nemaniç

nemaniç
nemalit
nemaniçlər
OBASTAN VİKİ
Stefan Nemaniç
II Stefan Nemaniç (serb. Стефан Немањић; 1166, bilinmir – 24 sentyabr 1228, bilinmir), Stefan Prvovençani (serb. Стефан Првовенчани) kimi də tanınır — Raşka dövlətinin böyük jupanı və Nemaniçlər sülaləsindən olan ilk Serbiya kralı (1217–1228). O, Stefan Nemanyanın ikinci oğlu idi. Hökmdarlığının ilk illərində böyük qardaşı Vukan ilə taxt uğrunda mübarizə aparmalı və Macarıstan və Bizans İmperiyası ilə münasibətlərdə balans saxlayaraq fəal xarici siyasət yürütməli idi. 1217-ci ildə, ölkədə pravoslavlığın dominant rolunu saxlayaraq, Roma papasından tac aldı, iki il sonra isə avtokefal Serb Pravoslav Kilsəsinin yaradılmasına nail oldu. Hakimiyyəti dövründə ölkənin xarici siyasət mövqelərini möhkəmləndirdi, həmçinin daxili inkişafına da töhfə verdi. Stefan müqəddəslərin həyatından bəhs edən ilk jitiye müəlliflərindən biri idi, onun tərzi daha sonra digər müəlliflər tərəfindən nümunə kimi götürülmüşdür. Onun şərəfinə Serbiya krallarının daşıdığı tac adlandırılmışdır. Serb Pravoslav Kilsəsi tərəfindən övliyalar sırasına keçirilmişdir.
Vukan Nemaniç
Vukan Nemaniç (serb. Вукан Немањић; təq. 1165, Raşka dövləti – təq. 1207) — 1196-cı ildən Duklya və Dalmatsiya kralı; 1202-2104-cü illərdə Raşkanın (Serbiyanın) böyük jupanı; 1204-1208-ci illərdə Zeta knyazı. Nemaniçlər sülaləsinə mənsub idi. Vukan Raşkanın böyük jupanı (hökmdarının) Stefan Nemanyanın oğlu idi, 1195-ci ildə ata Vukanı Duklyanın jupanı təyin etdi. Vukanın sahib olduğu ərazilərə Zeta, Travuniya, Toplitsa və Hvsno daxil idi. 1199-cu ildən sonra Vukan Roma papası və Macarıstan krallığı ilə siyasi əlaqələr qurmağa başladı. Vukan danışıqlarını Antivariya arxiyepiskopu I İvanın vasitəsilə həyata keçirirdi. Onun məqsədi Papadan Serbiya üzərində hüququ əldə etmək idi.
Komnina Nemaniç
Komnina Nemanyiç (serb. Комнена Немањић; 1195) — Kruyanın alban meqa arxonu Dimiter Proqoni və daha sonra Elbasan arxonu Qriqor Kamonun hersoginyası. Serb Kralı II Stefan Nemaniçin (1196–1228-ci illər) qızı idi. == Həyatı == Komnina Kral II Stefan və onun həyat yoldaşı Evkodiya Angelinanın qızı olaraq anadan olub və bu səbəbdən İmperator III Aleksey Angelin nəvəsi olub. Onun üç qardaşı var idi: Stefan Radoslav (1228–1233), I Stefan Vladislav (1233–1243) və Predislav (Savvadan sonra Müqəddəs II Savva kimi üçüncü serb arxiyepiskopu). 1208-ci ildə Dimiter ilə evləndi və Venesiya Respublikası ilə qarşıdurmalar zamanı Serbiya ilə Arbanon arasında qısa ittifaq yarandı. 1215-ci ildə Dimiter öldükdən sonra hakimiyyət Komninaya qaldı, o, qısa müddət sonra yunan-alban lordu Qriqor Kamona ilə evləndi. Serblərin Şkoderə hücumundan sonra zəifləmiş Serbiya ilə əlaqələri gücləndirərək Kruya üzərində nəzarəti öz üzərinə götürdü. Onun Kruyalı Qolem ilə evlənən Qreqoridən bir qızı var idi.
Stefan Nemaniç tacı
Stefan Nemaniç tacı (serb. Круна Стефана Првовенчаног) — əfsanəyə görə, Serbiya kralı Stefan Nemaniçə tacqoyma mərasimində təqdim olunan tac. Rəvayətə görə, 1201-ci ildə Stefan Nemaniç Roma Papası III İnnokentiyə onu kral olaraq tanımaq və tac göndərmək istəyi ilə müraciət etdi, lakin onun bu istəyini 1207-ci ildə papa III Honorius yerinə yetirdi və Stefanın taclandığı tacı ona göndərdi. Rəvayətə görə, Stefandan sonra gələn bütün serb kralların taclandırılması üçün ondan istifadə edilmişdir, lakin çarlardan başqa (IV Stefan Uroş Duşan və V Stefan Uroş fərqli taclardan istifadə etmişdilər). Sikkələr və freskaların üstündə olan görüntülərə əsasən, tacın zanbaq çələngindən ibarət olduğu qənaətinə gəlmək olar. Lakin, 1217-ci ildə Stefan Nemaniçə Romadan belə bir tacın verilməsinə dair kifayət qədər dəlil tarixçilər tərəfindən təqdim edilmir, çünki Stefan rəsmi olaraq yalnız 1222-ci ildə Müqəddəs Sava tərəfindən pravoslav ayini ilə Jiça monastırında tac edilmişdir. Bəzi nəzəriyyələrə görə, Stefana kral tacı Bizansdan gəlib və Bizanslıların razılığı ilə Stefanın taclanması baş tutmuşdur, lakin tacın Stefana hər-hansısa yerdən göndərildiyi haqqında Serbiya salnamələrində heç bir məlumat tapılmamışdır. Serbiya Bizansla olduqca yaxın təmasda olduğundan Bizansın Serbiya mədəniyyətinə təsiri artdı, buna görə də tacın freskalarda təsvir olunması dayandırıldı. Tac Kotromaniçlərin gerbində də təsvir olunmuşdur, hansılar ki onu Bosniyanın krallıq elan olunması və I Tvrtkonun taxta çıxmasından sonra əlavə etmişdilər.
Nemaniçlər
Nemaniçlər (serb. Немањићи) — orta əsr Serbiya sülaləsi (1170–1371). Onun soybaşı Raşkanın böyük jupanı Stefan Nemanya Serbiyada vahid dövlət təməlini qoymuşdur. Tanınmış nümayəndələri arasında Nemanyanın oğlu 1217-ci ildə kral titulunu qəbul etmiş böyük jupan Stefan Nemaniç (1196–1227), Balkanlarda geniş serb-yunan çarlığını yaradan və özünü "serblərin və yunanların çarl" adlandırmış Stefan Duşan (1331–1355) yer alır. Onun oğlu çar Stefan Uroşun (1355–1371) zamanı Nemaniçlərin dövləti dağıldı. Serbiya despotluğunda onların yerinə Lazareviçlər gəldilər. Gerb qırmızı fonda təsvir olunmuş iki başlı ağ qartaldan ibarətdir və o, qısa müddətdə həm Serbiya krallarının, həm də ümumiyyətlə Serbiya dövlətinin simvoluna çevrildi. Onu 1339-cu ilə aid katalon xəritəsində görmək olar, orada çar Duşanın paytaxtı iki başlı qartalla işarələnib.