NƏSİM

is. [ ər. ] Xəfif, yüngül yel; meh.
Dərənin hər iki tərəfində bitmiş yüzillik palıd və fıstıq ağaclarının budaqları ahəstə əsən nəsimdən hərəkətdədir. M.F.Axundzadə.
Havada xəfif bir axşam nəsimi hiss edilirdi. S.Hüseyn.

Синонимы

  • NƏSİM nəsim bax yel I
NƏSİLSİZLİK
NƏSLƏN
OBASTAN VİKİ
Nəsim Nəcəfi Ağdam
3 aprel 2018-ci ildə yerli vaxtla saat 12:46-da ABŞ video paylaşma platforması olan "YouTube"un San-Bruno şəhərindəki başqərargahında silahlı hücum baş verdi. Hücumu 38 yaşlı İranəsilli ABŞ vətəndaşı Nəsim Nəcəfi Ağdam adlı qadın törətmişdir. O, dayanacaqdan içəri daxil olaraq verandaya yaxınlaşıb və Smit & Vesson markalı 9 mm-lik yarı avtomatik tapançadan mərkəzdəkilərə doğru atəş açmağa başlayıb. Ağdam tapança ilə özünü öldürmədən əvvəl biri ağır olmaqla 3 nəfəri yaralamışdır. == Hücum == Yerli vaxtla günortadan sonra saat 12:46-da San Bruno polisi bir silahlı şəxsin "YouTube"un baş qərargahında silahlı hücum etməsi bağlı məlumat aldı. Ağdamın silahı 10 güllə tutumlu idi və o, silahı təkrar doldurmazdan əvvəl bir maqazini boşaltdı. Daha sonra helikopterdən lentə alınmış görüntülərdə binanın vestibülü qapılarında böyük bir deşik və şüşə qırıqları olduğu görünüb. Məhkəmə ekspertizasının rəyində məlum olub ki, Ağdam ürək nahiyəsinə açdığı atəş nəticəsində ölüb, onun bədənində narkotik və ya spirt aşkar edilməyib. == Cinayətkar == Polis tərəfindən cinayəti törədən şəxsin Nəsim Nəcəfi Ağdam (fars. نسيم نجفى اقدم‎; 5 aprel 1979 – 3 aprel 2018) adlı veqan aktivisti və fitnes fərdi olan bir Azərbaycanəsilli İran vətəndaşı olduğu müəyyənləşdirilib.
Sərdxana-i Nəsim Əlizadə (Sulduz)
Sərdxana-i Nəsim Əlizadə (fars. سرد خانه نسيم عليزاده‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Nəsiman Yaqublu
Yaqublu Nəsiman Qara oğlu (1962, Zəngilan rayonu) — azərbaycanlı tarixçi, tarix elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Nəsiman Yaqublu 1962-ci il fevral ayının 22-də Zəngilan rayonunun Zəngilan kəndində anadan olub. Zəngilan rayonunda orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Leninqrad Universitetinin Jurnalistika fakültəsində oxuyub. 1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını yazıb və 30000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifidir. 1993-cü ildə, Qarabağ Savaşında könüllü olaraq Azərbaycan ordusunda xidmətə başlayıb, "Azərbaycan ordusu" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb.
Nəsimi
İmadəddin Nəsimi (tam adı: Şeyx Əli ibn Seyid Məhəmməd İmadəddin Nəsimi) 1369, Şamaxı, Təbriz, Bağdad, Hələb, Şiraz və ya Diyarbəkir – 1419, Hələb) — Azərbaycan şairi, mütəfəkkir. "İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə İmadəddin Nəsimi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Nəsiminin həyatı haqqında çox geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələr də vardır. Bir çox tədqiqatçılar onun Şamaxıda, başqaları isə Bursada,Urmiyada, Təbrizdə, Bakıda, Diyarbəkirdə və hətta Şirazda anadan olduğunu iddia edirlər. Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şeirlər yazdığı və hazırda bu adla tanınan qədim qəbiristanlıqda basdırıldığı məlumdur.
