NAGAH-NAGAH
NAĞALA
OBASTAN VİKİ
"Hacı Mail" nağılı... (film, 2005)
"Hacı Mail" nağılı… — 2005-ci ildə Hacı Mail-ə ithafən çəkilmiş film. == Məzmun == Film böyük alim və arif, dəyərli insan, Hacı Mailin əziz xatirəsinə həsr olunmuşdur. Qəzəl ustadı olan Hacı Mail Füzulidən ilham almışdır: == Film haqqında == Hacı Mailin 1999-cu il avqust ayında İran televiziyası tərəfindən lentə alınmış son kadrları da filmə əlavə edilmişdir. Filmdə "Nəsimi" filmindən kadrlardan istifadə edilmişdir.
Adil Nağıyev
Adil Akif oğlu Nağıyev (11 sentyabr 1995, Bakı) — müdafiəçi mövqeyində çıxış edən Azərbaycan futbolçusu. Hazırda Misli Premyer Liqasında çıxış edən "Şamaxı" klubunun şərəfini qoruyur.Müqavilə ilə Misli Premyer Liqasında çıxış edən "Səbail" klubuna məxsusdur. == Həyatı == Adil Nağıyev 11 sentyabr 1995-ci ildə Bakıda anadan olub. == Karyerası == 27 dekabr 2018-ci ildə "Sumqayıt" klubunda karyerasına başladı.9 avqust 2019-cu ildə "Səbail" klubu ilə bir illik müqavilə imzaladı.3 avqust 2022-ci ildə "Səbail" klubundan "Şamaxı" klubuna 1 illik icarəyə verilib. === Milli komanda === 26 may 2016-cı ildə Andorra millisinə qarşı yoldaşlıq oyununa çıxaraq millidəki debütunu etdi.
Afurca nağılı (film, 2007)
Afurca nağılı qısametrajlı sənədli televiziya filmi rejissor Şahəddin Elxan Mayıloğlu tərəfindən 2007-ci ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Qubanın Afurca kəndindən, kənd sakinlərinin məşğuliyyətindən bəhs edir. == Məzmun == Film Qubanın Afurca kəndindən, kənd sakinlərinin məşğuliyyətindən bəhs edir. Afurca Quba rayonunun Güləzi inzibati ərazi vahidində kənddir. Cimi çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Adını ərazidəki eyniadlı Şəlalədən almışdır. Bu Şəlalə Azərbaycanda dağ çaylarına məxsus daimi fəaliyyətdə olan Şəlalələrdən biridir və Vəlvələ çayının Təngə dağından axan hissəsidir. Kənd də həmin Şəlalənin yaxınlığında yerləşir. Afurca sözünu tədqiqatçılar belə izah edirlər: İran mənşəli abforucə (yerli tələffüz forması ofirəce) sözünun qismən təhrif olunmuş formasıdır.
Akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdir. == Tarixi == Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. 1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır. Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı. 1965-ci ildə Neft-Kimya Prosesləri İnstitutunda akademik Murtuza Nağıyevin rəhbərliyi altında fəaliyyət göstərən Nəzəri Problemlər Bölməsi əsasında Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu (KTNPİ) yaradıldı. KTNPİ-nin yaradıcısı və ilk direktoru akademik Murtuza Nağıyev 1975-ci ilə qədər bu instituta rəhbərlik etmişdir. Keçmiş SSRİ-də analoqu olmayan KTNPİ kimyanın mühüm sahələrindən biri olan kimya texnologiyasının problemlərinin həlli istiqamətində tədqiqatlar aparan yeganə institut idi.
Akif Nağı
Akif Nağı (13 avqust 1957, Ağdam rayonu) — azərbaycanlı siyasətçi, tarix elmlər namizədi, dosent; əvvəl Qarabağ Azadlıq Təşkilatının sədri, sonra isə Azad Vətən Partiyasının sədri. == Həyatı == 13 avqust 1957-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib daha sonra Bakıya gəlib. Bakıda 1 saylı evtikmə kombinatında işləmişdir. 1976–1978-ci illərdə Sovet ordusunda, Baltik flotunda xidmət etmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olub, 1982-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinə daxil olub. 1985-ci ildə oranı bitirib, həmin ildən Azərbaycan Politexnik İnstitutun (indiki Texniki Universitet) tarix kafedrasında işləmişdir. 1991-ci ildə dissertasiya müdafiə etmiş, tarix elmləri namizədidir. 2004-cü ildə həmin universitetin dosenti olub. == İctimai-siyasi fəaliyyəti == 2004-cü ilin iyun ayında erməni zabitlərinin Bakıya səfərinə etiraz olaraq aksiya keçirdib, həbs olunub.
