təsadüfən oyuna daxil olurlar. Yeniyetmələr Eddi və Maylonun yeni oyundakı avatarlarına alışmalarına, Spenserin tapılmasına və yenidən Cumancidən qaçmasına kömək etməlidirlər.
Azərbaycanda növbəti bələdiyyə seçkiləri
Azərbaycanda növbəti bələdiyyə seçkiləri — Azərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə ən gec 2024-cü ilin dekabr ayında keçirilməsi gözlənən seçkilər. Bu Azərbaycanda bələdiyyələr üçün keçiriləcək sayca 6-cı ümumrespublika seçkisi olacaq. Seçkilər majoritar qaydada keçirilmiş və seçicilər tərəfindən seçkilərdə yalnızca bələdiyyə üzvləri seçiləcək. Qüvvədə olan qanunlara əsasən bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında seçilmiş bələdiyyə üzvləri tərəfindən seçilir. == Zəmin == Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən son bələdiyyə seçkilərindən 5 il sonra, yəni səlahiyyət müddəti bitdikdən sonra növbəti bələdiyyə seçkiləri keçirilməlidir. Məcəlləyə əsasən bu tarix 2024-cü ilin dekabr ayında olmalıdır. Azərbaycan Respublikasının Milli Məclisinin Regional Məsələlər Komitəsinin 18 yanvar 2024-cü il tarixində keçirilmiş iclasında Yeni Azərbaycan Partiyası üzvü Siyavuş Novruzov seçkilərin 2024-cü ilin dekabr ayında keçiriləcəyini qeyd etmişdir. O, həmçinin, bələdiyyələrlə bağlı qanunvericiliyinim gözdən keçirilməli olduğunu, bələdiyyələrin saylarının nəzərdən keçirilməli olduğunu da söyləmişdir. Siyavuş Novruzov 1 fevral 2024-cü il tarixində verdiyi müsahibədə bələdiyyələrin saylarının azaldılmalı olduğunu, bələdiyyə sədrlərinin birbaşa xalq tərəfindən seçilməsi lazım olduğunu və namizədlik üçün lazım olan sənədlərin azaldılmasının lüzumlu olduğunu bildirmişdir. Fevral ayının sonunda Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub.
Azərbaycanda növbəti parlament seçkiləri
Türkiyədə növbəti ümumi seçkilər
Ukraynada növbəti prezident seçkiləri
Ukraynada prezident seçkiləri hazırkı prezidentin səlahiyyət müddətinin beşinci ilinin mart ayının son bazar günü keçirilməsini şərtləndirən konstitusiyaya əsasən, 31 mart 2024-cü ildə keçirilməlidir. Lakin Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsi ilə əlaqədar Ukrayna hökuməti hərbi vəziyyətin qüvvədə olduğu zaman prezident seçkilərinin keçirilməsinə konstitusiyaya görə hərbi vəziyyət tətbiq edib. Hərbi vəziyyət hələ də davam edərsə, seçkilər təxirə salına və yenidən təyin oluna bilər. == Seçki sistemi == Ukrayna prezidenti iki turlu sistemlə beş il müddətinə seçilir. Birinci turda heç bir namizəd mütləq səs çoxluğu əldə etməzsə, birinci turdan üç həftə sonra ikinci turun keçiriləcəyi gözlənilir. Konstitusiyaya görə, prezidentin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi halda, yeni prezidentin seçilməsi əvvəlki prezident vəzifəsini tərk etdikdən sonra 90 gün ərzində keçirilməlidir. Konstitusiya prezidentlərin iki müddət səlahiyyət müddətini məhdudlaşdırır.

Значение слова в других словарях