NİGARANLIQ
NİHAL
OBASTAN VİKİ
Nihad Abbasov
Nihad Abdullayev
Nihad Babayev
Nihad Akif oğlu Babayev (30 avqust 1991, Günəşli, Biləsuvar rayonu – 29 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Nihad Babayev 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə, 18 yaşında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək nəticə ilə qəbul olub. 2012-ci ildə leytenant rütbəsi alaraq xüsusi təyinatlı qüvvələrdə təlimə başlayıb və kursu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib. Daha sonra isə Türkiyədə snayper təlimlərində iştirak edərək uğurlu nəticələr qazanıb, ardınca Gürcüstanda dağadırmanma üzrə xüsusi kurs keçib. Nihad Babayev peşəkar kəşfiyyatçı kimi erməni, ingilis və rus dillərini bilib. Şəhid atası Akif Babayev deyir ki, oğlu kəşfiyyatçı kimi xidmətləri çox olsa da, ilk geniş hərbi əməliyyatı 2018-ci ildə Naxçıvanda "Günnüt əməliyyatı"nda olub: "Özü sonralar danışırdı, deyirdi ata, üç gün eyni mövqedə uzanıb gözlədib. Erməni mayorun maşını gəlib keçəndə onu snayperlə vurdum". Qeyd edək ki, "Günnüt əməliyyatı" nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı daxil olmaqla 11 min hektarlıq ərazini işğaldan azad edib. Vətən Müharibəsi başlayanda Naxçıvan XTQ-də hərbi hissə komandirinin müavini olan və bir neçə ay öncə kapitan rütbəsinə yüksələn Nihad Babayevi rəhbərlik orada saxlamaq qərarına gəlib.
Nihad Bəhram
Nihad Bəhram (18 noyabr 1946, Qars, Qars ili), Türk şairi, yazar və qəzetçi. Əsl adı Mustafa Nihad Bəhramoğludur. Evli olan Nihadın Mavi adında bir qız övladı vardır. Qəzetçilik üzrə ali təhsil almışdır. İlk şeiri 1967-ci ildə dərc olunmuşdur. Qəzetçilik həyatına 1970-ci ilin Mart ayında başlamış və "Xalqın Dostları" dərgisindəki Aprel, 1971-ci il tarixli 13-cü sayından etibarən yazı işlərindən məsul olmuşdur. 1975-ci ildə qardaşı Ataol Bəhramoğlu ilə birlikdə Militan dərgisini buraxmışdır. 1972-ci ildə nəşr etdiyi ilk şeir kitabı "Həyatımız Üstünə Şeirlər"ə qadağa qoyulmuş və yazılarına görə 12 Mart tarixində hərbi həbsxanasında iki il azadlıqdan məhrum olmuşduru. Həpsxanadan çıxdıqdan sonra bir müddət qəzetçiliklə məşğul oldu. Vətən qəzetində ələ aldığı Dəniz Gəzmiş, Yusif Aslan və Hüseyn İnanın həyat və mücadilələrindən bəhs edən yazıları "Darağacında Üç Fidan" adı altında kitablaşdırıldı.
Nihad Doğan
Nihad Doğan (13 fevral 1977, İstanbul) — kürd mənşəli Türkiyə müğənnisi.
Nihad Qasımov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Nihad Əhmədov
Nihad Əliyev
Nihad Erim
İsmayıl Nihad Erim (1912[…], Kandıra[d], Kocaeli ili – 19 iyul 1980[…], Qartal[d], İstanbul ili və ya İstanbul) – Türkiyəli siyasətçi və hüquqşünas. O, 1971-ci ildə Türkiyə hərbi memorandumundan sonra təxminən 14 aya yaxın müddətdə Türkiyənin 13-cü Baş naziri olaraq çalışıb. O, 1980-ci ildə İstanbulda İnqilabçı Xalq Azadlıq Partiyası/Cəbhəsi tərəfindən öldürülüb. Nihad Erim Rəif Erim və Məcidə Erimin övladı olaraq Türkiyənin Qocaəli vilayətinin Kandıra qəsəbəsində doğulub. Qalatasarayda orta məktəbi bitirib. 1936-cı ildə İstanbul Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra o, 1939-cu ildə Parisdə Hüquq fakültəsində doktorluq dərəcəsində təhsil alıb. Sonra Türkiyəyə qayıdıb və 1939-cu ildə dosent və 1942-ci ildə isə Ankara Universitetinin Hüquq fakültəsinin professoru olub. O, 1943-cü ildə hələ universitetdə oxuduğu müddətdə Türkiyə Xarici İşlər Nazirliyinə hüquq məsləhətçisi təyin edilib. Həmçinin o, 1945-ci ildə San-Fransiskoda Birləşmiş Millətlər Təşkilatının yaradılmasına dair konfransda Türkiyə komitəsində məsləhətçi olaraq çalışıb. Həmin il o, TBMM-də Qocaəli vilayətinin nümayəndəsi seçilib və parlamentdəki Cümhuriyyət Xalq Partiyası qrupuna qoşulub.