Aliq Nağıoğlu
Məmmədov Aliq Nağı oğlu (12 sentyabr 1957, Birinci Yeddioymaq, Masallı rayonu) — Azərbaycan yazıçısı, jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Yazıçıların Rusiya İttifaqının üzvü (2016), Prezident təqaüdçüsü. == Həyatı == Aliq Nağıoğlu 12 sentyabr 1957-ci ildə Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olmuşdur. 1980-ci ildə Krasnodar Politexnik İnstitutunu, 2 illik jurnalist sənətkarlığı kursunu bitirmişdir. Uzun illər Azərbaycanın sənaye müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır. 1981-ci ildən çap olunur. Doqquz nəsr, iki tərcümə kitablarının müəllifidir. Bir çox kitabların redaktoru, ön söz müəllifi və tərtibçisidir. Əsərləri Türkiyə, İran və başqa xarici saytlarda, Moskvada, Praqada dərc olunan toplularda, Azərbaycan ədəbi-bədii jurnallarında və qəzet səhifələrində, almanaxlarda, müxtəlif yerli portallarda nəşr olunub. 2012-2013-cü illərdə baş tutan sayca üçüncü MKM-də (Milli Kitab Mükafatı) 241 müəllif sırasında uzun siyahıya - iyirmiliyə düşüb. Dalbadal iki il məşhur çoxmilyonlu "Proza.ru" portalının "2014-cü ilin yazıçısı", "2015-ci ilin yazıçısı" nominasiyası üzrə nominantı olub.
Anar Nağılbaz
Anar Nağılbaz (tam adı: Anar Rizvan oğlu Cəbiyev; 28 mart 1976, Xırdalan – 4 avqust 2018, Bakı) — Azərbaycan repçisi, aktyor, rejissor, ssenarist və prodüser. Azərbaycanın ilk repçisi sayılır.Anar Nağılbaz müxtəlif dövrdə Almaz Ələsgərova, Brilliant Dadaşova, Dəyirman, Elşad Xose, Kənan MM, Nüşabə Ələsgərli, ProMete, Səbinə Babayeva, Şölə Səfərəliyeva, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === Anar Nağılbaz 1976-cı il mart ayının 28-də Xırdalanda Azərbaycan millət vəkili Rizvan Cəbiyevin ailəsində dünyaya gəlmişdir. Ailənin sonuncu övladı və evin son beşiyi idi. Uşaqlıqda səhhəti ilə problemləri olub. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb.1988-ci ildən hip-hopa maraq göstərməyə başlamışdır. 1990-cı ildə Krımda Artek düşərgəsində ilk dəfə rep deyib. 1990-cı ildə ilk dəfə Horadizdə "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" rep mahnısını ifa etmişdir. Həmin ildə Yaltada keçirilən beynəlxalq festivalda Azərbaycanı təmsil edib. Bir sıra universitet və mədəniyyət saraylarında tamaşaları olub.
Anar Nağıyev
Anar Sahib oğlu Nağıyev (30 oktyabr 1989; Gəncə, Azərbaycan SSR – 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi. == Həyatı == Anar Nağıyev 1989-cu il oktyabrın 30-da Gəncə şəhərində anadan olub. 1996-2000-ci illərdə Samux rayonunda Alıuşağı kənd tam orta məktəbində, 2000-2007-ci illərdə isə Qazax rayonunda S. Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1-ci nigahdan bir qızı və bir oğlu, 2-ci nigahdan isə 25.01.2021-ci il təvəllüdlü Anara adında bir qızı yadigar qaldı. == Hərbi xidməti == Anar Nağıyev 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Anar Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Nağıyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Ürkməzli kəndində dəfn olunub.
Anar Nağıyev (gizir)

Anar Nağıyev (şəhid)

Aran nağılı (film, 2009)
Arzu Nağıyev
Arzu Nəsib oğlu Nağıyev (27 iyul 1963, Baş Layısqı, Azərbaycan SSR) — Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Arzu Nağıyev 1963-cü il iyulun 27-də Tovuz rayonununda anadan olmuşdur. 1980-ci ildə Tovuz rayonu Yusif Sadıxov adına Bozalqanlı kənd orta məktəbini qızıl medalla bitirmişdir. 1985-ci ildə Serqo Ordjonikidze adına Moskva İdarəetmə İnstitutunun Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili fakültəsini mühəndis iqtisadçı ixtisası üzrə bitirmişdir. 1991-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali kurslarını qırmızı diplomla tamamlamışdır. Təhlükəsizlik orqanlarının ehtiyatda olan zabiti və Qarabağ müharibəsi veteranıdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 5 bədii, 2 sənədli kitabın müəllifidir. === Ailəsi === Ailəlidir, 2 övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1985–1987-ci illərdə Azərbaycan Sənaye-Tikinti Nazriliyinin 4 saylı trestində iqtisadçı, baş iqtisadçı işləmiş, 1987–1989-cu illərdə Azərbaycan LKGİ Nərimanov rayon komitəsinin təlimatçısı, şöbə müdiri olmuş, 1991–2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi qulluq keçmiş, əməliyyat müvəkkili–şöbə rəisi vəzifələrində çalışmışdır.
