NAĞD
NAĞIL-MAĞIL
OBASTAN VİKİ
Nağıl
Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrıdır. Nağıllar xalq nağılları və müəllif nağılları olmaqla iki qrupa bölünür. Müəllif nağıllarından fərqli olaraq xalq nağıllarının yazıldığı tarix və müəllifi bəlli olmur. == Xüsusiyyətləri == Nağıllarda xalqın həyatı və məişəti, dünyagörüşü və inancları, arzu və xəyalları əks olunur. Nağıllar əsasən, qaravəlli adlandırılan girişlə başlayır. Bu girişlər nağılın məzmunu ilə bağlı olmur. Məsələn, "Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində, hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Nağıl-mağıl bilmərəm, bilsəm də söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə böyrünü sökərəm" Nağılın əvvəlində "Biri vardı, biri yox", sonunda isə "Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl deyənin" sözləri işlənir. Başlanğıcda və sonluqda verilən həmin epik formullarla yanaşı qəhrəmanlarla, hadisələrlə bağlı formullardan da istifadə olunur. Məsələn, "Qız nə qız, görən bunun camalına heyrandı, qaş qara, gözlər sürməyi, boyu sərv…", "dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi", "Dağların dabanıynan, yolların qırağıynan, ayaq üzəngidə, diz qabırğada…" və s.
Ağ atlı oğlan haqqında nağıl (film, 1986)
Ağ atlı oğlan haqqında nağıl qısametrajlı sənədli filmi rejissor Rauf Nağıyev tərəfindən 1986-cı ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Cəmşid Naxçıvanski adına hərbi məktəb şagirdlərinin həyatından və təhsilindən bəhs edir. == Məzmun == Film Cəmşid Naxçıvanski adına hərbi məktəb şagirdlərinin həyatından və təhsilindən bəhs edir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Ramiz Duyğun, Rauf Nağıyev Rejissor: Rauf Nağıyev Operator: Rəşid Nağıyev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Nağıl dünyasının sakini. Əlisəttar Atakişiyev (film, 2015)
Nağıl dünyasının sakini. Əlisəttar Atakişiyev — rejissor Elvin Vəlimətovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə kinorejissor, operator, ssenarist və rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi Əlisəttar Atakişiyevin xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Bir ailə", "Arşın mal alan", "Fətəli xan", "Doğma xalqıma", "O olmasın, bu olsun", "Uzaq sahillərdə", "Bir qalanın sirri", "Bizim küçə", "Sehrli xalat", "İstintaq davam edir", "Qərib cinlər diyarında" filmlərinin kadrlarından istifadə edilmişdir. == Səhvlər == Xronoloji: Filmdə "Arşın mal alan" filminin ekranlara 1944-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1945-ci ildə ekranlara çıxmışdı. Xronoloji: Filmdə "Uzaq sahillərdə" filminin ekranlara 1957-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1958-ci ildə ekranlara çıxmışdı. Xronoloji: Filmdə "Bir qalanın sirri" filminin ekranlara 1958-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1959-ci ildə ekranlara çıxmışdı.
Rasim İsmayılov. Yarımçıq qalmış nağıl... (film, 2012)
Rasim İsmayılov. Yarımçıq qalmış nağıl... — rejissor Elvin Vəlimətovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli kinooperator, rejissor və ssenarist, Azərbaycanın əməkdar incəsənət xadimi Rasim İsmayılovun xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Səma ilə görüş", "Dağ meşəsindən keçərkən", "Yenilməz batalyon", "Sevil", "Yeddi oğul istərəm...", "Axırıncı aşırım", "Gün keçdi", "Nəsimi", "Dədə Qorqud", "Sevinc buxtası", "Babək", "Şir evdən getdi", "Asif, Vasif, Ağasif", "Sizi dünyalar qədər sevirdim" filmlərinin, eləcə də "Danışan işıqlar" cizgi filminin kadrlarından istifadə edilmişdir.
Balıq və balıqçı haqqında nağıl (cizgi filmi, 1950)
Balıqçı və balıq haqqında nağıl (rus. Сказка о рыбаке и рыбке) - Aleksandr Puşkinin eyniadlı əsəri əsasında çəkilən sovet cizgi filmi.
