neftayırma
neftçıxarma
OBASTAN VİKİ
Neftçala
Neftçala — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati mərkəzi. 1959-cu ildə rayon tabeli şəhər statusu almışdır. == Əhalisi == Neftçala Rayon İcra Hakimiyyətinin 1 yanvar, 2022-ci il tarixli məlumatına əsasan Neftçala şəhər əhalisinin sayı 22 072 nəfər olmuşdur.
Abasallı (Neftçala)
Abasallı, Abasalılı, Abasəlikənd — Azərbaycan Respublikası Neftçala rayonu Tatarməhəllə ərazi vahidində kənd. == Tarixi == Neftçala rayonunun Tatarməhlə inzibati ərazi vahidində kənd. Salyan düzündədir. Son illərdə Abasəlikənd variantında rəsmiləşdirilmişdir. == İqtisadiyyatı == heyvandarlıq, pambıqçılıq, taxılçılıqla məşğuldur. Məktəb, kitabxana, tibb məntəqəsi var.
Astanlı (Neftçala)
Astanlı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 965 nəfərdir (2009).[mənbə göstərin] == Tarixi == Neftçala rayonunun Aşağı Qaramanlı inzibati ərazi vahidində kənd. Kür çayının sahilində, düzənlikdədir. Mənbələrin verdiyi məlumata görə, kənd keçmışdə Xançobanlı, Əli Sultanlı da adlanmışdır. Əli Sultan xancobam tayfasına mənsub aslanlı tirəsinin başçısının adıdır. Tədqiqatçılar bu oykonimləri dialekt variantında rəsmiləşdirilmiş (astanlı) aslanlı etnonimi ilə əlaqələndirirlər. Astan sözünu toponimistlər cox vaxt Şəxs adı hesab edirlər. Əslində bu oykonimlərdəki astan komponenti Azərbaycan xalq dilində "çay yatağında sualtı Hündürlüyüdur yer, sualtı donqar" mənasında işlənir. Çay kənarında yerləşən hər iki obyektin coğrafi movqeyi sözün mənasına uyğundur. As sözünun də bir cox türk dillərində "çay, böyük çay, böyük çay qolu" mənalarında işlənməsi məlumdur.
Beştalı (Neftçala)
Beştalı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Neftçala rayonunun Cəngan inzibati ərazi vahidində kənd. Kür çayının sol sahilində, düzənlikdədir. Tam adı Ərəb Beştalıdır. Yaşayış məntəqəsi XIX əsrin birinci yarısında Kürün sağ sahilindəki Beştalı kəndindən köçüb gəlmiş ərəbbaloğlan tayfasının ərəbbeştalı qoluna məxsus ailələr tərəfindən salınmışdır. 1933-cu ildə Beştalı Salyan və Beştalı Şirvan variantlarında qeydə alınmışdır. Etnotoponimdir.
Boyat (Neftçala)
Boyat — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Boyat (Bayat , Bəyat ) – "Kitabi-Dədə – Qorqud"da hadisələrin başlanğıc və cəryan etdiyi coğrafi adlardan biridir. Boyat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali Azərbaycanda – Qədim Albaniyada – Arran –Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir. Boyat (Bayat, Bəyat) türkdilli qəbilələrdən birinin adı olub IX-X əsrlərdə qay tayfası ilə yanaşı Şimali Qazaxıstanın çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Şah İsmayıl Xətai yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb Dərbənddə və Şabranda yerləşdirmişdir. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır. Toponim səlcuq oğuzlarının boyat/bayat tayfasının adını daşıyır. Etnotoponimdir.Bildiyimiz kimi Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır. Deməli, Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılan, ən kütləvi bir növü də bayatların adını yaşadan bayatılardır.
Cəngan (Neftçala)
Cəngan — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Neftçala rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kür çayının sahilində, Cənub-Şərqi Şirvan düzündədir.
Dalğalı (Neftçala)
Dalğalı (əvvəlki adı: Prorva) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Neftçala rayonunun Sarıqamış kənd inzibati ərazi vahidi tərkibindəki Prorva kəndi Dalğalı kəndi adlandırılmışdır.
Dördlər (Neftçala)
Dördlər-I (Neftçala) — Azərbaycanın Neftçala rayonunda Boyat bələdiyyəsinin tərkibində kənd. Dördlər-II (Neftçala) — Azərbaycanın Neftçala rayonunda Xol Qarabucaq bələdiyyəsinin tərkibində kənd.
