NAƏMNİ
NAFE
OBASTAN VİKİ
96 saylı Goranboy-Naftalan seçki dairəsi
Cümə məscidi (Naftalan)
Cümə məscidi — Naftalan şəhərinin mərkəzində yerləşən məscid.
Faruq Nafiz Çamlıbel
Faruq Nafiz Çamlıbel (18 may 1898, Konstantinopol – 8 noyabr 1973, İstanbul) — türk şair, siyasətçi və müəllim. Beş hecaçılar ədəbi cərəyanına mənsub olan şairlərdən biri. TBMM-də VIII, IX, X və XI çağırış İstanbul millət vəkili olaraq fəaliyyət göstərmiş bir siyasətçi. Ən məşhur əsəri "Xan divarları" adlı şeiri olmuşdur. == Həyatı == Faruq Nafiz Çamlıbel 18 may 1898-ci ildə İstanbulda anadan olub. Atası Süleyman Nazif bəy, anası Fatma Ruhiyə xanım olmuşdur. İbtidai və orta təhsilini Bakırköy Rüşdiyyəsi ilə Hadika məşvərət orta məktəbində alıb. == Yaradıclığı == Faruq Nafiz Çamlıbel şeirə uşaq yaşlarında başlayıb. Yazıçının dediyinə əsasən, ilk şeiri olan "Saat" 1914-cü ildə "Uşaq dünyası" adlı jurnalda çap olunub. Faruq Nafizin ədəbiyyat aləmində tanınması Cəlal Nurinin çıxardığı "Ədəbiyyati-ümumiyyə" məcmuəsində çap olunan əruzla yazdığı "Şərqin sultanları" şeirilə başlanmışdır.
Goranboy-Naftalan seçki dairəsi
NAFTA
Şimali Amerika Azad Ticarət Assosiasiyası (ing. North American Free Trade Agreement, NAFTA; fr. Accord de libre-échange nord-américain, ALÉNA;; isp. Tratado de Libre Comercio de América del Norte, TLCAN) — Şimali Amerikada Ticarət blokunun yaradılması haqqında ABŞ, Meksika və Kanada arasındakı razılaşma. 1994-cü il yanvarın 1-də qüvvəyə minmişdir. Amerika transmilli korporasiyalarının təsiri altında ABŞ administrasiyası tərəfindən irəli sürülmüşdür. Amerika iqtisadiyyatının Kanada və Meksika iqtisadiyyatı ilə nail olunan qovuşma səviyyəsi onun dövlətlərarası rəsmiləşdirilməsini tələb edirdi. XX əsrin 90-cı illərinin əvvəllərinə dünyada baş verən siyasi və iqtisadi vəziyyətdəki radikal dəyişikliklər də buna şərait yaradırdı: Aİ öz regionunda inteqrasiya proseslərinin genişləndirilməsini və dərinləşməsini kəskin surətdə sürətləndirdi; Yaponiya, Çin və Cənub-Şərqi Asiya ölkələri səylə iqtisadi potensiallarını gücləndirirdi; Asiya-Sakit Okean iqtisadi əməkdaşlığı artırdı. Formallaşan şərait dünya bazarında Amerika korporasiyalarının rəqabət qabiliyyətini saxlamaq üçün ABŞ-nin qarşısında öz qitəsində inteqrasiya proseslərinin fəallaşdırılması vəzifəsini qoydu.
