NEOGEN
NEOTEKTONİKA
OBASTAN VİKİ
Neolit
Neolit dövrü – e.ə. VIII-VI minillikləri əhatə edir. Yeni Daş dövrü kimi səciyyələnir. Bu dövrdə: Təbii sərvətlərdən istifadə üsulları formalaşdı Əkinçilik və maldarlıq inkişaf edərək,əsas məşğuliyyət sahəsinə çevrildi Toxa ilə torpağı şumlayırdılar İstehsal təsərrüfatın yarandı Əhali oturaq həyata keçdi Dulusçuluq,toxuculuq,dəriişləmə yarandı Sənətkarlıq yarandı Saxsı qabları hazırlamağı,daşları cilalamağı və deşməyi öyrənmişdilər Əmək alətləri çaxmaqdaşından və dəvə gözündən hazırlanırdıNeolit dövrünə aid yaşayış məskənlərindən toxalar,oraqlar ,çəkic, balta, dən daşı,sürtgəc daşı və.s tapılmışdır . Neolit dövrü Tovuz rayonunun Göytəpə,Ağcabədi rayonunda yerləşən Kamiltəpə,Naxçıvan, Qobustan, Gəncə, Qazax rayonlarında öyrənilmişdir == Neolit dövrünün əsas xüsusiyyətləri == Bu dövrü səciyyələndirən digər xüsusiyyətlər aşağıdakılardır: "Neolit inqilabı" baş verdi, insanların məşğuliyyət sahələri içərisində əsas yeri istehsal təsərrüfatına daxil olan əkinçilik və maldarlıq tutdu; daşların deşilməsi və cilalanması üsulları mənimsənildi; toxuculuq yarandı və saxsı qablar hazırlanmasına başlandı; əhali oturaq həyata keçməyə başladı. evlər dairəvi formada idi. == Azərbaycanda neolit dövrü == Arxeoloji araşdırmalar göstərir ki, e.ə. VIII–VI minilliklərdə mezolit dövrü neolit dövrü ilə əvəz olunmuşdur. Əgər daş dövrünün əvvəlki mərhələlərinin müəyyən olunmasında daşın işlənməsi texnikası əsas götürülürdüsə, neolit dövründə bununla bərabər istehsal təsərrüfatının formalaşması mühüm əhəmiyyət qazanır. Hazırda tədqiqatçılar Neolit dövrünü iki mərhələyə bölürlər: keramikasız neolit və keramikalı Neolit.
Neolit dövrü