Həsənabad (Neftçala)
Həsənabad (əvvəlki adı: Sovetabad) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Neftçala rayonunun Sovetabad qəsəbəsi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və Həsənabad adlandırılmışdır. 26 Bakı komissarı qəsəbə Sovetinin mərkəzi şəhər tipli Həsənabad qəsəbəsinə keçirilmişdir. == Toponimikası == Qəsəbə Sovet hakimiyyəti illərində Sovetabad adlandırılmışdı. 1992-ci ildə Sovetabad qəsəbəsinə 26 Bakı komissarları qəsəbəsi də birləşdirilərək Həsənabad kimi rəsmiləşdirilmişdir. Oykonim Həsən və abad (kənd) komponentlərindən düzəlib, "Həsənə məxsus kənd" deməkdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Qəsəbə Kür çayı sahilində, Salyan düzündə yerləşir. == Əhalisi == Dövlət statistika komitəsinə göstəricilərinə əsasan 2008-ci ildə Həsənabad qəsəbə əhalisinin sayı 4.3 min nəfər olmuşdur. === Tanınmış şəxsləri === Samid İmanov — Azərbaycanın Milli Qəhrəmanı; Dördgünlük müharibə şəhidi. Camal İsmayılov - Vətən Müharibəsi Qəhrəmanı.
Kürkənd (Neftçala)
Kürkənd, Novo Vasilyevka — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 15 may 2003-cü ilə qədər kəndin adı Novovasilyevka olmuşdur. Bu tarixdən sonra kəndin adı Kürkənd olaraq dəyişdirilmişdir.17 iyun 2003-cü il tarixində Kürkənd kəndi Neftçala şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Kürkənd kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yenikənd kənd inzibati ərazi dairəsinin tərkibindəki 2 №-li Mayak qəsəbəsi Kürkənd kənd inzibati dairəsinin tərkibinə verilmişdir. == Təhsil == Neftçala Peşə Məktəbi burada yerləşir. Məktəb 1978-ci ildə yaradılıb. Məktəbdə aşağıdakı ixtisasalar üzrə kadr hazırlanır: 1. Elektrik sayğaclarının istismarı üzrə elektrik montyoru və enerji nəzarətçisi 2. Traktorçu – maşinist 3. Geniş profilli traktorçu – maşınist, təmirçi – çilingər 4.
Mikayıllı (Neftçala)
Mikayıllı (keçmiş adı Kötüklü) — Azərbaycan Respublikasının Neftçala rayonunun Sarıqamış inzibati ərazi vahidində kənd. == Toponimikası == Salyan düzündədir. Keçmiş adı Kötüklü olmuşdur. Kəndin yeri əvvəllər meşəlik olmuş, XIX əsrdə mikayıllı nəslinə mənsub ailələr meşənin ağaclarını qıraraq, kötükləri çıxarmış və burada kənd salmışlar.
Musalı (Neftçala)
Musalı — Azərbaycan Respublikasının Neftçala rayonunun Cəngan kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Neftçala rayonunun Cəngan kənd inzibati ərazi vahidinin tərkibindəki Musalı kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Neftçala (dəqiqləşdirmə)
Neftçala rayonu — Azərbaycan Respublikasında inzibati rayon. Neftçala — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati mərkəzi. Neftçala FK — Azərbaycanda futbol klubu. Neftçala bələdiyyəsi — Azərbaycan Respublikasının Neftçala rayonunda bələdiyyə. Neftçala seçki dairəsi — Azərbaycan Respublikası 61 saylı Neftçala seçki dairəsi.
Neftçala (şəhər)
Neftçala — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati mərkəzi. 1959-cu ildə rayon tabeli şəhər statusu almışdır. == Əhalisi == Neftçala Rayon İcra Hakimiyyətinin 1 yanvar, 2022-ci il tarixli məlumatına əsasan Neftçala şəhər əhalisinin sayı 22 072 nəfər olmuşdur.
