1. Bir idarəyə, müəssisəyə rəhbərlik edən vəzifəli şəxs; müdir, rəis.
Nikolay hospital naçalnikinə raport yazdı.
// Belə şəxslərə müraciət.
[Usta Xəlilova:] Xoş gördük, yoldaş naçalnik!
[Kişi:] Belədir, naçalnik! – deyə çeşməyini alnına qaldırıb başını şübhə ilə buladı.
2. İnqilabdan əvvəl: polis, jandarm rəisi.
[Pirverdi bəy Kabla Qulamalıya:] Bu saat oğlun Mustafanı get, gətir cənab nəçərnikin hüzuruna!
Samovar üstə çaynik; Dostum olsun uryadnik; Dur, şikayətə gedək; Divan qursun naçalnik.