NİCAT

is. [ ər. ] Qurtuluş, xilas; xilas olma, azad olma, qurtulma.
[Mirzə Rza:] Mən balalarımın nicatından daha əvvəl İranın nicatına ümid edib, Nəsrəddin şahın qətlinə iqdam etmişəm. C.Cabbarlı.
[Qızın] gözləri nicat uman yazıq bir ifadə aldı. İ.Əfəndiyev.

□ Nicat tapmaq – xilas olmaq, azad olmaq, qurtulmaq.
Qadın isə öz növbəsində məhbusları gördüyü zaman onlara xeyir-dua verir və nicat tapmaları üçün Allaha yalvarırdı. M.S.Ordubadi.

Nicat vermək – xilas etmək, azad etmək, qurtarmaq.
[Əbülhəsənbəy qıza:] Hər nə olursa olsun, sizə buradan nicat verəcəyəm. M.S.Ordubadi.

Nicat yolu – qurtuluş yolu, çıxış yolu, çarə, əlac.
[İskəndər xan:] …Nə qədər fikir eləyirəm, nicat yolu tapa bilməyirəm… N.Vəzirov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NİCAT nicat bax qurtuluş
  • NİCAT qurtuluş — xilas

Antonimlər (əks mənalı sözlər)

  • NİCAT NİCAT – FƏLAKƏT Nicat və mərhəmət qapıları açılmadı (M.İbrahimov); Onların bütün hərəkətləri böyük bir fəlakət bildirirdi (M
NITIQ
NİCATVERİCİ
OBASTAN VİKİ
Nicat
Nicat — Azərbaycanda ad. Nicat Abasov — Nicat Qurbanov — Nicat Qocayev —Nicat RəhimovNicat Rəhimov (ağır atlet) Nicat Rəhimov (aktyor)Nicat KazımovNicat Kazımov (aktyor) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının Əməkdar Artisti. Nicat Kazımov (yazıçı) — Fransada yaşayan, azərbaycanlı yazıçı.
"Nicat" məktəbi
"Nicat" məktəbləri — Azərbaycanda 1906–1917-ci illərdə "Nicat" və "Nəşri-maarif" cəmiyyətləri tərəfindən yaradılmış bir və ikisinifli ibtidai məktəblər. 1906–1917-ci illərdə Bakıda və onun ətraf kəndlərindəki 30-a yaxın "Nicat" məktəbində 1160 şagird, o cümlədən 123 qız təhsil almışdır. Fəhlələr üçün axşam "Nicat" məktəbləri fəaliyyət göstərirdi. Balaxanıdakı "Nicat" məktəbində Mirzə Ələkbər Sabir dərs demişdir. == Həmçinin bax == Nicat Cəmiyyəti Nəşri-maarif Mirzə Ələkbər Sabir == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
"Nicat" məktəbləri
"Nicat" məktəbləri — Azərbaycanda 1906–1917-ci illərdə "Nicat" və "Nəşri-maarif" cəmiyyətləri tərəfindən yaradılmış bir və ikisinifli ibtidai məktəblər. 1906–1917-ci illərdə Bakıda və onun ətraf kəndlərindəki 30-a yaxın "Nicat" məktəbində 1160 şagird, o cümlədən 123 qız təhsil almışdır. Fəhlələr üçün axşam "Nicat" məktəbləri fəaliyyət göstərirdi. Balaxanıdakı "Nicat" məktəbində Mirzə Ələkbər Sabir dərs demişdir. == Həmçinin bax == Nicat Cəmiyyəti Nəşri-maarif Mirzə Ələkbər Sabir == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Nicat Abasov
Nicat Azad oğlu Abasov (14 may 1995, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2010). 2020-ci ilin fevral ayında o, bütün zamanların ən yüksək reytinqi olan 2670-ə çatıb və Azərbaycanda 3-cü, dünyada isə 67-ci yerdə qərarlaşıb. == Həyatı == 14 may 1995-ci ildə Bakıda anadan olub. == Naliyyətləri == 2009-cu ildə beynəlxalq usta, 2010-cu ildə qrosmeyster titulunu qazanıb. 2015-ci ildə Niderlandın Veyk-an-Zeya şəhərində "20th Cultural Village Chess Tournament" beynəlxalq şahmat turnirinin qalibi olub və 2016-dakı "Veyk-an-Zee turnirində" iştirak etmək hüququ qazanıb. == İstinadlar == == Xarici keçidlər == Nicat Abasov şahmat turnirinin qalibi oldu (az.) Nijat Abasov. Chess-DB.com Arxivləşdirilib 2016-09-17 at the Wayback Machine (ing.) Nijat Abasov. 365chess.com (ing.) Nijat Abasov. fide.com (ing.) Nijat Abasov. chessgames.com (ing.) Nijat Abasov.