Nafeç
Nafiç — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,814 nəfər və 903 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Nafi Cusoyti
Nafi Cusoyti — Sovet və Osetiya şairi, dramaturq, publisist, ədəbiyyatşünas, tərcüməçi, Osetiyanın xalq yazıçısı. Filologiya elmləri doktoru, Gürcüstan SSR Elmlər Akademiyasının müxbir üzvü, Yabloko Narts mükafatı laureatı. Şair Taymuraz Hacetinin qardaşı. == Bioqrafiya == Cənubi Osetiyanın Kudar dərəsində kəndli ailəsində anadan olmuşdur. 1941-ci ildə Kirov orta məktəbini qızıl medalla bitirib və Böyük Vətən müharibəsinin başlaması ilə iyulun 24-də könüllü olaraq cəbhəyə yollanır. 1945-ci ilin noyabrında tərxis edilir. 1945-ci ildə müharibə bitdikdən sonra Cənubi Osetiya vilayət partiya komitəsinin təlimatçısı kimi işə başlayır. 1947-ci ildən 1949-cu ilə qədər Cənubi Osetiya başlıqlarının senzurası, "Zarya Vostoka" qəzetinin Cənubi Osetiyada xüsusi müxbiri işləyir. V.I. adına Şimali Osetiya Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsində qiyabi təhsil alır. 1949-cu ildə məzun olur.
Nafiç
Nafiç — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,814 nəfər və 903 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Nafiə Abid
Nafiə Abid (1903, Yanina) — milliyyətcə alban olan Azərbaycan şairi və yazıçısı. Yazdığı hekayə və şeirlər Azərbaycan türkcəsində olub, əsərlərində Azərbaycanın azadlıq mübarizəsini tərənnüm edib. Bir çox şeirləri Nafiə Şükrü imzasıyla çap olunmuşdur. Əmin Abid Gültəkinin həyat yoldaşıdır. == Həyatı == === Uşaqlıq və yeniyetməlik dövrü === 1903-cü ildə Yanya (indi Yunanıstanın tərkibindədir) şəhərində bir alban ailəsində doğulan Nafiənin ailəsi yunanların Osmanlı dövlətinə qarşı üsyanından sonra İstanbula köçür. Kiçik yaşlarında atası Əhməd Şükrünü itirir. Bundan sonra Nafiənin anası Zəhra Tevfik Tanurə ərə gedir. Beləliklə Nafiənin qızlıq sənədlərində Nafiə Tevfik Tanur qızı yazılır. 7 yaşında ikən İstanbuldakı Camlıq liseyinə daxil olan Nafiə 11 il orada təhsil alıraq, 18 yaşında oranı bitirir. Daha sonra birillik pedaqoji kursu bitirərək 1922-ci ildə İstanbul Universitetinin Tarix-ədəbiyyat fakültəsinə daxil olur.
Naftalan Hava Limanı
Naftalan Hava Limanı — Azərbaycanın Naftalan şəhərində yerləşən, 1997-ci ildən bəri fəaliyyəti dayandırılmış hava limanı. == Tarixi == Naftalan hava limanının tikintisinə 1975-ci ildə başlanılıb və 1977-ci ildə istismara verilib. Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən mütəmadi olaraq atəşə tutulan hava limanının fəaliyyəti 1997-ci ildə dayandırılıb. O vaxtdan bəri hava limanı Gəncə və Bakı aeroportları üzrə bilet satışı həyata keçirən kassa rolunu oynayıb. Əvvəllər bu aeroport vasitəsilə Bakı-Naftalan istiqamətində Yak-40 sərnişin təyyarələri uçub.Limanın ərazisi sənəd üzrə 47 hektar, faktiki hasarlanmış ərazisi isə 58.8 hektardır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 1370 metr, eni isə 35 metrdir. 2020-ci ilin noyabrında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) yaydığı məlumatda hava limanının Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) beynəlxalq məkan indeksləri kataloquna daxil ediləcəyi açıqlanıb.2021-ci ilin iyul ayında Azərbaycanın prezidenti İlham Əliyev hava limanını ziyarət edərək onun yenidənqurma planlarını müzakirə edib. == İstinadlar == == Xarici keçidlər == Naftalana birbaşa uçuşlar olacaqmı? — Rəsmi açıqlama Naftalan hava limanı yenidən istifadəyə veriləcəkmi?
