Arif Nihat Asya
Arif Nihat Asya (7 fevral 1904, Çatalca ilçəsi, İstanbul ili – 5 yanvar 1975, Ankara) — Şair Yazar Müəllim Siyasətçi Cumhuriyyət dönəmi Türk şeirlərinin vacib təmsilçilərindəndir. Sadə bir üslubla milli dəyərləri və dini həyəcanlardan bəhs edən şeirlər yazıb. "Bayrak, Bir Bayrak Rüzgar Bekliyor, Fetih Davulları, Selimler, Kubbeler, Süleymaniye" ən tanınmış şeirləridir. "Bayrak" şeirinə görə Türk ədəbiyyatında "Bayrak şairi" olaraq da xatırlanır. Bir zamanalar TBMM'də millətvəkili olaraq işləmişdir.
== Həyatı ==
1904-cü ildə Çatalca'nın "İnceğiz" kəndində doğulub. Əsl adı Mehmet Arifdir. Tokatlı Zivər Əfəndi ilə Tırnovalı Zəhra Xanım'ın tək uşağı idi. Hələ uşağikən atası vəba xəstəliyindən vəfat edib. Anasın evlənib Filistin'e getməsinə görə üç yaşından etibarən qohumlarının yanında böyüdüldü.