Nicat Abdullayev
Nicat Mirnəbi oğlu Abdullayev () – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abdullayev Nicat Mirnəbi oğlu 4 sentyabr 1995-cı ildə Saatlı rayon Seyidlər kəndində doğulub. == Təhsili == İlk təhsilini Saatlı rayonunda Səməd Vurğun adına məktəbdə alıb. Sonradan Bakıya köçdüyü üçün təhsilini Sulutəpə qəsəbəsində yerləşən 10 saylı tam orta məktəbdə davam etdirib. Musiqiyə böyük həvəsi olan Nicat Xırdalanda saz ixtisası üzrə musiqi məktəbini bitirib. Hərbi xidmətini Gəncədə başa vurduqdan sonra elə musiqi sahəsində çalışmağa başlayır, toylarda, el məclislərində çıxış edir. == Hərbi Xidməti == 2-ci Qarabağ müharibəsində ilk günlərdən cəbhəyə yollanıb, Füzulidə, Cəbrayılda döyüş yolu keçib. Oktyabrın 9-da Füzuli istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalır.
Nicat Atayev
Nicat Habil oğlu Atayev (5 mart 1994; Mingəçevir, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Atayev 1994-cü il martın 5-də Mingəçevir şəhərində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. Onun atası — polis mayoru və Qarabağ müharibəsinin qazisi Habil Atayevdir. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Nicat Atayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Atayev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Atayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Atayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Atayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nicat Baxşəliyev
Nicat Ziyafət oğlu Baxşəliyev (16 iyun 1993; Bərdə, Azərbaycan — 18 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Baxşəliyev 1993-cü il, iyunun 16-da Bərdə rayonunda dünyaya gəlmişdir. Uşaq yaşlarında anasını itirmişdir. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Nicat Baxşəliyev Ağdərə döyüşlərində savaşıb. 18 oktyabr 2020-ci il tarixində Ağdərə istiqamətində şəhid olub. Bərdə rayonunda torpağa tapşırılıb.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Baxşəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Baxşəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nicat Bəkirzadə
Nicat Bəkir oğlu Bəkirzadə (d. 29 aprel 1934) — quruluşçu rejissor, aktyor və ssenarist, əməkdar incəsənət xadimi. == Həyatı == Nicat Bəkirzadə 1934-cü ildə Bakıda anadan olub. 1973-cü ildə ÜDKİ-nun rejissorluq fakültəsini bitirib. "Azərbaycanfilm" kinostudiyasında bir sıra bədii və sənədli filmlərin quruluşunu verib. Azərbaycanın əməkdər incəsənət xadimi fəxri adına layiq görülüb. == Filmoqrafiya == Arxadan vurulan zərbə (film, 1977) Bakı. Portretə yeni ştrixlər (film, 1979) Başdan ayağa (film, 1973) Batmış şəhərin axtarışında (film, 1987) Bizi bağışlayın (film, 1979) Böyük İpək Yolunda (film, 1986) Ceyrançöl (film, 1974) Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973) Cəmşid Naxçıvanski (film, 1982) Çətirimiz buludlardır (film, 1976) Daş saat (film, 1975) Daşlar danışanda (film, 1976) Əla kəsici (film, 1975) Əlavə iz (film, 1981) Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007) Geriyə baxmağa dəyər (film, 1985) Güman (film, 1989) Xalq istehlakı mallarının buraxılışının öyrənilməsinin təşkili (film, 1989) Xəzər: İnsanlar və neft (film, 1983) İçəri şəhər (film, 1978) İş günündən sonra (film, 1983) Kamillik (film, 1979) Qəhrəman ana (film, 1990) Maqarıç (film, 1973) Mən Bakıda yaşayıram (film, 1986) Nə vaxta qədər?