Nəsimi-Səbail seçki dairəsi
Nəsimi-Şimal
"Nəsimi-Şimal" — Qacar İranında nəşr olunmuş qəzetlərdən biri. Məşrutə dövrünün satirik-ədəbi orqanlarından biri idi. Əşrəfəddin Gilani tərəfindən əvvəlcə Rəştdə, sonra da Tehranda nəşr olunmuşdur. Rəşt şəhəri İranın şimalında yerləşdiyinə görə Əşrəfəddin Gilani çıxardığı qəzeti "Şimal küləyi – nəsimi" adlandırmışdır. O, qəzetinin hər bir işini özü təkbaşına görürdü. Səid Nəfisi "Sepido siyah" jurnalında Əşrəfəddin Gilani haqqında məqaləsində yazırdı ki, "...o, xalqın içindən çıxdı, xalqla yaşadı və xalqın içində itib batdı... Hər gün, hər gecə yazırdı, həftə ərzində yazdığı şeirləri çap edib xalqa çatdırırdı. İyirmi ilə yaxın hər həftə "Nəsimi-Şimal"ı Tehranın ən kiçik mətbəələrindən birində dörd xırda səhifədə nəşr edib yaydı… belə gün olmazdı ki, bu qəzet Tehranda bir vəlvələ salmasın. Hökumətlər artıq onun əlindən zara gəlmişdilər..." "Nəsimi-Şimal" qəzetinin əksər səhifələri şeir nümunələrindən ibarət idi. Qəzetdə əsas yeri onun təsisçisi Əşrəfəddin Gilaninin satirik məzmunlu şeirləri tuturdu.
Nəsimi (Biləsuvar)
Nəsimi (əvvəlki adı: Novotroitskoye) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Nəsimi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Novotroitskoye kəndi Nəsimi kəndi və müvafiq olaraq Novotroitskoye kənd Soveti Nəsimi kənd Soveti adlandırılmışdır. Kəndin keçmiş adı Günəş olmuşdur. Çar hökumətinin köçürmə siyasəti nəticəsində 1847-ci ildə Orenburq quberniyasının Troitskoye kəndindən gəlmələrin məskunlaşması nəticəsində yaranmış və Novotroitskoye adı ilə rəsmiləşdirilmişdi. Kənd 1992-ci ildə Azərbaycan şairi Nəsiminin (1369-1417) şərəfinə belə adlandırılmışdır. Memorial toponimdir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Muğan düzündə yerləşir. Nərimankənd, Çaylı, Günəşli, Ağayrı kəndləri ilə sərhəddir. İbadlı Ruslan Sakit oğlu (1995-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Nəsimi (Qəbələ)
Nəsimi — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Nəsimi (Sabirabad)
Nəsimi (əvvəlki adı: Xersonovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Nizami kənd inzibati ərazi dairəsi tərkibindəki Xersonovka kəndi Nəsimi kəndi adlandırılmışdır.
Nəsimi (ad)
Nəsimi — kişi adı. İmadəddin Nəsimi (1369–1419) — Azərbaycan şairi. Nəsimi Məmmədoğlu (1973 təvəllüdlü) — Azərbaycan rejissoru, ssenari müəllifi. Nəsimi Ağayev (1979 təvəllüdlü) — Azərbaycanın Los-Ancelesdəki baş konsulu. Qul Nəsimi (XVI–XVII əsrlər) — Osmanlı İmperiyasında yaşamış Ələvi-Bektaşi şairi.
Nəsimi (dəqiqləşdirmə)
Nəsimi kimi də tanınan İmadəddin Nəsimi — 1369–1419 illərdə yaşamış Azərbaycan hürufi şairi, mütəfəkkiri. Nəsimi həmçinin bu mənaları ifadə edə bilər: Nəsimi (ad) Nəsimi rayonu — Azərbaycanın Bakı şəhərində rayon. Nəsimi metrostansiyası — Bakı metropoliteninin stansiyası. Nəsimi (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Nəsimi (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Nəsimi (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Nəsimikənd — Azərbaycanın Saatlı rayonunda kənd. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Nəsimi (film) — Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş 1971-ci il istehsalı Azərbaycan bədii filmi. Nəsimi (film, 1973) — Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş 1973-cü il istehsalı Azərbaycan sənədli filmi.
