nağıl

is. conte m ; histoire f ; sehrli ~ conte de fées ; xalq ~ ları contes populaires ; ~ danışmaq raconter une histoire ; ~ etmək raconter vt ; conter vt ; narrer vt ; Mənə ~ danışma! Ne me raconte pas d’histoires! Voilà un beau conte!

nağd
nağılbaz
OBASTAN VİKİ
Nağıl
Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrıdır. Nağıllar xalq nağılları və müəllif nağılları olmaqla iki qrupa bölünür. Müəllif nağıllarından fərqli olaraq xalq nağıllarının yazıldığı tarix və müəllifi bəlli olmur. == Xüsusiyyətləri == Nağıllarda xalqın həyatı və məişəti, dünyagörüşü və inancları, arzu və xəyalları əks olunur. Nağıllar əsasən, qaravəlli adlandırılan girişlə başlayır. Bu girişlər nağılın məzmunu ilə bağlı olmur. Məsələn, "Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində, hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Nağıl-mağıl bilmərəm, bilsəm də söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə böyrünü sökərəm" Nağılın əvvəlində "Biri vardı, biri yox", sonunda isə "Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl deyənin" sözləri işlənir. Başlanğıcda və sonluqda verilən həmin epik formullarla yanaşı qəhrəmanlarla, hadisələrlə bağlı formullardan da istifadə olunur. Məsələn, "Qız nə qız, görən bunun camalına heyrandı, qaş qara, gözlər sürməyi, boyu sərv…", "dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi", "Dağların dabanıynan, yolların qırağıynan, ayaq üzəngidə, diz qabırğada…" və s.
Qar kraliçası (nağıl)
Qar kraliçası (dan. Snedronningen)— Hans Xristian Andersen tərəfindən 1844-cü ildə yazılmış nağıl.
Xeyirxah Nağıl (1986)
== Məzmun == Film müdrik qoca sehrbazın yaratdığı çətinlikləri aradan qaldırıb nənəsinin arzusunu həyata keçirən balaca Zaur haqqındadır. == Festivallar və mükafatlar == 1)1991-ci ildə Bu filmlə yanaşı "Sehrli çıraq" və "Basatın igidliyi" filmlərinə görə rejissor Vaqif Behbudov Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür. == Film haqqında == Kukla filmidir.
Yatmış gözəl (nağıl)
Yatmış gözəl (nağıl) — ənənəvi Avropa nağılıdır. Nağılın 1697-ci ildə Şarl Perro tərəfindən nəşr edilmiş versiyası dərsliyə çevrildi. Nağılın Qrimm qardaşlarının versiyası da məlumdur. Aarne-Tompson təsnifatına görə, bu süjet 410 rəqəminə malikdir və süjeti fövqəltəbii qohumlar (kralın arvadı, baş qəhrəmanın ögey anası) üzərində qurulmuş nağıllara aiddir. Bu nağıl üçün çoxlu rəsmlər, baletlər, filmlər var. == Süjeti == Kral və kraliçanın çoxdan gözlənilən qızı dünyaya gəlir və bir pəridən başqa krallığın bütün pərilərini bayrama dəvət edirlər - çünki o, yarım əsridi ki, öz qəsrindən ayrılmamışdı və hamı onun öldüyünü düşünürdü. Vəftiz ziyafətinin qızğın vaxtında çağırılmamış pəri peyda olur, ona elə gəlirdi ki, ona hörmətsizlik edilir, çünki onun üçün kifayət qədər qiymətli qab-qacaq qoyulmayıb. Çağırılmamış pərilərdən və digər birindən başqa, bütün pərilər şahzadəyə sehrli hədiyyələr təqdim etdikdə, qoca pəri Karabos şokedici kəhanətini söylədi: şahzadə barmağını cəhrənin iynəsinə sancaraq öləcək. Sonuncu pəri hökmü yumşaldır: “Bəli, şahzadə barmağını iynəyə sancacaq, amma düz 100 il yatacaq” (Perronun orijinal variantında şahzadənin adı çəkilmir). Padşah bütün cəhrələri və iynələri yandırmaq üçün fərman verir, amma boş yerə: 16 ildən sonra şahzadə şəhərdən kənar qəsrdə, kral fərmanı haqqında heç nə eşitməyən və ip əyirən yaşlı bir qadın tapır.
