Veksilloloji nişan
Veksillologiya (lat. vexillum - "bayraq"; yun. λογία - "təlim", "elm") — bayraqları, ştandartları, vımpelləri və digər bu kimi predmetləri öyrənən köməkçi tarix elmi sahəsi. Bu elmin adı Roma legionları tərəfindən istifadə edilən veksillum adlı bayrağın adından yaranmışdır.
Bayraqların identifikasiya simvolları Vitni Smit (en:Whitney Smith) tərəfindən yaradılmış və Beynəlxalq Veksillologiya Assosiasiyaları Federasiyası tərəfindən təsdiq edilmişdir.
Birinci sıra quruda, ikinci sıra suda istifadəni nəzərdə tutur və şəxsi (mülki), dövlət (hökumət) və hərbi bayraqlara bölünür.
Bu simvollardan istifadə etməklə 63 kombinasiya düzəltmək mümkündür. Onlardan ən çox istifadə olunanları aşağıdakı cədvəldə göstərilib:
Həmçinin bayraqların istifadəsinin digər yönləri üçün xüsusi simvollardan istifadə edilir. Məsələn, rəsmi və ya qeyri-rəsmi status, bayrağın hansı üzü təsvir edilib və s.:
Bayrağın rəsmi və ya de-yure versiyası, yaxud ön tərəfi
Bayraq təklif edilib, amma rəsmi qəbul edilməyib
Bayrağın təsvirlər əsasında bərpası
Bayrağın arxa tərəfi
Qeyri-əsas, amma istifadə edilən şəkil
Bayrağın alternativ versiyası
Bayrağın de-fakto versiyası
İkiüzlü bayraq — bayrağın hər üzündə müxtəlif şəkillər var
Bayrağın ağacından sola bayrağın ön tərəfi
Rəsmi təsdiq edilmiş bayraq
Tarixən istifadə edilən bayraq
Arxa tərəfi — ön tərəfinin güzgü əksi
Arxa tərəfi ön tərəfi ilə eynidir
Arxa tərəfindəki təsvir məlum deyil
Bayrağı flaqştoku 90° çevirib şaquli asmaq olar ki, bayrağın kantonu yuxarı sol tərəfdə qalsın.
Şaquli asılma üçün çevrilmiş şəkli olan xüsusi bayraq istifadə edilir.