NAİLƏ
NAİMƏ
OBASTAN VİKİ
Naim Ağayev
Naim Süleyman oğlu Ağayev (29 avqust 1998, Saratov vilayəti – 30 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Naim Süleyman oğlu Ağayev 29 avqust 1998-ci ildə Rusiya Federasiyasının Saratov vilayətində dünyaya göz açmışdır. Əslən Ağcabədi rayonunun Muğanlı kəndindən idi. 2004-cü ildə Azərbaycana köçən Naim elə həmin il Ağcabədi rayon Muğanlı kənd Sarvan Quliyev adına tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. == Hərbi xidməti == Naim 2016-ci ildə hərbi xidmətə yollanır. 2018-ci ilə qədər etdiyi hərbi xidmət müddətində təlimlərdə iştirak etmişdir. Ordudan tərxis olunandan sonra O, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 2020-ci ilin 7 iyununda yenidən ordu sıralarına çağrılır. Azərbaycan Ordusunun əsgəri olan Naim Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Naim Ağayev 30 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Naim Fraşeri
Naim Fraşeri (alb. Naim Frashëri; 25 may 1846 – 20 oktyabr 1900, Konstantinopol, Osmanlı imperiyası) — Osmanlı dövründə yaradıb-yaratmış alban şairi və yazıçısı. Qardaşı Əbdül və Sami Fraşeridir. Naim Fraşeri Albaniya milli intibah dövrünün tanınmış nümayəndəsidir. == Həyatı == Naim Fraşeri Halid bəyin (1797–1859) və Əminə İmrahorın (1814–1861) 8 uşağından biri kimi Osmanlı İmperiyasının Delvina sancağında, indiki Albaniyanın cənubunda yerləşən dağlıq Fraşeri şəhərində anadan olmuşdur. Naim Fraşeri Bəktaşi təriqəti təhsili görmüşdür. O, uşaqlığını Fraşeridə keçirmiş və burada türk, fars, ərəb dillərini öyrənmişdir. Hər iki valideynin ölümündən sonra ailənin başına 22 yaşlı ən böyük qardaşı Əbdül (doğum 1839) keçmişdir. Əbdül tacir idi. 1865-ci ildə ailə Yanya sancağının Yanya şəhərinə köçmüşdür.
Naim Fraşıri

Naim Süleymanov
Naim Süleymanoğlu və ya Naim Süleymanov (23 yanvar 1967, Ptiçar[d] – 18 noyabr 2017, İstanbul) — Türkiyəli ağır atletdir. Naim Süleymanoğlu 1996, 1992 və 2000 Yay Olimpiya Oyunlarının qızıl medalçısıdır. Naim Süleymanoğlu həmçinin Dünya Çempionatında 22 dəfə qızıl, 1 dəfə gümüş və 1 dəfə isə bürünc medal qazanıb. == Həyatı və karyerası == Naim Süleymanov 23 yanvar 1967-ci ildə Bolqarıstanın Mestanlı şəhərində anadan olmuşdur. İdmançı karyerasına cəmi 7 yaşında başlayan Naim, 15 yaşı olarkən Braziliyada keçirilən gənclər arasında dünya çempionatında iki qızıl medal qazanıb. Üstündən cəmi 1 il sonra, bu dəfə dünya rekordu qıraraq birinci olub. Bununla da Naim, dünya rekordu qıran ən gənc idmançı kimi adını tarixə yazdırıb. === Bolqarıstan === Qərbdə "Əfsanəvi türk" ləqəbi ilə tanınan Naim Süleymanoğlu, 1983–86-cı illərdə gənclər arasında 13, böyüklərdə isə 50 olmaqla, tam 63 dünya rekordu qıraraq beynəlxalq idman arenasında sensasiya yaratmışdı. === Türkiyə === Artıq Türkiyə dövləti də bir yol tapıb Naimi öz ata yurduna qaytarmağa çalışırdı. Ancaq Bolqarıstan əvəzolunmaz idmançını buraxmamaqda israr edirdi.
Naim Süleymanoğlu