Xeyirxah nağıl (film, 1986)
== Məzmun == Film müdrik qoca sehrbazın yaratdığı çətinlikləri aradan qaldırıb nənəsinin arzusunu həyata keçirən balaca Zaur haqqındadır. == Festivallar və mükafatlar == 1)1991-ci ildə Bu filmlə yanaşı "Sehrli çıraq" və "Basatın igidliyi" filmlərinə görə rejissor Vaqif Behbudov Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür. == Film haqqında == Kukla filmidir.
Nağıl dünyasının sakini. Əlisəttar Atakişiyev (film, 2015)
Nağıl dünyasının sakini. Əlisəttar Atakişiyev — rejissor Elvin Vəlimətovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə kinorejissor, operator, ssenarist və rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi Əlisəttar Atakişiyevin xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Bir ailə", "Arşın mal alan", "Fətəli xan", "Doğma xalqıma", "O olmasın, bu olsun", "Uzaq sahillərdə", "Bir qalanın sirri", "Bizim küçə", "Sehrli xalat", "İstintaq davam edir", "Qərib cinlər diyarında" filmlərinin kadrlarından istifadə edilmişdir. == Səhvlər == Xronoloji: Filmdə "Arşın mal alan" filminin ekranlara 1944-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1945-ci ildə ekranlara çıxmışdı. Xronoloji: Filmdə "Uzaq sahillərdə" filminin ekranlara 1957-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1958-ci ildə ekranlara çıxmışdı. Xronoloji: Filmdə "Bir qalanın sirri" filminin ekranlara 1958-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1959-ci ildə ekranlara çıxmışdı.
Rasim İsmayılov. Yarımçıq qalmış nağıl... (film, 2012)
Rasim İsmayılov. Yarımçıq qalmış nağıl... — rejissor Elvin Vəlimətovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli kinooperator, rejissor və ssenarist, Azərbaycanın əməkdar incəsənət xadimi Rasim İsmayılovun xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Səma ilə görüş", "Dağ meşəsindən keçərkən", "Yenilməz batalyon", "Sevil", "Yeddi oğul istərəm...", "Axırıncı aşırım", "Gün keçdi", "Nəsimi", "Dədə Qorqud", "Sevinc buxtası", "Babək", "Şir evdən getdi", "Asif, Vasif, Ağasif", "Sizi dünyalar qədər sevirdim" filmlərinin, eləcə də "Danışan işıqlar" cizgi filminin kadrlarından istifadə edilmişdir.
Karib dənizinin quldurları: Ölülər nağıl danışmır (film, 2017)
İki nağıl (cizgi filmi, 1962)
İki nağıl (rus. Две сказки) 1962-ci ildə Vladimir Suteyevin "Alma" və "Xilaskar çubuq" adlı nağılları əsasında çəkilib.
Cek və lobya ağacı (nağıl)
Cek və lobya ağacı — ingilis nağılıdır. Bu nağıl ilk dəfə olaraq 1734-cü ildə "The Story of Jack Spriggins and the Enchanted Bean" (Cek Spriqqins və sehrli lobyanın nağılı) və 1807-ci ildə Benjamin Tabart tərəfindən əxlaq dərsi kimi verilmiş "The History of Jack and the Bean-Stalk" (Cek ilə lobya sapının hekayəsi) əsərlərində meydana çıxmışdır. Feliks Summerli (ing. Felix Summerly) təxəllüsü ilə əsərlərini nəşr edən Henri Koul (ing. Henry Cole) bu hekayəni 1845-ci ildə The Home Treasury-da məşhurlaşdırmışdır və 1890-cı ildə Cozef Ceykobs (ing. Joseph Jacobs) onu İngilis Nağıllarında (ing. English Fairy Tales) yenidən yazmışdır. Ceykobsun versiyası müasir dövrdə ən çox təkrar nəşr edilən variantdır və bu versiya əxlaqi məlumatlardan məhrum olduğu üçün onun şifahi versiyalara Tabartınkından daha yaxın olduğu zənn edilir. "Cek və lobya ağacı" arxetipik Korniş və ingilis qəhrəman və stok personaj (stock charachter) olan Cekin iştirak etdiyi hekayələr silsiləsindən olan "Cek nağılları"nın ən məşhurudur. Darem Universiteti və Yeni Lissabon Universiteti tədqiqatçılarının fikrincə, hekayə beş min ildən daha əvvəl yaranmış və hal-hazırda folklorşünaslar tərəfindən ATU 328 Oqrenin Xəzinəsini Oğurlayan Oğlan kimi təsnif edilən ümumi arxaik hekayə formasına əsaslanır.
