NATURE-STUDY

n təbiətşünaslıq; təbiətin öyrənilməsi

NATURE
NATURE-WORSHIP
OBASTAN VİKİ
Nature
Nature (azərb. təbiət‎) — Britaniyada çap olunan, çağdaş dəqiq elmlərin bir çox sahəsini əhatə edən elmi jurnal. Science jurnalı ilə birlikdə dünyanın ən önəmli və vurucu elmi nəticələrinin nəşr edildiyi bir neçə jurnaldan biri sayılır. Çağdaş elmin bir çox böyük inqilabi elmi kəşf və araşdırmaları ilk dəfə Nature jurnalında dərc olunmuşdur: Watson və Crick tərəfindən 1953-də DNT quruluşunun kəşfi J. D. Watson and F. H. C. Crick (1953). "Molecular structure of Nucleic Acids: A structure for deoxyribose nucleic acid". Nature. 171 (4356): 737–738. İnsan DNT ardıcıllığının ilk dəfə çıxarılması - International Human Genome Sequencing Consortium (2001). "Initial sequencing and analysis of the human genome" İlk dəfə bir protein (miyoqlobin) strukturunun fəza quruluşunun çıxarılması - J. C. Kendrew, G. Bodo, H. M. Dintzis, R. G. Parrish, H. Wyckoff and D. C. Phillips (1958). "A three-dimensional model of the myoglobin molecule obtained by X-ray analysis".
Human Nature
Human Nature — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
European Nature Information System
Avropa ətraf mühit agentliyi (ing. European Environment Agency; qısaca: EEA) - ətraf mühit haqqında müstəqil məlumat verən Avropa İttifaqının (Aİ) agentliyidir. == Tərifi == Avropa Ətraf Mühit Agentliyi (EEA) ətraf mühit haqqında müstəqil məlumat verən Avropa İttifaqının (Aİ) agentliyidir. Onun məqsədi ekoloji siyasətin işlənib hazırlanmasında, həyata keçirilməsində və qiymətləndirilməsində iştirak edənlərə kömək etmək və geniş ictimaiyyəti məlumatlandırmaqdır. == Üzv ölkələr == Təşkilata əsasən Avropa İttifaqına üzv dövlətlər üzvdürlər; lakin digər dövlətlər də onlarla Aİ arasında bağlanmış müqavilələr vasitəsilə onun üzvü ola bilərlər. O, üzvlüyünü 13 namizəd ölkəyə açan ilk Aİ orqanı olmuşdur (2004-cü ildən əvvəlki genişlənmə dövründə). EEA-ya 32 üzv və altı əməkdaşlıq edən ölkə daxildir. Üzvlər İslandiya, Lixtenşteyn, Norveç, İsveçrə və Türkiyə ilə birlikdə Avropa İttifaqının 27 üzvüdür. 2020-ci ildəki Brexitdən bəri Böyük Britaniya artıq Aİ-nin üzvü deyil və buna görə də EEA-nın üzvü deyil. Altı Qərbi Balkan ölkəsi əməkdaşlıq edən ölkələrdir: Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya, Serbiya, həmçinin BMT Təhlükəsizlik Şurasının 1244/99 saylı qətnaməsinə əsasən Kosovo.
International Union for Conservation of Nature
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (ing. International Union for Conservation of Nature and Natural Resources), qısaca ing. IUCN) — 1948-ci ildə yaradılmışdır. Mərkəzi iqamətgahı İsveçrənin Qland şəhərində yerləşir. Qurum özündə aidiyətli 89 dövlət, 109 hökumət, 800 dən çox qeyri-hökumət təşkilatını və elmi tədqiqat institut ya mərkəzlərini birləşdirir. Məhvolma təhlükəsi == Tarixi == Ən yaşlı və müstəqil orqan olan Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqı (IUCN) 1948-ci ildən etibarən 77 il fəaliyyət göstərir. Birliyin fəaliyyət proqramı 1979-cu ildə qəbul edilmiş Dünya Ətraf Mühit Strategiyası tərəfindən tənzimlənir.UNESCO, ECOSOC və FAO-nun məsləhətçisi statusu olan IUCN, 78 ölkəni, 900-ə yaxın hökumət və ictimai təşkilatını, 181 dövlətdən 12000-dən çox alim və mütəxəssisdən ibarətdir. Birlik Qırmızı Kitab, məşhur elmi ədəbiyyat, serial və xüsusi məsələləri dərc edir. İsveçrə Cövhərində yerləşən birliyin qərargahı heç vaxt yerini dəyişdirməmişdir. 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş ətraf mühit və inkişaf üzrə BMT konfransı "XXI əsrin gündəliyi", "Rio Bəyannaməsi" və digər sənədləri əhatə edən müasir cəmiyyətin Davamlı İnkişafa keçid konsepsiyasını qəbul etdi.