Balıq və balıqçı haqqında nağıl (cizgi filmi, 1959)
Balıqçı və balıq haqqında nağıl (rus. Сказка о рыбаке и рыбке) - Aleksandr Puşkinin eyniadlı əsəri əsasında çəkilən sovet cizgi filmi.
Karib dənizinin quldurları: Ölülər nağıl danışmır (film, 2017)
Karib dənizinin quldurları: Ölülər nağıl danışmır (ing. Pirates of the Caribbean: Dead Men Tell No Tales) — Öz bəxtini tükəndirən kapitan Cek Sərçə müəyyən edir ki, çoxdan dost olmayan qorxulu kapitan Salazar və ruh dəniz quldurları onun ovuna çıxıblar. Onların niyyəti kapitan Cek Sərçəni aradan qaldırmaq idi.Onlar təzəlikcə Şeytan üçbucağından qaçıblar və indi Cek daxil olmaqla bütün dəniz quldurlarını məhv etmək istəyirlər. Xilas olmağa yalnız qüdrətli artefakt – Poseydonun üçbaşlı əsası kömək edə bilər, hansı ki, öz sahibinə bütün dənizi idarə etmək bəxş edir. Poseydon yunan tanrısı olub,dənizi idarə edirdi,bunu etməsində əsası ona köməklik edirdi. Filmdə Conni Depplə bərabər Xavier Bardem, Brenton Tvaytes, Kevin R. McNally, Kaya Skodelario, Golşiftə Fərahani, Stefen Qraham və başqa məşhurlar rol alıb. Film 26 May 2017-ci ildə təqdim olunmuşdur.
Qar kraliçası (nağıl)
Qar kraliçası (dan. Snedronningen)— Hans Xristian Andersen tərəfindən 1844-cü ildə yazılmış nağıl.
Xeyirxah Nağıl (1986)
== Məzmun == Film müdrik qoca sehrbazın yaratdığı çətinlikləri aradan qaldırıb nənəsinin arzusunu həyata keçirən balaca Zaur haqqındadır. == Festivallar və mükafatlar == 1)1991-ci ildə Bu filmlə yanaşı "Sehrli çıraq" və "Basatın igidliyi" filmlərinə görə rejissor Vaqif Behbudov Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür. == Film haqqında == Kukla filmidir.
Yatmış gözəl (nağıl)
Yatmış gözəl (nağıl) — ənənəvi Avropa nağılıdır. Nağılın 1697-ci ildə Şarl Perro tərəfindən nəşr edilmiş versiyası dərsliyə çevrildi. Nağılın Qrimm qardaşlarının versiyası da məlumdur. Aarne-Tompson təsnifatına görə, bu süjet 410 rəqəminə malikdir və süjeti fövqəltəbii qohumlar (kralın arvadı, baş qəhrəmanın ögey anası) üzərində qurulmuş nağıllara aiddir. Bu nağıl üçün çoxlu rəsmlər, baletlər, filmlər var. == Süjeti == Kral və kraliçanın çoxdan gözlənilən qızı dünyaya gəlir və bir pəridən başqa krallığın bütün pərilərini bayrama dəvət edirlər - çünki o, yarım əsridi ki, öz qəsrindən ayrılmamışdı və hamı onun öldüyünü düşünürdü. Vəftiz ziyafətinin qızğın vaxtında çağırılmamış pəri peyda olur, ona elə gəlirdi ki, ona hörmətsizlik edilir, çünki onun üçün kifayət qədər qiymətli qab-qacaq qoyulmayıb. Çağırılmamış pərilərdən və digər birindən başqa, bütün pərilər şahzadəyə sehrli hədiyyələr təqdim etdikdə, qoca pəri Karabos şokedici kəhanətini söylədi: şahzadə barmağını cəhrənin iynəsinə sancaraq öləcək. Sonuncu pəri hökmü yumşaldır: “Bəli, şahzadə barmağını iynəyə sancacaq, amma düz 100 il yatacaq” (Perronun orijinal variantında şahzadənin adı çəkilmir). Padşah bütün cəhrələri və iynələri yandırmaq üçün fərman verir, amma boş yerə: 16 ildən sonra şahzadə şəhərdən kənar qəsrdə, kral fərmanı haqqında heç nə eşitməyən və ip əyirən yaşlı bir qadın tapır.
