neftçi
neftçi-geoloq
OBASTAN VİKİ
Arif Quliyev (neftçi alim)
Arif Quliyev (Quliyev Arif Mehdi oğlu; d. 15.12.1933, Füzuli rayonu, Gecəgözlü kəndi) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (1989). == Həyatı == Quliyev Arif Mehdi oğlu 1933-cü ildə Azərbaycanın Füzuli rayonunun Gecəgözlü kəndində anadan olmuşdur. 1957-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, "Balaxanıneft" mədənlərində əmək fəaliyyətinə başlamışdır. Sonralar Azərbaycan EA-nın Neft Ekspedisiyasında baş laborant, elmi işçi olub. 1958-1960-cı illərdə isə AzETNÇİ-da "Yeraltı hidrodinamika" laboratoriyasında kiçik elmi işçi, böyük mühəndis kimi çalışmışdır. 1963-cü ildə "Qaz-neft layının hidrodinamikasının bəzi ünsürləri" mövzusunda namizədlik, 1974-cü ildə isə "Çoxlaylı neft və qaz yataqlarının işlənilməsinin qazhidrodinamiki hesabatı üsulları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1960-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-da böyük elmi işçi, şöbə rəhbəri işləyib. 1989-cu ildə Quliyev A.M. Azərbaycan MEA-nın müxbir üzvü seçilmişdir. 2003-cü ildən indiyə qədər Azərbaycan MEA-nın Geologiya və Geofizika İnstitutunda "Neft yataqlarının işlənilməsi və neft-qaz hasilatının proqnozlaşdırılması" şöbəsinin rəhbəridir.
Azər Qasımlı (neftçi alim)
Qasımlı Azər Mirzə oğlu (1936, Bakı) — texnika elmləri doktoru. == Həyatı və Elmi fəaliyyəti == Azər Qasımlı 1936-cı ildə Bakı ş. qulluqçu ailəsində anadan olmuşdur. Atası vəfat edəndən sonra ailə vəziyyətinin çətinliyini nəzərə alaraq, VII sinifdən axşam fəhlə-gənclər məktəbinə keçərək, 1950-52-ci illər mətbəədə, 1952-54-cü illər EA-nın Neft Ekspedisiyasında “lay sistemlərinin termodinamikası” laboratoriyasında laborant vəzifəsində işləmişdir. 1954-cü ildə ADU –nun geoloji fak-nin əyani şöbəsinə daxil olaraq, oranı neftçi-mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. 1960-cı ildən 2001-ci ilə kimi Azərbaycan Elmlər Akademiyasının “Dərin neft və qaz yataqlarının problemləri” İnstitutunda texnik, kiçik, böyük, aparıcı elmi işçi və sektor müdiri vəzifələrində çalışmışdır. 1970-ci ildə “Neftin məsaməli mühitdən yüksək təzyiq və temperatura malik isti su vasitəsilə sıxışdırılması” mövzusunda dissertasiya müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. A.M.Qasımlı 1972-75-ci illər Əlcəzair Xalq Demokratik Respublikasında “Lay flüidlərinin fizikası” üzrə ekspert vəzifəsində çalışaraq, Afrikanın ən böyük yatağı olan “Hacı Messaud yatağının neftinin, qazının və suyunun fiziki-kimyəvi xassələri və yataq üzrə paylanma qanunauyğunluğu” adlı monoqrafiya yazmışdır. 1986-89-cu illər Vyetnam DNQETL İnstitutunda “Lay fizikası” üzrə sektor müdiri vəzifəsində çalışaraq, İnstitutda “Lay fizikası” laboratoriyası yaratmış, Vyetnamlı işçiləri ilə 4 səmərələşdirici təklif vermiş, 1 patent almış və 3 məqalə nəşr etdirmişdir. Nəticədə Vyetnamın “Dostluq” medalı ilə təltif edilmiş və Vunqtau şəhərinin fəxri vətəndaşı seçilmişdir.
