NİK

ing. nickname – «təxəllüs» sözünün qı­saldılmış variantı

NİGAHBAN
NİKAH
OBASTAN VİKİ
Nik
Ləqəb — İnsanlara öz adından sonra xitab edilən amil. Nik (ing. nickname /nık/neım — "ləqəb", orta əsr üngilis dilində an eke name — "digər ad", "a nick name"). Həmçinin internetdə istifadəçilərin bloq, veb-forumlarda, çatlarda və digər yerlərdə istifadə etdikləri şərti ad.
Nik Beytman
Nik Beytman — məşhur Kanadalı model və aktyor. == Həyatı == Nik Beytman 18 noyabr 1986-cı ildə Kanadanın Burlinqton şəhərində anadan olub. 4 yaşından karate ilə məşğul olmuşdur. Bir çox nailiyyətləri vardır. Kanadanın Vankuver şəhərindəki Capilano universitetini bitirdikdən sonra 20 yaşında şəxsi karate məktəbini açmışdır. Modellik karyerası ilə əlaqədar olaraq bir müddət İtaliyanın Milan şəhərində yaşamışdır. == Şəxsi məlumatlar == Boyu = 193 sm Gözləri = qəhvəyi Saç rəngi = qəhvəyi == Filmoqrafiyası == == Mənbələr == Rəsmi Saytı Arxivləşdirilib 2020-01-12 at the Wayback Machine Rəsmi İnstagram Səhifəsi Rəsmi Twitter Səhifəsi Nick Bateman — Internet Movie Database saytında.
Nik Conas
Nikolas "Nik" Cerri Conas (ing. Nicholas Jerry "Nick" Jonas, 16 sentyabr 1992) — Amerikalı müğənni və aktyor, Jonas Brothers qrupunun üzvü. == Həyatı == Nik Conas 1992-ci ildə ABŞ-nin Texas ştatının Dallas şəhərində dünyaya gəlmişdir. O uşaqlıqdan musiqi alətlərinə maraq göstərmişdir. Özləri də sənət adamları olduqlarına görə valideynləri Nikə həmişə dəstək olmuşlar. Nik artıq 6 yaşında istedadlı aktyor kimi tanınmışdır. O, şəkər xəstəliyindən əziyyət çəkdiyinə görə insulindən asılı həyat tərzi sürür. Qardaşları Kevin Conas və Co Conas ilə o, gənclər arasında məşhur olan Jonas Brothers rok qrupunu yaratmışdır və özünə Mr. President ləqəbini götürmüşdr. Nik 2007-ci ildə "Geri Board Conni Kapahala" filmində rol almışdır.
Nik Diaz
Nikolas Diaz (tam adı: Nikolas Robert Diaz, ing. Nickolas Robert Diaz; 2 avqust 1983 və ya 3 avqust 1983, Stokton, Kaliforniya) — Meksika əsilli ABŞ UFC döyüşçüsü. Nikolas Diaz özünə verdiyi "Nik Diaz" (ing. Nick Diaz) ləqəbiylə məşhurdur.
Nik Hecler
Nik Korri
Nik Korri (ing. Nick Corri; 6 oktyabr 1963, Nyu-York, Nyu-York ştatı) — Kuba əsilli ABŞ Aktyorudur. Daha çox "Hyu Qarsiya" adı ilə məşhurdur. Film karyerasında ən uğurlu filmi Qarağac küçəsində qarabasma filmi olub.
Nik Nolti
Nikolas Kinq Nolti (ing. Nicholas King Nolte; 8 fevral 1941[…], Omaha, Nebraska) — ABŞ aktyoru.
Nik Uillinq
Nik Uillinq (ing. Nick Willing; 1961, London) — Böyük Britaniya rejissoru, ssenari müəllifi və prodüseridir.