Xeyirxah nağıl (film, 1986)
== Məzmun == Film müdrik qoca sehrbazın yaratdığı çətinlikləri aradan qaldırıb nənəsinin arzusunu həyata keçirən balaca Zaur haqqındadır. == Festivallar və mükafatlar == 1)1991-ci ildə Bu filmlə yanaşı "Sehrli çıraq" və "Basatın igidliyi" filmlərinə görə rejissor Vaqif Behbudov Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür. == Film haqqında == Kukla filmidir.
İki nağıl (cizgi filmi, 1962)
İki nağıl (rus. Две сказки) 1962-ci ildə Vladimir Suteyevin "Alma" və "Xilaskar çubuq" adlı nağılları əsasında çəkilib. == Xarici keçidlər == «Две сказки» — Internet Movie Database saytında.
"Hacı Mail" nağılı... (film, 2005)
"Hacı Mail" nağılı… — 2005-ci ildə Hacı Mail-ə ithafən çəkilmiş film. == Məzmun == Film böyük alim və arif, dəyərli insan, Hacı Mailin əziz xatirəsinə həsr olunmuşdur. Qəzəl ustadı olan Hacı Mail Füzulidən ilham almışdır: == Film haqqında == Hacı Mailin 1999-cu il avqust ayında İran televiziyası tərəfindən lentə alınmış son kadrları da filmə əlavə edilmişdir. Filmdə "Nəsimi" filmindən kadrlardan istifadə edilmişdir.
Afurca nağılı (film, 2007)
Afurca nağılı qısametrajlı sənədli televiziya filmi rejissor Şahəddin Elxan Mayıloğlu tərəfindən 2007-ci ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Qubanın Afurca kəndindən, kənd sakinlərinin məşğuliyyətindən bəhs edir. == Məzmun == Film Qubanın Afurca kəndindən, kənd sakinlərinin məşğuliyyətindən bəhs edir. Afurca Quba rayonunun Güləzi inzibati ərazi vahidində kənddir. Cimi çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Adını ərazidəki eyniadlı Şəlalədən almışdır. Bu Şəlalə Azərbaycanda dağ çaylarına məxsus daimi fəaliyyətdə olan Şəlalələrdən biridir və Vəlvələ çayının Təngə dağından axan hissəsidir. Kənd də həmin Şəlalənin yaxınlığında yerləşir. Afurca sözünu tədqiqatçılar belə izah edirlər: İran mənşəli abforucə (yerli tələffüz forması ofirəce) sözünun qismən təhrif olunmuş formasıdır.
Anar Nağılbaz
Anar Nağılbaz (tam adı: Anar Rizvan oğlu Cəbiyev; 28 mart 1976, Xırdalan – 4 avqust 2018, Bakı) — Azərbaycan repçisi, aktyor, rejissor, ssenarist və prodüser. Azərbaycanın ilk repçisi sayılır.Anar Nağılbaz müxtəlif dövrdə Almaz Ələsgərova, Brilliant Dadaşova, Dəyirman, Elşad Xose, Kənan MM, Nüşabə Ələsgərli, ProMete, Səbinə Babayeva, Şölə Səfərəliyeva, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === Anar Nağılbaz 1976-cı il mart ayının 28-də Xırdalanda Azərbaycan millət vəkili Rizvan Cəbiyevin ailəsində dünyaya gəlmişdir. Ailənin sonuncu övladı və evin son beşiyi idi. Uşaqlıqda səhhəti ilə problemləri olub. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb.1988-ci ildən hip-hopa maraq göstərməyə başlamışdır. 1990-cı ildə Krımda Artek düşərgəsində ilk dəfə rep deyib. 1990-cı ildə ilk dəfə Horadizdə "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" rep mahnısını ifa etmişdir. Həmin ildə Yaltada keçirilən beynəlxalq festivalda Azərbaycanı təmsil edib. Bir sıra universitet və mədəniyyət saraylarında tamaşaları olub.
