nereida 2021

nereida
nereid 2021
nereidlər 2021
OBASTAN VİKİ
Amfitrita (nereida)
Amfitrita (yun. Ἀμφιτρίτη) — yunan mifologiyasında personaj, Psevdo-Apollodora görə okeanida, Okean və Tefidanın qızı. Hesioda görə nereida, Poseydonun arvadı, Triton, Rodos və Bentesikimin anası. Əfsanəyə görə Poseydonun onu özünə arvad etmək arzusunu eşidərək dərhal Atlantın yanına qaçır, lakin sonradan Poseydonun göndərmiş olduğu delfinin təkidi ilə geri qayıtmağa məcbur olmuşdur. İncəsənət əsərlərində okeanida Amfitrita bir ilahə və okeanın çariçası kimi, dəniz atları və tritonlar qoşulmuş arabada, dəniz tanrısı Poseydonun yanında təsvir edilir. Teseyə qızıl çələngi məhz Amfitrita bağışlamşdır.
Aqava (nereida)
Aqava — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Dinamena (nereida)
Dinamena (yun. Δυναμένη) — yunan mifologiyasında Nerey və Doridanın qızı.
Evdora (nereida)
Evdora — yunan mifologiyasında nereida, Nerey və Doridanınnın.
Evnika (nereida)
Evnika (yun. Εὐνείκη) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Fetida (nereida)
Fetida (yun. Θέτις, lat. Thetis) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı, Fassaliy əfsanəsinə görə kentavr Xironun qızı. Bədəninin aşağı hissəsi balıq kimi pulla örtülmüşdür.
Nereida (peyk)
Nereida — Neptunun üçüncü ən böyük peykidir. O yüksək ekssentrikli orbitə malikdir. Bu peyk 1949-cu ildə Cerard Koyper tərəfindən kəşf edilmiş Neptunun ikinci peyki idi. Nereida Cerard Koyper tərəfindən 1 may 1949-cu ildə Makdonald Rəsədxanasında 82 düymlük teleskopla çəkilmiş foto lövhələrdə kəşf edilmişdir. O, öz kəşfinin hesabatında peykə ad təklif etmişdir.Peyk Yunan mifalogiyasında dəniz nimfalarının və Neptun allahının növbətçilərinin adını daşıyır. O Voyacer 2 zondunun gəlişindən əvvəl kəşf edilmiş Neptunun ikinci və sonuncu peyk idi. Nereida Neptunun orbitində planetin hərəkət istiqamətində ondan 5,513,400 km (orta məsafə) məsafədə dövr edir. Peyk yüksək ekssentrisitetə (0.7507) malik olduğundan onun planetə maksimum yaxınlaşması 1,372,000 km və maksimum uzaqlaşması 9,655,000 km-dir. Qeyri-adi orbitə malik olması onu göstərir ki, peyk Neptun tərəfindən cəzb olunaraq tutulmuş bir asteroid, Koyper qurşağına aid bir obyekt və ya Neptunun ən böyük daxili peyki olan Tritonun təsiri ilə orbitini dəyişmiş neptunun daxili peyklərindən biri ola bilər. 1991-ci ildə Nereida fırlanma dövrünün təxminən 13.6 saat olduğu təyin edilmişdir.
Panopa (nereida)
Panopa (yun. ) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Pronoya (nereida)
Pronoya (yun. Προνόη) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Psamafaya (nereida)
Psamafaya — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Qalateya (nereida)
Qalateya (yun. Γαλατεία süd kimi ağ) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Qalena (nereida)
Qalena (yun. γαλήνη) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Nereidalar
Nereidalar (yun. Νηρεΐδες, Νηρηίδες) — yunan mifologiyasında sayı 50 (bəzi mənbələrdə 100) olan Nerey və Doridanın qızları. Dəniz ləpələrinin tərənnümçüləri sayılan qayğısız nereidalar gah delfinlərlə oynayar, nəğmələr oxuyar, gah da bir əlişi ilə məşğul olarmışlar. Nereidalar adlarına müvafiq olaraq insana ziyan verməyən öz yaraşıqlığı ilə onların ruhunu oxşayan dəniz hadisələrinin şəxsləşdirilmiş personajlarıdırlar. XXIV orfik nəğmə onlara həsr edilmişdir.