NİFAQ

is. [ ər. ] Pozuşma, çəkişmə, ixtilaf; ikitirəlik.
[Mirzə Heydər:] Yol bir, məqsəd bir, əqidə bir olduqda arada nifaq mümkün deyil. Ə.Haqverdiyev.
Kürdüstan dağlarında bəslənmiş bu iki çiçək … nifaqa səbəb oldu. S.S.Axundov.

□ Nifaq düşmək – araları pozulmaq, ixtilaf törəmək, çəkişmə düşmək, ikitirəlik düşmək.
…Əmioğullarının aralarına nifaq düşməsinə səbəb olmamaq üçün anam onun getməyinə izin verir. S.S.Axundov.
Mollanəsrəddinçilər hər vasitə ilə olursa olsun din ayrı qardaşların arasına nifaq və ədavət düşməsinə yol vermək istəmirdilər. M.İbrahimov.

Nifaq salmaq (törətmək, etmək) – arada ixtilaf, narazılıq, çəkişmə yaratmaq, ikitirəlik salmaq.
[Calal:] [O] indi bizi görəndə deyəcək ki, yenə uşaqlar ortalığa nifaq salırlar. Çəmənzəminli.

Синонимы

  • NİFAQ NİFAQ (iki tərəf arasında olan çəkişmə) Yazıq Tamam bizim ailəyə öyrəşdiyindən ayrılmaq istəməyirmiş, lakin Əmioğullarının aralarına nifaq düşməsinə s
  • NİFAQ çəkişmə — ikitirəlik
NİDA
NİFRƏT
OBASTAN VİKİ
Nifaq alması
Nifaq alması — qədim yunan miflərində qızılı alma, Peley və Fetidanın nikahı zamanı Erida tərəfindən masaya atılmış və üzərində "ən gözəl" (q.yun. τῇ καλλίστῃ), yazılmışdır.Əfsanəyə görə, bu qızılı alma üç qadın ilahəsi arasında mübahisə səbəbidir — Hera, Afina və Afrodita. Gənc Paris hakim qarşısına çağırıldı. Üç qadın onu öz tərəflərinə çəkərək, onu ən güclü hökmdar (Hera), ən cəsur qəhrəman (Afina) və ya ən gözəl qadının sahibi (Afrodita) olacağını vəd etmişdilər. Paris spartanın kralı olan Menelayın həyat yoldaşını qaçırmağına köməklik etdiyinə görə almanı Afroditaya verdi. Bu hadisə Troya müharibəsinin başlamağına səbəb olmuşdur.İlk dəfə olaraq "nifaq alması" termini II əsrdə romalı tarixçi Yustin Handaribadakan tərəfindən işlədilmişdir.

Значение слова в других словарях

гро́тик ёра зае́зд заинтриго́ванный залюбе́зничать мирско́й пампа́сы повелева́ть существу́ющее внедря́ться испани́стка праворадикали́зм chirograph deterrence figure-work mousseline nescience theomorphic zone time измыливаться лоточник перпендикулярно раздвинуться устремиться этимолог