Aran nağılı (film, 2009)
Azərbaycan nağılları
Azərbaycan nağılları — Azərbaycanın şifahi xalq ədəbiyyatının epik növünə aid janr. Azərbaycan nağılları Azərbaycan xalqının dünya görüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir. Azərbaycan nağıllarını mövzularına görə bir-neçə hissəyə bölmək olar: Heyvanlar haqqında olan nağıllar:M.Təhmasibin fikrincə bu növ nağıllar ən qədim nağıllardır. Qədim insanlar bəzi heyvanlara ecazkar varlıq kimi baxıb onları müqəddəsləşdirmişlər. Totem və tetemizim də belə yaranmışdır. Azərbaycan nağıllarının çoxunda ("Göyçək Fatma", "Fatmanın inəyi", "Ovçu Pirim") totem heyvanlara rast gəlmək olar. Heyvanlara aid olan nağılların içərisində böyük bir qismini alleqorik nağıllar təşkil edir ("Şəngilim, Şüngülüm, Məngülüm" və s.). Sehirli nağıllar – Bu nəğıllarda qəhrəmanlar sehr, cadu, əfsun və əfsanəvi köməkçilərlə düşmənə qarşı mübarizə aparır ("Sehirli üzük", "Şəms və Qəmər", "Məlikməmməd" və s.). Tarixi nağıllar – Bu nağılların qəhrəmanı tarixi şəxsiyyət, hökmdar, xalqın qəhramanı və ya məşhur bir sənətkardır ("İsgəndər və fağır", "Saleh və Valeh", "Üç bacı" və s.). Məişət nağılları – bu növ nağıllar daha real və xalqın ictimai və məişət problemləri ilə daha bağlıdırlar ("Hacının köpəyi", "Yeddi qardaş bir bacı", "Dərzi şagirdi Əhməd" və s.).
Aşıq Bidlin nağılları
Bard Bidlin nağılları; J.K.Roulinq tərəfindən yazılan Harri Potter romanının 7-ci kitabında, Albus Dambldorun Hermiona Qreyncerə verdiyi kitabdır. Kitab, cadugər və sehrbaz uşaqların bildiyi hekayələrdən ibarətdir. İçərisindəki hekayələr bunlardır: Sehrbaz və Tullanan qazan Gözəl Taleh Çeşməsi Sehrbazın tüklü ürəyi Dovşan, Movşan və qaqqıldayan kötüyü Üç qardaşın hekayəsiSon hekayə olan Üç qardaşın hekayəsi, 7-ci kitaba adını verən Ölüm Hədiyyələrinin nələr olduğunu izah etməkdədir. Bunlar Gəndalaş əsa, Görünməzlik şalı və diriltmə daşıdır. Hekayə bu üç sirrli obyektin Peverell qardaşların Ölüm tərəfindən necə qazanıldığını izah edərək son kitabın mərkəzinə çevrilmişdir. Kitab hələlik Azərbaycan dilinə tərcümə olunmayıb.
Babanın nağılı (film, 2012)
Babanın nağılı tammetrajlı bədii televiziya filmi rejissor Bəhruz Qasımov tərəfindən 2012-ci ildə ekranlaşdırılmışdır. "Türkel tv"nin istehsalıdır. Novruz bayramı axşamı baba uşaqları tonqal başında toplayıb onlara Novruzla Baharın ətrafında cərəyan edən komik əhvalatları danışır. Əsas rolları Musa Eyyubov, Bəhruz Qasımov, Əminə Şahin, Aqil Seyfəli və Rəfael Rəvan ifa edirlər. == Məzmun == Novruz bayramı axşamı baba uşaqları tonqal başında toplayıb onlara Novruzla (Bəhruz Qasımov) Baharın (Əminə Şahin) ətrafında cərəyan edən komik əhvalatları danışır.