Nar ağacının nağılı (film, 1989)
== Məzmun == Bu nağılvari əhvalatda macəralar da var, möcüzələr də, yalandan atışmalar da var, doğruçu təqiblər də. Bütün uşaq nağıllarında olduğu kimi, bu cizgi filmində də hər şey yaxşı qurtarır və pis oğlan nəhayət mehriban və xeyirxah olur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Sara Nəzirova (Sara Nəzərova kimi) Kinorejissor: Vahid Talıbov Quruluşçu rəssam: A.Sadıqzadə, Yuri İsaykin Kinooperator: Ramiz Ağayev, Ziya Xəqani Bəstəkar: Mobil Babayev Cizgi rəssamı: Vahid Talıbov, Bəhmən Əliyev, Firəngiz Quliyeva, Əziz Məmmədov, Ş.Nanaziaşvili Səs operatoru: Akif Nuriyev Rəssam assistenti: Məlahət Hümbətova Montaj edən: Lidiya Vyalsova Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317.
Nağılar
Nağılar (Gədəbəy)
Nağılar (Gədəbəy)
Nağılar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Daryurd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Nağılar kəndi Əliismayıllı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Daryurd kəndi mərkəz olmaqla, Daryurd kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Cinqaralı olmuşdur. Kəndin adı bəzən Nağdalılar variantında da qeydə alınmışdır. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Kiçik Qaramurad kəndindən çıxmış nağılar (digər adı cinqaralı) nəslinə mənsub ailələr salmışlar. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 311 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Nağılar (Şuşa)
Nağılar — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaybalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Nağılar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Nağılların nağlı (film, 2015)
Nağılların nağlı (ing. Tale of tales) — 2015-ci ildə çəkilmiş, başda İtaliya olmaqla Fransa və Birləşmiş Krallığın ortaq fantastik filmi. Filmdə bir neçə nağılların ən qədim versiyalarına (Yatmış gözəl, Rapunzel, Sinderella və s.) yer verilir.
Nağılvari Naxışlar (1972)
== Məzmun == Film Azərbaycan ornamentlərinin yaranması haqqındadır.
Nağılvari naxışlar (film, 1972)
== Məzmun == Film Azərbaycan ornamentlərinin yaranması haqqındadır.
Qoca palıdın nağılı (film, 1984)
== Məzmun == Film meşəbəyinin (Həsən Məmmədov) başına gələn, qoca palıdın şahidi olduğu hadisələrdən bəhs edir. Burada göstərilir ki, xeyirxah işlər və əməllər fəal həyat mövqeyi olmadan görülə bilməz. Təbiətin vurğunu olan meşəbəyi qoca palıdın məhv edilməsinə qarşı çıxır. Nəticədə ədalət qalib gəlir. == Film haqqında == Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film 2-ci kateqoriyaya aid edilmişdir. Film İsi Məlikzadənin "Dədə palıd" povesti əsasında çəkilmişdir. Film rus dilində lentə alındığına görə, Azərbaycan Televiziyası tərəfindən dublyaj olunmuşdur. Dublyaj zamanı aktyor Həsən Turabovun ifa etdiyi Nurcabbar obrazı səhvən Nurcəfər kimi səsləndirilmişdir.