Fazil Məmmədov (neftçi alim)
== Həyatı == Məmmədov Fazil Əliağa oğlu 1930-cu ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1954-cü ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra təyinatla işləmək üçün "Gürganneft" trestinə göndərilmişdi. 1968-ci ildə "Dəniz şəraitində açıq fontanların yaranma səbəbləri və onların qarşısının alınması üsulları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ilə qədər "N.Nərimanov adına" və "Artyomneft" NQÇİ-də usta köməkçisindən rəisə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1972-ci ildən bu günə qədər "Dənizneftqazlayihə" İB DNQETLİ-da "Dəniz neft-qaz yataqlarının abadlaşdırılması" şöbəsinin rəhbəri, baş mühəndis müavini, baş mühəndis, direktor müavini işləmişdir. 1980-ci ildən bu institutun baş mühəndisi təyin edilmişdir. 2000-ci ildə "Dəniz yataqlarının məhsulunun yığılması, hazırlanması və nəqlinin nəzəri əsasları və praktiki nəticələri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Hazırda Məmmədov F.A. ADNSU-nin "Neft və qazın nəqli və saxlanması" kafedrasının professorudur. 2007-ci ildən ARDNŞ Neft-qaz Layihə İnstitutunun baş mühəndisi - direktorun I müavinidir. == Elmi fəaliyyəti == Məmmədov F.Ə. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.
Murad Mahmudov (neftçi alim)
Mahmudov Murad Nəbiyeviç (1930, Bakı) — texnika elmləri doktoru, professor == Həyatı == Mahmudov Murad Nəbiyeviç 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1954-1955-ci illərdə "Artyomneft" trestinin neft mədənlərində texnik, sahə rəisi işləmişdir. 1955-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun qaz-neft-mədən fakültəsini fərqlənmə ilə bitirmişdir. 1957-1970-ci illərdə AzNKİ-da elmi-tədqiqat sektorunun, problemli elmi tədqiqat işləri şöbəsinin rəhbəri, elmi işlər üzrə prorektor olub. 1961-ci ildə "Quyuların sementlənməsi prosesinə bəzi faktorların təsirinin tədqiqi" mövzusunda namizədlik, 1975-ci ildə isə "Quyuların sementlənməsinin bəzi hidravlik problemləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1970-1979-cu illərdə - Sumqayıt Ali texniki idarəsinin rektoru, "Mexanika" kafedrasının rəhbəri olub. 1979-1988-ci illərdə "Neftkimya-avtomat" elmi tədqiqat və layihə institutunun "Qazıma müəssisələri", "Riyazi informasiya təminatı" Avtomatik İdarəetmə Sistemləri (AİS) laboratoriyalarının rəhbəri işləmişdir. 1988-2000-ci illərdə ADNA-da "Neft və qaz quyularının qazılması" kafedrasının professoru, "İstehsalatın idarə edilməsinin iqtisadiyyatı və təşkilatı" kafedrasının rəhbəri, "Sənayenin Təşkilatçıları", "Beynəlxalq İqtisadi Münasibətlər" fakültələrinin dekanı, xalq təsərrüfatı işçilərinin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılması üzrə mərkəzin rəhbəri, "Xarici iqtisadi əlaqələrin idarə edilməsi" laboratoriyasının elmi rəhbəri, SSRİ, Azərbaycan Təhsil Nazirliyinin İBM (ABŞ) korporasiyası ilə birgə yaratdığı Biznes Mərkəzinin baş direktoru, ADNA-da "Neft emalı və neft-kimya sahələrində iqtisadiyyat və menecment" kafedrasının professoru olmuşdur. 2002-2003-cü illərdə Rostov Dövlət İqtisad Universitetinin Dağıstan filialının rektoru işləmişdir. 2003-cü ildən bu günə qədər ADNA-da xarici iqtisadi əlaqələr problem laboratoriyasının elmi rəhbəri və eyni zamanda DənizneftqazDETLİ-da baş elmi işçidir.
