Neft markaları

neftin keyfiyətini xarakterizə edən klasifikasiya dərəcəsi. Dünya birjalarında keyfiyət nişanına görə neftin markası «layt» və «brent» adı ilə fərqləndirilir. Azərbaycan nefti dünya bazarına «Azəri layt» markası ilə çıxarılır. «Layt» markalı neftin qiymətinin «brent» markalı neftdən bahalılığı onun keyfiyətinin yüksək olması ilə əlaqədardır.
Neft ləkəsi
Neft maşınqayırması
OBASTAN VİKİ
Milad markaları
Milad markaları — Milad bayramı ilə əlaqədar olaraq dövriyyəyə buraxılan poçt markaları. Bəzi ölkələrdə Miladla bağlı xüsusi xatirə markaları da çap olunur və poçtların Milad açıqcalarını göndərərkən istifadə etdikləri həmin açıqcalar filatelistlər arasında kifayət qədər məşhurdur. Milad möhürlərindən fərqli olaraq bu markalar dövrü xarakter daşımaqla, bütün il boyu istifadə olunur. 1898-ci ildə Kanadada İmperator Penni Poçtunun açılışı münasibətilə xüsusi marka nəşr edilmişdir. Markada Yer kürəsinin xəritəsi və "XMAS 1898" yazısı vardı. 1937-ci ildə Avstriyada iki Milad markası çap edilmişdi ki, onların da üzərində qızıl gül və zodiak işarələri təsvir olunmuşdu. 1939-cu ildə Braziliyada çap edilmiş xüsusi Milad markalarında üç kral və Betleyem ulduzu, mələk və körpə, Cənub xaçı və körpə, ana və körpə təsvir edilmişdir. Həm ABŞ Poçt Xidməti, həm də Kral Poçtu tərəfindən hər il dövrü Milad markaları çap edilir.
Poçt markaları
Poçt markası — poçt ödəniş nişanı. Markanın yaranması və onun poçt ödəniş nişanı kimi istifadəsinin tarixi barədə müxtəlif fikirlər dolaşmaqdadır. Bəzi mütəxəssislər poçt markasının avstriyalı Lourens Kaşmir, bəziləri isə ingilis Ceyms Çalmers tərəfindən yaradıldığını iddia edirlər, lakin bir sıra faktlar onu göstərir ki, poçt markası məhz Roumend Hillin öz layihəsini təcrübədən keçirdikdən sonra İngiltərədə yaranıb.1840-cı ildə Londondakı İngilis Poct İdarəsinin sonradan idarəçisi olan Sir Rovland Hill, maraqlı bir hadisəyə şahid olmuşdu. Şotlandiyaya etdiyi bir səfər əsnasında, gənc bir qızın daşıma ödənişini ödəyə bilmədiyi üçün nişanlısından gələn məktubu poçtalyona öncə verdiyini gördü. Bunun üzərinə ödənişi özü ödədi. Gənc qız ona təşəkkür etdi və bu pula ehtiyac olmadığını söylədi. Çünki, zərfin üzərindəki ünvanda bir tənzimləmə edərək, nişanlısından gələn məktubu pul ödəmədən də ala biləcəyini bilirdi. Bu hadisəyə şahid olan Hill, məktub yollanırkən, pul ödənməsini zəruri edəcək bir üsul inkişaf etdirilməsi lazım olduğunu düşündü. Daşıma haqqının, zərfin üstünə yapışdırılan kiçik bir etiket əvəzi olaraq, məktubu göndərən tərəfindən ödənilməsi prinsipini təklif etdi. Bu üsul İngilis Hökuməti tərəfindən qəbul edildi.
