NEVROPATOLOQ
NEY
OBASTAN VİKİ
Nevroz
Nevroz — sinir sisteminin geri dönən funksional pozğunluğu olub, sinir sisteminə uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində baş verir. == Tarixi == “Nevroz” termini ilk dəfə 1776-cı ildə Şotlandiya həkimi U.Qullen tərəfindən təklif edilmişdir. XIX əsrin axırlarına qədər bir sıra somatik nevroloji, psixi və s. xəstəliklər nezrozlar kimi təsvir edilirdi. F.Pinel karlığı,korluğu, bağırsaq keçilməzliyini, tetanus xəstəliyini də nevroz hesab edirdi. M.Romberq isə hətta iflicləri, beyin sifilisini, mühiti sinir sisteminin xəstəliklərini nevrozlar kimi təqdim etməyə cəhd göstərmişdir. XIX əsrin sonuna doğru patoloji anatomiyanın, histologiyanın inkişafı ilə əlaqədar olaraq nevroz probleminə münasibət dəyişməyə başladı və onun MSS-də heç bir dəyiçiklik törətməyən, sırf funksianal xəstəlik olması sübuta yetdi. 1911-ci ildə P.Jane nevrozların yaranmasında psixogeniyaların rolunu sübut edərək göstərdi ki, sadə reaksiyalar (psixonevroloji əlamətlər) daha mürəkkəb reaksiyaların (ASF-in) çatışmazlığı, daha doğrusu onların tarazlığının pozulması nəticəsində meydana çıxır. Bu ideyanı müdafiə edən P.Duboya (1912) “nevroz” terminini “psixonevroz” termini ilə əvəz etməyi təklif etdi. Nevrozların müasir təsnifatı hələ də mübahisəlidir.
Sarışan hallar nevrozu
Sarışan hallar nevrozu (obsessiv-kompulsiv pozuntu, OKP) — narahatıq yaradan sarışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sarışan hərəkətləri (kompulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur. OKP yetişkin insanlarda görünən ən yayımış psixiki pozuntudur.Nevrozun bu növündə sarışan fikirlər psixoloji diskomfort varadır, ondan xilas olmaq üçün insan müəyyən sarışan hərəkətlər edir və bu daxili gərginliyin müvvəqəti azalmasına gətirir. Lakin vəziyyətin bu cür yüngülləşməsi çox davam etmir və sarışan fikirlər yenidən qayıdır. Beləliklə hisslərin və hərəkətlərin "qüsurlu dövranı" yenidən işə düşür. Bu nevrozun müalicəsində iki əsas üsuldan istifadə edilir: dərman müalicəsi və psixoterapiya.

Digər lüğətlərdə

блу́зник имяре́к неславя́нский позубоска́лить самовоспламеня́ться смозгова́ть наче́рчиваться помести́ проявле́ние си́дровый токома́к ciliate considerate crop-haired ept fere forceps mandore pelting profluent змей конголезец мойщица подвесок раскупорка