NİKAHSIZLIQ
NİKARAN
OBASTAN VİKİ
Azərbaycan–Nikaraqua münasibətləri
Azərbaycan–Nikaraqua münasibətləri — Azərbaycan Respublikası ilə Nikaraqua Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin noyabr ayının 23-də qurulmuşdur. 2004-cü il martın 1-də Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayev Nikaraqua Respublikasının həmin ölkədəki səfiri S.Stadzaqeni qəbul etmişdir. S.Stadzaqen BMT Baş Assambleyasının 2005-ci ildə keçiriləcək 60-cı Sessiyasında Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərdə Nikaraquanın namizədliyinin dəstəklənməsi ilə bağlı nota təqdim etmişdir.
Kosta-Rika–Nikaraqua münasibətləri
Kosta-Rika–Nikaraqua münasibətləri — Kosta-Rika Respublikası ilə Nikaraqua Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Sərhəd problemi == Kosta-Rika ilə Nikaraqua arasında ensiz sərhəd zolağı uğrunda mübahisələr uzun illər davam etmişdir. 100 ildən artıq davam edən həmin mübahisə 2008-ci ildə silahlı toqquşma müstəvisinə keçmişdir. Belə ki, həmin il "Google Maps"ın xəritəsində mübahisəli ərazi Nikaraquanın tərkibində göstərmişdir. Dərhal nikaraqualılar əraziyə silahlı dəstələr göndərərək, ərazini nəzarətə götürmüşlər. Cavab olaraq kosta-rikalılar da əraziyə öz hərbi dəstələrini yerləşdirmişlər. Bundan sonra "Google" rəsmisi şirkətin xəritəçəkənlərinin 2,7 kilometrlik ərazini səhv göstərdiklərini bildirmişdir. Nikaraqualılar şirkətin üzrünü qəbul etsələr də, qoşunlarını ərazidən çıxartmaqdan imtina etmişlər. Nəticədə Nikaraqua həmin mübahisəli əraziyə nəzarət etməyə davam etmişdir.
Nikara qala kompleksi
Никарa (çeç. Никара) — Çeçenistan Respublikasının orta əsr memarlığının ən yaxşı qorunan abidələrindən biri, qədim qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XII əsrə aid edilir. == Coğrafiyası == Kompleks Çeçenistan Respublikasının cənub-qərbində,Qalançoj rayonunun dağlıq ərazisində keçmiş Nikaro kəndində yerləşir. Qala üç tərəfdən dağ silsilələri ilə əhatələnmiş Nikar-exk çayının iki qolunun qovşağında dar, əlçatmaz qayalı silsilədə ucaldılmışdır. Qala kompleksi dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşir. == Tarixi == Qala memarlığı Çeçenistanın dağlıq bölgələrində ən yüksək inkişafa çatdı. Bu, xüsusilə orta əsrlər memarlığının zirvəsi olan müdafiə qalalarının memarlığında özünü büruzə verirdi. Nikara ayrıca XIV əsrə aid ayrı bir qala kompleksidir. Terloyev dərəsinin yüksək dağlıq bölgəsində yerləşir.
Nikaraqua
Nikaraqua (rəsmi adı: Nikaraqua Respublikası) — Mərkəzi Amerikada dövlət. Sahəsi (129,495 km²). Ölkə, şimaldan Honduras, cənubdan Kosta-Rika ilə həmsərhəddir. Ölkə qərbdən Sakit okean, şərqdən isə Karib dənizi ilə əhatə olunmuşdur. Ən böyük gölü Nikaraqua gölüdür. 11 ilə 14 dərəcə şimal paralelləri arasında yerləşən Nikaraquanın paytaxtı Manaqua şəhəridir. Ölkə əhalisinin təxminən 1/5-i bu şəhərdə yaşayır. Nikaraquanın prezidenti 2008-ci ildən Daniel Orteqodur. == Tarixi == 1502-ci ildə Xristofor Kolumb tərəfindən Nikaraqua sahilləri kəşf edildiyi vaxt ölkədə Miskitolar kimi bir çox yerli qəbilə var idi. İşğalçılar Francisco Hernandez də Kordova, Qranada və Leonda 1524-cü ildə bir yerləşmə mərkəzləri qurdu.
Nikaraqua Kampaniyası Medalı
Nikaraqua Kampaniyası Medalı (ing. Nicaraguan Campaign Medal) — 22 sentyabr 1913-cü il tarixində Vudro Vilsonun sərəncamı ilə səlahiyyətləndirilən ABŞ dəniz piyadaları korpusunun kampaniya medalı. Daha sonra səlahiyyətləndirilən İkinci Nikaraqua Kampaniyası Medalı, 8 noyabr 1929-cu il tarixində ABŞ Konqresinin qanunu ilə icazə verilmişdir. Mükafatların ikisi də, iki ayrı medal olaraq hesab edilirdi. Orijinal medal əsasən "Birinci Nikaraqua Kampanyası Medalı" olaraq bilinirdi. == Birinci Nikaraqua Kampaniyası Medalı == Birinci Nikaraqua Kampaniyası Medalı, 1912-ci ilin 29 iyul–14 noyabr tarixləri arasında Nikaraquada keçirilən hərbi əməliyyətlarda fəaliyyət göstərən ABŞ dəniz piyadaları korpusu əsgərlərini tanıya bilmək üçün yaradılmışdır. Aşağıdakı dəniz hərbi dəniz komandanlıqları bu medal layiq görülmüşdür: USS Annapolis (kanoner qayığı) USS Kalifornia (zirehli kreyser) USS Klivlend (mühafizəli kreyser) USS Kolorado (zirehli kreyser) USS Glavier (anbar gəmisi) USS Denver (mühafizəli kreyser) USS Merilend (zirehli kreyser) USS Takoma (mühafizəli kreyser)Birinci Nikaraqua Kampaniyası Medalının mərkəzində göldən yüksələn bir vulkan, kənarlarında "Nikaraqua Kampaniyası" sözləri və "1912" tarixi təsvir edilmişdir. Medal, iki qalın mavi zolaqlı qırmızı bir lentdən asılmışdır. Hər medalın əks tərəfində, laurentin şöbəsinə bağlı olaraq bir Donanma və ya Dəniz Piyadaları kreş olur. == Həmçinin Bax == İkinci Nikaraqua Kampaniyası Medalı Haiti Kampaniyası Medalı Dominikan Kampaniyası Medalı == İstinadlar == == Xarici Keçidlər == ""Nicaraguan Campaign Medal"" (ingilis).