Azərbaycan nağılları
Azərbaycan nağılları — Azərbaycanın şifahi xalq ədəbiyyatının epik növünə aid janr. Azərbaycan nağılları Azərbaycan xalqının dünya görüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir. Azərbaycan nağıllarını mövzularına görə bir-neçə hissəyə bölmək olar: Heyvanlar haqqında olan nağıllar:M.Təhmasibin fikrincə bu növ nağıllar ən qədim nağıllardır. Qədim insanlar bəzi heyvanlara ecazkar varlıq kimi baxıb onları müqəddəsləşdirmişlər. Totem və tetemizim də belə yaranmışdır. Azərbaycan nağıllarının çoxunda ("Göyçək Fatma", "Fatmanın inəyi", "Ovçu Pirim") totem heyvanlara rast gəlmək olar. Heyvanlara aid olan nağılların içərisində böyük bir qismini alleqorik nağıllar təşkil edir ("Şəngilim, Şüngülüm, Məngülüm" və s.). Sehirli nağıllar – Bu nəğıllarda qəhrəmanlar sehr, cadu, əfsun və əfsanəvi köməkçilərlə düşmənə qarşı mübarizə aparır ("Sehirli üzük", "Şəms və Qəmər", "Məlikməmməd" və s.). Tarixi nağıllar – Bu nağılların qəhrəmanı tarixi şəxsiyyət, hökmdar, xalqın qəhramanı və ya məşhur bir sənətkardır ("İsgəndər və fağır", "Saleh və Valeh", "Üç bacı" və s.). Məişət nağılları – bu növ nağıllar daha real və xalqın ictimai və məişət problemləri ilə daha bağlıdırlar ("Hacının köpəyi", "Yeddi qardaş bir bacı", "Dərzi şagirdi Əhməd" və s.).
Ağ atlı oğlan haqqında nağıl (film, 1986)
Ağ atlı oğlan haqqında nağıl qısametrajlı sənədli filmi rejissor Rauf Nağıyev tərəfindən 1986-cı ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Cəmşid Naxçıvanski adına hərbi məktəb şagirdlərinin həyatından və təhsilindən bəhs edir. == Məzmun == Film Cəmşid Naxçıvanski adına hərbi məktəb şagirdlərinin həyatından və təhsilindən bəhs edir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Ramiz Duyğun, Rauf Nağıyev Rejissor: Rauf Nağıyev Operator: Rəşid Nağıyev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Ağa Musa Nağıyev
Ağa Musa Nağıyev və ya Musa Nağıyev (1848, Biləcəri, Bakı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası – mart 1919, Bakı, Bakı qəzası, Bakı quberniyası, AXC) — Azərbaycan sahibkarı, milyonçu, neft hasilatçısı və xeyriyyəçi. == Həyatı == Musa Nağıyev adi saman satanın oğlu idi. 1848-ci ildə anadan olub. Ağa Musa Biləcəridə çox kasıb ailədə doğulmuşdu. Atası qeyd edilən kimi saman satmaqla məşğul idi. Qardaşı isə ömrünün sonuna qədər hamamçı olmuşdu. Hal-hazırda Ağa Musa Nağıyevin Biləcəri kəndindəki evində onun qardaşının nəvə və nəticələri yaşayır. Hacı Mürsəlin oğlu Hənifə oğlu Xasməmməd oğlu Ənnağı oğlu Xasməmməd oğlu Fərid.Sonralar varlanan Musa Nağıyev var-dövlətdə Hacı Zeynalabdin Tağıyevdən geri qalmırdı. Hətta ondan zəngin idi. Axır vaxtlarda Tağıyevin tanxası beş-altı milyon, o da əmlak və əşyadan ibarət olduğu halda, Musa Nağıyevin var dövləti 10 milyonlarla qızıl pula çatmışdı.
