NİGARAN

sif.zərf [ fars. ] Təşviş içində, rahatsız, həyəcanlı, iztirablı, narahat.
Dəlilər, xanımlar Koroğludan çox nigaran idilər. Koroğlu”.
[Soltan bəy:] Balam, o uşaqlar evdə tək qaldılar, nigarandırlar. Ü.Hacıbəyov.
[Mirzə Məmmədqulu:] Məşədi Qulamhüseyn, mən evdən çox nigaranam. C.Məmmədquluzadə.

□ Nigaran qalmaq – bir adamın və ya bir işin tərəfindən narahat olmaq, təşvişdə qalmaq.
[Qönçə:] Cavad, nə üçün nigaran qalırsan? Mənim üç gün burada qalmağımın nə zərəri var? B.Talıblı.
[Səməd kişi:] Ay Rüstəm, sən Allah, bircə evə xəbər ver ki, Şahmuradı şəhərə apardım, nigaran qalmasınlar… T.Ş.Simurq.

Nigaran qoymaq – təşvişə salmaq, rahatsız etmək, narahat etmək.
…Tapdıq öz dostunu heç vaxt nigaran qoymazdı. Ə.Əbülhəsən.
Bu cavab Salamı … daha da nigaran qoydu. Mir Cəlal.

Nigaran olmaq – bax nigaran qalmaq.
[Gülsüm xala:] …Canım sənə qurban, ay bala, bilmirsən nə qədər səndən nigaran olmuşam? E.Sultanov.
[Ataş] əmisindən nigaran olduğu kimi, əmisi oğlanlarından da çox incimişdi. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NİGARAN NİGARAN [Umur baba:] Bir şey tapmadılar, nigaran, səksəkə ilə çıxıb getdilər (H.Abbaszadə); MÜZTƏRİB Abdulla kişi müztərib və qəmgin səslə: – Qızı Həm
NİGAR
NİGARANÇILIQ
OBASTAN VİKİ
Nigarançılıq (film, 1998)
Nigarançılıq — film-tamaşada harınlıq, yaltaqlıq, sədaqət, iman, fırıldaq hərəkətlər, hiylə, xəbislik, ikiüzlülük əks etdirilir. Qurbanəli bəy (Yaşar Nuri) çar Rusiyası çinovniklərinin quludur. Onlar öl desə, ölər, qal desə qalar. Qurbanəli bəy məclisdə sərxoş olandan sonra qonaqların hamısını öz evinə dəvət edir, lakin sərxoşun yaddaşı olmaz deyiblər. Bunu yaddan çıxaran bəy pis vəziyyətə düşür və biabır olur... == Film haqqında == Film-tamaşa Cəlil Məmmədquluzadənin üç hekayəsinin motivləri əsasında çəkilmişdir.
Səndən nigaranam (mahnı)
Səndən nigaranam — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Baba Vəziroğluya, musiqisi isə Kəmaləddin Heydərova məxsusdur. Mahnı ermənicə, tatca, rusca, ərəbcə və s. dillərdə ifa olunmuşdur. Mahnını Brilliant Dadaşova, Ayan Babakişiyeva, Nəsibə Abdullayeva, Elnur Məmmədov, Aygün Bəylər, Elçin Cəfərov, Gülay Qədirova, Qoçaq Əsgərov, Lalə Məmmədova, Samir Dərgah, özbək müğənni Lola Ahmedova, ərəb müğənni Şəhrazad, erməni müğənni Tiqran Asatryan, yunan qrupu "Avangard Band" ifa etmişdir. 2006-cı ildə Aygün Kazımova mahnıya yeni nəfəs verərək, mahnının remiks versiyasını Türkiyədə keçirilən "The Best Model Of The World" dünya gözəllik müsabiqəsində dinləyicilərə təqdim etmişdir.

Digər lüğətlərdə

вече́рний гексаге́нный компо́т лососи́ний мирое́дский по ветру фи́нка му́ху проглотил пригля́дка сойоты aeolian harp benzol hatcher overburden perpetration preadolescent timeline башмак гумно кислый лига нарекание перекоряться переносимый спинной