Qış nağılı
Qış nağılı — məşhur ingilis dram yazıçısı Uilyam Şekspir tərəfindən yazılmış bir teatr əsəridir. 1611-ci ildə ilk dəfə Şekspirin Saray (Court) Teatrında səhnəyə qoyulmuşdur. 1623-cü ildə ilk dəfə Uilyam Şeksprin əsərlərinin hamısının nəşr olunduğu Birinci Folio kolleksiyasında göstərilmişdir. Əsər ilk dəfə təqdim olunduğu zaman komediya janrında yazıldığı qeyd edilsə də, bəzi müasir redaktorlar bu dramın roman janrında olduğunu iddia edirlər. Bu pyes ingilis dilinin istifadə olunduğu ölkələrin səhnələrində tam mətni ilə deyil, müxtəlif teatrlarda nümayiş edilmişdir. 18-ci əsrdə çox tanınmış Şekspir aktyoru olan Devid Qarrik bu pyesindəki bir personajı canlandırmaqla çox şöhrət qazanmışdır. 19-cu əsrdə isə üçüncü pərdə pastoral xarakterli olmuş və böyük məşhurluq qazanmışdır. Ancaq 20-ci əsrin ikinci yarısında "Qış nağılı" pyesi tamamilə və Birinci Folio kolleksiyasındakı mətninin hamısını əhatə edərək, ilk dəfə səhnəyə qoyulmuşdur. == Personajlar == Siciliya Leontes – Siciliyanın Kralı Hermion – Sicilyanın səxavətli və gözəl kraliçası. Kamillo – Bir dürüst siciliyalı zadəgan.
Qış nağılı. I film (film, 2002)
== Məzmun == Yeni ilə hamı şəhərə getməyə hazırlaşır və yolda müxtəlif problemlər ortaya çıxır.
Sarıköynəklə Valehin nağılı (film, 1980)
"Sarıköynəklə Valehin nağılı" — Lütfi Məmmədbəyli tərəfindən 1980-ci ildə çəkilən Televiziya tamaşası. Televizya tamaşasıƏli İsmayılov səhnələşdirmişdi Azərbaycan Televiziyası tərəfindən çəkilmişdir. == Məzmun == Televizizya tamaşası uşaqlıqdan bir-birilərini sevən və ailə quran Sarıköynəklə Zemfira Nərimanbəyova Valehin İlham Əsgərov acı taleyi haqqındadır. Lakin onların bir-birinə olan məhəbbəti hər bir çətinliyə qalib gəlir və onların xoşbəxtliyinə heç bir qüvvə mane ola bilmir. == Televiziya tamaşası haqqında == Televiziya tamaşası yazıçı İlyas Əfəndiyevin eyniadlı romanı əsasında çəkilmişdir. Televiziya tamaşasında "Gün keçdi", "Alma almaya bənzər", "Həyat bizi sınayır" və. s filmlərin musiqisindən istifadə edilmişdir. Televiziya tamaşasında kinokamera ilə çəkilən səhnələr də vardı.
Talış xalq nağılları
Talış xalq nağılları (tal. Толышә нәғылон) — talış xalqının şifahi yaradıcılıq əsərləri, hər bir xalqın nağıl və əfsanələri digər şifahi xalq yaradıcılığı nümunələri kimi onun etnik şüurunu təcəssüm etdirən mənəvi mədəniyyətin mühüm tərkib hissələrindən biri. Bu günə qədər gəlib çatmış talış nağılları və əfsanələri öz köklərini Avestadan götürərək, tarixin qatlarından keçərək talış mədəniyyətində çox yüksək yer tutur. Onlar oxucuları insan ləyaqətini, mənəvi dəyərləri və müasir dövrümüz üçün xüsusilə aktual olan saf məhəbbət hissini qorumağa çağırır, xeyirxahlıq və humanizm prinsiplərinin daim yüksəldilməsini tövsiyə edirlər. == Öyrənilməsi tarixi == Tədqiqatçılar talış folkloru ilə hələ XIX əsrdə maraqlanmağa başlayıblar. Talış folklorunun ən erkən əks olunduğu yerlərdən biri də müəllim Teymur bəy Bayraməlibəyovun 1894–1899-cu illərdə "Qafqazın yerli və tayfalarının təsviri üçün materiallar toplusunda" əsəridir. Bayraməlibəyov üç məqaləsində talış nağıllarını, əfsanələrini və inanclarını əks etdirir. 1894-cü ildə Tiflisdə yaşayan talış əsilli general-mayor Mir Əsəd-bəy talış dilində topladığı talış mətnlərinin yoxlanılmasında dilçi-etnoqraf L. Q. Lopatinskiyə köməklik göstərirdi. Talış dilindəki bu iki mətn talış nağıllarıdır — "Sehrli alma" və "Qorxaq". Onlar rus dilinə tərcüməsi ilə "Qafqazın məhəllə və tayfalarını təsvir etmək üçün materiallar toplusu"nda dərc edilmişdir.