Rafiq Quliyev (neftçi alim)
Rafiq İsrafil oğlu Quliyev (12 sentyabr 1945 – 15 may 2008) — texnika elmləri doktoru (1982), professor (1985), AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Quliyev Rafiq İsrafil oğlu 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1967-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakultəsini bitirmişdir. 1965-1969-cu illərdə institutda təhsil almaqla bərabər, "Leninneft" NQÇİ-nin mədənlərində operator, qazmaçı köməkçisi, böyük mühəndis işləmişdir. 1969-1983-cü illərdə AzETNÇİ-da böyük mühəndisdən başlayaraq, "Hidromexanika" şöbəsinin rəhbərinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1971-ci ildə "Başlanğıc təzyiq qradiyentinin təzahürü şəraitlərində quyularının qazılmasının hidravliki xassələri" mövzusunda namizədlik, 1982-ci ildə isə "Quyuların mürəkkəbləşmiş şəraitlərdə qazılması üçün hidravlik proqramın işlənilməsinin nəzəriyyəsi və praktikası" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1983-1988-ci illərdə AzNKİ-da "İqtisadiyyat, təşkilat və idarəetmə" kafedrasının rəhbəri olub. Quliyev R.İ. 1988-2006-cı illərdə ADNA-da "Neft və qaz quyularının qazılması" kafedrasının müdiri olub. 2001-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilmişdir. 2006-cı ildən Quliyev R.İ. ARDNŞ "Neftqazlayihə" institutunda baş mütəxəssis vəzifəsində çalışıb.
Rüstəm Əliyev (neftçi alim)
Əliyev Rüstəm Talıb oğlu - texnika elmləri doktoru, professor == Həyatı == Əliyev Rüstəm Talıb oğlu Bakı şəhərində anadan olmuşdur. 1963-cü ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra Neft hasilatı üzrə AzETNÇİ-nun "Hidromexanika" laboratoriyasında mühəndis işləyibdir. 1969-cu ildə "Gilli məhsulların qazılan quyularda hərəkəti zamanı hidravlikk müqavimətlərin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1970-ci ildən AzNKİ-da "İqtisadiyyat, təşkilat və idarəetmə" kafedrasının dosenti, Qaz-neft-mədən fakültəsinin dekan müavini, beynəlxalq əlaqələr üzrə prorektor, "Neft və qaz quyularının qazılması" kafedrasının professoru, "Əməyin mühafizəsi" kafedrasının müdiri kimi vəzifələrdə çalışıb. 1991-ci ildə "Qazmada və neft hasilatında texnoloji proseslərin tənzimlənməsinin hidravlik əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2002-2008-ci illərdə ADNA-nın "Neft və qaz quyularının qazılması" kafedrasının professoru olub. == Elmi fəaliyyəti == Əliyev R.T. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: gilli məhlulların qazılan quyularda hərəkəti zamanı hidravlik müqavimətlərin tədqiqi; neftin işlənilməsi, qazılması, nəql edilməsi məsələləri. Əliyev R.T. 100-dən artıq elmi məqalənin, metodik rəhbərliyin müəllifidir.
Yusif Quliyev (neftçi alim)
Quliyev Yusif Murad oğlu - texnika elmləri doktoru, professor == Həyatı == Quliyev Yusif Murad oğlu 1950-cı ildə Azərbaycan Respublikasının Ağsu şəhərində anadan olmuşdur. 1972-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirərək, Manqışlaqda yerin təkinin mənimsənilməsində iştirak üçün gənc mütəxəssis kimi Qazaxıstana göndərilmişdir. Əmək fəaliyyətinə Uzen Qazıma işlərinə idarəsində qazmaçı köməkçisi kimi başlamışdır. 1986-cı ildə "Qazıma dəstəsinin alt hissəsinin (dibinin) rasional profilinin, səmərəli tərtibatlarının işlənilməsi və tətbiqi yolu ilə maili quyuların salınması texnologiyasının təkmilləşdirilməsi". 1988-ci ildə yüksək ixtisaslı kadrların - qazmaçı mühəndislərin hazırlanmasında iştirak etmək üçün Qazaxıstan Politexnik İnstitutunun filialının rəhbərliyi tərəfindən işə dəvət edilmişdi və burada o böyük mühəndis, dosent vəzifəsində çalışmışdır. 1993-cü ildən "Neft və qaz quyularının qazılması" kafedrasının rəhbəri işləmişdir. 1999-2001-ci illərdə Aktaus Dövlət Universitetinin neft-kimya fakultəsinin dekanı, 2001-2003-cü illərdə isə "Neft və qaz quyularının qazılması və neft və qazın geologiyası" kafedrasının rəhbəri olub. 2004-cü ildən bu günə qədər Quliyev Y.M. "Bolaşak" İnstitutunun (Manqistaus ş.) birinci prorektorudur. 1999-cu ildə "Qərbi Qazaxıstan şəraitində maimli quyuların əyriliklərinin idarə edilməsi üçün istiqamətləndirilməyən Qazıma kəmərinin aşağısının bərkidilməsinin (QKAB) optimal parametrlərinin seçilməsi üzrə qərarların qəbul edilməsinin elmi və praktiki əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi fəaliyyəti == Quliyev Y.M. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir.