Nəsimi (film, 1971)
Tarixi-inqilabi film XIV əsr görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuşdur. Qədim Şirvan torpağı-gözəl Şamaxı, şair Nəsiminin vətəni. Onun həyatı haqqında məlumatımız çox azdır. Lakin şairin şeirləri qalmışdır. Bizdən bir çox əsrlər əvvəl yaşamış şairin ürəyindəkiləri necə dərk etməli? O uzaq epoxanı necə bərpa etməli, onu bizim müasirlərimizə necə yaxınlaşdırmalı? Nəsimi hürufiliyin banisi Nəiminin görüşlərini qəbul edərək, hürufilik fikirlərini yaydığı üçün dəfələrlə zindana salınmışdır. O, ömrünün son illərini Hələbdə yaşamış, orada həbs olunmuş, "kafir", "dinsiz" elan edilərək, Misir sultanının əmri və ruhanilərin fitvası ilə edam edilmişdir. Filmdə insanı həyəcana gətirən bir çox kadrlar Nəsiminin vətəni Şamaxı şəhərində lentə alınmışdır. Şairin zəngin yaradıcılığı və fəlsəfi baxışları barədə danışmaq üçün sənədli material kifayət qədər olmadığından filmdə bədii kino fəndlərindən də yeri gəldikcə istifadə olunmuşdur.
Nəsimi (film, 1973)
Nəsimi — Rejissor Həsən Seyidbəylinin dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsimi haqqında filmi. Film Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur. Film aktyor Rasim Balayevin kinoda ilk böyük işidir. Film "Kodak" kinolentinə çəkilən ilk Azərbaycan filmidir. Filmin çəkilişindən 2 il əvvəl YUNESKO-nun qərarı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi qeyd edilmişdi. Kinematoqrafçılar da Azərbaycan xalqının mədəni həyatında böyük hadisə olan bu yubiley münasibətilə "Nəsimi" bədii filmini çəkmişlər. Həm elmi, həm tarixi, həm də etnoqrafik cəhətdən dəqiqliyi saxlamaq üçün filmin müəllifləri çəkilişlərə görkəmli nəsimişünasları, filoloqları, sənətşünasları dəvət etmişlər. Film İsa Hüseynovun "Məhşər" romanı əsasında çəkilib. Rasim Balayev: "Nəsimi" yeganə tarixi filmdir ki, orada heç bir dekorasiyadan istifadə edilməyib. Çəkiliş aparılan bütün məkanlar tam təbiidir" Film 2010-cu ildə bərpa edilmişdir.
Nəsimi (rayon)
Nəsimi rayonu — Nəsimi rayonu 1969-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yaradılmışdır. Nəsimi rayonu onu əhatə edən indiki Yasamal, Səbail və Nərimanov rayonlarının əraziləri hesabına yaradılmışdır. Ərazisi 9 kvadrat kilometrdir. 1999-cu ildə keçirilmiş əhalinin ilk milli siyahıya alınmasının nəticələrinə görə, rayonun daimi əhalisi 196 min nəfər olmuşdur. Hazırda əhalinin sayı 202 073 nəfərdir. Ermənistan Respublikasının təcavüzü nəticəsində 1988-ci ildən başlayaraq qaçqın düşmüş azərbaycanlıların bir qismi – 17.476 nəfəri və ya 3726 ailə müvəqqəti olaraq rayonun ərazisində məskunlaşmışdır. Azərbaycanın işğal olunmuş bölgələrindən olan məcburi köçkünlərin 11.401 nəfəri və ya 2797 ailə də Nəsimi rayonunda məskunlaşmışdır. Nəsimi rayonunu paytaxtın giriş qapısı da adlandırırlar. Belə ki, Bakının giriş qapıları sayılan Dəmiryolu Sərnişin Vağzalı və Beynəlxalq Şəhərlərarası Avtovağzal bu rayonda yerləşir. Şəhər Metropoliteninin "28 May", "C. Cabbarlı", "20 Yanvar", "8 Noyabr" və "Əcəmi" stansiyaları da Nəsimi rayonu ərazisindədir.