Tanrıverdinin nağılı (film, 2008)
== Məzmun == Film Azərbaycan nağıllarının motivləri əsasında çəkilib. == Film haqqında == Çəkilişlər Səngəçalda köhnə karvansarada, Umbakıda, Qala kəndində qum hamamında, məsciddə və Qobustanda aparılıb. == Filmin heyəti == Ssenari müəllifi : Şərif Qurbanəliyev Quruluşçu rejissor : Şərif Qurbanəliyev Quruluşçu operator :Əlövsət Aslanov Quruluşçu rəssamlar : Ağarəhim Əliyev-Anar Əsədov Səs rejissoru :İlqar Kazimi Rejissorlar : Akif Rüstəmov,Xədicə Qarayeva Montaj : Səbinə Vəliyeva Səbinə Qəmərlinski Operatorlar : Ramin Cəfərov,Vüqar Məmmədov Qrafika :Yusif Qabilov,Emil Ramazanov,Günel Hüseynova Qrim üzrə rəssam: İlqar Cəfərov İşıqçılar: Dadaş Abbasov,İsmayıl Umarov Kostyumer :Gülxar Həsənova Əlbəsəçi: Zaur Hüseynov Pirotexnik :Vaqif Qurbanov Dekor ustaları : Səid Əbilov,Sərdar Həsənov,Kazım Rombei Sürücülər:Eldar Dadaşov,Aydın İmanov,Ağabala Mehdiyev Prodüser :Arif Məlikov === Rollarda === Yaşar Nuri-Nağılçı Ramil Zeynalov-Tanrıverdi Mətanət Atakişiyeva-Afət Kazım Abdullayev-Qara bəy Həcər Ağayeva-Şəms Füzuli Hüseynov-Süleyman Səidə Quliyeva-Xanım Salman Bayramov-Səlim Tünzalə Əliyeva-Qız Əzizağa Əzizov-Div Ayan Babakişiyeva-Qəmər Xuraman Əliyeva-Quluqçu Nicat Rəhimov-Oğlan == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
Təbrizin sehrli nağılları
Təbrizin sehrli nağılları — Təbriz miniatür sənətindən və orta əsr Azərbaycan incəsənəti salnaməsindən bəhs edən kitab. == Haqqında və məzmunu == Mədəniyyət və Turizm Nazirliyi, "Paşa Həyat Sığorta" ASC-nin və BP Azərbaycan şirkətinin dəstəyi ilə "IRS Publishing House" tərəfindən Azərbaycan və ingilis dillərində nəşr edilib. "İrs" jurnalının baş redaktoru Musa Mərcanlının layihəsi ilə sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin tədqiqatları əsasında hazırlanan kitab dünya incəsənəti tarixində özünəməxsus yeri olan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənətinə həsr edilib. Təbriz miniatür sənəti haqlı olaraq orta əsr Azərbaycan incəsənəti salnaməsinin ən maraqlı səhifələrindən biri sayılır. Orta əsrlərdə Azərbaycan ədəbiyyatında və incəsənətində bir intibah dövrü yaşanıb. Həmin dövrdə Nizami Gəncəvinin "Xəmsə"sinə və Firdovsinin "Şahnamə" əsərinə çəkilmiş miniatürlər geniş yayılıb. Bu sənətin yaradıcıları məşhur Təbriz məktəbini formalaşdırıblar. Təqdim olunan nəşr həm qədim, həm də müasir dövrün mənzərəsini birləşdirən bir əsərdir. Kitab təsviri sənət sahəsində çalışanlar, mədəniyyət işçiləri, gənclər, ümumən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. "İrs" jurnalının baş redaktoru Musa Mərcanlı kitabı qədim və müasir dövrümüzü birləşdirən nəşr kimi qiymətləndirərək, bu sahədə işlərin davamlı olacağını bildirlb: Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə Regionu üzrə hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli "Təbrizin sehrli nağılları" yenidən dünyanı dolaşır" adlı məqaləsində yazır: === Kitab ətrafında qalmaqal və reaksiyalar === 20 iyul 2022-ci ildə İsrailin Azərbaycandakı səfiri Corc Dik "Təbrizin sehrli nağılları" adlı kitabla bağlı "Twitter" səhifəsində paylaşım edərək, İranın Azərbaycandakı səfiri Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin tvitinə cavab verib.