Naftalan Tarix-Diyarşünaslıq Muzeyi
Naftalan Tarix-Diyarşünaslıq Мuzeyi - == Muzeyin tarixi == Muzey Naftalan şəhər Xalq Deputatları Sovetinin tərkibində Mədəniyyət inspektorluğunun tabeliyində 1983-cü ildən fəaliyyət göstərir. Muzey Kurort Birliyinin balansında ümumi sahəsi 318 m2 olan binada yerləşdirilmişdir. 2006-cı ilə kimi həmin binada fəaliyyət göstərmiş, bina qəzalı vəziyyətdə olduğuna görə 05.05.2006-cı il tarixli 141 saylı əmrlə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin göstərişinə əsasən muzey eksponatları yeni muzey binası tikilənə kimi uyğunlaşdırılmış binaya köçürülmüşdür. == Muzey eksponatları == Muzeyin fondunda 5407 ədəd eksponat var. Eksponatlar Naftalan şəhərinin keçmişinə dair rəngli və ağ-qara fotoşəkillərdən, sənədlərdən, nəqqaşlıq, arxeoloji, məişət və etnoqrafik əşyalardan və şəfa tapmış xəstələrin keçmiş SSRİ-nin müxtəlif bölgələrindən göndərdikləri təşəkkür məktublarından, sanatoriyaya müəalicəyə gəlmiş xəstələrin sağaldıqdan sonra muzeyə bağışladıqları əsalardan ibarətdir. Azərbaycanın ucqarında fəaliyyət göstərən dünyada yeganə olan muzeyin ilk eksponatı 1978-ci ilə aiddir == Əsalar muzeyi == Naftalan şəhərində dünyada yeganə olan bir muzey mövcuddur. Bu muzeyin eksponatları hər biri özündə bir tarix yaşadan taxta, dəmir və müxtəlif materiallardan olan əsalar, qoltuq ağacları və saysız-hesabsız təşəkkür məktublarıdır. Bütün dünyada bura “Əsalar muzeyi” kimi tanınır. Naftalan şəhər Tarix-Diyarşünaslıq Muzeyinin tərkibində fəaliyyət göstərən “Əsalar muzeyi”nin qəribə yaranma tarixçəsi var. Belə ki, ötən əsrdən başlayaraq sağlamlıq əhəmiyyətli Naftalan neftinin sorağını eşidən minlərlə insan müxtəlif ölkələrdən bu kiçik şəhərə üz tutub.
Naftalan bələdiyyələri
Naftalan bələdiyyələri — Naftalan şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Naftalan bələdiyyəsi
Naftalan bələdiyyələri — Naftalan şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Naftalan faciəsi
Naftalan faciəsi və ya Naftalan terroru — 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin Goranboy rayonunun Naftalan şəhəri yaxınlıqlarında yerləşən Qaşaltı Qaraqoyunlu kəndinə artilleriya hücumu. Hadisə nəticəsində eyni ailədən 5 nəfər həlak olmuş, ailənin evi qismən dağılmışdır. Goranboy rayon prokurorluğunda hadisə ilə əlaqədar cinayət işi açılmışdır. "Amnesty International" bildirmişdir ki, artilleriyadan "heç vaxt mülki əhalinin cəmləşdiyi ərazidə istifadə edilməməlidir" və hadisəni "heç bir şeyə fərq qoymadan hücum" kimi qiymətləndirmişdir. Həmçinin, FİFA-nın baş katibi Fatma Samura hadisə nəticəsində həlak olan 13 yaşlı futbolçu Şəhriyar Qurbanov üçün başsağlığı məktubu ünvanlamışdır. == Zəmin == Qaşaltı Qaraqoyunlu kəndi Goranboy rayonunda, kurort şəhəri olan Naftalan yaxınlıqlarında yerləşir. 2015-ci ildə kəndin əhalisi 833 nəfər idi. Qaşaltı Qaraqoyunlu münaqişə zonasından təxminən 50 kilometr (31 mil) məsafədə yerləşir.Mübahisəli Dağlıq Qarabağ regionunda etnik ermənilər çoxluq təşkil edir və de-yure Azərbaycanın bir hissəsidir, lakin Ermənistan tərəfindən dəstəklənən və beynəlxalq səviyyədə tanınmayan Dağlıq Qarabağ Respublikasının (DQR) faktiki nəzarətində olmuşdur. Etnik zorakılıq 1980-ci illərin sonlarında başlamış və 1991-ci ildə SSRİ-nin dağılması ilə müharibəyə çevrilmişdir. 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti Soveti vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılaraq Ermənistan SSR-yə birləşdirilməsi haqqında qərar qəbul etmiş, lakin Azərbaycan bunu rədd etmişdir.