Zahid Əliyev (neftçi alim)
Əliyev Zahid Səməd oğlu (1935, Şamxor rayonu – 1 sentyabr 2022, Bakı) — texnika elmləri doktoru, professor. == Həyatı == Əliyev Zahid Səməd oğlu 1935-ci ildə Azərbaycan Respublikasının Şəmkir rayonunun Zəyəm kəndində anadan olmuşdur. 1957-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSi-nun neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, Azərbaycanın EA sisteminə göndərilmişdir ki, burada 1959-cu ilə qədər kiçik elmi işçi vəzifəsində işləmişdir. 1959–1964-cü illərdə — ÜETQİ-da aspirant olmuşdur. 1964-cü ildə "Lay təzyiqini saxlamadan qaz-kondensat yataqlarının işlənilməsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1961–1979-cu illərdə ÜETİQİ-da böyük elmi işçi vəzidəsində işləmişdir. 1965–1973-cü illərdə Çiren və Novo-Oryaxovo (Bolqarıstan) yataqları layihələrinin baş mühəndisi və Zalsvedel-Pakenzen (Almaniya) qaz yatağının işlənilməsi üzrə baş məsləhətçi işləmişdir. 1979-cu ildən akad. İ. M. Qubkin adına MNK və QSİ-da (Moskva ş.) pedaqoji fəaliyyətə başlamışdır. 1984-cü ildə "Qaz və qaz-kondensat quyularının istismarı zamanı ilkin məlumatların əldə edilməsinin qazohidrodinamiki üsullarının işlənilməsi və tətbiqi və texnoloji rejimin əsaslandırılması" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Əli Məmmədov (neftçi alim)
Məmmədov Əli Əhməd oğlu — texnika elmləri doktoru, professor == Həyatı == Məmmədov Əli Əhməd oğlu 1931-ci ildə Azərbaycan Respublikasının Naxçıvan MR Şərur rayonu Dəmirçi kəndində anadan olmuşdur. 1961-ci ildə APİ-nun mexaniki fakültəsini fərqlənmə ilə bitirmişdir. 1963–1966-cı illərdə bu institutun aspirantıdır. 1966-cı ildə "Qoruyucu kəmərlərinin süzülmə zonasında möhkəmliyin və dayanıqlığın tədqiqi" mövzusunda namizədlik, 1973-cü ildə isə "Qoruyucu kəmərlərinin pozulmasının qarşısının alınmasının nəzəriyyə və praktikasının bəzi problemləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1966–1985-ci illərdə Azərbaycan elmi tədqiqat qazıma institutunda böyük elmi işçi, laboratoriya və şöbə müdiri işləmişdir. 1985-ci illərdə AzPİ-nun "Əməyin mühafizəsi" kafedrasının rəhbəri olmuşdur. Hal hazırda "Sənaye ekologiyası" kafedrasının professorudur. 1986–1991-ci illərdə Respublikanın Təhsil nazirliyində ictimai əsaslar üzrə şöbə rəhbəri olub. == Elmi fəaliyyəti == Məmmədov Ə. Ə. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: qoruyucu kəmərlərinin süzülmə zonalarının deformasiyası məsələləri; müxtəlif tipli perforatorların səmərəliliyinin tədqiqi; boruların divarlarında çatların əmələ gəlməsinin təhlili; boruların istehsalı zamanı yaranan, gözlə görünməyən çatların təyin edilməsi üçün defektoskopik üsulun tətbiqi; qoruyucu borularının divarının qazıma aləti ilə yeyilməsini nəzərə almaqla hesabat üsulları.