Tənha Narın Nağılı (1984)
== Məzmun == Bu, müharibədən sonrakı ilk illərdə çiyinlərinə dövrün ağır yükü düşmüş adamlar, Azərbaycan şəhərlərindən birinin həyatı, insan mənəviyyatının paklığı haqqında film-xatirədir. Filmin balaca qəhrəmanı, məktəbli Sadiq(Ruslan Nəsirov) ona ən yaxın olan yeganə adamı, bibisi Mədinə(Şükufə Yusifova) ilə birlikdə kənddən şəhərə köçür. Bir vaxtlar bibisi Sadığa guya yeni evlərinin pəncərələrinin altında böyüyən gözəl nar ağacı haqqında nağıl danışmışdı. Məlum olur ki, müharibədən sonrakı Azərbaycan şəhərinin həyatı heç də oğlanın təsəvvür etdiyi kimi deyilmiş. Lakin müharibənin yükünü öz üzərində hiss etmiş adamlarla ünsiyyət saxlaması Sadığı daha da nəcibləşdirir və xeyirxah edir. == Film haqqında == Film aktyor İdris Rüstəmovun kinoda ilk işidir. Film yazıçı Əkrəm Əylislinin "Adamlar və Ağaclar" silsilə povestlərindən biri-"Tənha Nar Ağacı" əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin Müəllifi : Əkrəm Əylisli Ssenari müəllifi : Roza Hüsnitdinova Quruluşçu rejissor : Şamil Mahmudbəyov, Həsənağa Turabov Quruluşçu operator : Zaur Məhərrəmov Quruluşçu rəssam : Kamil Nəcəfzadə Bəstəkar : Tofiq Quliyev Səs operatoru : Ağahüseyn Kərimov Rejissor : Tofiq Məmmədov Operator : Nizami Abbasov Mahnı Mətni : Eyvaz Borçalı Geyim rəssamı : Kamil Nəcəfzadə Qrim rəssamı : Elbrus Vahidov Dekor rəssamı : Səyyad Bayramov Montaj edən : V. Mironova, G. Hüseynova Rejissor assistenti : Ə. Əhmədov, Fərid Hümbətov, F. Hüseynov Operator assistenti : Sərvər Rəşidoğlu(Sərvər Quliyev kimi) Rəssam assistenti : M. Manuvaxova Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı : Sərvər Musayev(S. Musayev kimi) İşıq Ustası : Rüstəm Rüstəmov Redaktor : Ramiz Rövşən(R. Əliyev kimi) İnzibatçı : Məmməd Qurbanov, Sahib Quluzadə Çalır : Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Simfonik Orkestri Dirijor : Əli Cavanşir Filmin direktoru : Aydın Dadaşov Kadrarxası mətn : Fəxrəddin Manafov Mahnı İfa edən : Akif İslamzadə(titrlərdə yoxdur) === Rollarda === Ruslan Nəsirov-Sadıq Şükufə Yusifova-Mədinə Nəcibə Hüseynova-Mərcan Yaşar Nuri-Qubad Rasim Balayev-Yaqub Natəvan Məmmədova-Surət Süsən Məcidova-Bəyxanım Əminə Yusifqızı-Firuzə Həsən Əbluc-Səyyad İlqar Ağayarov-Xəzər Həsənağa Turabov-Əli Nadir Əzməmmədov Mayak Kərimov-Leytenant Ötkəm İsgəndərov-Mənsur İdris Rüstəmov-Səlim N. Rukoviçkina Lətifə Əliyeva-Sədəf == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Tənha narın nağılı (film, 1984)
== Məzmun == Bu, müharibədən sonrakı ilk illərdə çiyinlərinə dövrün ağır yükü düşmüş adamlar, Azərbaycan şəhərlərindən birinin həyatı, insan mənəviyyatının paklığı haqqında film-xatirədir. Filmin balaca qəhrəmanı, məktəbli Sadiq(Ruslan Nəsirov) ona ən yaxın olan yeganə adamı, bibisi Mədinə(Şükufə Yusifova) ilə birlikdə kənddən şəhərə köçür. Bir vaxtlar bibisi Sadığa guya yeni evlərinin pəncərələrinin altında böyüyən gözəl nar ağacı haqqında nağıl danışmışdı. Məlum olur ki, müharibədən sonrakı Azərbaycan şəhərinin həyatı heç də oğlanın təsəvvür etdiyi kimi deyilmiş. Lakin müharibənin yükünü