Naftalan müalicəvi neft yatağı
Naftalan nefti — Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitələrdən biridir. Naftalan şəhərində yerləşən mənbələrdən çıxarılır. == Haqqında == Naftalan müalicəvi neft yatağı Kiçik Qafqazın ətəklərində, Goran dəmir yolu stansiyasından , Gəncə şəhərindən cənub-şərqdə aralıda yerləşir. Dünyada müalicəvi xassəli yeganə neft yatağıdır və özü də çoxdan məlumdur. Dəri xəstəliklərinin müalicəsində istifadə məqsədilə Naftalanda qazılmış quyudan yağ hasil edilməsi barədə hələ Marko Polo söhbət açmışdır. XIX əsrin sonlarında alman mühəndisi A.İ.Yeger Naftalanda icarəyə götürdüyü torpaq sahəsində bir neçə quyu qazdırır və pullu naftalan müalicəxanasını inşa etdirir. Tarixdən məlumdur ki, 1904–1905-ci illər rus-yapon müharibəsi zamanı yapon əsgərlərinin təcili tibbi yardım dərman qutularından naftalan mazı doldurulmuş bankalar tapılmışdır, bu da onun yüksək müalicəvi xassəyə malik olmasından xəbər verir. Müəyyən edilmişdir ki, naftalan nefti orqanizmə yaxşı təsir göstərərək onun ümumi reaktivliyini artırır. Neftdən istifadə etməklə müalicəvi proseduraların aparılması insan orqanizminə ağrıkəsici, əks-iltihab və desensibilizasiya təsiri göstərir, orqanizmdə trofika və maddələr mübadiləsini yaxşılaşdırır, əsəb tellərinin keçiriciliyini bərpa edir, hərəkət pozğunluqlarını azaldır, ağrı hissiyyatı sərhədini artırır və i.a. Naftalan yatağı maykop çöküntülərinə aiddir.
Naftalan nefti
Naftalan nefti — Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitələrdən biridir. Naftalan şəhərində yerləşən mənbələrdən çıxarılır. == Haqqında == Naftalan müalicəvi neft yatağı Kiçik Qafqazın ətəklərində, Goran dəmir yolu stansiyasından , Gəncə şəhərindən cənub-şərqdə aralıda yerləşir. Dünyada müalicəvi xassəli yeganə neft yatağıdır və özü də çoxdan məlumdur. Dəri xəstəliklərinin müalicəsində istifadə məqsədilə Naftalanda qazılmış quyudan yağ hasil edilməsi barədə hələ Marko Polo söhbət açmışdır. XIX əsrin sonlarında alman mühəndisi A.İ.Yeger Naftalanda icarəyə götürdüyü torpaq sahəsində bir neçə quyu qazdırır və pullu naftalan müalicəxanasını inşa etdirir. Tarixdən məlumdur ki, 1904–1905-ci illər rus-yapon müharibəsi zamanı yapon əsgərlərinin təcili tibbi yardım dərman qutularından naftalan mazı doldurulmuş bankalar tapılmışdır, bu da onun yüksək müalicəvi xassəyə malik olmasından xəbər verir. Müəyyən edilmişdir ki, naftalan nefti orqanizmə yaxşı təsir göstərərək onun ümumi reaktivliyini artırır. Neftdən istifadə etməklə müalicəvi proseduraların aparılması insan orqanizminə ağrıkəsici, əks-iltihab və desensibilizasiya təsiri göstərir, orqanizmdə trofika və maddələr mübadiləsini yaxşılaşdırır, əsəb tellərinin keçiriciliyini bərpa edir, hərəkət pozğunluqlarını azaldır, ağrı hissiyyatı sərhədini artırır və i.a. Naftalan yatağı maykop çöküntülərinə aiddir.