Neft
Neft (əski akkad dilində "napatum", yəni iylənən, alovlanan deməkdir) — əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyi olan yanar maye. Karbohidrogenlərin qarışıqda çəki payı böyük intervalda dəyişir. Yüngül (xüsusi çəkisi aşağı və sıxlığı kiçik) neftlərdə 97%, ağır neftlər və bitumlarda isə bu rəqəm 50%-ə qədər azala bilər. Neftin tərkibindəki karbohidrogenlər başlıca olaraq alkanlar, tsikloalkanlar və müxtəlif aromatik karbohidrogenlərlə təmsil olunur. Bundan əlavə neftin tərkibində azot, oksigen, kükürdlü birləşmələr və çox cüzi miqdarda dəmir, nikel, mis və vanadium metallarına da rast gəlinir. O, Yer kürəsində ən mühüm təbii enerji ehtiyatlarından sayılır. Neft elektrik enerjisinin əldə edilməsi və nəqliyyat vasitələrində yanacaq kimi istifadə edilir. Bundan əlavə neft kimya sənayesində süni materialların və başqa məhsulların alınmasında istifadə edilir. Buna görə də, o həm də "Qara qızıl" adlanır. Neft-qaz sıralı karbohidrogen yataqlarına yerin min, 2 min metrdən 5–6 min metrə qədər dərinliklərində rast gəlinir.
Rusiyanın poçt markaları
== İlk poçt xidmətlərinin tarixi == Qeydlər 10-cu əsrdə kuryer sistemindən bəhs edir. İlk məktublar mum şəklində və ya qurğuşun möhürü ilə aparılırdı. Bu möhürlərin ən erkən məlum tarixi 1079-cu ildir ki, bu da Tmutarakan valisi Ratmutor'dan bəhs edir. Ən qədim zərf 1391-ci ildə La Tanadan (indiki Azov qalası) Venesiyaya göndərildi. 16-cı əsrə görə, poçt xidməti 1600 yerdən ibarət idi və 3 gün ərzində Moskvadan Novqoroda poçt aldı. 1634-cü ildə Polşa və Rusiya arasındakı müqavilə Varşavaya bir xətt qurdu. Bu, Rusiyanın ilk beynəlxalq müntəzəm xidməti oldu. I Petro poçt sistemini daha müntəzəm hala gətirən qanunlar verdi. Beləliklə, 1716-cı ildə Moskva və Sankt-Peterburqda ilk poçt şöbəsi açıldı. Rusiyanın ən qədim poçt xidməti emblemi 1765-ci ilə təsadüf edir.
İlk poçt markaları
1 may 1840-cı ildə İngiltərədə dünyada ilk poçt markaları -bir pennilik qara (″Penny Blacks″) və üzərində kraliça Viktoriyanın profili olan iki pennilik göy marka satışa çıxarılmışdır. Poçt göndərişlərinin ödənilməsi üçün markalardan istifadə edilməsi ideyasının müəllifi isə Roulend Hilldir (Rowland Hill).
Naxçıvan mövzulu poçt markaları
Naxçıvan mövzulu poçt markaları — Naxçıvan Muxtar Respublikası ilə əlaqədar olaraq dövriyyəyə buraxılan poçt markaları. Naxçıvanla bağlı olan ilk poçt markası 1961-ci ildə SSRİ poçtu tərəfindən dövriyyəyə buraxılmış Naxçıvan şəhərinin Lenin küçəsinin təsvir olunduğu markadır. Müvafiq mövzu ilə bağlı bir il ərzində ən çox – 9 marka isə 2009-cu ildə "Azərmarka" tərəfindən dövriyyəyə buraxılmışdır.
Qarabağ mövzulu poçt markaları
Qarabağ mövzulu poçt markaları — Qarabağ ilə əlaqədar olaraq dövriyyəyə buraxılan poçt markaları.
Ağ neft
Kerosin və ya ağ neft — neftin qovulmasından alınan şəffaf neft məhsulu. Onun qaynama temperaturu 110 °C-dən 320 °C-ə qədər intervalda ola bilir. == Tərkib və xüsusiyyəti == Sıxlıq 0.78-0.85 g / cm³ (+20 °C-də), özlülük 1.2-4.5 mm² / s (+20 °C-də), parlama nöqtəsi + 28… + 72 °C, avtomatik yanma temperaturu 200-400 °C (asılı olaraq mühitin təzyiqi), yanma istiliyi təxminən 43 MJ / kq-dır. Doymuş alifatik karbohidrogenlər – 20-60 % Neftin kimyəvi tərkibindən və emal üsulundan asılı olaraq onun tərkibinə aşağıdakılar daxildir: doymuş alifatik karbohidrogenlər — 20—60 %, Naften karbohidrogenləri – 20-50 %, Bitsiklik aromatik karbohidrogenlər – 5-25 %; Doymamış karbohidrogenlər – 2 %-ə qədər. Kerosinin aşağıdakı növləri fərqləndirilir: aviasiya, lampa (əlavə olaraq qətranın, naften turşusunun və aromatik karbohidrogenlərin miqdarını azaltmaq üçün sulfat turşusu ilə təmizlənir), texniki, həlledici (əlavə olaraq aromatiksizləşdirilir). Xalq təbabəti aviasiya və lampa kerosinini istifadə edir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === V.M.Abbasov və b. Təbiət kimyasının möcüzələri və ondan istifadə qaydaları. “Elm” nəşriyyatı, Bakı-2014. 266 səh.