öz üzərində hiss etmiş adamlarla ünsiyyət saxlaması Sadığı daha da nəcibləşdirir və xeyirxah edir. == Film haqqında == Film aktyor İdris Rüstəmovun kinoda ilk işidir. Film yazıçı Əkrəm Əylislinin "Adamlar və Ağaclar" silsilə povestlərindən biri-"Tənha Nar Ağacı" əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin Müəllifi : Əkrəm Əylisli Ssenari müəllifi : Roza Hüsnitdinova Quruluşçu rejissor : Şamil Mahmudbəyov, Həsənağa Turabov Quruluşçu operator : Zaur Məhərrəmov Quruluşçu rəssam : Kamil Nəcəfzadə Bəstəkar : Tofiq Quliyev Səs operatoru : Ağahüseyn Kərimov Rejissor : Tofiq Məmmədov Operator : Nizami Abbasov Mahnı Mətni : Eyvaz Borçalı Geyim rəssamı : Kamil Nəcəfzadə Qrim rəssamı : Elbrus Vahidov Dekor rəssamı : Səyyad Bayramov Montaj edən : V. Mironova, G. Hüseynova Rejissor assistenti : Ə. Əhmədov, Fərid Hümbətov, F. Hüseynov Operator assistenti : Sərvər Rəşidoğlu(Sərvər Quliyev kimi) Rəssam assistenti : M. Manuvaxova Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı : Sərvər Musayev(S. Musayev kimi) İşıq Ustası : Rüstəm Rüstəmov Redaktor : Ramiz Rövşən(R. Əliyev kimi) İnzibatçı : Məmməd Qurbanov, Sahib Quluzadə Çalır : Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Simfonik Orkestri Dirijor : Əli Cavanşir Filmin direktoru : Aydın Dadaşov Kadrarxası mətn : Fəxrəddin Manafov Mahnı İfa edən : Akif İslamzadə(titrlərdə yoxdur) === Rollarda === Ruslan Nəsirov-Sadıq Şükufə Yusifova-Mədinə Nəcibə Hüseynova-Mərcan Yaşar Nuri-Qubad Rasim Balayev-Yaqub Natəvan Məmmədova-Surət Süsən Məcidova-Bəyxanım Əminə Yusifqızı-Firuzə Həsən Əbluc-Səyyad İlqar Ağayarov-Xəzər Həsənağa Turabov-Əli Nadir Əzməmmədov Mayak Kərimov-Leytenant Ötkəm İsgəndərov-Mənsur İdris Rüstəmov-Səlim N. Rukoviçkina Lətifə Əliyeva-Sədəf == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Xosrov və Şirinin xidmətçilərin nağıllarını dinləmələri
Xosrov və Şirinin xidmətçilərin nağıllarını dinləmələri - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçı N. Zamanov bu miniatürü "monumental sənət nümunəsi" adlandırır. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Xosrov və Şirin" poemasında, Xosrov, Şirinlə görüşü münasibətilə kef məclisi qurmuşdur. Onlar, müğənnilərin mahnısını dinləyir, ecazkar musiqi təranələrindən məst olurlar. Bu zaman sevgililər musiqiyə bir an fasilə verərək, xidmətçilərin maraqlı nağıllarına qulaq asırlar: Nizami poemasında Xosrovla Şirin iki baş qəhrəman kimi qələmə alınsalar da, şair bu surətlərin səciyyəsindəki ziddiyyəti qabarıq şəkildə verməyi lazım bilmişdir. Xosrovu görmədən, tanımadan sevən Şirin, Şapurun tərifi ilə Şirinə məhəbbət bağlayan Xosrov macərası şairin əsərində gözəl səsləndiyi kimi, miniatür dilində də eləcə gözəl və valehedici səslənməli idi. Ağamirək, "Xəmsə"yə çəkdiyi bütün miniatürlərdə olduğu kimi, bu əsərində də tutduğu qayəyə sadiq qalmış və buna görə də, onun əsərləri miniatür şərtiliyinə baxmayaraq, Nizami epizodlarının mayasından pərvazlanmışdır. == Təsvir == Miniatürün mərkəzində, zəngin bəzədilmiş tağ-tavan altındakı geniş taxtda Xosrovla Şirin əyləşmişlər.
