NARŞƏRAB

Nar farsca məlum meyvənin adıdır, şərab ərəbcə “içki” deməkdir. “Nar suyu” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

NARINCI
NASOS
OBASTAN VİKİ
Narşərab
Narşərab — (azərb. nar + şərab‎) Azərbaycan mətbəxinin milli kulinariya markası hesab olunan, adından göründüyü kimi nar şirəsindən hazırlanmış, adətən balıq və ət yeməklərində xüsusən kababda ədviyyat kimi istifadə olunan sous ya qatran. Narşərab sayəsində yeməklər yüngül turşməzə dad verirlər. Geniş tətbiqini tapmış narşərab xüsusi qablaşdırılmış şəkildə satılır. Əlbəttə ev şəraitində hazırlanmış narşarablar öz rəng və tam xüsusiyyəti ilə daha da seçilirlər. Ev şəraitində hazırlanmış narşərablar tərkibində konservant və rəng qatışıqlarının olmaması ilə seçilirlər. Nar meyvəsinin malik olduğu keyfiyyətlər: yüksək miqdarda vitamin C, meyvə turşuları, antioksidləşdiricilər tam şəkildə narşərabda da öz əksini tapmışdır. Narşərabın tərkibi əsasən nar meyvəsinin tərkibi ilə eynidir. Bura 10 % limon turşusu və 45 % şəkər daxildir. Qatrana əlavə olaraq keşniş, reyhan, darçın, dəfnə yarpaqları bəzən qara və qırmızı istiot da qatılır.

Digər lüğətlərdə