Neft Akademiyası
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ya qısaca ADNSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896–1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
Neft Daşları
Neft Daşları — Azərbaycan Respublikasının daxilində, Bakının Pirallahı inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun Neft Daşları qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Neft Daşları qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Neft Daşları qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir. Xəzərin dibində neftin olması qədim vaxtlardan məlum idi. Bir çox tarixçilərin, səyyahların əsərlərində dəniz səthi üzərində mazutlu daşların görünməsi, suda qaz qabarcıqlarının çıxması təsvir edilmişdi. Dənizin həmin hissəsinin “Qara daşlar” adlandırılması da məhz bununla əlaqədar idi. == Ümumi məlumatlar == Neft Daşları dünyanın ilk neft platformasıdır. Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən "Qara qayaların" ətrafında tikilmişdir. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir. “Neft Daşları” paytaxt Bakıdan 90 km aralıda yerləşir.
Neft körfəzi
İran körfəzi və ya Fars körfəzi(fars. خلیج فارس - Xəlic-e Fars; - əl-Xəlicül-farsi, əl-Xəlic-əl-farsi ) — İran və Ərəbistan yarımadası arasında yerləşən körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var. İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər. Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır. Bu ad tarixi köklərə malikdir və Osmanlı imperiyası dövründə bu adla tanınıb. Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır. Dəclə və Fərat çaylarının qovuşması nəticəsində yaranan Şəttül-Ərəb çayı İran körfəzinə tökülür. Hidroloji, hidrokimyəvi və digər xüsusiyyətlərinə görə İran körfəzi dənizlərlə oxşardır.
Neft platforması
Neft platforması (həmçinin neft platforması, dəniz platforması, neft hasilatı platforması və s. adlanır) — dəniz dibinin altındakı qaya birləşmələrində yerləşən neft və təbii qazı çıxarmaq və emal etmək üçün qurğuları olan böyük strukturdur. Bəzi hallarda platformanın okean döşəməsinə bağlanmasına ehtiyac olur, bu vəziyyətdə platforma süni bir ada kimi görünür. Bəzi hallarda isə platforma hərəkətli də ola bilər. Ümumiyyətlə, neft platformaları qitə sahanlığı daxilində inşa edilirlər, texnologiyanın irəliləməsiylə birlikdə qazma və istehsalı dərin sularda da edilə bilər. Tipik platformalarda otuz əsas mənbə olur və fərqli dərinliklərdəki rezervuarlara çatmaq üçün şaquli sondaja icazə verilir və platformadan 8 km uzaqlıqdan nəzarət edilir. Bir çox platformada quyular kabellər köməyi ilə uzaqdan idarə edilə bilər, bu tək bir quyu üçün və ya fərqli mərkəz bir çox quyu üçün etibarlıdır. == Platforma növləri == Böyük göl və dəniz əsaslı neft platformaları və neft qüllələri (təchizatları) dünyada ki ən böyük insan yapılarılarıdır. Bir neçə müxtəlif tip platforma və qala: Sabit platformalar (Fixed Platforms) Sabit qüllələr (compliant Towers) Yarı batırılmış platformalar (Semi-submersible Platforms) Qaldırımlı platformalar (Jack-up Platforms) Qazma gəmisi (Drillships) Hərəkətli istehsal sistemi (Floating production systems) Tellə sabitlənən platformalar (Tension-leg Platforms) Dirəkli platformalar (Spar Platforms) == Ən yüksək neft platformaları == Petronius Platforması, 610 metr Baldpate Platforması, 579,1 metr Bullwinkle Platforması, 529,1 metr Troll A platforması, 472 metr Gullfaks C, 380 metr == Xarici keçidlər == Oil Rig Disposal (pdf) — Post note issued by the UK Parliamentary Office of Science and Technology.