Ağa Musa Nağıyevin dörd mərtəbəli mədaxil evi
Ağa Musa Nağıyevin dörd mərtəbəli mədaxil evi— Xaqani küçəsi, 47 ünvanında 1910–1912-ci illərdə inşa edilmiş dörd mərtəbəli mədaxil evi. Binanın sifarişçisi Ağa Musa Nağıyev, memarı isə İosif Ploşkodur. == Haqqında == 1910–1912-ci illərdə Ağa Musa Nağıyevin sifarişi ilə şəhərin tarixi məhəllələrinin sərhədindəki boş yerdə, Molokanskaya küçəsi, 47-də (indiki Xaqani küçəsi, 47) növbəti mədaxil evini tikdirir. Mədaxil evi küncvaridir, o öz monumental siması və şəhərsalma mövqeyi ilə seçilir. Fasadlarda genişlik və mütənasib bölünmə duyğusu memar İ. Ploşko üçün səciyyəvidir. O, binanın kompozisiya strukturunu monolit həcm formasında qurmuş və sonradan əsas elementləri birinci qaydada, həmçinin tətbiqi elementləri ikinci qaydada ayırmışdır. Fasadın memarlıq karkasını yaradarkən mənzillərin planlı təşkilinə diqqət yetirmişdir.Bina künc yerləşməsi və çoxsaylı balkonlar, erkerlər və lociyaları olan ümumi görünüşün ifadəliliyi Bakının şəhər məhəllələri sistemində memarlıq əhəmiyyətini müəyyənləşdirmişdir. Bəndlərin öz şaquli ox, küncləri ilə əlaqədə dekorativ gümbəzli erkerlərə birləşdirilməsinin nəzərə çarpan ritmi binanın çoxplanlı məzmununu açır. Fasadın əsas vasitələri sırasında memarlıq miqyasının istiqamət verilmiş dinamikası özünü göstərir. Karnizdən xaricdə tikilmiş bənd aşırımları dərin şəkildə kəsilmiş gözəl hissələrdən ibarət kiçik balkonların əla şəkildə işlənmiş yarımdairə tağları, enerjiyə malik plastika və yüksək memarlıq üsullarının dinamikasını qeyd edir.
Ağamusa Nağıyev
Ağa Musa Nağıyev və ya Musa Nağıyev (1848, Biləcəri, Bakı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası – mart 1919, Bakı, Bakı qəzası, Bakı quberniyası, AXC) — Azərbaycan sahibkarı, milyonçu, neft hasilatçısı və xeyriyyəçi. == Həyatı == Musa Nağıyev adi saman satanın oğlu idi. 1848-ci ildə anadan olub. Ağa Musa Biləcəridə çox kasıb ailədə doğulmuşdu. Atası qeyd edilən kimi saman satmaqla məşğul idi. Qardaşı isə ömrünün sonuna qədər hamamçı olmuşdu. Hal-hazırda Ağa Musa Nağıyevin Biləcəri kəndindəki evində onun qardaşının nəvə və nəticələri yaşayır. Hacı Mürsəlin oğlu Hənifə oğlu Xasməmməd oğlu Ənnağı oğlu Xasməmməd oğlu Fərid.Sonralar varlanan Musa Nağıyev var-dövlətdə Hacı Zeynalabdin Tağıyevdən geri qalmırdı. Hətta ondan zəngin idi. Axır vaxtlarda Tağıyevin tanxası beş-altı milyon, o da əmlak və əşyadan ibarət olduğu halda, Musa Nağıyevin var dövləti 10 milyonlarla qızıl pula çatmışdı.
Aşıq Bidlin nağılları
Bard Bidlin nağılları; J.K.Roulinq tərəfindən yazılan Harri Potter romanının 7-ci kitabında, Albus Dambldorun Hermiona Qreyncerə verdiyi kitabdır. Kitab, cadugər və sehrbaz uşaqların bildiyi hekayələrdən ibarətdir. İçərisindəki hekayələr bunlardır: Sehrbaz və Tullanan qazan Gözəl Taleh Çeşməsi Sehrbazın tüklü ürəyi Dovşan, Movşan və qaqqıldayan kötüyü Üç qardaşın hekayəsiSon hekayə olan Üç qardaşın hekayəsi, 7-ci kitaba adını verən Ölüm Hədiyyələrinin nələr olduğunu izah etməkdədir. Bunlar Gəndalaş əsa, Görünməzlik şalı və diriltmə daşıdır. Hekayə bu üç sirrli obyektin Peverell qardaşların Ölüm tərəfindən necə qazanıldığını izah edərək son kitabın mərkəzinə çevrilmişdir. Kitab hələlik Azərbaycan dilinə tərcümə olunmayıb.