Nicat Cəmiyyəti
Nicat Cəmiyyəti — Bakı qubernatorunun 1906-cı il avqustun 22-də təsdiq etdiyi nizamnamə əsasında fəaliyyətə başlamış xeyriyyə cəmiyyəti. Təşkilatın özü isə mart ayının 9-u yaradılmışdı. Bu ad təşkilata İmran Qasımov tərəfindən uyğun görülmüşdür. == Cəmiyyətin fəaliyyəti == Cəmiyyətin nizamnaməsindən məlum olur ki, cəmiyyətin əsas məqsədi müsəlman əhali arasında maarifçilik işinin yayılması, ali, orta və ibtidai təhsil müsissələrində oxuyan müsəlmanlara yardım göstərilməsi, ana dili və ədəbiyyatın inkişafı idi. Bu məqsədlə cəmiyyət müxtəlif kitablar və dərsliklər nəşr edirdi. Cəmiyyətin kitabxanası və digər müsəlman quberniyalarında şöbələri fəaliyyət göstərirdi. === Təhsil === Bakı, Gəncə, Şamaxı, Şəki, Quba, Lənkəran və s. yerlərdə açdığı bölmələri də yerlərdə maarifçilik fəaliyyətləri göstərən cəmiyyətin təşəbbüsü ilə 1906-1910-cu illərdə Gəncədə Mədrəseyi-ruhani, Şamaxıda Üxüvvət, Ağdaşda Darülfənn, Şəkidə Həqiqətüs-Sibyan, Lənkəranda Behcət adlı məktəblər açılmışdı. Cəmiyyət müsəlmanlar arasında savadsızlığın ləğvi məqsədilə böyüklər üçün axşam kursları təşkil edir və onların fəaliyyətini maliyyələşdirirdi. 1907-ci ildə yeni axşam kursları açmış cəmiyyətin həmin kurslarından iki il sonra istifadə edən dinləyicilərin sayı 280-ə çatmışdı.
Nicat Dadaşov
Nicat Sahib oğlu Dadaşov (30 noyabr 1989, Bakı) – ssenarist, yazıçı. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. "Xənnas", Nazik Mətləb", "Xəzərin üzərində yelləncək" filmlərinin, "Ögey ana", "Könül yarası", "Məryəm", "Sarı gəlin" televiziya seriallarının müəllifidir. "Rusiyanın görkəmli azərbaycanlıları" beynəlxalq sənədli filmlər ssenariləri müsabiqəsinin laureatıdır. == Həyatı == Nicat Dadaşov 30 noyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra, 2007–2011-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb. Nicat Dadaşov "Xənnas" (2017), "İki yad adam" (2017), "Sükut" (2018), "Nazik Mətləb" (2021), "Hasar" (2022) filmlərinin, "İkinci bahar" (2014), "Məryəm" (2016),"Ögey ana" (2017), "Sarı gəlin" (2017), "Könül yarası" (2018) seriallarının ssenari müəllifidir. N. Dadaşovun 2018-ci ildə Mir Cəlal Paşayevin "Kəmtərovlar ailəsi" hekayəsinin motivləri əsasında yazdığı "İki yad adam" filmi Pekində "Grand Asian" film festivalında "Ən yaxşı sosial film" mükafatına layiq görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqı A. M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu ilə birgə həyata keçirtdiyi "Rusiyanın görkəmli azərbaycanlıları" beynəlxalq sənədli filmlər ssenariləri müsabiqəsində laureatlar siyahısında olub.N. Dadaşov bir sıra hekayə və romanın müəllifidir. 2014 ildə yazıçının "Həyatın bir anı" adlı hekayələr kitabı çap edilib və 2021-ci ildə müəllifin "Bizim vaxtımız keçib" adlı romanı oxuculara təqdim olunacaq.