Neft qiymətləri
Neftin qiymətləri dedikdə bir qayda olaraq, fyuçers bazarında sərbəst satılan marka növlərindən birinin bir barel neftinin, adətən Şimali Dəniz Brent markalı və ya hərdən Amerika WTI markalı neftinin spot qiyməti kimi başa düşülür. Nadir hallarda və ya daha çox əvvəllər, Dubai Crude etalon qarışıqları və OPEC səbəti istifadə edilirdi. Digər çeşidlərin qiymətləri, sıxlığı və kükürd tərkibi, habelə yatağın yerləşdiyi yerdən, keyfiyyətindən asılı ola bilər; lakin, onlar marker növlərindən birinə nisbətən tez-tez təyin olunur. Bəzi təşkilatlar, xüsusən Enerji Məlumat İdarəsi (EIA, ABŞ) ABŞ neft emalı zavodları tərəfindən alınan neftin orta çəkili maya dəyərini “dünya neftinin qiyməti” kimi istifadə edir. Neftə qlobal tələb elastikdir - qiymət dəyişkənliyi ilə praktiki olaraq dəyişmir. Bununla yanaşı, neftin etalon növlərinin spot qiymətləri əhəmiyyətli dərəcədə dəyişkənliyə məruz qalır və qlobal xarakterli bir çox siyasi və iqtisadi şərtlərlə müəyyən edilir. == Tarixi == XX əsrin birinci yarısına qədər dünya neft hasilatına, daşınmasına, ticarət və emalının təxminən 95% -nə "Yeddi bacı" adlandırılan Chevron, Esso, Gulf Oil, Mobil, Texaco, British Petroleum və Shell tərəfindən nəzarət edilirdi. Neftin qiymətləri tədarük müqavilələrinə əsasən iki ilə qədər müəyyən edilirdi. 1948-1970-ci illərdə qiymət Koreya müharibəsi (1950-1953) və Altı Günlük Müharibə (1967) dövründəki artımları nəzərə almasaq, bir barrel üçün 2.5-3 dollar arasında dəyişirdi . 1970-ci illərin əvvəllərində spot neft bazarının təməli qoyuldu.
Neft tankeri
Neft tankeri (ing. Oil tanker) - Xam neftin və ya işlənmiş neft məmulatlarının daşınmasında istifadə olunan gəmi növü. Xam neft və yeyinti məhsulları daşıyan gəmilər xarici görünüş baxımıdan bir-birlərinə oxşasalarda, daxili tərtibat və quruluş baxımlarından fərqliliklərə sahibdirlər. Dünyada ilk neft tankeri Azərbaycanda istismara verilmişdir. Belə ki, 1879-cu ildə Nobel qardaşlarının Bakıdakı neft mədənlərindən çıxarılan xam neftin daşınması üçün sifariş etdiyi Zərdüşt gəmisi dünyada istifadəyə verilmiş ilk neft tankeri hesab olunur.
Neft yataqları
Neft yatağı - Neft və qazın yer qabığının məsaməli mühitindəki təbii yığımına neft və qaz yatağı deyilir. Belə yataqlar əsas etibarilə çökmə süxurların–qumların, qumdaşıların, dolomitlərin və s. məsamə və çatlarında neft-qazın toplanması nəticəsində əmələ gəlir. Qeyd etmək lazımdır ki, hər bir məsaməli çökmə süxurda neft toplana bilmir. Məsələn, çökmə mənşəli gil süxurları neft yatağı üşün münasib süxur hesab edilmədiyi halda (onların məsaməlik əmsalı 40-50%-ə çatır), qaz yatağı üçün daha əlverişli sayılır. məsamələrində neft-qaz toplana bilən və yatağın istismarı zamanı həmin nefti və qazı özündən buraxa bilən süxura kollektor süxur deyilir.. Dünyada ən böyük neft yataqlarından Səudiyyə Ərəbistanının Qavar yatağı və Küveytin Burqan yatağını göstərmək olar. Bu yataqların balan ehtiyatları 60 milyard barel (təxminən 8.2 milyard ton) həcmində qiymətləndirilir.
