Neft bazası

nefti və neft məhsularını qəbul etmək, yığıb saxlamaq, bir nəqliyat növündən digərinə yükləmək, yaxud istehlakçıya buraxmaq üçün bina və qurğular kompleksi. Boşaldılıb- yükləyici N.b. (nefti bir nəqliyat növündən başqasına, yaxud da həmin növdən olan nəqliyata yükləmək üçün), zavod nəzdində N.b. (emal olunacaq nefti, neft məhsularını qəbul edir, saxlayır, emal üçün hazırlayır) və paylaşdırıcı N.b. (bilavasitə müəyən ərazidə yerləşən müəsisələri kiçik taralarda neft və neft məhsuları ilə təchiz edir və s.) növləri var.
Neft anbarı
Neft daşları