İtirilmiş vaxt haqqında nağıl (film, 1964)
İtirilmiş vaxt haqqında nağıl (rus. Сказка о потерянном времени) — rejissor Aleksandr Ptuşkonun 1964-cü ildə çəkdiyi sovet bədii filmi. == Məzmunu == Filmin baş qəhrəmanı tənbəl üçüncü sinif şagirdi Petya Zubovdur (Qriqori Plotkin). Vaxtını boş işlərlə keçirən Petya Zubov və ona bənzər digər 3 şagirdin şər sehirbazlar tərəfindən "zamanı oğurlanır". Filmin əsas ideyası izləyicilərə vaxtı düzgün dəyərləndirmək və onu boş yerə sərf etmğməyi çatdırmaqdır.
İçəri şəhər-əbədi nağıl (film, 1984)
== Məzmun ==
Karib dənizinin quldurları: Ölülər nağıl danışmır
Karib dənizinin quldurları: Ölülər nağıl danışmır (ing. Pirates of the Caribbean: Dead Men Tell No Tales) — Öz bəxtini tükəndirən kapitan Cek Sərçə müəyyən edir ki, çoxdan dost olmayan qorxulu kapitan Salazar və ruh dəniz quldurları onun ovuna çıxıblar. Onların niyyəti kapitan Cek Sərçəni aradan qaldırmaq idi. Onlar təzəlikcə Şeytan üçbucağından qaçıblar və indi Cek daxil olmaqla bütün dəniz quldurlarını məhv etmək istəyirlər. Xilas olmağa yalnız qüdrətli artefakt – Poseydonun üçbaşlı əsası kömək edə bilər, hansı ki, öz sahibinə bütün dənizi idarə etmək bəxş edir. Poseydon yunan tanrısı olub, dənizi idarə edirdi, bunu etməsində əsası ona köməklik edirdi. Filmdə Conni Depplə bərabər Xavier Bardem, Brenton Tvaytes, Kevin R. McNally, Kaya Skodelario, Golşiftə Fərahani, Stefen Qraham və başqa məşhurlar rol alıb. Film 26 may 2017-ci ildə təqdim olunmuşdur.
Ağ atlı oğlan haqqında nağıl (film, 1986)
Ağ atlı oğlan haqqında nağıl qısametrajlı sənədli filmi rejissor Rauf Nağıyev tərəfindən 1995-cı ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Cəmşid Naxçıvanski adına hərbi məktəb şagirdlərinin həyatından və təhsilindən bəhs edir. == Məzmun == Film Cəmşid Naxçıvanski adına hərbi məktəb şagirdlərinin həyatından və təhsilindən bəhs edir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Ramiz Duyğun, Rauf Nağıyev Rejissor: Rauf Nağıyev Operator: Rəşid Nağıyev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Balıq və balıqçı haqqında nağıl (cizgi filmi, 1950)
Balıqçı və balıq haqqında nağıl (rus. Сказка о рыбаке и рыбке) - Aleksandr Puşkinin eyniadlı əsəri əsasında çəkilən sovet cizgi filmi.
Balıq və balıqçı haqqında nağıl (cizgi filmi, 1959)

Значение слова в других словарях