NƏCƏFALI

Əli şəhəri, Alı şəhəri, Əli Nəcəfi.
NƏCƏFAĞA
NƏCƏFƏLİ
OBASTAN VİKİ
Nəcəfalı
Nəcəfalı (Zərdab)
Nəcəfalı (Kəlbəcər)
Nəcafalı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Comərd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Kilsəli kənd Sovetindən Nəcəfalılar kəndi Comərd kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Yerli məlumata görə, yaşayış məntəqəsini Dağıstandan gəlmiş Nəcəf və All adlı iki şəxs saldığı üçün adi Nəcəf Alı kəndi olmuşdur. Oykonim sonralar Nəcəfalilar şəklinə düşmuşdür. Cəbrayıl rayonunda da eyniadli kənd mövcud olmuşdur. Hazırda həmin kənd rəsmən yaxınligindaki Tulus kəndinin bir hissəsi hesab olunur. Lakin bu yaşayış məntəqəsinin adını Nəcafalı şəxs adi ilə bağlayırlar. Oykonimi etnotoponim hesab etmək məqsədəuyğundur.
Nəcəfalı (Zərdab)
Nəcəfalı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Nəcəfalı (İğdır)
Nəcəfalı — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. 1919-cu ildə ermeni daşnaq qüvvələrinin basqınına uğrayır. Kənd Kadıqışlaq kimi daşnaqlar tərəfindən yandırılmışdır. İğdırdan 13 km uzaqlıqdadır. Kəndin qərbində Yüzbaşılar, Sarıçoban, Çavuşbağça, Qazancı; qüzeyində Kadıqışlaq; güneyində Evci, Tacirli və Özdəmir; şərqində isə Mürşüdəli kəndləri yer alır. 1886-cı il məlumatına görə kənddə 66 nəfər azərbaycan türkü və 404 erməni yaşayırdı.