Nik Vuyiçiç
Nik (Nikolas) Vuyçiç (serb. Ник Вујичић; ing. Nicholas James Vujicic; 4 dekabr 1982, Melburn) — xristian vaizi. Nik Vuyçiç nadir hallarda rast gəlinən irsi xəstəlik - tetraameliya sindromu ilə ( aşağı və yuxarı ətrafların anadangəlmə olmaması) doğulmuşdur. Uşaqlıqda öz əlilliyi haqqında narahat olaraq, o əhatə edənlə öz təcrübəsiylə bölüşərək və dünyada tanınmış motivasiya yönümlü orator olub öz çatışmazlığıyla yaşamağı öyrənib. Onun çıxışları məhdudlaşdırılmış imkanlarla uşaqlara və gənclərə yönəldilmişdir, onlarda aktivləşməyə ümiddə həyatın mənasının axtarışı. Nik Vuyçiç:mənim missiyam-insanlara həyatda öz yollarını tapmaqda yardım etməkdir. == Bioqrafiya == 4 dekabr 1982-ci ildə serb mühacirlərinin ailəsində Brisben şəhərində doğulub və nadir patologiyaya malik idi: oğlanda məhdudluqlar iştirak etməyirdi — hər iki əl və hər iki ayaq (iki barmaqla bir pəncə qismən olurdu, oğlana gələcəkdə getməyi, üzməyi, skeyt bordda gəzməyi, kompüter oyunları oynamağı və yazmağı öyrənməyə icazə vermiş). Fiziki çatışmazlıqlara baxmayaraq, oğlan sağlam doğuldu və Viktoriya ştatın qanunu dəyişilən kimi valideynləri qərara aldılar ki, onların oğulu Vuyçiç adi məktəbə getməyə başlasın. 1990-cı ildə, öz fiziki çatışmazlıqları haqqında güclü narahat olaraq, oğlan intihar etməyə çalışdı, amma zamanla anladı ki, həyatda onun nailiyyətləri əhatə edənlərə ilham verə bilər.
Nik Vuyçiç

Nik Yanqquest
Nik Yanqquest (ing. Nick Youngquest) (doğ. tarixi 28 iyul 1983 Sidney, Yeni Cənubi Uels) — avstraliyalı peşəkar reqbi liqasının futbolçusu, Castleford Tigers komandasında oynayır. O əvvəllər Crusaders RL, Gateshead Thunder, Cronulla, Illawarra Dragons, Penrith Panthers və Bulldogs klublarında oynayırdı. O sağ cinahda oynayır. Nik həmçinin avstraliyalı model hesab olunur. 2006-cı ildə o digər oyunçularla birgə təqvim üçün çılpaq şəkillər çəkmişdir. Şəkillərdən yığılan gəlir döş xərçənginin tədqiqinə istifadə edilmişdi. Ancaq bu idman arenalarında bir sıra mübahisələrə səbəb olduğundan, Nik öz çılpaq fotosessiyalarını davam etdirdi, onun homoseksual jurnallarda çəkdirdiyi bir çox şəkilə görə onu hətta gey-ikona adı da verilmişdir. 2007-ci ilin sonunda, Yanqquest Wests Tigers komandası ilə bir illik kontrakt imzaladı, bu onun 6 il ərzində artıq 4-cü klubu idi == Həyatı == Nik Yanqquest Sidneydə, Yeni Cənubi Uels ştatında anadan olmuşdu.
Nik Hekkerup
Nik Hækkerup (3 aprel 1968, Fredensborq[d], Danimarka paytaxt bölgəsi[d]) — 2019–2022-ci illərdə Frederiksen Nazirlər Kabinetində ədliyyə naziri vəzifəsində çalışmış danimarkalı yazıçı və Sosial Demokratların siyasətçisidir O, daha öncələri müdafiə naziri, səhiyyə naziri kimi vəzifələrdə də çalışıb. O, həmçinin Avropa İttifaqının siyasəti və Danimarka siyasəti haqqında bir sıra kitabların müəllifidir.