Nihad Quliyev
Nihad Rzayev
Nihad Tağızadə
Nihad Qulamzadə
Nihad Natiq oğlu Qulamzadə (18 iyun 1998, Bakı) — Azərbaycan teatr və kino rejissoru, prodüser, ssenari müəllifi, İnklüziv ƏSA Teatrının təsisçisi və rəhbəri (2016-cı ildən), Akademik Milli Dram Teatrının quruluşçu rejissoru. == Həyatı == Nihad Natiq oğlu Qulamzadə 1998-ci il iyunun 18-də Bakı şəhərində anadan olub. Uşaqlıq illəri köhnə Zovaqzalnaya (Zavaqzalni) ərasizində keçib və buradakı 304 nömrəli məktəb-liseydə təhsil alıb. 2003-2005 - ci illərdə tanınmış bəstəkar Əfsər Cavanşirovun bədii rəhbəri olduğu Bənövşə Uşaq Xorunda çıxış edib. 2005-ci ildə Nərimanov rayon, G. Şaroyev adına 35 nömrəli musiqi məktəbində skripka aləti üzrə, 2006 – 2008-ci illərdə nəfəs aləti üzrə təhsil alıb. 2019-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr fakültəsinin bakalavr pilləsinə daxil olub. Hal-hazırda həmin universitetin magistr pilləsində təhsil alır. 2015/2017-ci illərdə British Council və Avropa İttifaqının təşkil etdiyi “Culture&Creativity” layihəsi çərçivəsində müxtəlif kurslarda (layihə təklifinin hazırlanması, strateji planlama, büdcə idarəolunması, maliyyənin cəlb olunması vəs.) iştirak edib. 2018-ci ildə ABŞ Dövlət Departamentinin IVLP proqramının məzunu olub. Proqram çərçivəsində amerikalı investorlara ƏSA Teatrının "İnklüziv Yaradıcılıq Mərkəzi" adlı layihəsi təqdim olunub.
Nihad Babayev (kapitan)
Nihad Akif oğlu Babayev (30 avqust 1991, Günəşli, Biləsuvar rayonu – 29 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Nihad Babayev 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə, 18 yaşında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək nəticə ilə qəbul olub. 2012-ci ildə leytenant rütbəsi alaraq xüsusi təyinatlı qüvvələrdə təlimə başlayıb və kursu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib. Daha sonra isə Türkiyədə snayper təlimlərində iştirak edərək uğurlu nəticələr qazanıb, ardınca Gürcüstanda dağadırmanma üzrə xüsusi kurs keçib. Nihad Babayev peşəkar kəşfiyyatçı kimi erməni, ingilis və rus dillərini bilib. Şəhid atası Akif Babayev deyir ki, oğlu kəşfiyyatçı kimi xidmətləri çox olsa da, ilk geniş hərbi əməliyyatı 2018-ci ildə Naxçıvanda "Günnüt əməliyyatı"nda olub: "Özü sonralar danışırdı, deyirdi ata, üç gün eyni mövqedə uzanıb gözlədib. Erməni mayorun maşını gəlib keçəndə onu snayperlə vurdum". Qeyd edək ki, "Günnüt əməliyyatı" nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı daxil olmaqla 11 min hektarlıq ərazini işğaldan azad edib. Vətən Müharibəsi başlayanda Naxçıvan XTQ-də hərbi hissə komandirinin müavini olan və bir neçə ay öncə kapitan rütbəsinə yüksələn Nihad Babayevi rəhbərlik orada saxlamaq qərarına gəlib.