Neftçi
"Neftçi PFK" — Bakı şəhərini təmsil edən Azərbaycan futbol klubu. Azərbaycan Premyer Liqasında çıxış edir. Klubun müşahidə şurasının sədri Rövşən Nəcəfdir. "Neftçi" klubu "Qarabağ" klubu ilə yanaşı bütün Azərbaycan çempionatlarında iştirak edən iki komandadan biridir. "Neftçi" 9 dəfə Azərbaycan Premyer Liqasına, 6 dəfə Azərbaycan Kubokuna və 2 dəfə Azərbaycan Superkubokuna sahib olmuşdur. Həmçinin, komanda beynəlxalq miqyasda 1 dəfə Birlik Kubokuna sahib olmuşdur; bu Azərbaycan futbol klublarının beynəlxalq səviyyədə qazandığı ilk kubok olmuşdur. 2012-ci ildə, "Neftçi" UEFA Avropa Liqasının "play-off" mərhələsində Kiprin "APOEL" klubunu iki oyunun nəticəsinə görə 4–2 hesabıyla məğlub edərək yarışın qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası olmuşdur. == Tarixi == === Sovet dövrü === ==== 1930-cu illər ==== 1922-ci ildən SSRİ birincilikləri şəhərlərin yığma komandalarının iştirakıyla keçirilirdi. 1937-ci ildən isə qərara alındı ki, çempionat klub komandalarının iştirakıyla təşkil edilsin. Həmin vaxt Azərbaycan SSR-də bir neçə sahənin təmsilçisi olsa da, neft sahəsi sanki unudulmuşdu, halbuki həmin dövrdə Bakı artıq neft şəhəri kimi şöhrət qazanmışdı.
Alim
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Neftçi-2
Neftçi-Ararat
Ararat–Neftçi — SSRİ dövründə faktiki milli statusunu daşıyan futbol klublarının – Azərbaycan təmsilçisi Neftçi Bakı və Ermənistan təmsilçisi Ararat Yerevan klublarının mübarizəsi. Bu komandalar arasındakı qarşılaşmalar həmişə prinsipial xarakter daşımışdır. == Ölkə miqyaslı uğurların müqayisəsi == Bu müqayisədə Ararat Yerevan klubunun açıq-aşkar üstünlüyü vardır: === Neftçi Bakı klubunun uğurları === SSRİ çempionatı: Bürünc medal (1) — 1966 SSRİ Kuboku: 1/2 finalçı (4) — 1967, 1968, 1970, 1971 SSRİ Futbol Federasiyasının Kuboku: Finalçı (1) — 1988 === Ararat Yerevan klubunun uğurları === SSRİ çempionatı: Qızıl medal (1) — 1973 Gümüş medal (2) — 1971, 1976 (yaz mövsümü) SSRİ Kuboku: Qalib (2) — 1973, 1975 Finalçı (2) — 1954, 1976 == Qitə miqyaslı uğurların müqayisəsi == Neftçi Bakı klubunun SSRİ dövründə qitə miqyaslı heç bir uğuru olmamışdır. Ararat Yerevan klubu isə üç dəfə qitə kuboklaında iştirak etmişdir. Hətta bir dəfə Bayern Münhen klubunun 1:0 hesabı ilə məğlub etməyi də bacarmışdı. Bu nəticə UEFA Çempionlar Kuboku 1974/1975 mövsümünün 1/4 finalında qeydə alınmışdır. == Şəxsi oyunların statistikası == === SSRİ çempionatlarında === SSRİ çempionatlarının güclülər və birinci dəstəsində, həmçinin kubok yarışlarında, ümumilikdə 72 oyunda üz-üzə gəliblər. 19 dəfə Neftçi Bakı, 29 dəfə isə Ararat Yerevan qalib olub və 24 matçda bərabərlik qeydə alınıb. Top fərqi də 88-64 Ararat Yerevan klubunun xeyrinədi. Ararat Yerevan klubunun ən böyükhesablı qələbəsi 1981-ci ildə İrəvanda 6:1 hesabı ilə qalib gəlmələridi.