Nicat Feyzullayev
Nicat Lətif oğlu Feyzullayev — Azərbaycan kinorejissoru və ssenari müəllifi. == Həyatı == Nicat Feyzullayev 1 noyabr 1945-ci ildə Bakıda görkəmli rəssamlar Lətif Feyzullayev və Vəcihə Səmədovanın ailəsində anadan olub.1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda, 1973-1979-cu illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil alır. 1970-ci illərdən "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. Bir neçə sənədli filmin, qısametrajlı bədii filmlərin quruluşçu rejissoru, ssenari müəllifidir. 4 may 2015-ci ildə vəfat etmişdir.
Nicat Hacıyev
Nicat Cahangir oğlu Hacıyev (25 may 1989; Füzuli, Azərbaycan — 2 oktyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Hacıyev 1989-cu il mayın 25-də Füzuli şəhərində anadan olub. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələrinin Füzuli şəhərini işğal eləməsindən sonra ailəsi ilə birgə Mingəçevir şəhərində yaşamağa başlayıb. 1996-2007-ci illərdə Mingəçevir şəhərində 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Nişanlı idi. == Hərbi xidməti == Nicat Hacıyev 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurandan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun əsgəri olan Nicat Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Hacıyev oktyabrın 2-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub.
Nicat Hüseynov
Nicat Hüseynov (əsgər, 1987) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsi şəhidi. Nicat Hüseynov (əsgər, 1997) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Nicat Həsənquliyev
Nicat Aydın oğlu Həsənquliyev (9 dekabr 1989; Ağdam rayonu, Azərbaycan SSR — 26 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Həsənquliyev 1989-cu il dekabrın 9-da Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Nicat Həsənquliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Həsənquliyev oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Həsənquliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Həsənquliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Həsənquliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nicat Kazımov
Nicat Mirəziz oğlu Kazımov (17 iyun 1972, Dəvəçi) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti (2013). == Həyatı == Nicat Kazımov 17 iyun 1972-ci ildə Şabranda anadan olmuşdur. Orta təhsilini Ceyranbatanda yerləşən səkkizillik məktəbdə (1979-cu ildən), 3-cü sinifdən isə Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsində yerləşən 6 nömrəli orta məktəbdə almışdır. Azərbaycan Dövlət İncəsənət İnstitutunda Əlabbas Qədirovun kursunu və Norveçin Psixologiya Universitetinin Bakı filialını bitirmişdir. Film, serial, reklam və kliplərdə çəkilmiş, televiziya verilişlərində aparıcılıq etmiş, əcnəbi filmlərin dublyajında iştirak etmişdir. 1991-ci ildən Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrında aktyor, 1996-cı ildən isə həm də rejissor kimi fəaliyyət göstərir. 2023-cü ildə haqqında "Yaşanan yarım əsr" sənədli filmi çəkilib. == Şəxsi həyatı == Ailəlidir. Mirsənan (1998) və Mirismayıl (2002) adlı iki oğlu var. == Mükafatları == 25 iyun 2013-cü ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.
Nicat Lətifoğlu
Nicat Lətif oğlu Feyzullayev — Azərbaycan kinorejissoru və ssenari müəllifi. == Həyatı == Nicat Feyzullayev 1 noyabr 1945-ci ildə Bakıda görkəmli rəssamlar Lətif Feyzullayev və Vəcihə Səmədovanın ailəsində anadan olub.1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda, 1973-1979-cu illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil alır. 1970-ci illərdən "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. Bir neçə sənədli filmin, qısametrajlı bədii filmlərin quruluşçu rejissoru, ssenari müəllifidir. 4 may 2015-ci ildə vəfat etmişdir.