Bard Bidlin nağılları
Bard Bidlin nağılları; J.K.Roulinq tərəfindən yazılan Harri Potter romanının 7-ci kitabında, Albus Dambldorun Hermiona Qreyncerə verdiyi kitabdır. Kitab, cadugər və sehrbaz uşaqların bildiyi hekayələrdən ibarətdir. İçərisindəki hekayələr bunlardır: Sehrbaz və Tullanan qazan Gözəl Taleh Çeşməsi Sehrbazın tüklü ürəyi Dovşan, Movşan və qaqqıldayan kötüyü Üç qardaşın hekayəsiSon hekayə olan Üç qardaşın hekayəsi, 7-ci kitaba adını verən Ölüm Hədiyyələrinin nələr olduğunu izah etməkdədir. Bunlar Gəndalaş əsa, Görünməzlik şalı və diriltmə daşıdır. Hekayə bu üç sirrli obyektin Peverell qardaşların Ölüm tərəfindən necə qazanıldığını izah edərək son kitabın mərkəzinə çevrilmişdir. Kitab hələlik Azərbaycan dilinə tərcümə olunmayıb.
Bu mənim nağılımdır (internet serialı, 2021)
Bu mənim nağılım (türk. İşte Bu Benim Masalım) — Exxen istehsalı musiqili janrındakı Türkiyə internet serialıdır. Serialın ilk seriyası 2021-ci il yanvarın 1-i yayımlanmışdır.
Cırtdanın nağılı
"Cırtdanın nağılı" — Azərbaycan xalq nağılı. Nağılın mövzusu uşaqları Azərbaycan mifologiyasından mifik bir məxluq olan Divdən qurtaran Cırtdan adlı ağıllı bir gənc oğlandan bəhs edir. == Məzmun == Cırtdan qonşunun uşaqları ilə birlikdə meşəyə odun yığmaq üçün gedir. Geri qayıdarkən qaranlıqda itirlər və gördükləri işığa tərəf irəliləyirlər. Onlar beləliklə, Divin yaşadığı evə çatırlar. Canavar uşaqları gecə yemək üçün özünə cəlb edir. Cırtdan öz ağlından istifadə edərək uşaqları xilas edir və onlar sağ-salamat evlərinə qayıdırlar.Cırtdan Azərbaycan nağıllarının ən populyar personajlarından biridir. Ənənəvi azərbaycanlı görünüşü, cəsarəti və zəkası ilə seçilir. Cırtdan bəzən kənd oğlanlarını meşədən odun toplamağa və sonra onu bellərində gəzdirməyə məcbur etdiyi üçün tənbəl bir şəxs kimi təsvir edilir. Buna baxmayaraq, Cırtdan Div ilə qarşılaşdıqda cəsarət göstərir.
Nar ağacının nağılı (film, 1989)
== Məzmun == Bu nağılvari əhvalatda macəralar da var, möcüzələr də, yalandan atışmalar da var, doğruçu təqiblər də. Bütün uşaq nağıllarında olduğu kimi, bu cizgi filmində də hər şey yaxşı qurtarır və pis oğlan nəhayət mehriban və xeyirxah olur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Sara Nəzirova (Sara Nəzərova kimi) Kinorejissor: Vahid Talıbov Quruluşçu rəssam: A.Sadıqzadə, Yuri İsaykin Kinooperator: Ramiz Ağayev, Ziya Xəqani Bəstəkar: Mobil Babayev Cizgi rəssamı: Vahid Talıbov, Bəhmən Əliyev, Firəngiz Quliyeva, Əziz Məmmədov, Ş.Nanaziaşvili Səs operatoru: Akif Nuriyev Rəssam assistenti: Məlahət Hümbətova Montaj edən: Lidiya Vyalsova Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317.
Nağılar
Nağılar (Gədəbəy)
Nağılar (Gədəbəy)
Nağılar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Nağılar kəndi Əliismayıllı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Daryurd kəndi mərkəz olmaqla, Daryurd kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Cinqaralı olmuşdur. Kəndin adı bəzən Nağdalılar variantında da qeydə alınmışdır. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Kiçik Qaramurad kəndindən çıxmış nağılar (digər adı cinqaralı) nəslinə mənsub ailələr salmışlar. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 311 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Nağılar (Şuşa)
Nağılar — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaybalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Nağılların nağlı (film, 2015)
Nağılların nağlı (ing. Tale of tales) — 2015-ci ildə çəkilmiş, başda İtaliya olmaqla Fransa və Birləşmiş Krallığın ortaq fantastik filmi. Filmdə bir neçə nağılların ən qədim versiyalarına (Yatmış gözəl, Rapunzel, Sinderella və s.) yer verilir.
