NADAN

sif. [ fars. ]
1. Cahil, avam, biliksiz, geridə qalmış, məlumatsız. Nadan adam. Nadanın biridir. – Ağıllı düşmən nadan dostdan yaxşıdır. ( Ata. sözü ).
Ey nadan mollaların sözünə qulaq asıb, məndən bir neçə günlüyə üz çevirən camaat! C.Məmmədquluzadə.

// İs. mənasında.
Sənə Vaqif kimi dərd bilən gərək; Layiq görməm hər nadanı mən sənə. M.P.Vaqif.
Mən Zakirəm, budur sözüm, söhbətim; Nadan ilə hərgiz olmaz ülfətim. Q.Zakir.
Fikrimi verməm əbəs, siz kibi nadanlara; Sövq edəsiz oğlumu bir para hədyanlara. M.Ə.Sabir.

2. Xəbərsiz, bixəbər, qafil.
[Həcər:] Özünü tez yetir, ay nadan Nəbi! Tüfəngi havada oynadan Nəbi! Qaçaq Nəbi”.

3. Öz həddini bilməyən; qaba, kobud, qanmaz. Nadan adam. Nadan (z.) hərəkət etmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NADAN nadan bax avam
  • NADAN avam — cahil
  • NADAN qaba — kobud — ədəbsiz — tərbiyəsiz — düşüncəsiz

Antonimlər (əks mənalı sözlər)

  • NADAN NADAN – AĞILLI Ağıllı düşmən nadan dostdan yaxşıdır (Ata. sözü). NADAN – MƏDƏNİ Nadan atadan qız nə tərbiyə götürə bilər (S

Etimologiya

  • NADAN Fars sözüdür, na inkar bildirir (naşükür və s.), dan isə farsca danəstən (bilmək) feilinin qrammatik əsasıdır (Bəhlul Danəndə), nadan “biliksiz” (avam
NAÇİZ
NADANLIQ
OBASTAN VİKİ
Nadanlıq (əsər)
Nadanlıq (əsər) — Nəriman Nərimanovun ədəbi irsi zəngindir. XX əsrin sonlarından onun dövri mətbuatda çoxlu felyetonları, ədəbi-tənqidi, elmi-publisist məqalələri, eyni zamanda, dram və nəsr əsərləri çap edilib. Teatrı geniş kütlələrlə sıx əlaqə saxlamaq üçün əsas vasitə hesab edən Nərimanov öz ürək sözlərini, fikirlərini geniş xalq kütlələrinə çatdırmaq niyyətilə "Nadanlıq", "Şamdan bəy", "Nadir şah" pyeslərini qələmə alıb. "Nadanlıq" komediyası Nəriman Nərimanovun dramaturgiya sahəsində ilk qələm təcrübəsidir. Yazıçı əsərin mövzusunu Tiflis quberniyasının Borçalı qəzasındakı Qızılhacılı kəndinin həyatından almışdır. == Məzmunu == "Nadanlıq" komediyasında yazıçı öz şəxsi mənafeyini ümumin xeyirinə qurban verən Məhəmmədağa və Ömər kimi maarifpərvər ziyalıları zülmət səltənətinə qarşı qoyur. İctimai həyat meydanına yenicə atılan Məhəmmədağanın və Ömərin köhnə feodal mühitinin mühafizəkar qayda-qanunlarına kəskin etirazı və yenilik uğrunda mübarizəsi komediyanın əsasını təşkil edir. Nərimanovun "Nadanlıq"da məqsədi "müsəlmanların" həyatına "bir zərrə qədər nəf" gətirmək idi. Əsərin əsas ideyası feodal həyatının köhnə adət və ənənələrinə, cəhalətə və nadanlığa qarşı mübarizədir. Yazıçı komediyada ictimai həyata və ailə-məişətə möhkəm daxil olan feodal əxlaq qaydalarının törətdiyi dəhşətli fəlakətlərin tipik lövhəsini yaratmışdır.

Digər lüğətlərdə

арбитра́ж арми́рование гонио́метр моле́нная на па́мять недружелю́бно осла́бнуть ота́бориться отврати́тельный праздношата́йка разла́д фигури́стка атрибу́тный залюбова́ться недопла́чиваться переизбра́ть утверди́ться тарч трип barspoon checkup invigour ruddy Valparaiso архив