Nicat Mehbalıyev
Nicat Lətif oğlu Mehbalıyev (11 sentyabr 2000, Azərbaycan) – Azərbaycan Premyer Liqasında çıxış edən Sabahın qapıçısı. == Karyerası == === Sabah === Sabahda ilk matçına 17 aprel 2021-ci ildə keçirilən Keşlə-Sabah matçında çıxıb. Matç 0–0 hesablı heç-heçə ilə başa çatıb. === Qəbələ === Qəbələdə ilk matçına 15 avqust 2021-ci ildə keçirilən Neftçi-Qəbələ matçında çıxıb. Matç 2–2 hesablı bərabərliklə başa çatıb.
Nicat Məlikov
Nicat Məlikov (d. 14 avqust, 1979 – ö. 23 yanvar, 2018, Bakı, Azərbaycan) — Azərbaycan jurnalisti. == Həyatı == Nicat Məlikov jurnalist fəaliyyətinə "Zerkalo" qəzetində müxbir kimi başlayıb. Sonradan həmin nəşrin siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb. O, "Vesti. Az", "Exo" və CBC.az kimi nəşrlərdə müxbir kimi fəaliyyət göstərib.2018-ci il yanvarın 23-də Nicat Məlikov dükana gedərkən qəfil özünü pis hiss edib və yerindəcə ürək tutmasından keçinib. === Şəxsi həyatı === Ailəli idi, üç övlad atası idi.
Nicat Məmmədli
Nicat Rizvan oğlu Məmmədli (31 iyul 1999; Culfa, Azərbaycan — 9 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Məmmədli 1999-cu il iyulun 31-də Culfa şəhərində anadan olub. 2005-2013-cü illərdə Culfa şəhərində 2 nömrəli tam orta məktəbdə, 2013-2016-cı illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Nicat Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.Düşmənin atdığı qumbaranın üzərinə atılaraq 30-a yaxın döyüş yoldaşlarının həyatınıÖz canını fəda edərək qəhrəmancasına xilas etmiş, özü isə şəhid olmuşdur. Culfa şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Nicat Məmmədov
Nicat Məmmədov (azərb. Nicat Məmmədov‎; 2 aprel 1985, Naxçıvan) — Azərbaycanlı şahmatçı, qrosmeyster (2006). == Həyatı == 2 aprel 1985-ci ildə Naxçıvanda anadan olub.
Nicat Mənəfov
Nicat Mənəfov (tam adı: Mənəfov Nicat Azad oğlu; 18 yanvar 2000; Qaradolaq kəndi, Qax rayonu, Azərbaycan — 4 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Mənəfov 2000-ci ilin 18 yanvarında Qax rayonunun Qaradolaq kəndində anadan olub. 2007-ci ildə Qaradolaq kənd orta məktəbində təhsil almağa başlamışdır. 2016-ci ildə 9-cu sinfi bitirib Qax Peşə Liseyinə qəbul olmuş. Peşə Liseyini meliorasiya ixtisası üzrə bitirdikdən sonra 8 may 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmətə yollanmışdır. Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 4 noyabr 2020-ci ildə Şuşanın alınması uğrunda gedən döyüşlərdə həlak olmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Mənəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Nicat Nəbiyev
Nicat Ramin oğlu Nəbiyev — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən Müharibəsi şəhidi. == Həyatı == Nicat Ramil oğlu Nəbiyev 16 dekabr 2000-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Sumqayıt şəhərindəki 39 nömrəli orta məktəbdə alıb. Təhsilini peşə məktəbində davam etdirən Nicat "Avtomobil istismarı" ixtisasını bitirib. 2019-cu ilin iyun ayında hərbi xidmətə yollanıb. Goranboydan Ağdama kimi xidmət yolu keçib. Sentyabrın 27-də hərbi əməliyyatlar başlayandan ön cəbhədə olub. == Hərbi xidməti == Nicat Nəbiyev oktyabrın 1-i düşmən tərəfindən atılan artileriyya atəşi zamanı 20 nömrəli döyüş mövqeyində şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Nicat Nəbiyev "Ağdamın azad olunmasına görə" medalı və Vətən uğrunda" medalları ilə təltif olunub.