Nəsimi Abudov
Nəsimi Ağayev
Nəsimi Məhəmmədəli oğlu Ağayev (1979) — Azərbaycan diplomatı, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri. Nəsimi Ağayev Almaniyanın Saarland Universitetinin, Avropa İnstitutunun Avropa Hüququnun (LL. M.) magistr dərəcəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər üzrə bakalavr və magistr dərəcəsini almışdır. O, həmçinin, Avstriyada Vyana Diplomatik Akademiyasında təhsil almışdır. Ana dili olan Azərbaycan dilindən başqa İngilis, Fransız, Alman, Rus, İspan və Türk dillərini də bilir. 1999-cu ildə Azərbaycanın diplomatik xidmətinə qəbul edilmiş, ölkənin Avstriyadakı (2000–2003) və Almaniyadakı (2005–2008) səfirliklərində, eləcə də, Bakıda Xarici İşlər Nazirliyində xidmət etmişdir. Azərbaycan Prezidenti Heydər Əliyevin 3–6 iyul 2000-ci ildə Avstriyaya rəsmi səfəri zamanı alman dili üzrə tərcüməçisi olub. 2001–2003-cü illərdə Vyana Universitetində Azərbaycan dilini tədris etmişdir. Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci ilin 19 avqustunda Azərbaycanın Almaniyadakı səfiri vəzifəsinə təyin olunmuşdur. Ondan öncə 2012–2022-ci illərdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu vəzifəsində çalışaraq, Azərbaycanı Kaliforniya və Amerika Birləşmiş Ştatlarının qərbindəki digər 12 ştatda təmsil etmişdir.
Nəsimi Məmmədoğlu
Nəsimi Məmmədoğlu (26 sentyabr 1973, Bakı) — rejissor, ssenari müəllifi, prodüser Nəsimi Məmməd oğlu Əliyev 26 avqust 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə orta təhsilini bitirdikdən sonra rejissor köməkçisi kimi Dövlət televiziyasında əmək fəaliyyətinə başlayıb. 1993–1998-ci illər Ordu sıralarında qulluq edib. 1996–2000-ci illər ADMİU-nin rejissorluq fakültəsində təhsil alıb. 2004–2006-cı illərdə polşalı rejissor Kşıştov Zanussinin rəhbərliyi altında keçən İsveçrənin "AVANTİ" layihəsində işttirak edib və həmin layihənin sənədli filmlər bölməsinin qalibi olub. 2001–2007-ci illər "Lider" televiziyasında mədəniyyət proqramlarında rejissor işləyib. 2007-ci ildən "İctimai Televiziya və Radio Yayımları Şikətində" quruluşçu rejissor kimi çalışır. 22 iyul 2020-ci il Milli Mətbuat gününün 145 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib. 2015–2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və "QN" Uşaq Kino Məktəbində rejissor sənəti üzrə dərs deyib. Azərbaycan Kinemotoqrafçılar ittifaqının və peşəkar kinorejissorlar gildiyasının üzvüdür.