Neftçi (dəqiqləşdirmə)
Neftçi Bakı — Azərbaycanın futbol klubu. Neftçi — Azərbaycanın futzal klubu. Neftçi Fərqanə — Özbəkistanın futbol klubu == Filmlər == Neftçi — 1999-cu ildə çəkilmiş sənədli film. "Neftçi"-87 — 1987-ci ildə çəkilmiş sənədli film.
Neftçi FK
"Neftçi PFK" — Bakı şəhərini təmsil edən Azərbaycan futbol klubu. Azərbaycan Premyer Liqasında çıxış edir. Klubun müşahidə şurasının sədri Rövşən Nəcəfdir. "Neftçi" klubu "Qarabağ" klubu ilə yanaşı bütün Azərbaycan çempionatlarında iştirak edən iki komandadan biridir. "Neftçi" 9 dəfə Azərbaycan Premyer Liqasına, 6 dəfə Azərbaycan Kubokuna və 2 dəfə Azərbaycan Superkubokuna sahib olmuşdur. Həmçinin, komanda beynəlxalq miqyasda 1 dəfə Birlik Kubokuna sahib olmuşdur; bu Azərbaycan futbol klublarının beynəlxalq səviyyədə qazandığı ilk kubok olmuşdur. 2012-ci ildə, "Neftçi" UEFA Avropa Liqasının "play-off" mərhələsində Kiprin "APOEL" klubunu iki oyunun nəticəsinə görə 4–2 hesabıyla məğlub edərək yarışın qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası olmuşdur. == Tarixi == === Sovet dövrü === ==== 1930-cu illər ==== 1922-ci ildən SSRİ birincilikləri şəhərlərin yığma komandalarının iştirakıyla keçirilirdi. 1937-ci ildən isə qərara alındı ki, çempionat klub komandalarının iştirakıyla təşkil edilsin. Həmin vaxt Azərbaycan SSR-də bir neçə sahənin təmsilçisi olsa da, neft sahəsi sanki unudulmuşdu, halbuki həmin dövrdə Bakı artıq neft şəhəri kimi şöhrət qazanmışdı.
Neftçi PFK
"Neftçi PFK" — Bakı şəhərini təmsil edən Azərbaycan futbol klubu. Azərbaycan Premyer Liqasında çıxış edir. Klubun müşahidə şurasının sədri Rövşən Nəcəfdir. "Neftçi" klubu "Qarabağ" klubu ilə yanaşı bütün Azərbaycan çempionatlarında iştirak edən iki komandadan biridir. "Neftçi" 9 dəfə Azərbaycan Premyer Liqasına, 6 dəfə Azərbaycan Kubokuna və 2 dəfə Azərbaycan Superkubokuna sahib olmuşdur. Həmçinin, komanda beynəlxalq miqyasda 1 dəfə Birlik Kubokuna sahib olmuşdur; bu Azərbaycan futbol klublarının beynəlxalq səviyyədə qazandığı ilk kubok olmuşdur. 2012-ci ildə, "Neftçi" UEFA Avropa Liqasının "play-off" mərhələsində Kiprin "APOEL" klubunu iki oyunun nəticəsinə görə 4–2 hesabıyla məğlub edərək yarışın qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası olmuşdur. == Tarixi == === Sovet dövrü === ==== 1930-cu illər ==== 1922-ci ildən SSRİ birincilikləri şəhərlərin yığma komandalarının iştirakıyla keçirilirdi. 1937-ci ildən isə qərara alındı ki, çempionat klub komandalarının iştirakıyla təşkil edilsin. Həmin vaxt Azərbaycan SSR-də bir neçə sahənin təmsilçisi olsa da, neft sahəsi sanki unudulmuşdu, halbuki həmin dövrdə Bakı artıq neft şəhəri kimi şöhrət qazanmışdı.