Nicat Nəsibov
Nicat Nəsibov (əsgər, 1986) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, Vətən müharibəsi şəhidi. Nicat Nəsibov (əsgər, 1996) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Nicat Nəsibov (leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi şəhidi.
Nicat Orucov
Nicat Niyadxan oğlu Orucov (20 iyul 1999, Buzovna, Azərbaycan — 26 oktyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Orucov 20 iyul 1999-cu ildə Buzovnada anadan olub. Əslən Qobustan rayonu Ərəbşalbaş kəndindəndir. Məktəbi bitirdikdən sonra 2018-2020-ci illlərdə hərbi xidmətdə olmuşdur. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Nicat Orucov Kəlbəcər ve Şuşanın azad edilməsində savaşıb. 26 oktyabr 2020-ci ildə Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından həlak olub.. Nicat Orucov Buzovna kənd qəbiristanlığında torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Orucov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Orucov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Orucov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Nicat Orucov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Nicat Qafuroğlu
Nicat Qafur oğlu Mustafayev (Nicat Qafuroğlu) (15 iyun 1984, Kürdəmir, Azərbaycan SSR, SSRİ) — Azərbaycan kinorejissoru, ssenaristi və telejurnalisti. == Həyatı == 1984-cü ildə Azərbaycanın Kürdəmir rayonunda, ziyalı ailəsində anadan olub. 2001-2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin psixologiya ixtisası üzrə bakalavr, 2006-2008-ci illərdə isə magistr təhsili alıb. 2002-ci ildə bir qrup gənc jurnalistlə "Gənclər üçün" adlı qəzet təsis edib. 2003-2005-ci illərdə "Ədalət" gündəlik ictimai-siyasi qəzetdə müxbir kimi fəaliyyət göstərib.2005-ci ildə müsabiqə yolu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin xəbərlər departamentində müxbir kimi fəaliyyətə başlayan Nicat Qafuroğlu, 2006-cı ildən redaktor, 2007-ci ildən böyük redaktor və xəbərlər proqramının aparıcısı kimi fəaliyyət göstərib. "Gənclik meydanı" verilişinin müəllifi və aparıcı olub. 2010-cu ildə "Biz Production" MMC-ni təsis edib və 2014-cü ilə qədər bu müəssisəyə rəhbərlik edib. 2010-2011-ci illərdə "Milli musiqilərin ekranlaşdırılması" layihəsini həyata keçirib. Layihə çərçivəsində unudulmaqda olan 16 aşıq musiqisi yenidən lentə alınıb və klip formatında ekranlaşdırlıb. Azərbaycanın xalq artisti Mələkxanım Əyyubovanın ifasında "Mən necə bağban olaram", muğam müsabiqəsinin qalibi Abgül Mirzəliyevin ifasında "Nar ağacı, nar çiçəyi" mahnılarına klip çəkib.
Fəxri Kazım-Nicat
Fəxri Kazım-Nicat (d. 13 may 1985, Gəncə) — azərbaycanlı müğənni, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin vokal müəllimi, "Tərəqqi" medalı laureatı. == Həyatı == === Erkən illəri və təhsili === Fəxri Fəxrəddin oğlu Kazım-Nicat 13 may 1985-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. İlk musiqi təhsilini 1995-2000-ci illərdə Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbində Xalq artisti Şahnaz Haşımovanın sinfində almışdır. İlk vokal təhsilini Gəncə Dövlət Universiteti nəzdində yaradılan məktəb-studiyada Xalq artisti Sevinc İbrahimovadan almışdır. Orta məktəbi və hərbi xidmətini bitirdikdən sonra ailəsiylə Bakıya köçmüşdür. Musiqi təhsilini davam etdirərək Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə estrada vokal ixtisası üzrə daxil olmuş və fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra Bakı Musiqi Akademiyasına daxil olmuş, akademiyanın dosenti Sevda Məmmədovanın sinfində opera ifaçılığı ixtisası üzrə bakalavr, Kamera ifaçılığı və Xor dirijorluğu ixtisası üzrə magistr təhsili almış və fərqlənmə diplomu ilə bitirmişdir. === Fəaliyyəti === Səhnə fəaliyyətinə 1997-ci ildə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində başlamışdır. İlk iştirak etdiyi konsert 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş tədbir, ilk ifa etdiyi mahnı isə "Göy-göl" Dövlət Mahnı və Rəqs ansamblının müşayiəti ilə "Almanı atdım xarala" mahnısı olmuşdur.