Əhməd Nihad Əfəndi
Əhməd Nihad Əfəndi (5 iyul 1883, Konstantinopol – 4 iyun 1954, Beyrut) — Osmanlı sülaləsinin üçüncü rəisi, Osmanlı ordusunun zabiti və Osmanlı şahzadəsi. Şahzadə Əhməd Nihad Əfəndi 1883-cü ildə Çırağan sarayında dünyaya gəlmişdir. Atası Sultan V Muradın oğlu Mehmed Səlahəddin Əfəndi, anası isə onun üçüncü xanımı Naziknaz xanım idi. Babasının taxtdan endirilib Çırağan sarayında həbs olunduğu illərində dünyaya gəlmişdi. Bu səbəblə o və digər qardaş-bacıları da babasının bu məhkum həyatına ortaq oldu. Sarayda nəzarət altında yaşasa da, xüsusi saray təhsili aldı. Demək olar ki, gənclik illərinə qədər burada nəzarət altında yaşadı. Nəhayət, 1904-cü ildə babası Sultan Muradın vəfatı ilə atasıyla birlikdə Çırağan sarayını bir daha geri dönməmək üzrə tərk etdi. Gələcəkdəki 7 il boyunca atasının kirayə aldığı köşklərdə yaşadılar. 1911-ci ildən sürgün olunduqları 1924-cü ilədək isə Beşiktaş rayonunun Sərəncəbəy səmtində öz ailəsi üçün inşa etdirdiyi villada yaşadı.
Əli Nihad Tərlan
Əli Nihad Tərlan (türk. Ali Nihad Tarlan 1898, Konstantinopol – 30 sentyabr 1978, İstanbul) — Türkiyə yazıçısı və şairi, alim və müləllimi. İstanbul Universitetinin professoru. Nihad Tərlan Türkiyədə fars və Pakistan poeziyasının türk dilinə tərcüməsi ilə də məşhurdur. Əli Nihad 1932-ci ildə Filologiya elmləri doktoru, 1933-cü ildə dosent, 1941-ci ildə professor elmi adlarını və dərəcələrin almışdır. Onun doktorluq elmi işinin mövzusu "İslam ədəbiyyatında Masnəvi "Leyla və Məcnun" (1921), Elmlər doktorluq dissertasiyasının mövzusu: "Şeyhi Divanının tədqiqi (1932) olmuşdur. Əli Nihad Tərlan 1898 -ci ildə İstanbulun Avropa hissəsindəki Vezneciler bölgəsində Dağıstandan olan mühacir ailəsində anadan olmuşdur. Babası Əl-Hacı Əli Əfəndi (Pullu Hacı Əli Əfəndi və ya Ömer Kəşfî Əfəndi) zəngin Ləzgin-mühacir idi. 1927-ci ildə vəfat edən Tərlanın atası Mehmet Nazif bəy isə Ərzurum vilayətinə köçmüş şair idi. Zabit olan atasının vəzifələri səbəbiylə orta təhsilinə Monastırda başlamışdı.
Nihad Quliyev (futbolçu)
Nihad Quliyev (19 iyul 2001, Azərbaycan) — azərbaycanlı futbolçu. Ağdamın "Qarabağ" klubunda yarımmüdafiəçi mövqeyində çıxış edir. Nihad Quliyev 15 may 2022-ci ildə Azərbaycan Premyer Liqasında "Qarabağ" klubunun heyətində "Səbail" klubuna qarşı oyunda ilk oyununa çıxıb.
Məhəmməd Karamusiç Nihadi
Məhəmməd Karamusiç Nihadi — boşnak əsilli Osmanlı şairi. Sarayevoda yaşamışdır. Nihadinin "Divan"ının yalnız bir əlyazması qorunub saxlanılmışdır. Bu, Almaniyanın paytaxtı Berlində saxlanılır və əvvəlcə Osmanlının paytaxtı Konstantinopolda (indiki İstanbul) Prussiya səfiri Baron Henrix Ditrix fon Dittsin (1790-cı illər) əşyalarının bir hissəsi idi. Fon Dits həmçinin, şərqşünas və əlyazma kolleksiyaçısı idi. Nihadinin "Divan"ının əlyazması doxsan dörd qəzəldən ibarətdir ki, onlardan səkkizi fars dilində tərtib edilmişdir.

Digər lüğətlərdə