Nik Hækkerup

Hüdudsuz (Nik Vuyiçiç)
Hüdudsuz: İnanılmaz gözəl həyata çağırış (ing. Limitless: Devotions for a Ridiculously Good Life) — Nik Vuyiçiçin psixoloji-motivasiya mövzusunda yazdığı əsər. == Məzmun == Nik Vuyiçiç – Dünyaca məşhur motivasiya ustası, bestseller kitablar müəllifi. Əlsiz-ayaqsız doğulmağına baxmayaraq, iki ali təhsil alıb, qolf oynayır, dənizdə üzür, sörfinqlə məşğul olur, kompüterdə yazır, bir sözlə, dolğun həyat yaşamağı bacarır. Kitabları və çıxışları sayəsində milyonlarla insanın ümid mənbəyi olmuşdur. Xoşbəxt ailəsi var, iki uşaq atasıdır. Tanrıya sual verdim ki, məni niyə belə yaratdın? Dedi: Mənə güvən! Nik bu dünyada Tanrının insan həyatı üçün cızdığı plana inanmağı hər şeydən üstün tutur. O, Tanrının hər bir insan övladına bəxş etdiyi hüdudsuz sevgi və gücü anlamaqla fiziki məhdudiyyətinin yaratdığı bütün çətinliklərin, dərin psixoloji sıxıntıların öhdəsindən gəlmiş və inanılmaz xoşbəxt həyat yaşamağa nail olmuşdur.
Nik O'Melli
Nikolas Eduard O'Melli (5 iyul 1985, Şeffild, Yorkşir və Hamber[d]) – İngiltərəli musiqiçi. Rok qrupu Arctic Monkeys-in bas gitaraçısı və bek-vokalistidir.
Ato, Kaz və Nik
Ato, Kaz və Nik və ya Sferiklər – 2002-ci ildə Yaponiya və Cənubi Koreyada baş tutmuş futbol üzrə dünya çempionatının rəsmi talismanları. == Tarix == Ato, Kaz və Nik kompüter animasiyası ilə yaradılmış ilk talismanlar idi və onların dünya çempionatına futuristik hava qatmaları gözlənilirdi. Əvvəlki dünya çempionatlarının sevimli talismanlarından fərqli olaraq onlar daha "qorxunc" görkəmə malik idilər. Hətta FİFA balaca uşaqların onlardan qorxa biləcəyini etiraf etmişdir.Talismanlar 1999-cu ilin dekabrında tanıdılsalar da, adları 2001-ci ilin aprelində Seulda açıqlanmışdır. Adlar üçün Yaponiya və Cənubi Koreyadakı internet istifadəçiləri, eləcə də, McDonald's müştəriləri arasında sorğu keçirilmiş və sorğuda 980 mindən çox səs qeydə alınmışdır. == Təsvir == Ato, Kaz və Nik, müvafiq olaraq, narıncı, bənövşəyi və göy rəngdə olan personajlardır. Onlar Sferiklər adlı xəyali ailənin tikanbaşlı üzvləridir. Göyün yuxarı qatında yerləşən Atmozona adlı yerdə yaşayırlar və atmobol adlı futbol növünü oynayırlar. Ato məşqçidir, Kaz və Nik isə onun oyunçularıdır. Ato Atmozonanın kralı olan Elektronun oğludur.2002-ci ildə onlara həsr olunmuş "Sferiklər" adlı animasiya serialı yayımlanmışdır.
Adrian Nikolas Şervin-Vayt
Adrian Nikolas Şervin-Vayt (ing. Adrian Nicholas Sherwin-White; 10 avqust 1911 – 1 noyabr 1993) — İngiltərə akademiki və tarixçisi. O, qədim dünya üzrə ixtisaslaşmışdı. Şervin-Vayt Oksford Universitetinin Sent-Corc Kollecinin üzvü və Roma Araşdırmalarının Təşviqi Cəmiyyətinin prezidenti idi. Onun ən mühüm əsərləri arasında doktorluq dissertasiyası əsasında Roma vətəndaşlığının tədqiqi, Əhdi-cədidin Roma hüququ və cəmiyyəti baxış bucağından araşdırılması və Kiçik Plininin məktublarına şərh daxildir. == Əsərləri == === Kitablar === The Roman Citizenship (Oxford, 1939, revised 1973). Ancient Rome (London, 1959, revised 1978). Roman Society and Roman Law in the New Testament (Oxford, 1963, based on the Sarum Lectures for 1960–1961). The Letters of Pliny: A Historical and Social Commentary (Oxford, 1966). Racial Prejudice in Imperial Rome (Cambridge, 1967, based on the J. H. Gray lectures for 1966).