Nağılvari Naxışlar (1972)
== Məzmun == Film Azərbaycan ornamentlərinin yaranması haqqındadır.
Nağılvari naxışlar (film, 1972)
== Məzmun == Film Azərbaycan ornamentlərinin yaranması haqqındadır.
Qoca palıdın nağılı (film, 1984)
== Məzmun == Film meşəbəyinin (Həsən Məmmədov) başına gələn, qoca palıdın şahidi olduğu hadisələrdən bəhs edir. Burada göstərilir ki, xeyirxah işlər və əməllər fəal həyat mövqeyi olmadan görülə bilməz. Təbiətin vurğunu olan meşəbəyi qoca palıdın məhv edilməsinə qarşı çıxır. Nəticədə ədalət qalib gəlir. == Film haqqında == Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film 2-ci kateqoriyaya aid edilmişdir. Film İsi Məlikzadənin "Dədə palıd" povesti əsasında çəkilmişdir. Film rus dilində lentə alındığına görə, Azərbaycan Televiziyası tərəfindən dublyaj olunmuşdur. Dublyaj zamanı aktyor Həsən Turabovun ifa etdiyi Nurcabbar obrazı səhvən Nurcəfər kimi səsləndirilmişdir.
İtirilmiş vaxt haqqında nağıl (film, 1964)
İtirilmiş vaxt haqqında nağıl (rus. Сказка о потерянном времени) — rejissor Aleksandr Ptuşkonun 1964-cü ildə çəkdiyi sovet bədii filmi. == Məzmunu == Filmin baş qəhrəmanı tənbəl üçüncü sinif şagirdi Petya Zubovdur (Qrigory Plotkin). Vaxtını boş yerə keçirən Petya Zubov və digər 3 şagirdin vaxtları şər sehirbazlar tərəfindən "oğurlanır". Filmin əsas ideyası izləyicilərə vaxtı düzgün dəyərləndirmək və onu boş yerə xərcləməməyi çatdırmaqdır.
İçəri şəhər-əbədi nağıl (film, 1984)
== Məzmun ==
Karib dənizinin quldurları: Ölülər nağıl danışmır
Karib dənizinin quldurları: Ölülər nağıl danışmır (ing. Pirates of the Caribbean: Dead Men Tell No Tales) — Öz bəxtini tükəndirən kapitan Cek Sərçə müəyyən edir ki, çoxdan dost olmayan qorxulu kapitan Salazar və ruh dəniz quldurları onun ovuna çıxıblar. Onların niyyəti kapitan Cek Sərçəni aradan qaldırmaq idi.Onlar təzəlikcə Şeytan üçbucağından qaçıblar və indi Cek daxil olmaqla bütün dəniz quldurlarını məhv etmək istəyirlər. Xilas olmağa yalnız qüdrətli artefakt – Poseydonun üçbaşlı əsası kömək edə bilər, hansı ki, öz sahibinə bütün dənizi idarə etmək bəxş edir. Poseydon yunan tanrısı olub,dənizi idarə edirdi,bunu etməsində əsası ona köməklik edirdi. Filmdə Conni Depplə bərabər Xavier Bardem, Brenton Tvaytes, Kevin R. McNally, Kaya Skodelario, Golşiftə Fərahani, Stefen Qraham və başqa məşhurlar rol alıb. Film 26 May 2017-ci ildə təqdim olunmuşdur.

Digər lüğətlərdə

клещено́жка настира́ться объе́здить подруба́ться по́чки садово-огоро́дный свиново́д тени́стый томо́граф ...ме́сячный вари́ться в общем котле княжо́й подслу́х спасе́ния нет брат топить -ery door-mat indeterminable intermediary lacerated orchestics Preston sniggle trace-pollutant