NARIN
NARINCAN
OBASTAN VİKİ
Narınc
Mandarin (lat. Citrus aurantium) - sitrus cinsinə aid bitki növü.
Narınc Məlikova
Narınc Murad qızı Məlikova (1917, Abdal, Şuşa qəzası – 22 noyabr 1990, Ağdam) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Narınc Məlikova 1917-ci ildə Şuşa qəzasının Abdal kəndində (hazırkı Ağdam rayonu) anadan olub. O, səhnə yaradıcılığına həvəskar aktrisa kimi 1931-ci ildə başlayıb. 1932-ci ildə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə qəbul olub. Burada 3-cü kursda təhsil alarkən ailə vəziyyəti ilə bağlı olaraq İrəvan şəhərinə köçüb. Oradakı İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb.Aktrisa 1936-cı ildə Bakıya gəlib. O, 1936–1939-cu illərdə Səyyar Kolxoz və Sovxoz Teatrının mövsümi truppasında, 1939–1941-ci illərdə Şəmkir Kolxoz və Sovxoz Teatrında işləyib. 1941–1943-cü illərdə Ağdam Kolxoz və Sovxoz Teatrında, 1943–1949 və 1969–1989-cu illərdə Ağdam Dövlət Dram Teatrında fəaliyyət göstərib. 1949-cu ildə Ağdam teatrı bağlananda Narınc Məlikova Füzuli Dövlət Dram Teatrına dəvət alıb və 1952-ci ildə həmin teatr da fəaliyyətini dayandıranadək orada işləyib. Bundan sonra o, Ağdam dram dərnəyində və onun əsasında yaranmış xalq teatrında aktrisalıq edib.
Narınc Xatun
Narınc Xatun Cəfərova — Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi, Aşıq Pəri Məclisinin qurucularından. == Həyatı == Cəfərova Narınc Əvəz qızı 1930-ci il yanvar ayının 1-də Neftçala rayonunun Bankə qəsəbəsində anadan olmuşdur. == Yaradıcılığı == İlk şeirləri orta məktəb illərində yerli mətbuatda dərc edilmişdir. Aşıq Mikayıl Azaflı ilə birlikdə "Azaflı və Narınc Xatun dastanı" yaradıblar. Şairin "Burla xatun nəvəsiyəm" adlı şeyirlər toplusu 2002-ci ildə işıq üzü görüb. Kitaba Narınc Xatunun müxtəlif illərdə qələmə aldığı şerlər, eləcə də görkəmli saz və söz ustadı Aşıq Mikayıl Azaflı ilə birgə yaratdıqları "Azaflı və Narınc Xatun dastanı" daxil edilib. == Fəaliyyəti == XX əsrin sonlarına yaxın Narınc Xatun Aşıq Pərinin xatirəsini yaşatmaq üçün “Aşıq Pəri” yaradıcılıq məclisini yaratmışdır. Narınc Xatun uzun illər Azərbaycan Aşıqlar Birliyinin nəzdindəki "Aşıq Pəri" məclisinə rəhbərlik edib. == Kitabları == "Burla xatun nəvəsiyəm", Bakı: "Pedaqogika" nəşriyyatı, "Qızıl Şərq" mətbəəsi, 2004-cü il, 232 səh.. "Mən xalqımın aşiqiyəm" şeirlər,dəyişmələr, bayatılar, dastanlar.
Narınca (Qürvə)
Narınca (fars. ارنجك‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 961 nəfər yaşayır (232 ailə). Əhalisini azərbaycan türkləri və kürdlər təşkil edir.
Narınclar
Narınclar (əvvəlki adı: Nareştar) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Narınclar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Nareştar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Nareştar kəndi Narınclar kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyanatdan sonra Narınclar kəndi 25 noyabr 2020-ci ildə boşaldılıb. == Toponimikası == Kəndin keçmiş adi Qoca Qurt olmuşdur. Oykonim təhrifə uğrayaraq Nareştar variantında da qeydə alınmışdır. 1992-ci ildə kəndin adı Narınclar kimi rəsmiləşdirılmışdır. Yaşayış məntəqəsi narişlar nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adını Ağdam rayonunun İsmayılbəyli kəndindən bu kəndə ərə gələn İsmayıl bəyin qızı Narınc xanımın şərəfinə Narınclar adlandırıblar.
Narıncı
Narıncı — qırmızı və sarı rənglər arasında olan rəng. 590—620 nanometr dalğa uzunluğuna sahibdir.