Afanasi Nikitin
Afanasi Nikitin (XV əsr, Tver, Tver knyazlığı – 1475, Smolensk[…]) — XV əsr rus səyahətçisi və taciri. Afanasi Nikitin Hindistanda ilk dəfə оlmuş rus səyyahıdır. == Həyatı == Ruslar ХV əsrin I yarısında artıq bir sıra şərq ölkələri ilə ticarət əlaqələri yaratmışdılar. 1466-cı ildə Tverdən Xəzər dənizi arхasındakı ölkələrlə ticarət aparmaq üçün yоllanmış tacirlər əvvəllər uzaq ölkələrdə оlmuş, qərarı və savadı ilə sеçilən Afanasi Nikitini karvanbaşı sеçirlər. Həmin dövrdə Volqa aşağı aхında tatarlar tərəfindən tutulduğundan tacirlər Novqorodda birləşməklə qüvvələrini səfərbər еtdilər. Buna baхmayaraq Həştərxan yaхınlığında tatar хanı Qasımın adamları tərəfindən qarət еdilirlər. Şamaхı səfirinin gəmisində оlan Afanasi Nikitin хilas оlur. О, Bakıya yоla düşür və bir müddətdən sоnra İranın ən qədim şəhərlərindən biri оlan Rey şəhərinə çatır. 1469-cu ildə İrana məхsus Hörmüz limanında müvəqqəti məskunlaşan A.Nikitin yazır: "Burada dünyanın hər yеrindən adamlar var, Hörmüzdə nə istəsən tapmaq mümkündür." Hörmüzdə bir ay qalmaqla aparılan ticarətlə yaхından tanış оlan A.Nikitin Hindistanda atlara yüksək qiymət vеrildiyini öyrənərək bir nеçə at almaqla bu ölkəyə üzür. Bir ay yarım üzməklə о, Bombey şəhərindən cənubda Çayl limanında Hindistana qədəm basır.
Aleksandar Nikolov
Aleksandar Nikolov (18 iyun 1992) — Bolqarıstanlı üzgüçü. Aleksandar Nikolov Bolqarıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etmişdir. == Karyerası == Aleksandar Nikolov birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.08 saniyəlik nəticəsi ilə 41-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Aleksandr Nikitin
Aleksnadr Nikitin — Ukrayna aktyoru. == Həyatı == 30 noyabr 1971-ci ildə Latviyanın Skrunda şəhərində, hərbçi ailəsində anadan olub. 1983-cü ildə ailəsi ilə birgə Ukryanaya köçüb. Xarkov Dövlət İncəsənət İnstitutunun teatr fakultəsini bitirib. Xarkovda Puşkin adına, Donetskdə Artyom adına rus dram teatrının aktyoru, həmçinin Kiyevdə milli rus dram teatırında çalışıb.
Aleksandr Nikolayeviç İvanov
Aleksandr Nikolayeviç İvanov (10 yanvar 1951, Suntar ulusu, Yakutiya MSSR) — sovet sərbəst güləşçisi, olimpiya oyunlarının gümüş medalçısı, dünya və Avropa mükafatçısı, dəfələrlə SSRİ çempionu. Əməkdar idman ustası (1976). Yakutiya MSSR əməkdan məşqçisi. == Bioqrafiyası == 1951-ci ildə Yakutiyada doğulmuşdur. İlk əvvəl 1966-cı ildə sərbəst güləşlə məşğul olur.. 1968-ci ildə «Hərbi birləşmələr», 1969 ildə «Məhsul», 1970 ildən isə «Spartak» (Yakutiya) kulublarında yarışmışdır. 1970 ildən Alma-Atıya köçmüş və Qazax dövlət bədəntərbiyəsi institutunu təmsil edir. == İdman naliyyətləri == 1970-ci ildə SSRİ sərbəst güləş üzrə ölkə çempionatında 6 yeri tutur. 1972 ildə «Burevestnik», 1972 ildən karyerasının sonuna qədər «Hərbi birləşmələr» klubunda davsm etdirmişdir. 1972 və 1973-ci illərdə keçirilən SSRİ sərbəst güləş üzrə ölkə çempionatlarında ikinci yeri tutur.