Naftalan sanatoriyası
== İqlimi və coğrafi mövqeyi == Naftalan kurortu Bakıdan 338 kilometr qərbdə yerləşir. Naftalan kurortu Qafqaz sıra dağlarının ətəyində, dəniz səviyyəsindən 220 – 250 metr yüksəklikdə qərar tutmuşdur. Kurortun iqlimi mülayim – tropikdir. Orta illik temperatur müsbət +14 dərəcə Selsidir. Yağıntılar az miqdarda olub, ildə 100 – 250 millimetr təşkil edir. Az küləklidir. Küləklər əsasən musson xarakterli şimal – qərb küləkləridir. Kurort insan əli ilə salınmış, əsasən şam ağaclarından ibarət meşə parkda yerləşmişdir. Bunun nəticəsində kurortun havası təmizdir. "Naftalan Sanatoriyası" – nın tərkibində 3050 yerlik sanatoriya kompleksi tikilsə də , bunun 2000 – dən çox yerində məcburi köçkünlər yerləşmişdir Şəfa mənbəyi kimi Naftalan nefti Naftalan nefti respublikamızın ən qiymətli təbii sərvətlərindən biridir.
Naftalan şəhəri
Naftalan — Azərbaycan Respublikasında şəhər. Azərbaycanın qərb bölgəsində Goranboy rayonu yaxınlığında turistik əhəmiyyətli şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 574,82 ha (o cümlədən, Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qaşaltı Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 26,4 ha və Qasımbəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 11,9 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 2,5 ha, habelə meşə fonduna aid 534,02 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir.Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 489,0 ha (o cümlədən Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Tap Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 133,84 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 229,68 ha və xüsusi mülkiyyətdə olan 125,48 ha (cəmi — 355,16 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmiş, Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir. == Adının etimologiyası == Naftalan adının etimologiyası "süzülən" və ya "axıb gedən" mənasını verən "nafta" sözündəndir. Midiyalılar yağı bu cür adlandırırdılar. == Tarixi == 1967-ci ilə qədər Naftalan şəhəri Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərmişdir. 1967-ci ilin 28 aprelində Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 48 nömrəli qərarı ilə Naftalana Respublika tabeli şəhər statusu verilmişdir. Naftalan barədə hələ XI əsrdə yaşamış dahi Azərbaycan şairi özünün yazdığı Xəmsə əsərində yazmışdır. O, Naftalanın yaxınlığında yerləşən Səfi-Kürd adlanan ərazidən neft çıxarıldığını və onun karvanlarla başqa ölkələrə daşındığını bildirirdi. XIII əsrdə yaşamış avropalı səyyah Marko Polo da Azərbaycan ərazisindən keçərkən Naftalan ərazisində müalicəvi yağın quyulardan çıxarılaraq dəvələr vasitəsilə başqa yerlərə daşındığını yazmışdı.
Naftali Benet
Naftali Benet (ivr. ‏נַפְתָּלִי בֶּנֶט‏‎; 25 mart 1972, Hayfa) — İsrailin 13-cü Baş naziri. 2013–2019-cu illərdə İsrailin diaspor işləri naziri, 2019–2020-ci illərdə İsrailin müdafiə naziri vəzifələrində çalışmışdır. 2012–2018-ci illər arasında Yəhudi Evi partiyasına, 2018-ci ildən Yeni Sağ Partiyasına rəhbərlik edir.ABŞ-dən olan mühacirlərin oğlu olan Benet, İsrail Müdafiə Qüvvələrinin Sayeret Matkal və Maglan xüsusi təyinatlı hissələrində xidmət etmiş, bir çox döyüş əməliyyatına rəhbərlik etmiş və sonradan bir proqram təşəbbüskarı olmuşdur. 1999-cu ildə ABŞ anti-fırıldaqçılıq şirkəti olan Cyota şirkətini qurdu və onlayn bank fırıldaqçılığı, e-ticarət fırıldaqçılığı və fişinqə yönəldi. Şirkət 2005-ci ildə 145 milyon dollara satıldı. 2013-cü ildə 100–130 milyon dollara satılan İsrail bulud hesablama xidməti olan Soluto-nun icraçı direktoru vəzifəsində çalışıb.Siyasətə 2006-cı ildə girdi, 2008-ci ilə qədər Benyamin Netanyahunun Baş Katibi vəzifəsini icra etdi. 2011-ci ildə Ayelet Shaked ilə birlikdə "Mənim İsrailim" parlamentdən kənar hərəkatını qurdu. 2012-ci ildə Benet Yəhudi Evinin partiya lideri seçildi. Yəhudi Evinin Benetin rəhbərliyi altında ilk dəfə qatıldığı 2013 Knesset seçkilərində 120 yerdən 12 yer qazandı.