Neft yatağı
Neft yatağı - Neft və qazın yer qabığının məsaməli mühitindəki təbii yığımına neft və qaz yatağı deyilir. Belə yataqlar əsas etibarilə çökmə süxurların–qumların, qumdaşıların, dolomitlərin və s. məsamə və çatlarında neft-qazın toplanması nəticəsində əmələ gəlir. Qeyd etmək lazımdır ki, hər bir məsaməli çökmə süxurda neft toplana bilmir. Məsələn, çökmə mənşəli gil süxurları neft yatağı üşün münasib süxur hesab edilmədiyi halda (onların məsaməlik əmsalı 40-50%-ə çatır), qaz yatağı üçün daha əlverişli sayılır. məsamələrində neft-qaz toplana bilən və yatağın istismarı zamanı həmin nefti və qazı özündən buraxa bilən süxura kollektor süxur deyilir.. Dünyada ən böyük neft yataqlarından Səudiyyə Ərəbistanının Qavar yatağı və Küveytin Burqan yatağını göstərmək olar. Bu yataqların balan ehtiyatları 60 milyard barel (təxminən 8.2 milyard ton) həcmində qiymətləndirilir.
Neft müharibəsi
Neft müharibəsi — neft ehtiyatları və ya onların daşınması, istehlakı və ya tənzimlənməsi ilə bağlı münaqişə. Termin ümumiyyətlə neft ehtiyatlarını ehtiva edən və ya təşkilatın neft məhsulları üçün hasilat və ya nəqliyyat infrastrukturuna malik olduğu və ya inkişaf etdirmək istədiyi coğrafi mövqedə yerləşən regionda hər hansı münaqişəyə aid edilə bilər. Bu, həmçinin bir sıra xüsusi neft müharibələrindən hər hansı birinə istinad etmək üçün istifadə olunur. Emili Meyyerdinq tərəfindən aparılan tədqiqatlar neft müharibələrini əsasən mif kimi xarakterizə etmişdir. O, neft müharibələrinin tərəfdarlarının xarici neft yataqlarını ələ keçirmək və istismar etmək qabiliyyətini lazımi səviyyədə qiymətləndirmədiyini və beləliklə də neft müharibələrinin dəyərini şişirtdiyini müdafiə etmişdir. Meyyerdinq adətən neft müharibələri kimi təsvir edilən dörd hadisəni ( Yaponiyanın İkinci Dünya müharibəsində Niderland Ost-Hindinə hücumu, İraqın Küveyti işğalı, İran-İraq müharibəsi və Boliviya ilə Paraqvay arasında Çako müharibəsi) tədqiq etmiş, əlavə neft ehtiyatlarına nəzarət münaqişələrdə təcavüzün əsas səbəbi olmadığı qənaətinə gəlmişdir.
Neft məhsulları
Neft məhsulları neft emalı zavodlarında emal edildiyi üçün xam neftdən (neftdən) alınan materiallardır. Neftin böyük hissəsi neft məhsullarına çevrilir ki, bunlara bir neçə yanacaq sinfi daxildir. Xam neftin tərkibinə görə və bazarın tələbindən asılı olaraq neft emalı zavodları müxtəlif növ neft məhsulları istehsal edə bilir. Neft məhsullarının ən böyük payı müxtəlif növ mazut və benzinin payına düşür ki, onlar da "enerji daşıyıcıları" kimi istifadə olunur.
Neft daşları
Neft Daşları — Azərbaycan Respublikasının daxilində, Bakının Pirallahı inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun Neft Daşları qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Neft Daşları qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Neft Daşları qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir. Xəzərin dibində neftin olması qədim vaxtlardan məlum idi. Bir çox tarixçilərin, səyyahların əsərlərində dəniz səthi üzərində mazutlu daşların görünməsi, suda qaz qabarcıqlarının çıxması təsvir edilmişdi. Dənizin həmin hissəsinin “Qara daşlar” adlandırılması da məhz bununla əlaqədar idi. == Ümumi məlumatlar == Neft Daşları dünyanın ilk neft platformasıdır. Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən "Qara qayaların" ətrafında tikilmişdir. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir. “Neft Daşları” paytaxt Bakıdan 90 km aralıda yerləşir.