Nəsimi adına Dilçilik İnstitutu
Nəsimi adına Dilçilik İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. İnstitutun hazırkı baş direktoru Nadir Məmmədlidir. 1932-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bazasında müstəqil Dil, Ədəbiyyat və İncəsənət İnstitutu, 1936-cı ildə birləşmiş Ədəbiyyat və Dil İnstitutu yaradılmışdır. 1945-ci ildə müstəqil Dilçilik İnstitutu yaradılmışdır. 1951-ci ildə Dilçilik və Ədəbiyyat İnstitutları yenidən birləşdirilmişdir. 1969-cu ilin sentyabrından Dilçilik İnstitutu yenidən müstəqil fəaliyyətə başlamışdır. 1973-cü ildə Dilçilik İnstitutuna görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin adı verilmişdir. Azərbaycan dilinin qaynaqları və inkişaf tarixi, Azərbaycan dilinin başqa türk dilləri və qohum olmayan dillərlə müqaisəli-tipoloji tədqiqi, Azərbaycanda yaşayan azsaylı xalqların dillərinin öyrənilməsi, çeşidli lüğətlərin hazırlanması, elmi-texniki terminologiyanın linqvistik məsələləri, nəzəri, tətbiqi dilçilik və onomastika məsələləri. Yusif Mirbabayev (1945—1951) Ağamusa Axundov (1990—2011) Tofiq Hacıyev (2014—2015) Möhsün Nağısoylu (2015–2021) Nadir Məmmədli "Azərbaycan dili tarixi", (3 cilddə) fundamental monoqrafiyası; "Azərbaycan dilinin tarixi lüğəti", (2 cilddə); "Azərbaycan dialektoloji lüğəti", (2 cilddə); "Azərbaycan dilinin izahlı lüğəti", (3 cilddə); "Azərbaycan ədəbi dilinin tarixi", (4 cilddə); "Türk dillərinin müqayisəli-tarixi leksikologiyası", (3 cilddə); "Azərbaycan dilinin orfoqrafiya lüğəti" kimi əsərlər nəşr edilmiş və çapa hazırlanmışdır.
Nəsimi adına Mədəniyyət və İstirahət parkı
Nəsimi adına Mədəniyyət və İstirahət parkı — Sumqayıtda park. 1967-ci ildə Azərbaycan SSR Mədəniyyət nazirliyinin 16 mart tarixli 64 saylı əmrinə əsasən mədəniyyət və istirahət parkı yaradıldı. 23 hektar dənizkənarı sahəni əhatə edən ərazidə küləyə, quraqlığa davamlığı olan 39 növ ağac – Eldar və Alp şamları, Ağcaqayın, Akasiya, Küknar, Qovaq ağacları və s. cərgələrə düzüldü. Yaşıllaşdırma yüksək ixtisaslı mütəxəssislərə – aqronomlara, bağbanlara həvalə edildi. Şəhər əhalisinin sağlamlığında parkın yaşıl ərazisi ilə yanaşı, çimərlik zonası da əhəmiyyətli rol oynayır. İldən-ilə genişlənən, gözəlləşən parka 17 avqust 1978-ci ildə dahi Azərbaycan şairi Nəsiminin adı verilmişdir. Elə həmin ildə V. Nəzirov və A. Quliyevin müəllifi olduğu "Sülh göyərçini" abidəsinin qoyulması parkı daha da gözəlləşdirdi. 1981-ci ildə "Yay estradası"nın açılışı, "Rəqs meydançası"nın təşkili, kafelər, müxtəlif qurğulu yelləncəklər, mexaniki attraksionlar şəhər əhalisinin mədəni istirahəti üçün əvəzsizdir. Nəsimi adına mədəniyyət və istirahət parkı yaz-yay mövsümündə mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün əsas mərkəzdir.
Nəsimi birinci seçki dairəsi
Nəsimi bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nəsimi dastanı
"Nəsimi dastanı" (en. A Tale of Nasimi; ru. Легенда о Насими, yaxud Сказание о Насими) — Fikrət Əmirovun 1973-cü yazdığı balet. Libretto yazıçı Anara məxsusdur. Baletmeyster Nailə Nəzirovanın quruluş verdiyi bu tamaşa ilk dəfə 23 sentyabr 1973-cü il tarixdə nümayiş etdirilərək, tamaşacıların böyük rəğbətini qazanmış, 1974-cü ildə isə Respublika Dövlət mükafatına layiq görülmüşdür. Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyatından bəhs edir. I səhnə: Cəlladların rəqsi II səhnə: Nəsiminin monoloqu III səhnə: Nəsimi və sevgilisinin birinci dueti IV səhnə: Qızların Nəsimi və sevgilisi ilə rəqsi V səhnə: Hücum VI səhnə: Qızların kədəri VII səhnə: Nəsimi və sevgilisinin ikinci dueti VIII səhnə: Nəsiminin üsyanı IX səhnə: Savaş X səhnə: Əbədilik Baletdə Lütfiyar İmanovun ifasında Nəsiminin ariyası və dünyanı lənətləyən kiçik şeiri səslənmişdi.