Naftali Herts İmber
Naftali Herts İmber və ya Naftali Zvi İmber (ivr. ‏נפתלי הרץ אימבר‏‎, id. נפתלי הערץ אימבער, ukr. Нафталі Герць Імбер; 27 dekabr 1856 – 8 oktyabr 1909, Manhetten, Nyu-York ştatı) — İsrailin rəsmi dövlət himni olan Hatikvanın sözlərini yazan ukrayna yəhudisi sionist şair. == Həyatı == Naftali 1856-cı ildə Avstriya imperiyasının Qalisiya bölgəsinin Zlokjov şəhərində (Ukraynanın indiki Zoloçiv şəhərində) anadan olmuşdur. 10 yaşından şeir yazmağa başlayan Naftali Bukovina bölgəsinin imperiyaya qatılmasının 100 illiyi münasibəti ilə yazdığı şeirinə imparator Frans Jozef tərəfindən mükafatlandırılmışdır. Gəncliyində Macarıstan, Serbiya və Rumıniya kimi ölkələri ziyarət etmişdir. 1882-ci ildə məşhur ingilis yazıçısı Lorens Olifantın katibi kim Fələstinə köçmüşdür. Yerusəlimdə ilk genişhəcmli əsəri olan "Səhər ulduzu"nu (ivr. ‏ברקאי‏‎, Barkay) nəşr olunmuşdur.
Naftalin
Naftalin - daş kömürün, neftin və bir çox başqa üzvi birləşmələrin pirolizi zamanı alınan məhsullardan biridir. == Sənayedə alınması == Sənayedə onu çox vaxt daş kömür qətranının orta fraksiyasından (170-2400) alırlar. Bu məqsədlə, həmin fraksiyanı əvvəlcə qələvi ilə emal edib, oradan fenolu ayırır, qalan hisssəni sıxmaqla maye qatışıqlardan ayırırlar. Sonra az miqdarda sulfat turşusu ilə emal edərək, təmiz naftalin almaq üçün su buxarı ilə distillə və ya sublimasiya edirlər. == Fiziki xassələri == Naftalin 800C-də əriyən və 2180-də qaynayan, ağ rəngli xüsusi iyli maddədir. Suda həll olmur, efirdə və benzolda yaxşı həll olr. Onun empirik formulunu C10H8 birinci dəfə rus kimyaçısı A.A. Voskresenski müəyyən etmişdir. Naftalin, praktiki cəhətdən çox əhəmiyyətli maddədir. Onu yun və ipək parçaları güvədən qorumaq işlədir,habelə ondan cürbəcür boyaqlar, dərmanlar, partlayıcı maddələr və s. almaq üçün istifadə edirlər.