Neft ustaları
== Məzmun == Film "qara qızıl" çıxarmaq sahəsində hünər göstərən qabaqcıl neft ustalarına həsr olunmuşdur.
Neft (film, 2003)
== Məzmun == == Festivallar və mükafatlar == 1) 2003-cü ildə Venesiya Kinsofestivalı Ən yaxşı qısametrajlı filmə görə film "Gümüş Şir" Mükafatını almışdır.
Neft Daşları (1990)
Neft Daşları – 1990-cı ildə Neft Daşları barəsində çəkilmiş sənədli film. == Məzmun == Sənədli filmdə Xəzərin ortasında polad dirəklər üzərində salınmış Neft Daşlarının dünəni, bu günü və sabahı haqqında söhbət açılır. == Film haqqında == Film "Azərneft" Şirkətinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Zaur Məhərrəmov Ssenari müəllifi: Zaur Məhərrəmov, İmran İsmayıl Operator: Zaur Məhərrəmov, Nemət Rzayev Bəstəkar: Rauf Əliyev Səs operatoru: Şamil Kərimov == Sponsor == "Azərneft" Şirkəti == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Neft Keşikçiləri (1937)
== Məzmun == Film neft zavodlarının və mədənlərin keşiyini çəkən Daxili İşlər Nazirliyinin xüsusi hərbiləşdirilmiş dəstəsinin xidməti, döyüş və siyasi hazırlığı haqqındadır. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Ağarza Quliyev Ssenari müəllifi: N. Safronov Mətnin müəllifi: N. Safronov Operator: Vladimir Yeremeyev, Əlibala Ələkbərov Musiqi tərtibatı: M. Rayev Səs operatoru: M. Belousov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
Qala neft yatağı
Qala neft yatağı — Abşeron yarımadasının şərq hissəsində, Bakı şəhərinin 32 km-liyində, Binə, Mərdəkan və Qala kəndlərinin arasında yerləşən neft yatağı. Yatağın geoloji quruluşunda Abşeron, Akçaqıl mərtəbələri və Məhsuldar qat çöküntüləri öyrənilmişdir. Bir neçə quyuda Pont mərtəbəsinin (üst hissəsi) çöküntüləri də açılmışdır. Yataq assimetrik braxiantiklinal qarışıqla əlaqədardır. Qarışıq tektonik pozulmalarla mürəkkəbləşmişdir. Cənub-şərq periklinalın oxu yaxınlığında Köhnə Qala və Türkan sahələri var. Qala neft yatağı sahəsində sənaye əhəmiyyətli neft-qaz yatağı ilk dəfə 1932-ci ildə kəşf edilmişdir. Burada Məhsuldar qatın bütün dəstələri ("Fasilə"dən başqa), Köhnə Qala, Türkan sahələrində isə yalnız Qırmakialtı və Qala dəstələri neftlidir. Qala yatağından çıxan neft xalq arasında müalicədə geniş istifadə olunur. Sahəsi 864 hektardır.
Qarabağ neft yatağı
Qarabağ neft yatağı — Xəzər dənizində neft və qazla zəngin olan bir yataqdır. O Bakıdan 130 km(81 mi) şimalda Abşeron arxipelağında yerləşir. Qarabağ bloku isə 15 km Azəri-Çıraq-Günəşli yatağından şimal-şərqdə yerləşir. == Tarixi == 1995-ci il noyabr ayının 10-dan Qarabağın hasili barədə saziş bağlanır. Bu yataq Azəri-Çıraq-Günəşli yatağından sonra ikinci ən zəngin neft yataqdır. 1996-cı il 13 fevralda bağlanmış müqaviləyə əsasən 25 il ərzində buradan neft hasil ediləcək. Müqavilə 1996-cı ilə fevral ayının 28-də qüvvəyə minir. 1996-cı il iyun ayının 4-də bu proyektlə əlaqədar olaraq Xəzər Beynəlxalq neft kompaniyasının əsası qoyulur. 1996-cı ilin avqustunda bu kompaniya işə başlayır.1999-cu ilin yanvarın 26-da kompaniya bu əməliyyatı dayandırmağı elan edir. Baxmayaraq ki, bu dövlətin iqtisadiyyatında vacib bir yataq idi.