NEÇƏ

1. Əşyanın miqdarını müəyyənləşdirmək üçün işlədilən sual əvəzliyi: nə qədər, nə miqdar.
Neçə kitab aldın? Bu gün neçə yerə getmisən? Neçə şagirddən dərs soruşdun? – [Məşədi İbad:] Qardaşoğlu, haqqhesabımız neçə elədi? Ü.Hacıbəyov.

2. əvəz. Zaman bildirən isimlərdən əvvəl gələrək onların qeyri-müəyyənliyini bildirir.
Neçə yüz ildən sonra biz də o məqama çata bilərik. C.Məmmədquluzadə.
Neçə dəqiqə idi, sakitlik bərpa idi. Çəmənzəminli.

3. əvəz. “Saat” sözündən sonra gələrək vaxtı öyrənmək üçün sual məqamında işlədilir. Saat neçədir? Saat neçədə gələcək?
4. əvəz. Çox, çoxlu; bir neçə.
[Əliməmməd Vaqifə:] Neçə belə bayramlar görək, kefimiz kök, damağımız çağ olsun! Çəmənzəminli.
Üstündə ahı var neçə qəribin; Çeşməli dağların, sulu dağların. B.Vahabzadə.

5. İs. mənasında. Birdən artıq (çox) adam.
Şirvanın küçələri; Banlayır beçələri; Çağırdım öz yarımı; Hay verdi neçələri. (Bayatı).
Neçəsinin əli dolu; Neçəsinin əli boşdur. B.Vahabzadə.
[Sərvnaz:] Hümmət sənin [Şahpəri] fitvanla neçələrini gözümçıxdıya saldı? B.Bayramov.

□ Bir neçə – bir miqdar, qeyri-müəyyən miqdarda. Bir neçə adam.
6. Neçəyədir, neçədəndir şəklində – qiyməti nə qədərdir, bahası nədir. Kitab neçəyədir? Parçanın metri neçəyədir?

Этимология

  • NEÇƏ Bu sual əvəzliyi nə sözü və -çə ədatının birləşməsindən düzəlib, nəçə (nə qə­dər?) kimi olub, sonra neçə şəklinə düşüb
NECƏLİK
NEÇƏ-NEÇƏ
OBASTAN VİKİ
Məhəbbət haqqında bir neçə söz (film, 2000)
Sevgi haqqında bir neçə söz (hind: ढ़ाई अक्षर प्रेम के, Rom: Dhaai Akshar Prem Ke) — 2000-ci ildə hind dilində çəkilmiş olan hind melodramıdır. == Süjet xətti == Məzuniyyətə çıxan Kapitan Karan doğma şəhərinə gəlir. Vağzalda olarkən kollec tələbəsi Sahibəni ona hücum edən bir dəstə quldurdan xilas edir. İnsidentdən sonra Karan Sahibəni evinə qədər ötürür. Bunu görən məhəllə sakinləri və ailə üzvləri Karanın qızın adaxlısı olduğunu güman edirlər. Zabit məsələnin nə yerdə olduğunu izah etməyə çalışsa da, onu heç kim dinləmək istəmir. Bunu görən Karan xəlvətcə aradan çıxmağa qərar verir. Ancaq evdə onu böyük sürpriz gözləyir.
Sevgi haqqında bir neçə söz (film, 2000)

Значение слова в других словарях

вноси́ть катафа́зия контра́кт машина́льно пери́лла посолове́вший сту́пор я́бедничество букле́ высма́ливать поливитами́нный примени́мый лама сколька baseball culturology indiscreetly paedologist sportcaster ungodly боксёр душонка конкурент лестный шофёр