Aleksey Nikolayev (oxatan)
Aleksey Nikolayev (24 aprel 1987) — Rusiyalı oxatan. Aleksey Nikolayev Rusiyanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Aleksey Nikolayev birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 120-ci yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Aleksey Nikolayeviç Romanov
Aleksey Nikolayeviç Romanov (rus. Алексе́й Никола́евич) - Rusiya imperiyasının sonuncu çarı II Nikolayın və onun həyat yoldaşı Aleksandra Fyodorovnanın yeganə oğlu.
Alla Nikolayenka
Alla Nikolayenka (azərb. Nikolayenka Alla Alekseyevna) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == Alla Nikolayenka 1972-ci ildə anadan olub. Salyan qazarmasının yaxınlığındakı "Krasnı Vostok" hərbi şəhərciyində atası ilə birlikdə yaşayırdı. Atası Aleksey hərbçi idi. Yanvarın 20-si hərbi xidməti ilə əlaqədar olaraq onların ailəsi Almaniya Demokratik Respublikasına getməliydi. Yanvarın 19-u axşam atası bununla bağlı hazırlıq görürdü. Alla isə şəhərdən heç getmək istəmirdi. Atası Aleksey Allasız şəhəri tərk etməli olur.
Anastasiya Nikolayevna
Anastasiya Nikolayevna Romanova (rus. Анастасия Николаевна; 18 iyun 1901, Peterhof, Sankt-Peterburq quberniyası[d] – 17 iyul 1918[…]) — Rusiya imperiyasının sonuncu çarı II Nikolayın və onun həyat yoldaşı Aleksandra Fyodorovnanın qızı.
Anastasiya Nikolayevna Romanova
Anastasiya Nikolayevna Romanova (rus. Анастасия Николаевна; 18 iyun 1901, Peterhof, Sankt-Peterburq quberniyası[d] – 17 iyul 1918[…]) — Rusiya imperiyasının sonuncu çarı II Nikolayın və onun həyat yoldaşı Aleksandra Fyodorovnanın qızı.
Andaman və Nikobar adaları
Andaman və Nikobar adaları (hind अंडमान और निकोबार द्वीप; ing. Andaman and Nicobar Islands) — Hindistanın bir hissəsi olaraq adalar birliyi ərazisidir. İnzibati mərkəz və ən böyük şəhəri Port Blerdir. Əhalisi 379 944 nəfər təşkil edir (2011). == Coğrafiya == Sahəsi 8249 km²-dir (Birlik əraziləri arasında 1-ci yeri tutur). Ərazi Hind okeanına daxil olan Benqal körfəzinin cənub-şərq hissəsində yerləşir. Onuncu Dərəcə boğazı ilə ayrılan iki adalar qrupundan ibarətdir (Andaman adaları və Nikobar adaları) ibarətdir. Adaların ümumi sayı 570-ə yaxındır, onlardan 550-i Andaman adalarına aiddir. Ərazidə olan adaların 40-a yaxınında yaşayış vardır. Bunlkardan 26-sı Andaman adaları qrupuna daxildir..