Neftçala FK
Neftçala — Neftçala rayonunu təmsil edən Azərbaycan futbol klubu. 2004-cü ildə Anşad Petrol adı ilə yaradılmışdır. == Adları == "Anşad Petrol": 2004—2011 "Neftçala": 2011—h.h. == Tarix == === 2004-2009 === "Neftçala" futbol klubu ilk dəfə "Anşad Petrol" adı ilə 2004-cü ildə Neftçala rayonunda yaradılıb. Klub Azərbaycan, Türkiyə və Malayziya-nın səhmləri ilə yaradılan və Neftçalada fəaliyyət göstərən "Anşad Petrol MMC"-nin maddi dəstəyi ilə yaradılıb. === 2010-h.h. === 2011-cil 23 fevral tarixinə qədər, yəni "Anşad Petrol MMC"-nin fəaliyyətini dayandırmasınadək də məhz bu adı daşıyıb. 2011-cilin fevral ayında klubun təsisçisi olan "Anşad Petrol" şirkəti artıq ləğv olunub. Neftçalada fəaliyyətə başlayan digər neft şirkəti isə sosial məsələlərə pul ayırmağı planlaşdıradığını qeyd edib. Neftçala təmsilçisi də Anşad-Petrol şirkəti ləğv olunduğundan çempionatda yeni adla mübarizə aparacağını açıqlayıb.
Neftçala bələdiyyələri
Neftçala bələdiyyələri — Neftçala rayonunun ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunmuşdur. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Neftçala bələdiyyəsi

Neftçala rayonu
Neftçala rayonu — Azərbaycan Respublikasında inzibati ərazi vahidi. 11 fevral 1940-ci ildə rayon kimi təşkil olunmuşdur. Sahəsi 1451.7 km2, əhalisi 86760 nəfərdir. Rayonda 18 inzibati-ərazi dairəsi üzrə nümayəndəlik, 17 bələdiyyə fəaliyyət göstərir. Rayonun inzibati mərkəzi — Neftçala şəhəri Kür çayının dənizə töküldüyü yerin yaxınlığında yerləşir. Rayonda 1 şəhər, 3 şəhər tipli qəsəbə, 48 kənd vardır. Rayonun iri yaşayış məntəqələrinə Neftçala şəhəri, Həsənabad, Xıllı və Bankə şəhər tipli qəsəbələri, Aşağı Surra, Xol Qarabucaq, Qırmızıkənd, Aşağı Qaramanlı kəndləri daxildir. == Rayonun tarixi == === Qədim dövr === Qədim tarixi mənbələrdə Kür çayının mənsəbində parfiyalılara aid olunan böyük bir şəhərin olduğu barədə məlumatlar vardır.Hal-hazırda Cənub-Şərqi Şirvan düzündə, Kür çayının mənsəbi yaxınlığında, keçmiş Nord-Ost Qoltuq kəndi ilə Bəndovan (el arasında ona Bəbduan, yaxud Bəndyuyan) burnu arasında həmin qədim şəhərin xarabalıqlarına rast gəlinir. Bu ərazidə həm quruda, həm də dənizdə IX–XI əsrə aid çoxlu maddi və mədəni qalıq nümunələri (üzəri həndəsi və nəbati naxışlarla örtülmüş şirli və şirsiz gil qab parçaları) tapılmışdır. Arxeoloji materiallar gil qabların hazırlanması mədəniyyətinin təkcə Örənqala və Gəncədə deyil, Neftçala rayonuna da aid olduğundan xəbər verir[9].
Neftçala şəhəri
Neftçala — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati mərkəzi. 1959-cu ildə rayon tabeli şəhər statusu almışdır. == Əhalisi == Neftçala Rayon İcra Hakimiyyətinin 1 yanvar, 2022-ci il tarixli məlumatına əsasan Neftçala şəhər əhalisinin sayı 22 072 nəfər olmuşdur.
Qaraqaşlı (Neftçala)
Qaraqaşlı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.
Qaravəlli (Neftçala)
Qaravəlli — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd.
Qırmızıkənd (Neftçala)
Qırmızıkənd — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Akkuşa çayının sağ sahilində yerləşən kəndlərdən biridir. == Tarixi == Kəndin keçmiş adı Xarabakənd olmuşdur. Bu kənd Zəncirbənd də adlandırılmışdır. Belə ehtimal olunur ki, əvəllər kəndin içindən Akkuşa çayı keçmişdir. Burada insanlar ticarət etmişlər. Bura xalqları bir-birinə bağladığı üçün belə adlanmışdır. == Din == Kənddə "İmam Zaman" məscidi dini icması fəaliyyət göstərir.
Sarıqamış (Neftçala)
Sarıqamış — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik,maldarlıq və balıqçılıqdır. == İnfrastrukturlar == Kənd əhalisinə xidmət üçün 35 saylı kitabxana fəaliyyət göstərir. Hal-hazırda infrastruktur təmir məqsədilə fəaliyyətini dayandırmışdır.