Nicat Hüseynov (çavuş)
Nicat Adil oğlu Hüseynov (30 mart 1987, Meyniman, Hacıqabul rayonu – 21 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Hüseynov 1987-ci il martın 30-da Hacıqabul rayonunun Meyniman kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Nicat Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Hüseynov oktyabrın 21-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Hacıqabul rayonunun Meyniman kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Hüseynov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Hüseynov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Hüseynov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Nicat Hüseynov (əsgər, 1987)
Nicat Adil oğlu Hüseynov (30 mart 1987, Meyniman, Hacıqabul rayonu – 21 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Hüseynov 1987-ci il martın 30-da Hacıqabul rayonunun Meyniman kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Nicat Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Hüseynov oktyabrın 21-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Hacıqabul rayonunun Meyniman kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Hüseynov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Hüseynov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Hüseynov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Nicat Hüseynov (əsgər, 1997)
Nicat Ziyafət oğlu Hüseynov (4 iyun 1997, Əli-Bayramlı – 11 oktyabr 2020, Füzuli rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Nicat Hüseynov. 4 iyun 1997-ci ildə Şirvan şəhərində anadan olmuşdu. O birinci sinfə N.Quliyev adına 9 saylı orta məktəbdə başlamış, 11-ci sinfi B.Aslanov adına 16 saylı orta məktəbdə başa vurmuşdur. == Döyüş yolu == Nicat 2015-ci ilin iyul ayında hərbi xidmətə yollanmışdı. O könüllü olaraq "Aprel döyüşləri"ndə iştirak etmək üçün arxa cəbhədən ön cəbhəyə seçilmiş 10 əsgərdən biri olmuşdu. Nicat qısa sürən döyüşlərdə yaxından iştirak etmiş və yüngül xəsarət almışdı. Hərbi xidmət zamanı snayperçi kursunu bitirmişdir. Nicat Hüseynov daim "Aprel döyüşləri" zamanı komandiri olmuş Murov qartalı şəhid polkovnik-leytenant Raqif Orucovu xatırlamış, əsgər yoldaşları ilə birlikdə bir gün onun qisasını düşməndən alacağına söz vermişdi. Hərbi xidməti başa vurduqdan sonra Nicat Hüseynov Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Araz zavodunun Təhlükəsizlik və Müdafiə İdarəsində böyük atıcı işləmişdi. Keçən ilin sentyabr ayında başlayan İkinci Qarabağ müharibəsində iştirak etmək üçün Nicat könüllü olaraq hərbi xidmətə yazıldı.29-sentyabr tarixində döyüşə yollanan Nicat evdən çıxarkən anasına "Şəhid olsam, ağlamayın, məni atamın bayrağına bükərsiniz" demişdi.
Nicat Kazımov (aktyor)
Nicat Mirəziz oğlu Kazımov (17 iyun 1972, Dəvəçi) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti (2013). == Həyatı == Nicat Kazımov 17 iyun 1972-ci ildə Şabranda anadan olmuşdur. Orta təhsilini Ceyranbatanda yerləşən səkkizillik məktəbdə (1979-cu ildən), 3-cü sinifdən isə Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsində yerləşən 6 nömrəli orta məktəbdə almışdır. Azərbaycan Dövlət İncəsənət İnstitutunda Əlabbas Qədirovun kursunu və Norveçin Psixologiya Universitetinin Bakı filialını bitirmişdir. Film, serial, reklam və kliplərdə çəkilmiş, televiziya verilişlərində aparıcılıq etmiş, əcnəbi filmlərin dublyajında iştirak etmişdir. 1991-ci ildən Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrında aktyor, 1996-cı ildən isə həm də rejissor kimi fəaliyyət göstərir. 2023-cü ildə haqqında "Yaşanan yarım əsr" sənədli filmi çəkilib. == Şəxsi həyatı == Ailəlidir. Mirsənan (1998) və Mirismayıl (2002) adlı iki oğlu var. == Mükafatları == 25 iyun 2013-cü ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.