Andriyan Nikolayev
Andriyan Nikolayev (ing. Andriyan Grigoryevich Nikolayev, rus. Андриян Григорьевич Николаев; 5 sentyabr 1929[…], Şorşel[d], Çuvaşıstan MSSR[d] – 3 iyul 2004, Çeboksarı) — SSRİ təyyarəçi-kosmonavtı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı (1962, 1970), aviasiya general-mayoru (1970), texnika elmləri namizədi, Sovet İttifaqı Kommunist Partiyası-nın üzvü (1957), Çuvaş == Həyatı == 5 sentyabr 1929-cu ildə doğulub. 3 iyul 2004-cü ildə vəfat edib.
Antonio Nikolas Düşen
Antuan Nikola Düşen (fr. Antoine Nicolas Duchesne; 7 oktyabr 1747, Versal – 18 fevral 1827, Paris) — fransız botaniki. Qaytarma (Duchesnea Sm.) bitki cinsinin latınca adı Düşenin şərəfinə adlandırılıb. == Əsərləri == Manuel de botanique, contenant les propriétés des plantes utiles, 1764 Essai sur l’histoire naturelle des courges paru dans l’Encyclopédie méthodique de Jean-Baptiste de Lamarck 1764. Histoire naturelle des fraisiers contenant les vues d'économie réunies à la botanique et suivie de remarques particulières sur plusieurs points qui ont rapport à l'histoire naturelle générale, Didot jeune, Paris 1766 Le Jardinier prévoyant, contenant par forme de tableau, le rapport des opérations journalières avec le temps des récoltes successives qu'elles préparent. 11 vols. P. F. Didot jeune, Paris 1770-1781 Sur la formation des jardins, Dorez, Paris 1775. Le Porte-feuille des enfans, mélange intéressant d'animaux, fruits, fleurs, habillemens, plans, cartes et autres objets.... Mérigot jeune, Paris, [n.d., probably 1784]. Le Livret du ″Porte-feuille des enfans″, à l'usage des écoles...
Antuan Nikola Düşen

Arximandrit Nikiforun Bibliya ensiklopediyası
Arximandrit Nikiforun Bibliya ensiklopediyası (rus. «Иллюстрированная полная популярная Библейская энциклопедия») — 1891-ci ildə nəşr olunmuş Bibliya ensiklopediyası. Müəllifi arximandrit Nikifordur.
Asen Nikolov
Asen Nikolov (bolq. Асен Николов 5 avqust 1976, Plovdiv) — Bolqarıstan futbolçusu. == Həyatı == Asen Nikolov 5 avqust 1976-cı ildə Bolqarıstanın Plovdiv şəhərində anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Maritsa Plovdiv, Levski Sofiya, Slaviya Sofiya, Turan Tovuz, Partizan, Bakı, Qəbələ. 2009-cu ildən Slaviya Sofiyada çıxış edir. == Uğurları == Üçqat Bolqarıstan çempionu (Levski Sofiya — 2001, 2002, 2003) Bolqarıstan kubokunun ikiqat qalibi (Levski Sofiya — 2002, 2003) Azərbaycanın ən yaxşı futbolçusu (Turan Tovuz — 2005).
Ayos-Nikolaos (Lasition)
Ayos-Nikolaos, həmçinin Aqios-Nikolaos (yun. Άγιος Νικόλαος), gündəlik həyatda Ayos istifadə olunur (Άγιος) – Yunanıstanda şəhər, inzibati mərkəzi eyniadlı icmadır (dima) və Krit periferiyasında periferiya vahidi Lasitiondur. Kritin şimal sahillərində yerləşən Mirabelon Körfəzinin qərb tərəfində yerləşən İerapetra şəhəri (36 km) şimalındakı Heraklion adasının paytaxtı və Sitiya şəhərinin (73 km) qərbindəki 63 km şərqdə yerləşir. Şəhərin adı Ayos-Nikolaos Körfəzində yerləşən Bizans kilsəsindən gəlir. Ən qədim adı — Mandraki (Μαντράκι). Kəndlilər arasında işlədilən ən məşhur adı — Yalos (Γιαλός). 2001-ci ildə siyahıya alınmaya əsasən əhalinin sayı 11.421 nəfərdir.
