Neft daşları

Bakı şəhərinin Əzizbəyov rayonunda şəhər tipli qəsəbə (1952-ci ildən), Abşeron yarımadasından 42 km cənub-şərqdə, açıq dənizdə, polad dirəklər üzərində salınmış neft şəhəridir. Bu ərazi, ondakı daşların üzərində neft- qaz nişanələrinin olması ilə əlaqədar N.d. adlandırılmışdır. 1946-cı ildə N.d. rayonunda geoloji kəşfiyat işlərinə başlanmış, ilk kəşfiyat quyusu 1949-cu ildə qazılmışdır. Laylara su vuraraq süni təzyiq yaratmaq üsulu ilk dəfə N.d.- da sınaqdan keçirilmişdir.
Neft bazası
Neft emalı