Neolit inqilabı
Neolit inqilabı və ya neolitləşmə — insan icmalarının əsası ibtidai ovçuluq və yığıcılıq olan mənimsəmə təsərrüfatından əkinçilik və heyvandarlığa əsaslanan istehsal təsərrüfatına keçidi. Arxeologiyaya görə heyvanların və bitkilərin əhilləşdirilməsi müxtəlif dövrlərdə 7-8 bölgədə müstəqil şəkildə baş vermişdir. Neolit inqilabın baş verdiyi ən erkən mərkəz kimi Yaxın Şərq hesab edilir. Burada əhilləşdirmənin 10 min il əvvəl başlaması təxmin edilir."Neolit inqilabı" anlayışı elmə ilk dəfə 1923-cü ildə marksist-arxeoloq Qordon Çayld tərəfindən gətirilmişdir. Onun yazdığına görə neolit dövrünün xarakterik xüsusiyyəti təkcə istehsalçı təsərrüfat növünə keçməkdən ibarət olmayıb. Əvvəlki Mezolit dövründə hakim olan kiçik ovçu və yığıcı qruplar sahələrinə yaxın şəhər və qəsəbələrdə məskunlaşdı, əkinçilik (suvarma daxil olmaqla) və yığılmış məhsulun xüsusi olaraq tikilmiş bina və tikililərdə saxlanılması yolu ilə ətraf mühiti kökündən dəyişdirdi. Əmək məhsuldarlığının artması əhalinin çoxalmasına ərazini qorumaq üçün nisbətən geniş silahlı dəstələrin yaradılmasına, əmək bölgüsünə, əmtəə mübadiləsinin canlanmasına, mülkiyyət hüquqlarının yaranmasına, mərkəzləşdirilmiş idarəetmənin, siyasi strukturların, ideologiyanın və yeni nəsil nəsillərə ötürməyə imkan verən şifahi, həm də yazılı şəkildə bilik sistemlərinin yaranmasına səbəb oldu. Yazının meydana çıxması tarixindən əvvəlki dövr bitir. Bu isə ümumiyyətlə daş dövrünün sonuncusu olan Neolit dövrünə təsadüf edir. Ancaq Neolit inqilabı insanın təbiətlə harmoniyada bir yerdə yaşamasının məhvi kimi də izah edilə bilər.
Dağlıq Krım Neolit Mədəniyyəti
Dağlıq Krım Neolit Mədəniyyəti — Krımın dağlıq ərazisində Neolit dövrünə (e.ə 6-4-cü minilliyin ortaları) aid arxeoloji mədəniyyəti == Tarixi == Abidələr XIX əsrin sonlarından məlumdur. 1936-cı ildə S.N.Bibikov tərəfindən müəyyənləşdirilmişdir. === Haqqında === Düşərgələri Krım dağlarının birinci silsiləsindəki yaylalarda,ikinci silsiləsindəki qobularda,mağaralarda və çıxıqlarda var. Dağlıq Krım Neolit Mədəniyyəti Dağlıq Krım Mezolit mədəniyyətinin əsasında formalaşmışdır. İki hissəyə bölünür. Erkən mərhələ üçün yastı qəlpələmə üslulu ilə işlənmiş seqmenti və trapesiyalar üstünlük təşkil edir. Sümükdən, çüyür buynuzundan, qaban dişindən düzəldilmiş əmək alətləri tapılmışdır. Erkən dövrə aid qabların divarları qalın, ağzı düz olur, saxsının tərkibində döyülmüş balıqulağı qatışığı əlavə edilən sivri və dairəvi oturacaqlı qablar,Dağlıq Krım Neolit Mədəniyyətinin son mərhələsində isə yastı oturacaqlı keramika meydana gəldi. Saxsı qabların yuxarı hissəsində müxtəlif ornamentlərə rast gəlinir: dəlmə və daraqvarı naxışlar,cızılmış xətlər və s. Təsərrüfat ovçuluq (qaban,cüyür,maral) və yığıcılığa əsaslanırdı.
Dulusçuluqdan əvvəlki neolit A
Dulusçuluqdan əvvəlki neolit A (Pre-Pottery Neolithic A, PPNA) — Levant və Şimali Mesopotamiyanın erkən Neolitik mədəniyyəti, eramızdan əvvəl X-IX e.ə. minillik. Son buz dövrünün sonunda istehsal iqtisadiyyatına keçid nəticəsində yerli Natuf mədəniyyətindən inkişaf etmişdir. Əvvəlcə Fələstinin İerixon bölgəsində təsbit edildi. Yaxın Şərqdəki digər qab qabları və saxsı qablar Neolitik mədəniyyətlərdən əvvəl. PPNA və PPNB təyinatları (Dulusçuluqdan əvvəlki Neolitik A və digərləri üçün) ilk dəfə Ketlin Kenyon tərəfindən bəlkə də ən yaxşı tanınan PPN saytı olan İerixonda kompleks qazıntılarda istifadə etmək üçün hazırlanmışdır. PPNC, Erkən Neolit ​​dövrünə istinad edərək ilk dəfə Eyn Xazalda Geri O. Rollefson tərəfindən təyin edilmişdir. == Mənbə == Garrard AN və Byrd BF. 2013. Fertil Aypara'dan kənarda: İordaniya çölünün gec paleolit ​​və neolit ​​icmaları. Azraq hövzəsi layihəsi.
Qafqaz Neoliti (sənədli film)
Qafqaz Neoliti — sənədli film. Azərbaycan Dövlət Televiziyası — Azərbaycantelefilm Yaradıcılıq Birliyinin istehsalı. == Film haqqında == "Qafqaz Neoliti" sənədli filmində Tovuz bölgəsində son 12 il ərzində aparılan arxeoloji qazıntıların nəticələri əks olunmuşdu. Filmdə əsasən bölgənin Neolit dövrünü əks etdirən Göytəpə qədim yaşayış yerinin tədqiqi prosesləri, kompleksin Qafqazın sivilizasiya tarixində oynadığı rol və burada uzun müddət çalışan tanınmış əcnəbi arxeoloqların fikirləri yer alıb. Sənədli film Azərbaycanın qədim mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynayacaq. == Filmin yaradıcı heyəti == "Qafqaz Neoliti" filminin ssenari müəllifi Əməkdar jurnalist Sadıq Elcanlı, rejissoru Elnurə Kazımova, prodüseri Xalq artisti, Ramiz Həsənoğlu, elmi məsləhətçisi isə Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri, t.ü.f.d. Fərhad Quliyevdir. == Filmin təqdimatı == Sentyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Dövlət Televiziyası – “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin istehsalı olan “Qafqaz Neoliti” sənədli filminin təqdimatı keçirilib. Tədbiri Milli Məclisin deputatı Qənirə Paşayeva açaraq filmin yaradıcı kollektivini iştirakçılara təqdim edib, ekran əsərində Tovuz bölgəsində son 12 il ərzində aparılan arxeoloji qazıntıların nəticələrinin əks olunduğunu söyləyib. Qeyd olunub ki, filmdə əsasən bölgənin Neolit dövrünü əks etdirən Göytəpə qədim yaşayış yerinin tədqiqi prosesləri, kompleksin Qafqazın sivilizasiya tarixində oynadığı rol və burada uzun müddət çalışan tanınmış əcnəbi arxeoloqların fikirləri yer alıb.

Значение слова в других словарях

кана́ва лубени́ть по-ма́йскому похва́статься разгиба́ться расще́дриться сатини́роваться вольноотпу́щенник да и то сказать консерва́ция косу́ля крутизна́ многозначи́тельность посва́тать фигу́рно cartridge-igniter empyreal eyne grass disease skene symptomatology yeasty выдержанный выкраивать родитель