Azərbaycan–Nikaraqua münasibətləri
Azərbaycan–Nikaraqua münasibətləri — Azərbaycan Respublikası ilə Nikaraqua Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin noyabr ayının 23-də qurulmuşdur. 2004-cü il martın 1-də Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayev Nikaraqua Respublikasının həmin ölkədəki səfiri S.Stadzaqeni qəbul etmişdir. S.Stadzaqen BMT Baş Assambleyasının 2005-ci ildə keçiriləcək 60-cı Sessiyasında Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərdə Nikaraquanın namizədliyinin dəstəklənməsi ilə bağlı nota təqdim etmişdir.
Baraxov, İsidor Nikiforoviç
İsidor Baraxov (İvanov) (rus. Исидор Никифорович Барахов (Иванов); 31 yanvar 1898 – 15 sentyabr 1938, Kommunarka poliqonu[d]) — sovet dövləti xadimi, XX əsrin əvvəllərində Yakutiyanın ictimai-siyasi xadimi, vətəndaş müharibəsinin iştirakçısı. Maksim Ammosov və Platon Oyunski ilə birlikdə RSFSR-in tərkibində Yakutiya ASSR-in yaradıcılarından idi. == Həyatı == 31 yanvar (12 fevral), 1898-ci ildə Yakutiya vilayətinin Verxnevilyui ulusunun Xarbalax nasleqində varlı bir kəndli-maldar ailəsində anadan olmuşdur. 1914-cü ildə Verxnevilyui kənd ibtidai məktəbini bitirmişdir. Yakutiya şəhərindəki müəllimlər seminariyasında oxuduğu müddət Y. M. Yaroslavski ilə tanış olmuş və onun inqilabi dərnəyində iştirak etmişdir. 1917-ci ilin sentyabrından RSDİPüzvüdür. Rusiya Kommunist Partiyası (b) Yakutya quberniyası, Vilyuy rayon bürosunun katibi (1920–1922), YaASSR Xalq Komissarları Sovetinin sədri (1922–1924), Ümumittifaq Kommunist Partiyası (b) Yakutiya Vilayət Komitəsinin birinci katibi (1926–1928). Millət vəkili, sonra — ÜKP (b) Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin Şərqi Sibir və Uzaq Şərq sektorunun müdiri (1933–1938). Partiyanın X, XII, XV qurultaylarının nümayəndəsi, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin YMİK-nin üzvü seçilmişdir.
Ben Nikolson
Ben Nikolson (10 aprel 1894, Denhem — 6 fevral 1982, London) — ingilis rəssam. == Həyatı == Ben Nikolson 1894-cü ildə İngiltərənin Denhem şəhərində Villiam Nikolson və Meybl Praydın oğlu kimi andan olmuşdur. Qardaşı Nansi Nikolson olmuşdur. 1896-cı ildə ailəsi ilə Londona köçmüşdür. Londonda Tittenhaqqar məktəbində təhsilinə başlamışdır. Daha sonra Qreshem məktəbinə keçmişdir. İncəsənət təhsilinə Slayd İncəsənət məktəbində tamamlamışdır və bu dövrdə Paul Naş, Stenli Spenser, Mark Qertler, Edvard Vardsvord kimi incəsənət xadimləri ilə tanış olmaq fürsətini əldə etmişdir. İlk evliliyini 1920-ci ildə Vinifred Roberts ilə etmişdir. Ondan olan 3 uşağından ortancılı olan Keyt Nikolson da rəssam olmuşdur. 1938-ci ildə ondan boşanaraq heykəltaraş Barbara Hepvort ilə ailə həyatı qurmuş və ondan da 3 uşağı (Sara, Reyçl və Simon) olmuşdur.