Nəsimi dastanı (balet)
"Nəsimi dastanı" (en. A Tale of Nasimi; ru. Легенда о Насими, yaxud Сказание о Насими) — Fikrət Əmirovun 1973-cü yazdığı balet. Libretto yazıçı Anara məxsusdur. Baletmeyster Nailə Nəzirovanın quruluş verdiyi bu tamaşa ilk dəfə 23 sentyabr 1973-cü il tarixdə nümayiş etdirilərək, tamaşacıların böyük rəğbətini qazanmış, 1974-cü ildə isə Respublika Dövlət mükafatına layiq görülmüşdür. Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyatından bəhs edir. I səhnə: Cəlladların rəqsi II səhnə: Nəsiminin monoloqu III səhnə: Nəsimi və sevgilisinin birinci dueti IV səhnə: Qızların Nəsimi və sevgilisi ilə rəqsi V səhnə: Hücum VI səhnə: Qızların kədəri VII səhnə: Nəsimi və sevgilisinin ikinci dueti VIII səhnə: Nəsiminin üsyanı IX səhnə: Savaş X səhnə: Əbədilik Baletdə Lütfiyar İmanovun ifasında Nəsiminin ariyası və dünyanı lənətləyən kiçik şeiri səslənmişdi.
Nəsimi ikinci seçki dairəsi
Nəsimi kənd bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nəsimi metrostansiyası
Nəsimi metrostansiyası — 2006-cı ildən inşaatına başlanılmışdır və 2008-ci ilin oktyabrın 9-da istifadəyə verilmişdir. Stansiyanın tikintisinə 100 milyon Azərbaycan manatı məbləğində vəsait xərclənilib. Metrostansiyanın 6-cı və 9-cu mikrorayon istiqamətlərinə çıxışları var. Metronun "Memar Əcəmi" — "Nəsimi" xəttinin uzunluğu 1660 metr. Stansiyanın platformasının uzunluğu 102 metr. Eni 15 metr. Dərinliyi 15-18 metr.
Nəsimi rayonu
Nəsimi rayonu — Nəsimi rayonu 1969-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yaradılmışdır. Nəsimi rayonu onu əhatə edən indiki Yasamal, Səbail və Nərimanov rayonlarının əraziləri hesabına yaradılmışdır. Ərazisi 9 kvadrat kilometrdir. 1999-cu ildə keçirilmiş əhalinin ilk milli siyahıya alınmasının nəticələrinə görə, rayonun daimi əhalisi 196 min nəfər olmuşdur. Hazırda əhalinin sayı 202 073 nəfərdir. Ermənistan Respublikasının təcavüzü nəticəsində 1988-ci ildən başlayaraq qaçqın düşmüş azərbaycanlıların bir qismi – 17.476 nəfəri və ya 3726 ailə müvəqqəti olaraq rayonun ərazisində məskunlaşmışdır. Azərbaycanın işğal olunmuş bölgələrindən olan məcburi köçkünlərin 11.401 nəfəri və ya 2797 ailə də Nəsimi rayonunda məskunlaşmışdır. Nəsimi rayonunu paytaxtın giriş qapısı da adlandırırlar. Belə ki, Bakının giriş qapıları sayılan Dəmiryolu Sərnişin Vağzalı və Beynəlxalq Şəhərlərarası Avtovağzal bu rayonda yerləşir. Şəhər Metropoliteninin "28 May", "C. Cabbarlı", "20 Yanvar", "8 Noyabr" və "Əcəmi" stansiyaları da Nəsimi rayonu ərazisindədir.

Значение слова в других словарях