Narıncı inqilab
Narıncı inqilab — 2004-cü ilin noyabr-dekabr aylarında Ukrayna prezidentliyinə namizəd Viktor Yuşenkonun tərəfdarlarının digər namizəd Viktor Yanukoviçin qeyri-qanuni prezident elan edilməsinə qarşı keçirdikləri və kütləvi çıxış, mitinq, piket, tətil və digər vətəndaş itaətsizliyi ilə müşahidə edilən etiraz aksiyaları. Petro Narıncı İnqilabın iştirakçısı olub. O deyir ki, Maydan müqəddəsdir: “Bütün dünya Kiyevdəki Narıncı İnqilab haqda bilir. Ancaq indi hər şey əvvəlki vəziyyətə qayıdıb.
Narıncı maklyura
Narıncı maklyura (lat. Maclura pomifera) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin maklyura cinsinə aid bitki növü. == Sinonimləri == Ioxylon pomiferum Raf. Joxylon pomiferum Raf. Maclura aurantiaca Nutt. Maclura pomifera var. inermis C.K.Schneid. Toxylon aurantiacum (Nutt.) Raf. Toxylon maclura Raf. Toxylon pomiferum (Raf.) Sarg.
Narıncı rəng
Narıncı — qırmızı və sarı rənglər arasında olan rəng. 590—620 nanometr dalğa uzunluğuna sahibdir.
Narıncı sarılıqotu
Narıncı südləyən
Narıncıboyun kazuar
Narıncıboyun kazuar (lat. Casuarius unappendiculatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin kazuarkimilər dəstəsinin kazuarlar fəsiləsinin kazuar cinsinə aid heyvan növü.
Sibirdə narıncı qar (2007)
Sibirdə narıncı qar – 2007-ci ilin fevralında Rusiyada baş vermiş anomal hadisə. 31 yanvar 2007-ci ildə Rusiyanın Sibir federal dairəsinin Omsk vilayətindəki 1500 km2 əraziyə narıncı qar yağmışdır. Narıncı qar Tomsk və Tümen vilayətlərində də müşahidə olunmuşdur. Narıncı qarın yağmasına səbəb olan hadisə naməlumdur. Bir versiyaya görə buna səbəb Qazaxıstanda baş vermiş fırtınanın gətirdiyi çirkli maddələrdir. == Təsvir == Narıncı qar pis qoxulu, yağlı idi və normal səviyyədən 4 dəfə çox dəmir saxlayırdı. Qarın böyük qismi narıncı olsa da, qırmızı və sarı qar da müşahidə olunmuşdur. Qarın yağdığı ərazidə 27 min nəfər yaşayırdı. İlk öncə narıncı qarın sənayə çirklənməsi, raket gündərilməsi və ya nüvə qəzası ilə əlaqədar olaraq yağdığı güman olunurdu. Lakin daha sonra narıncı qarın toksik olmadığı müəyyən edilmiş, lakin insanlara həmin qardan istifadə etməmək tövsiyə olunmuşdur.
Şərqi Avropada narıncı qar (2018)
Şərqi Avropada narıncı qar – 2018-ci ilin martında baş vermiş anomal fenomen.Narıncı qar Rusiyanın şimali Qafqaz regionu və şərqi Avropanın bir çox ölkəsində yağıb. Narıncı qarın şəkilləri sosial şəbəkələrdə Rusiya, Bolqarıstan, Ukrayna, Rumıniya və Moldovadan paylaşılıb.Narıncı qar Böyük Səhradan gələn qum fırtınasının yağış və qarla qarışmasından yaranıb. Bu cür hadisələr təxminən hər beş ildən bir baş versə də, bu dəfə qarla qarışan qumun miqdarı əvvəl müşahidə olunan normalardan daha yüksək olub.Qumun ağızlarına düşməsindən şikayətlənənlər olub.Narıncı qar Rusiyanın Soçi şəhərinə yaxınlıqdakı kurortlarda da müşahidə olunub.
Narıncı sinəli qızılquş
Narıncı sinəli qızılquş (lat. Falco deiroleucus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.

Значение слова в других словарях

дезактиви́ровать ко́вы лонге́т мезо́н ме́тить отчётливость переобсужде́ние рудоко́п сокраща́ться удлини́ть эпилептоло́гия бо́ртник опта́ция пневмодоро́га укола́чиваться капшак кокошь arthrotomy indistinguishable prostitution reliquary styled бум полевица фразеология