Neftçi Qurban
Qurban Abbasov (neftçi) — fəxri neftçi, Sosialist Əməyi Qəhrəmanı. Qurban Abbasov (aktyor) — aktyor, Azərbaycan SSR əməkdar artisti.
Neftçi İK
Neftçi İdman Klubu İctimai Birliyi — Azərbaycanda futzal klubudur. == Uğurları == == Heyəti == == Neftçi İK İB və Azərbaycan Milli Futzal Komandası == Vitali Borisov 2001-ci ildən milli komandamızın şərəfini qoruyur. == Bombardirlər == 2018–2019-cu illər mövsümü — Salar Şahnasi 23 qol.
Nərmin Neftçi
Nərmin Neftçi (türk. Nermin Neftçi) — türk hüquqşünas və siyasətçi. == Bioqrafiya == 1924-cü ildə İstanbulda anadan olub. Ankara Universitetinin hüquq fakültəsini bitirmişdir. 1969-cu ildə Muşdan Böyük Millət Məclisinə deputat seçilmişdir. O, Türkiyənin şərq illərindən Böyük Millət Məclisinə seçilən ilk qadın olub. O, həmçinin Böyük Millət Məclisinin sədr müavini seçilib. O, həm də bu vəzifəni tutan ilk qadın olmuşdur. O, 1973-cü il parlament seçkilərində iştirak etməyib, lakin mədəniyyət naziri kimi Sədi Irmak hökumətinə daxil olub. O, bu vəzifəni 1974-cü il noyabrın 17-dən 1975-ci il martın 31-dək tutmuşdur.
Neftçi Arena
Neftçi Arena — Neftçi Bakı Peşəkar Futbol Klubunun stadionu. == Ümumi məlumat == AFFA tərəfindən inşa edilən "8-ci km stadionu" 2012-ci il sentyabrın 14-də rəsmi olaraq açılmışdır. Bu stadionda 17 yaşadək qızlar arasında dünya çempionatının bəzi oyunları keçirilmişdir. Dünya çempionatı bitdikdən sonra AFFA və Neftçi PFK-nın qarşılıqlı anlaşmasına əsasən stadion Neftçi PFK-ya verilmişdir. Neftçi PFK bu stadiondakı ilk oyununu ölkə çempionatının 2012–2013 mövsümünün 13-cü turunda Sumqayıt komandasına qarşı keçirmiş və böyük hesabla qalib gəlmişdir. (8–1)2013-cü ildə "8-ci km stadionu"-nun adı AFFA və Bakcell şirkəti arasında bağlanmış 10 illik müqaviləyə əsasən "Bakcell Arena" olmuşdur. "Bakcell Arena" adının açılışı ölkə çempionatının 2012–2013 mövsümünün 21-ci turunda baş tutmuş və ev sahibi olan Neftçi Bakı üçün düşərli olmuşdur. Həmin gün Neftçi Bakı klubu İnter Bakı klubunu 2 cavabsız qolla məğlub etmişdir.2023-cü ildə arenanın adı ilə bağlı müqavilə başa çatıb.4 avqust 2023-cü il tarixində stadionun Bakcell Arena adı dəyişdirilmiş və Neftçi Arena olmuşdur.
"Neftçi"-87
== Məzmun == Filmdə "Neftçi" futbol komandasının ölkə çempionatında çıxışlarından danışılır. Ötən futbol mövsümünə yekun vurulur, komandanın qarşısında duran problemlər təhlil edilir.
Alim (islam)
Əl-Alim (ər. العليم) — Allahın adlarından biri. Mənası: Hər şeyi haqqiyla bilən,elminin sonu olmayan,heç bir şey elmindən gizli qalmayan.Əzəli elmiylə mütləq elm sahibi. Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir!İnsanlar düşünə biləcək bir şüura sahib olduqları andan etibarən öyrənməyə başlayırlar. Müəyyən bir yaşa çatdıqdan sonra da təhsil almağa və bu cür hesabsız biliklər əldə etməyə davam edirlər. Hətta bəzi insanlar müəyyən bir və ya bir neçə mövzu üzrə mütəxəssisləşirlər. Məsələn bir fizika mühəndisi, fizika qanunlarının hamısını öyrənə bilər və ya fəlsəfə üzrə təhsil almış bir insan, fəlsəfi mövzulara tam olaraq hakim ola bilər. Yenə yaxın tarix üzə mütəxəssisləşmiş bir tədqiqatçı, yaxın tarixlə əlaqəli çox dəqiq şərhlər verə bilər. Çünki bu mövzu ilə əlaqədar öyrəniləcək hər şeyi bilir.