Naftalin və onun törəmələri
Naftalin - daş kömürün, neftin və bir çox başqa üzvi birləşmələrin pirolizi zamanı alınan məhsullardan biridir. == Sənayedə alınması == Sənayedə onu çox vaxt daş kömür qətranının orta fraksiyasından (170-2400) alırlar. Bu məqsədlə, həmin fraksiyanı əvvəlcə qələvi ilə emal edib, oradan fenolu ayırır, qalan hisssəni sıxmaqla maye qatışıqlardan ayırırlar. Sonra az miqdarda sulfat turşusu ilə emal edərək, təmiz naftalin almaq üçün su buxarı ilə distillə və ya sublimasiya edirlər. == Fiziki xassələri == Naftalin 800C-də əriyən və 2180-də qaynayan, ağ rəngli xüsusi iyli maddədir. Suda həll olmur, efirdə və benzolda yaxşı həll olr. Onun empirik formulunu C10H8 birinci dəfə rus kimyaçısı A.A. Voskresenski müəyyən etmişdir. Naftalin, praktiki cəhətdən çox əhəmiyyətli maddədir. Onu yun və ipək parçaları güvədən qorumaq işlədir,habelə ondan cürbəcür boyaqlar, dərmanlar, partlayıcı maddələr və s. almaq üçün istifadə edirlər.
Naften neftləri
Naften neftləri — naften karbohidrogenlərinin üstünlük təşkil etdiyi neftlər. Bu neftlərdə metan karbohidrogenlərinin miqdarı aşağı fraksiyalarda maksimuma çatır, yüksək fraksiyalarda kəskin azalır, aromatik karbohidrogenlər isə əksinə, çoxalır. Naften neftləri tərkibində bərk parafin və neytral qətranların miqdarı cüzü olur, asfaltenlər isə çox vaxt olmur. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Naften turşuları
Naften turşuları — naften karbohidrogenlərinin karboksilli mono və politsiklik törəmələri. Ümumi düsturu CnH2n-1 COOH. Yağlı maye, bəzən bərk maddə olub, üzvi həlledicilərdə yaxşı, suda isə pis həll olur və ya həll olmur. Naften turşuları əsasən naften neftlərində və neft yataqlarının natrium-hidrokarbonat tipli sularında rast gəlinir. Bitumların tərkibində rast gələn yüksək molekulyar naften turşuları asfaltogen-naften turşuları adlanır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Naftilaminlər
Naftilaminlər –üzvi maddələrdir və naftalinin törəmələridir. 143,18q/mol molekul çəkisi olan birli aminlərdir. == Nomenklaturası == Naftilamin aromatik nüvədə aminoqrupunun vəziyyətinə görə iki izomeri olur. == Naftilaminin izomerləri == 1-naftilamin (∝-naftilamin) 2-naftilamin (β-naftilamin) == Alınması == ∝-Naftilamin ilk dəfə rus alimi N.N. Zinin tərəfindən 1-nitronaftalini ammonium sulfidlə reduksiya etmək yolu ilə alınmışdır (Zininin reaksiyası). Nitronaftalini, həmçinin turş mühitdə dəmir yaxud sinklə reduksiya etmək olar. ∝-naftolu sink xloridlə ammonyakın kompleksi ilə qızdırmaqla −∝-naftilamin almaq olar. β-naftilamini isə əksər hallarda β-naftoldan ammonium sulfid və ammonyak məhlulunu təzyiq altında qızdırmaqla alırlar (Buxerer reaksiyası). Naftilaminləri müvafiq naftoy turşularının hidroksilamin və polifosfat turşusu ilə qızdırılması yolu ilə almaq olar. == Fiziki xassələri == Naftilaminlər havada tutqunlaşan rəngsiz kristallardır və etanolda, dietil efirində yaxşı, suda pis həll olur, sublimə olunur, su buxarı ilə qovulur. == Kimyəvi xassələri == Naftilaminlər — kimyəvi xassəsinə görə-tipik aromatik aminlərdir: Qüvvətli qeyri üzvi turşularla duzlar əmələ gətirirlər (protonlaşırlar).
восстана́вливаться домоустро́йство зама́слиться здоро́ваться обкарикату́рить синемато́граф татуи́роваться токсикома́нствовать трактороремо́нтный шелохну́ть буты́лочка колосса́льно ла́стовица строкоотливно́й тибетоло́гия упрежде́ние hipsters torridity waterman wych воскресенье выцветать глумиться много- толчение