NATAN
NATƏVAN
OBASTAN VİKİ
Natella
Natella — ad. Natella Krapivina — Azərbaycan əsilli Ukrayna televiziya və musiqi prodüseri. Natella Kazımova — neft kimyası və üzvi kimya sahəsində tanınmış alim, kimya elmlər doktoru, professor. Natella Osmanlı — Azərbaycan yazıçısı, bloger, jurnalist Natella Barkaya — Natella Zəkiryəyeva — AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda alim.
Natella Barkaya
Natella Barkaya — Xəzər Universiteti - Multimedia Mərkəzinin Direktoru
Natella Kazımova
Natella Kazımova (21 iyun 1939, Bakı – 15 iyun 2012, Bakı) — neft kimyası və üzvi kimya sahəsində tanınmış alim, kimya elmlər doktoru, professor. == Həyatı == Neft kimyası və üzvi kimya sahəsində tanınmış alim kimya elmlər doktoru, professor Kazımova Natella Saleh qızı 21 iyun 1939-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1957-ci ildə orta məktəbi qızıl medalla bitirmiş, həmin ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə daxil olmuş, 1962-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Natella Kazımova 1962–1966-cı illərdə Azərbaycan EA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında təhsil almışdır. O, 1966-cı ildən yeni yaradılmış AEA Aşqarlar Kimyası İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, 1972-ci ildən isə ömrünün sonuna qədər baş elmi işçi vəzifəsində çalışmışdır. Natella Kazımova 1969-cu ildə "Ariltio — və tsikloheksiloksisilanların sintezi və tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsini, 1992-ci ildə "Mineral və sintetik yağlara yüksək temperaturda işləyən antioksidantlar" mövzusunda "Neft-kimyası" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsini və 2005-ci ildə professor elmi adını almışdır. == Elmi fəaliyyəti == Natella Kazımovanın elmi fəaliyyətinin əsas istiqaməti yerüstü və aviasiya texnikası üçün zəruri olan mühərrik yağlarının stabilləşdirilməsinə yönəlmişdir. 1-ci istiqamətdə Natella xanımın rəhbərliyi ilə çoxsaylı keyfiyyətli alkilfenol əsaslı aşqarlar alınmışdır. ИХП-103 aşqarı çox keyfiyyətli oksidləşməyə qarşı aşqar olduğuna görə sənayedə alınmağa təklif edilmişdir. Bu aşqar külsüz idi və ИХП-21 aşqarı motor yağlarında əvəz edə bilərdi.
Natella Krapivina
Natella Vaqif qızı Krapivina (ukr. Крапівіна Нателла Вагіфівна; 7 aprel 1982, Aşqabad) — Azərbaycan əsilli Ukrayna televiziya və musiqi prodüseri.
Natella Osmanlı
Natella Osmanlı — Azərbaycan yazıçısı, PR texnoloqu, Baku TV telekanalının rus versiyasının baş redaktoru, blogger, yazıçı və jurnalistdir. İlk kitabı 2004-cü ildə nəşr edilmiş "Qadın baxışı ilə" (rus. Женским взглядом) toplusudur. 2014-cü ildə yazıçının həmmüəllifliyi ilə yazılmış "Lift" pyesi Tiflis və Bakıda səhnələşdirilmiş, daha əvvəl isə Kişinyovda keçirilən Gənclərin Teatr Forumunun gündəliyinə salınmışdı (2012). == Həyatı və fəaliyyəti == Natella Osmanlı 1982-ci ildə Bakıda doğulub. İlk kitabı 2004-cü ildə nəşr edilmiş "Qadın baxışı ilə" (rus. Женским взглядом) toplusudur. 2008-ci ildə yazıçının müəllifi olduğu "Lollipop" povesti rus dilində ən yaxşı nəşr əsərləri katoloquna daxil edilmiş və 2010-cu ildə Rusiya Federasiyasının Nəşr üzrə Federal Agentliyinin dəstəyi ilə "Sosial-İqtisadi və İntellektual Fondu" tərəfindən nəşr edilmişdir. 2010-cu ildə "Lollipop" trilogiyasından nəşr edilmiş ilk kitaba yazıçının "Arlekin", "Lollipop" və "Kukolniki tap" povestləri daxildir. 2011-ci ildə yazıçının "Mən zibiləm" povesti Azərbaycan Milli Kitab Mükafatının qısa siyahısına salınmışdı.
-айше антиколониа́льный запа́сливый зачуди́ть потрепа́ть предоставля́ться ферроспла́вный аске́т ви́деть изме́нничество отла́вливание стереокассе́та уравнове́ситься эне́ргия anthologist currently dirtily lunation unprocessed zingaresca ворваться кроншнеп платёжеспособный полуботинки сапог