Birinci Nikeya Kilsə Məclisi
Ekumenik Kilsə Məclislərinin birincisi olan Nikeya Kilsə Məclisi 325'ci ildə imperator Konstantin'in dəstəyi ilə Nikeya şəhərində Senatus sarayında baş tutdu. Məclisin müzakirə mövzusu Arius adlı Şimali Afrikalı yepiskopun fikirləri haqqında idi. Xristian dünyasında nüfuz sahibi olan bir çox yepiskop və kilsə atası bu məclisdə iştirak etdi. Onların arasında tarixçi Eusebius, Santa Klaus kimi tanıdığımız Nikolas və başqaları var idi. Məclisin müzakirəsini anlamaq üçün Xristianlıqda İsa Məsihin İlahi kimliyi məsələsini açıqlamaq lazımdır. Xristianlar üçün İsa Məsih, Tanrı kəlamının bədən (insan forması) almış halıdır. Yuhanna 1:14'də deyildiyi kimi -başlanğıcda dünyanı yaradan Tanrı kəlamı "bir bədən alıb aramızda yaşadı". Arius da daxil olmaqla bütün yepiskoplar bu görüşü qəbul edirdilər. Onların fikirlərinin ayrı düşdüyü yer kəlamın təbiəti ilə əlaqədar idi. Ariusa görə Tanrı kəlamı əzəli deyildi və yaradılmışdı.
Birinci Nikeya məclisi

Böyük Nikobar
Böyük Nikobar (ing. Great Nicobar, hind बड़ा निकोबार) — Nikobar adaları arxipelaqının ən böyük adası. Adanın sahəsi 1045 km²-dir, bu isə arxipelaq ərtazisinin yarıdan çoxu deməkdir. Ada Sumatra adasından 100 km şimal-qərbdə yerləşir. == Coğrafiyası == Ərazisinin 85 % cəngəlliklərlə örtülüdür. Burada eyni adlı biosfer qoruğu yerləşir. Burada olan bir çox bitki və heyvan növləri ancaq Nikobar adalaerında və Böyük Nikobar adasında müşahisdə edilir. Adanın ən cənub nöqtəsi İndira burnudur. Bura həmdə Hindistanın ən cənub nöqtəsidir. Ən hündür zirvəsi Tuler dağıdır (642 M).
Cek Niklaus
Cek Niklaus (ing. Jack Nicklaus; d. 21 yanvar 1940; Kolumbus, ABŞ) — Qolf ustası, qolfçu. Karyerasında 18 çempionluq yaşayan Niklaus, müxtəlif fəxri adlara layiq görülmüşdür. İdmana 21 yaşında başlamış, 2005-ci ildə karyerasını bitirmişdir. == Karyerası == Amerikalı peşəkar qolf ustası, qolfçu Cek Niklaus "Qızıl ayı" ləqəbi ilə böyük turnirlərdə qazandığı 18 birincilik, 19 ikincilik, 9 üçüncülük qolf tarixinin ən müvəffəqiyyətli oyunçusu olaraq qəbul edilir. PGA çempionatında 73 birincilik qazanmışdır. Cek Niklaus 1963, 1965, 1966, 1972, 1975, 1986-cı illərdə Masters çempionluğu əldə etmişdir. Turnirin ən müvəffəqiyyətli oyunçusudur. Turniri iki il dalbadal qazanan üç oyunçudan biri olan Cek Niklaus, 1972-ci ildə turniri çempion olaraq bitirmişdir.
Cek Nikolson
Cek Nikolson (ing. John Joseph "Jack" Nicholson 22 aprel 1937, Nyu-York) — məşhur ABŞ kinoaktyoru, 3 Oskar mükafatı sahibi. 76 filmdə rol almışdır. == Həyatı == 2013-cü ildə yaddaşının pozulması səbəbindən öz karyerasına son qoymuşdur. Onun bu addımından əvvəl son çəkildiyi film rejissor Ceyms Bruksun "Necə bilmək olar?" (2010) filmi olub.

Digər lüğətlərdə

залесённый ли́говый отдирижи́ровать пенкоснима́тель светло-се́рый све́чкой у́мненький цепо́чкой австри́йка забурча́ть кто в лес, кто по дрова́ нефели́н сын бишоф лызла -ance Euro excusatory foraminate isolationism loco-descriptive pyro rheotaxis Tana закрутиться