Nicat Mustafayev (əsgər)
Nicat Bəkir oğlu Mustafayev () — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mustafayev Nicat Bəkir oğlu 2001-ci ilin oktyabr ayının 8-də Bakı şəhərində dünyaya göz açmışdı. Əslən Qərbi Azərbaycanın Pəmpək mahalı, Hamamlı rayonu Qursalı kəndindəndir. O, ailəsiylə birlikdə Binəqədi qəsəbəsində yaşayırdı. Mustafayev Nicat uşaqlıqdan idmanla maraqlanırdı. 7 yaşından fərqli idman növləri ilə, xüsusən güləş ilə məşğul olmuşdu. Çoxlu medal və diplomları var idi. Azərbaycan bayrağını bir çox ölkələrdə dalğalandırmışdı. == Təhsili == 6 yaşında Q. Baxşıyev adına 179 nömrəli tam orta məktəbin 1 –ci sinifinə yollanmış və 9-cu sinifdən təhsilini Azərbaycan Dövlət Dəmir Yolu Liseyində davam etmişdir. == Hərbi Xidməti == Ad günündən 2 gün sonra, oktyabrın 10-u həqiqi hərbi xidmətə yollanmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinin birində həqiqi hərbi xidmətə yollanmış və əsgərlikdə Nicat idmançı olduğuna görə, kəşfiyyatçı kimi Xüsusi Təyinatlı dəstələrə seçilmişdi.
Nicat Məlikov (rejissor)
Nicat Məlikov (1 iyun, 1986, Bakı, Azərbaycan SSR) — Azərbaycanlı bəstəkar, prodüser və rejissor.[mənbə göstərin] == Həyatı == Nicat Məlikov Azərbaycanın Bakı şəhərində anadan olub. 1993-cü ildə 46 saylı orta məktəbin birinci sinfinə, 2004-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 2006-2009-cu illərdə Nicat Məlikov “M Group Production” şirkətinin əməkdaşı olub. Nicat Məlikov "Bu Da Bu" layihənin baş rejissor vəzifəsində çalışıb. 2009-cu ildən başlayaraq Nicat Məlikovun mahnı yazmağa daha çox diqqət ayırması onun bəstəkarlıq peşəsinə başlamasına səbəb olub. Onun ilk işlərindən biri Azərbaycandan olan ilk Eurovision iştirakçısı - Samir Cavadzadənin ifa etdiyi "Guci-guci" mahnısı olub. Bundan sonra Nicat Məlikov bütün vaxtını və diqqətini gənc istedad Rauf Əhmədovun yetişdirilməsinə yönəltdi. Rauf Əhmədov üçün ilk böyük hit Nicat Məlikovun yazdığı "Mənfi 40 (-40)" mahnısı oldu. Hazırda Nicat Məlikov Aygün Kazımova, Röya, Sevda Ələkbərzadə, Samir Cavadzadə, Rauf Əhmədov və başqaları kimi Azərbaycanın görkəmli və əməkdar artistlərinin söz və musiqi müəllifidir. == Karyerası == === Kompozitor === Aşağıdakı bəstələrin musiqisi və sözlərinin müəllifi Nicat Məlikovdur.

Digər lüğətlərdə

навсегда́ наше́йник нисповерже́ние склеро́зный сселя́ться ти́тул хриплова́то анноти́рованный взболта́ться ерши́ть завью́чить остане́ц отдуба́сить почте́нный растели́ться beautiful fervent I'll metallo-organic neurological Prespa Treasury bill twin-sisters балаган рыборазведение