Babanın nağılı (film, 2012)
Babanın nağılı tammetrajlı bədii televiziya filmi rejissor Bəhruz Qasımov tərəfindən 2012-ci ildə ekranlaşdırılmışdır. "Türkel tv"nin istehsalıdır. Novruz bayramı axşamı baba uşaqları tonqal başında toplayıb onlara Novruzla Baharın ətrafında cərəyan edən komik əhvalatları danışır. Əsas rolları Musa Eyyubov, Bəhruz Qasımov, Əminə Şahin, Aqil Seyfəli və Rəfael Rəvan ifa edirlər. == Məzmun == Novruz bayramı axşamı baba uşaqları tonqal başında toplayıb onlara Novruzla (Bəhruz Qasımov) Baharın (Əminə Şahin) ətrafında cərəyan edən komik əhvalatları danışır.
Bakı milyonçuları. Ağa Musa Nağıyev (film, 2008)
Bakı milyonçuları. Ağa Musa Nağıyev qısametrajlı sənədli filmi 2008-ci ildə çəkilmişdir. "Azeri Production"da istehsal edilmişdir. Film tanınmış milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin həyat və fəaliyyətindən bəhs edir. == Məzmun == Film tanınmış milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin həyat və fəaliyyətindən bəhs edir.
Baloğlan Nağıyev
Baloğlan Müdəhətoviç Nağıyev (29 oktyabr 1996; Tomsk, Tomsk vilayəti, Rusiya Federasiyası — 24 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Baloğlan Nağıyev 29 oktyabr 1996-cı ildə Rusiya Federasiyası, Tomsk şəhərində anadan olub. Bərdə rayon Güloğlular kənd tam orta məktəbini bitirib. 2014–2015-ci illərdə hərbi xidmətdə olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Baloğlan Nağıyev Suqovuşan, Tərtər doyüşlərində iştirak edib. Müharibə zamanı sanitar təlimatçısı olub. 24 oktyabr 2020-ci ildə döyüşlər zamanı 530 yüksəkliyində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olmuşdur. Bərdə Şəhidlər xiyabanında torpağa tapşırılıb.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baloğlan Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Baloğlan Nağıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Baloğlan Nağıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Balıq və balıqçı haqqında nağıl (cizgi filmi, 1950)
Balıqçı və balıq haqqında nağıl (rus. Сказка о рыбаке и рыбке) - Aleksandr Puşkinin eyniadlı əsəri əsasında çəkilən sovet cizgi filmi.
Balıq və balıqçı haqqında nağıl (cizgi filmi, 1959)
Balıqçı və balıq haqqında nağıl (rus. Сказка о рыбаке и рыбке) - Aleksandr Puşkinin eyniadlı əsəri əsasında çəkilən sovet cizgi filmi.
Bard Bidlin nağılları
Bard Bidlin nağılları; J.K.Roulinq tərəfindən yazılan Harri Potter romanının 7-ci kitabında, Albus Dambldorun Hermiona Qreyncerə verdiyi kitabdır. Kitab, cadugər və sehrbaz uşaqların bildiyi hekayələrdən ibarətdir. İçərisindəki hekayələr bunlardır: Sehrbaz və Tullanan qazan Gözəl Taleh Çeşməsi Sehrbazın tüklü ürəyi Dovşan, Movşan və qaqqıldayan kötüyü Üç qardaşın hekayəsiSon hekayə olan Üç qardaşın hekayəsi, 7-ci kitaba adını verən Ölüm Hədiyyələrinin nələr olduğunu izah etməkdədir. Bunlar Gəndalaş əsa, Görünməzlik şalı və diriltmə daşıdır. Hekayə bu üç sirrli obyektin Peverell qardaşların Ölüm tərəfindən necə qazanıldığını izah edərək son kitabın mərkəzinə çevrilmişdir. Kitab hələlik Azərbaycan dilinə tərcümə olunmayıb.
Bu mənim nağılımdır (internet serialı, 2021)
Bu mənim nağılım (türk. İşte Bu Benim Masalım) — Exxen istehsalı musiqili janrındakı Türkiyə internet serialıdır. Serialın ilk seriyası 2021-ci il yanvarın 1-i yayımlanmışdır.
автоно́мный бо́же конве́нт костёрчик на даровщи́ну непродукти́вность саквоя́жный шлифо́вка гидроизоляцио́нный каба́н недоброка́чественный э́ркер cassette videotape recorder fusel-oil inusitate jack-in-the-pulpit procreation repass she-oak somehow thearchy ветродвигатель лузгать непомерный ревнивый