Sovetabad (Neftçala)
Həsənabad (əvvəlki adı: Sovetabad) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Neftçala rayonunun Sovetabad qəsəbəsi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və Həsənabad adlandırılmışdır. 26 Bakı komissarı qəsəbə Sovetinin mərkəzi şəhər tipli Həsənabad qəsəbəsinə keçirilmişdir. == Toponimikası == Qəsəbə Sovet hakimiyyəti illərində Sovetabad adlandırılmışdı. 1992-ci ildə Sovetabad qəsəbəsinə 26 Bakı komissarları qəsəbəsi də birləşdirilərək Həsənabad kimi rəsmiləşdirilmişdir. Oykonim Həsən və abad (kənd) komponentlərindən düzəlib, "Həsənə məxsus kənd" deməkdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Qəsəbə Kür çayı sahilində, Salyan düzündə yerləşir. == Əhalisi == Dövlət statistika komitəsinə göstəricilərinə əsasan 2008-ci ildə Həsənabad qəsəbə əhalisinin sayı 4.3 min nəfər olmuşdur. === Tanınmış şəxsləri === Samid İmanov — Azərbaycanın Milli Qəhrəmanı; Dördgünlük müharibə şəhidi. Camal İsmayılov - Vətən Müharibəsi Qəhrəmanı.
Sülh (Neftçala)
Sülh — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1 sentyabr 2004-cü ildə Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindəki Sülh qəsəbəsinə kənd statusu verilmışdir.
26 Bakı komissarı (Neftçala)
26 Bakı komissarı — Neftçala rayonunda 1993-cü ilə qədər mövcud olmuş qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Neftçala rayonunun 26 Bakı komissarı qəsəbəsi rayonun yaşayış məntəqələri siyahısından çıxarılmışdır.
60 saylı Salyan-Neftçala seçki dairəsi
61 saylı Neftçala seçki dairəsi
Boyat bələdiyyəsi (Neftçala)
Neftçala bələdiyyələri — Neftçala rayonunun ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunmuşdur. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cümə məscidi (Neftçala)
Xıllı Cümə məscidi — Neftçala rayon Xıllı qəsəbəsində yerləşən abidə, rayonda tarixi-epiqrafik abidələr sırasında ən önəmli yerlərdən birini tutur. Məscidin əsası 1903-cü ildə Şeyx Əzizin oğlu Şeyx Ağababa Axundzadə tərəfindən qoyulmuşdur. == Haqqında == Məscidin əsası Şeyx Əzizin oğlu Şeyx Ağababa Axundzadə tərəfindən qoyulmuş came-məscidi Məhəmməd peyğəmbərin qızı Həzrəti Fatimeyi Zəhra xanımın adını daşıyır. Məscidin ön tərəfindəki ərəbdilli kitabə (0,60x0,39m) deyilənləri bir daha sübut edir. Kitabə belədir: 1321 miladi təqvimlə 1903-cü ilə uyğundur. == Repressiya dövrü == Xıllı məscidi 30cu illərdə digər məbədlər kimi repressiyaya məruz qalmışdır. Bununla bağlı el arasında rəvayətə çevrilən əhvalatlar bu gün də yaddaşlardadır. Deyilənə görə, bu sözdən sonra Mehmanovlar məscidin tikintisində 10–15 gün fəhlə kimi işləyiblər. 70-ci illərin sonunda Sovet hökümətinin siyasəti nəticəsində xalqdan alınan məscidin pəncərələri sökülüb, daşla hörüldükdən sonra taxıl anbarı kimi istifadəyə verilib. Yalnız 1989-cu ildə məscid axund Əlqəmənin rəhbərliyi altında və qəsəbə camaatının yardımı ilə yenidən açılıb və 1989-cu ildə fəaliyyətə başlayıb.
Dördlər-II (Neftçala)
Dördlər — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Neftçala rayonunda bu adda iki kənd mövcuddur. Bala Kür çayının, yəni Akkuşa çayının sahilində yerləşən bu kənd Xol Qarabucaq bələdiyyəsinin tərkibindədir.