Alim Aydamaq
Alim Əzəmət oğlu Aydamaq (krımtat. Alim Azamat oğlu; 1816 – ən tezi 1849) — Krım-Tatar milli qəhrəmanı. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. == Həyatı == 1816-cı ildə Kopırlıköy kəndində kəndli ailəsində anadan olub. Qarasuvbazar şəhərində yaşamışdır. Alimin obrazı romantik hal almış, həyatı isə əfsanələrə bölünmüşdür. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. Krım Dövlət Arxivində polis tərəfindən toplanan məhkəmə şikayətləri, raport, Alimin yaxalanması üçün istəklər vəsatətlərindən ibarət 127 vərəq var.1847-ci ildə Alimin ağ-qara portreti rəssam Leone Lelorren tərəfindən çəkildi. Hal-hazırda, şəkil Feodosiya Diyarşünaslıq Muzeyində saxlanılır.Müxtəlif mənbələrdə Aydamağın ölüm tarixi 1849-cu il kimi olaraq qeyd olunub. == Mədəniyyətdə == Alim Aydamağa çoxlu əsərlər həsr olunub, onlar arasında N. A. Popovun "Alim Krım soyğunçusu" (1895) (rus.
Alim Dərələyəzli
Gülmalıyev Alim Cəfər oğlu (Alim Dərələyəzli) (18 may 1953, Kirovabad) — azərbaycanlı şair publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı, "Dərələyəz" qəzetinin redaktoru. == Həyatı == Alim Dərələyəzli 18 may 1953-cü ildə Azərbaycanın qədim və tarixi bir şəhəri olan Gəncə şəhərində dünyaya gəlib. Ailəsi 1956-cı ildə ata-baba yurdu Dərələyəz mahalına köçüb. Uşaq ikən anasından uzaq düşüb. 8 illik məktəbi doğma Qalaxlı kəndində bitirib. 1969-cı ildə Gəncəyə gəlib. 27 saylı Texniki Peşə məktəbində mantyor vəzifəsinə yiyələnib. Eyni zamanda 8 saylı Fəhlə-Gənclər məktəbində orta təhsil alıb. 1972-ci ildə məktəbi bitirib, yenidən Dərələyəz mahalına qayıdıb. Bir müddət Arpa-Sevan tunelində çalışıb.
Alim Gülmalıyev
Gülmalıyev Alim Cəfər oğlu (Alim Dərələyəzli) (18 may 1953, Kirovabad) — azərbaycanlı şair publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı, "Dərələyəz" qəzetinin redaktoru. == Həyatı == Alim Dərələyəzli 18 may 1953-cü ildə Azərbaycanın qədim və tarixi bir şəhəri olan Gəncə şəhərində dünyaya gəlib. Ailəsi 1956-cı ildə ata-baba yurdu Dərələyəz mahalına köçüb. Uşaq ikən anasından uzaq düşüb. 8 illik məktəbi doğma Qalaxlı kəndində bitirib. 1969-cı ildə Gəncəyə gəlib. 27 saylı Texniki Peşə məktəbində mantyor vəzifəsinə yiyələnib. Eyni zamanda 8 saylı Fəhlə-Gənclər məktəbində orta təhsil alıb. 1972-ci ildə məktəbi bitirib, yenidən Dərələyəz mahalına qayıdıb. Bir müddət Arpa-Sevan tunelində çalışıb.
выбива́ться добавля́ться неухо́женный перекреще́нец портфе́ль разли́чествоваться расположи́ться стакка́то армре́стлинг веселя́щий газ ге́йгеровский счётчик отрёпанный разда́иваться риста́лище рыси́ть чаево́д хитрый anthropopathism council school generalist moth краснокожий мыльный перегибаться помещик