Naim Talu
Mehmet Naim Talu (22 iyul 1919, Konstantinopol – 15 may 1998, İstanbul; türk. Mehmet Naim Talu). Türkiyəli bürokrat və siyasətçi. Türkiyə Respublikasının keçmiş Baş naziri. == Həyatı == Naim Talu Kabataş Erkek Liseyindən məzun olduqdan sonra 1943-cü ildə İstanbul Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Bir müddət Sümerbankda işləyən siyasətçi 1946-cı ildə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankına keçib. 1966-cı ildə etibarnamə ilə baş menecer vəzifəsini icra etdiyi bu təşkilatda 1967-ci ildə baş menecer olub. 1970-ci ildə Mərkəzi Bankın yenidən təşkil edilməsindən sonra o, Bankın və İdarə Heyətinin sədirliyinə gətirilib. Sonra 2-ci Erim Hökumətində Ticarət Naziri kimi siyasi həyata daxil olub, həmçinin Melen Hökumətində də yerini qoruyub. 1972-ci ildə Ticarət Naziri olarkən o zamanın prezidenti Cövdət Sunay tərəfindən Senatın üzü təyin edilib.
Naim Fətəliyev
Naim Sadıq oğlu Fətəliyev — Azərbaycan mühəndisi və dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1985–1990), Azərbaycan SSR Ali Soveti sədrinin müavini (1990–1991), "Azərineft" Dövlət konserninin vitse-prezidenti (1992). == Həyatı == Naim Sadıq oğlu Fətəliyev 1935-ci ildə anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunu və Bakı Ali Partiya Məktəbini bitirmişdir.Naim Fətəliyev əmək fəaliyyətinə 1954-cü ildə Əliheydər Qarayev adına Bakı neftayırma zavodunda operator köməkçisi kimi başlamış, sonra bu müəssisədə operator, qurğu rəisi işləmişdir. 1965–1976-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Neft və qaz sənayesi şöbəsinin təlimatçısı, Partiya-təşkilat işi şöbəsinin inspektoru olmuşdur.1976–1977-ci illərdə Naim Fətəliyev Neft, Kimya və Qaz Sənayesi Fəhlələri Həmkarlar İttifaqı Azərbaycan Respublika Komitəsinin sədri olmuş, 1977–1985-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasının katibi vəzifəsində çalışmışdır. 1985-ci ilin dekabr ayında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini seçilmişdir. 1992-ci ilin yanvar ayından "Azərineft" Dövlət konserninin vitse-prezidenti olmuşdur.Naim Fətəliyev 1962-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı, eləcə də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü seçilmişdir. "Xalqlar dostluğu" ordeni və SSRİ medalları ilə təltif edilmişdir.
John Naimi Amiral
Nəimi Əmiral (ing. John Naimi Amiral) — ABŞ Hərbi Donanmasında xidmət edən Azərbaycan əsilli zabiti, Pentaqonda ABŞ Dəniz Qüvvələrinin baş ofisində şərqi Avropa və NATO Əlaqələri şöbəsinin rəisi. == Həyatı == Nəimi Əmiral Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Bir övladı var. Nyu-York Dövlət Universitetini iki magistr dərəcəsi – İqtisadiyyat və Siyasi Əlaqələr üzrə bitirib. Azərbaycan, İngilis, Rus və İtalyan dillərini mükəmməl bilir. 2001-ci ildə 11 sentyabr hadisələrindən qısa müddət sonra ABŞ hərbi donanmasında xidmətə başlayıb və daha sonra 2005-ci il avqust ayında ABŞ Dəniz Donanmasının zabit məktəbini bitirdikdən sonra prezident Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb. Nəimi Əmiral hazırda Amerika Birləşmiş Ştatları Donanmasının Avropa və Afrika qüvvələri baş qərargahında Xarici Əlaqələr Zabiti olaraq xidmətdədir. == Fəaliyyəti == Gənc zabit olan Nəimi Əmiral ilk olaraq İdarəolunan Raket əleyhinə USS ARLEIGH BURKE - (DDG-51) gəmisində diviziya rəhbəri və helikopterlərə nəzarət mütəxəssisi kimi xidmət edib. Gəmi xidmətindən sonra Əmiral İnteqrallaşdırılmış Loqistik Dəstək bölməsinin rəhbər müavini və Dövlət Satın Alma Rəsmisi kimi xidmət edib, Corc Buş aviadaşıyıcısının tikintisi və ABŞ hərbi donanmasının gəmiləri üçün milyon dollarlarla vəsaiti idarə edərək loqistik dəstək göstərib.
Naimə Sultan
Fatma Naimə Sultan (3 sentyabr 1876, Konstantinopol – 1945, Tirana) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. == Həyatı == Naimə Sultan 3 sentyabr 1876-cı ildə - atasının taxta çıxmasından 4 gün sonra Dolmabağça sarayında dünyaya gəldi. Bu səbəblə atası Sultan Əbdülhəmid onu Cülus qızım olaraq adlandırmışdı. Anası isə Sultan Əbdülhəmidin abxaz əsilli dördüncü xanımı Bidar Qadınəfəndidir. Bir il sonra 1877-ci ildə Sultan Əbdülhəmidin digər ailə üzvləriylə birlikdə Ulduz sarayına köçürülən Naimə Sultan mükəmməl saray təhsiliylə yanaşı bacısı Ayşə Sultanla birlikdə piano dərsləri də aldı. Hələ uşaqlıq illərində Misir xədivi Tofiq Paşa oğlu Abbas Hilmi bəyi onunla evləndirmək istəsə də, atası Sultan Əbdülhəmid siyasi səbəblərlə bu təklifi qəbul etmədi. 1898-ci ildə atasının istəyilə Qazi Osman Paşanın kiçik oğlu, eləcə də bacısı Zəkiyə Sultanın qaynı olan Mehmed Kəmaləddin Paşayla nişanlandı. Cütlüyün toy mərasimi 17 mart 1898-ci ildə Ulduz sarayında baş tutdu. Toy hədiyyəsi olaraq gəlininə dəyərli daşlarla bəzəli tac göndərən Qazi Osman Paşanın xanımı Zatigül xanım Məcidiyə nişanıyla təltif edildi.

Значение слова в других словарях

волшебство́ гри́вня застра́чивать написа́ние недовари́ться подмота́ть самура́й цука́т монтиро́вка подма́тываться протащи́ть сто́пор трои́ть упла́та думка куим шерба child-rites clean up curlew namesake photosynthesis skew-whiff symbolize wraith