Dördlər-I (Neftçala)
Dördlər — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Neftçala rayonunda bu adda iki kənd mövcuddur. Kür çayının sahilində yerləşən bu kənd Boyat bələdiyyəsinin tərkibindədir. == Tarixi == Dördlər kəndinin tarixi haqqında müxtəlif fikirlər olmuşdur. Rəhmətlik dünyagörmüş qoca Ağadadaş Süleymanovun dediyi bir fikrə görə Şah Abbasın zülmündən qaçıb gəlmiş dörd qardaşdan bu kənd yaranmışdır və elə ona görə də "Dördlər" adlanmışdır. Başqa bir fikirdə deyilənə görə, kəndin ilk sakinlərindən biri hazırda qəbiristanlıq da XIX əsrə aid olan qəbirdə dəfn olunmuş Mehdi kişi olub. Onun dörd oğlu olmuşdur: Əsəd, Zeynal, Cəfər Və Nəcəf. Kənddə hazırda beş əsas soyad daşıyıcıları yaşayır: ata: Mehdiyevlər, onun oğlanlarından olan: Əsədovlar, Nəcəfovlar, Cəfərovlar və Zeynalovlar. Deyilənə görə, vaxtilə bu tayfanın iki üzvündən olan törəmələr Xıllı qəsəbəsində Çərəzi adlandırılan yerdə məskunlaşıb. Hazırda Səxavət Əsədov, Arif Əsədov, Kamran Əsədov, Emin Dadaşov, Ələkbər Nəcəfov, Şamil Nəcəfov, Rahil Nəcəfov fəlsəfə doktorlarıdır.
Dördlər (Boyat, Neftçala)

Dördlər (Xol Qarabucaq, Neftçala)
Dördlər — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Neftçala rayonunda bu adda iki kənd mövcuddur. Bala Kür çayının, yəni Akkuşa çayının sahilində yerləşən bu kənd Xol Qarabucaq bələdiyyəsinin tərkibindədir.
Heydər Əliyev Muzeyi (Neftçala)
Heydər Əliyev Muzeyi — Neftçala şəhərində Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən muzey. Ümumilikdə Heydər Əliyev mərkəz və muzeyləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir.Azərbaycanda Heydər Əliyev muzeylərinin təşəbbüskarı və yaradıcılarından biri Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova olmuşdur.Heydər Əliyev muzeylərinin mahiyyət etibarı ilə mərkəz kimi fəaliyyət göstərdiyini, onların regionlarda ictimai-siyasi və mədəni mərkəzlər kimi mühüm rol oynadığını nəzərə alaraq, habelə yerlərdən daxil olan çoxsaylı müraciətlərə əsasən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Heydər Əliyev Muzeyləri mərkəz adlandırılmışdır. == Haqqında == Muzeyin tikintisinə 2006-cı ilin oktyabrında başlanmış və 2007-ci ilin fevralında istifadəyə verilmişdir. Ancaq rəsmi açılışı 23 avqust 2007-ci ildə keçirilmişdir. Muzey bir ekspozisiya zalından, 14 fotostenddən, 10 vitrində ibarətdir. Heydər Əliyevin 1979-cu il mayın 30-da ilk dəfə Neftçalaya gəlişini və burada keçirdiyi görüşləri əks etdirən materiallar iki xüsusi ekspozisiyada nümayiş etdirilir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci ilin avqustun 23-də Neftçala rayonuna gəlmişdir. Heydər Əliyevin adını daşıyan parkın və muzeyin açılışı olmuşdur. Park 2007-ci ilin əvvəlində salınmışdır. Parkın ərazisi 7 min kvadratmetrdir. Parkda Heydər Əliyevin heykəli ucaldılıb.
Kür dili (Neftçala)
Kürdili — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. == Tarixi == Kürdili oyk., sadə. Neftçala rayonunun Şirvanlı inzibati ərazi vahidində kənd. Xəzər dənizi sahilindədir. Kəndin adı Kür Dili adasının adından götürülmüşdür.Yaşayış məntəqəsi haqqında "Əriyən ada", Sonuncu və Daxildəki ada adlı filmlər çəkilmişdir.
Kürkənd bələdiyyəsi (Neftçala)
Neftçala bələdiyyələri — Neftçala rayonunun ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunmuşdur. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
азотобактери́н всеусе́рдие междугоро́дная наслюни́ть превку́сно софи́стка тоха́рский аэри́ровать беле́сый вербе́на дичко́вый подсини́ть приспи́чить проспа́ть просто́рный парламент admiralty broadways displace plane-post зубчатый каталепсия обойма отрез прогорать