NƏCATİ

qurtuluş; xilas olma, azad olma.
NƏCAT
NƏCDƏT
OBASTAN VİKİ
Nəcati
İsa bəy Nəcati (bilinmir, Ədirnə – 27 mart 1509) — türk divan şairi. Nəcatinin doğum tarixi məlum deyil. Təzkirələrə görə o, ədirnəlidir. Nəcatinin əsil adı İsadır. Lətifi təzkirəsinə görə o, Abdulla oğludur. Rus tədqiqatçıları onun İzmitdə doğulduğunu qeyd edirlər. Onu Ədirnədə dul bir qadın böyüdüb, Saili adlı bir şair isə onun istedadının parlamasında rol oynayıb. Lətifi də onun Ədirnədə Saili adlı şairin yetişdirməsi olduğunu qeyd edir. Onun yetişdiyi və şöhrət qazandığı yer Kastamonudur. O, Ədirnədən Kastamonuya gəlib, öz şairliyi ilə məşhurlaşandan sonra İstanbula, sultan Məhəmməd Fatehin sarayına dəvət olunub.
Nəcati Tacan
İbrahim Nəcati Tacan (1895, İstanbul - 28 iyul 1958), Türk əsgər. General İbrahim Necati Tacan 1895-ci ildə İstanbulda anadan olub. 21 iyul 1914-cü ildə tələbə olarkən orduya qatıldı. 1915-ci ildə leytenant rütbəsi aldı. Müxtəlif bölmələrdə taqım komandiri, tabur köməkçisi və müəllim kimi xidmət etdikdən sonra 7 Noyabr 1921-ci ildə Anadoluya getdi və Milli Orduya qoşuldu. Müxtəlif bölmələrdə xidmət etmişdir. Kapitan rütbəsi ilə 28 Oktyabr 1923 - 6 Noyabr 1924 arasında Hərbi Akademiyada təhsilini tamamladı. 1925-ci ildə Hərbi Akademiyanı bitirmiş və 1928-ci ildə heyət üzvü olmuşdur. 1945-cü ilə qədər müxtəlif qərargahlarda və bölmələrdə xidmət etmişdir. 1945-ci ildə Tuğgeneral, 1947-ci ildə general-mayor, 1951-ci ildə general-leytenant, 1956-cı ildə isə tam general rütbəsinə yüksəldi.
Nəcati Şaşmaz
Məhəmməd Necati Şaşmaz (türk. Muhammed Necati Şaşmaz; 15 dekabr 1971, Elazığ) — Türkiyə aktyoru, ssenaristi, prodüseri və iş adamı. Qurdlar Vadisi seriasında canlandırdığı Polad Ələmdar personajı ilə tanındı. Zaza əsillidir. Əbdülqədir — Sahil Şaşmaz cütlüyünün oğludur. Raci Şaşmaz və Zübeyr Şaşmaz adında 2 qardaşı var. Əsl peşəsi turizmçilikdir, ibtidai və orta təhsilini tamamladı. Universitetə daxil ola bilməyincə, əvvəl Kanadaya, sonra ABŞ-yə getdi. Amerikada 6 il yaşadıqdan sonra, işləmə və daimi yaşama icazəsi verən qrin kart aldı. Hərbi xidmətini İzmit zəlzələsindən sonra ödənişli olaraq Kütahyada etdi.
İsa Nəcati
İsa bəy Nəcati (bilinmir, Ədirnə – 27 mart 1509) — türk divan şairi. Nəcatinin doğum tarixi məlum deyil. Təzkirələrə görə o, ədirnəlidir. Nəcatinin əsil adı İsadır. Lətifi təzkirəsinə görə o, Abdulla oğludur. Rus tədqiqatçıları onun İzmitdə doğulduğunu qeyd edirlər. Onu Ədirnədə dul bir qadın böyüdüb, Saili adlı bir şair isə onun istedadının parlamasında rol oynayıb. Lətifi də onun Ədirnədə Saili adlı şairin yetişdirməsi olduğunu qeyd edir. Onun yetişdiyi və şöhrət qazandığı yer Kastamonudur. O, Ədirnədən Kastamonuya gəlib, öz şairliyi ilə məşhurlaşandan sonra İstanbula, sultan Məhəmməd Fatehin sarayına dəvət olunub.
Mustafa Nəcati Səpətçioğlu
Mustafa Nəcati Səpətçioğlu 1932 – 2006 — türk tarixi roman yazıçısı. Mustafa Nəcati Səpətçioğlu 1930-cu ildə Tokat Ziledə anadan olmuşdur. İlk və orta təhsilini Zilədə almışdır. 1951-ci ildə İstanbul Haydar Paşa liseyini bitirir. 1957-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölməsini bitirmişdir. Elə həmin il ədəbiyyat müəllimi Neriman Müəzzəm Gürşenlə ailə həyatı qurur. Ali təhsil aldığı müddətdə ərəb və fars filologiyası dərslərinə də qatılır. Yazıçı təhsilini tamamlayıb hərbi xidmətə yollanır.1959-cu ildə İstanbul Adalar Bələdiyyəsində məmur olaraq işə başlayan Səpətçioğlu müxtəlif yerlərdə məmur olaraq işləmişdir. 1968-ci ildə İstanbul Milli Təhsil nazirliyində işə başlayan yazıçı 1976-cı ilə qədər burada Mudir köməkçisi vəzifəsini icra edir. MM. N. Səpətçioğlu 2006-cı il iyulun 8-də vəfat etmiş və Karacaahmet qəbiristanlığında dəfn edilmişdir.