Nikaraqua Mərkəzi Bankı
Nikaraqua Mərkəzi Bankı (isp. Banco Central de Nicaragua) — Nikaraquanın mərkəzi bankı. == Tarixi == Bank 1960-ci il tarixində qurulmuş və 1 yanvar 1961-ci il tarixində fəaliyyətə başlamışdır.
Nikaraqua Politexnik Universiteti
Nikaraqua Politexnik Universiteti (isp. Universidad Politecnica de Nicaragua — UPOLI) — Nikaraquanın paytaxtı Manaqua şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1967-ci ildə qoyulmuşdur.
Nikaraqua Prezidenti
Nikaraqua Prezidenti (isp. Gobernantes de Nicaragua) — Nikaraquanın dövlət başçısı. Nikaraqua prezidenti 5 ildən bir seçilir. Hazırda Nikaraquanın prezidenti Daniel Orteqodur.
Nikaraqua Respublikası
Nikaraqua (rəsmi adı: Nikaraqua Respublikası) — Mərkəzi Amerikada dövlət. Sahəsi (129,495 km²). Ölkə, şimaldan Honduras, cənubdan Kosta-Rika ilə həmsərhəddir. Ölkə qərbdən Sakit okean, şərqdən isə Karib dənizi ilə əhatə olunmuşdur. Ən böyük gölü Nikaraqua gölüdür. 11 ilə 14 dərəcə şimal paralelləri arasında yerləşən Nikaraquanın paytaxtı Manaqua şəhəridir. Ölkə əhalisinin təxminən 1/5-i bu şəhərdə yaşayır. Nikaraquanın prezidenti 2008-ci ildən Daniel Orteqodur. == Tarixi == 1502-ci ildə Xristofor Kolumb tərəfindən Nikaraqua sahilləri kəşf edildiyi vaxt ölkədə Miskitolar kimi bir çox yerli qəbilə var idi. İşğalçılar Francisco Hernandez də Kordova, Qranada və Leonda 1524-cü ildə bir yerləşmə mərkəzləri qurdu.
Nikaraqua bayrağı
Nikaraqua bayrağı — Nikaraquanın Dövlət bayrağı
Nikaraqua etirazları (2018)
Nikaraqua etirazları — 18 aprel 2018-ci il tarixində Nikaraqua Respublikasının müxtəlif şəhərlərində başlayan etiraz aksiyaları dalğası. Aksiyaların beşinci günündə ümumi olaraq, 30 nəfər həlak olmuşdur. Hadisələrin nəticəsi olaraq, 2007-ci ildən bəri ölkənin prezidenti olan Daniel Orteqa gələcək islahatları ləğv etmişdir. Bu hərəkətlərə cavab olaraq, müxalifət illərlə davam edən siyasi repressiyalara baxmayaraq, Orteqanın vəzifədən azad olmasını tələb etmiş və prezidenti devirmək üçün etiraz aksiyalarına qoşulmuşdur. Etiraz aksiyaları dalğası Orteqa hakimiyyətində baş verən ən böyük etiraz aksiyaları, Nikaraqua inqilabından sonra ölkədə baş verən ən ölümcül mülki münaqişə olmuşdur.İğtişaşın bir nəticəsi olaraq, Nikaraqua ictimaiyyəti, eləcə də beynəlxalq qurumlar növbəti prezident seçkilərinin daha erkən keçirilməsini tələb etmişdir. Avropa İttifaqı bu hərəkəti dəstəkləyir. == Arxaplan == === Pensiyalar === Etiraz aksiyalarının ilkin mərhələsi 2013-cü ilin iyun ayında ölkənin 750 həftədən az iş görmüş yaşlı əhalisi Nikaraqua Sosial Təhlükəsizlik İnstitutunun pensiyaların verilmə kriteriyalarının yüngülləşdirməsini tələb edəndə başlamışdı. Tezliklə, tələbələr və gənclər də onların aksiyalarına qoşulub. Etiraz aksiyalarının başlamasından bir neçə həftə sonra sülhsevər etirazçılar hərbiləşdirilmiş hökumət dəstələrinin üzvləri tərəfindən zorakılığa məruz qalıblar. Bu dəstənin Sandinista Gəncliyi təşkilatı ilə yaxın əlaqələri var idi.
Nikaraqua fələstinliləri
Nikaraqua fələstinliləri (ərəb. فلسطينيو نيكاراغوا‎; isp. palestino-nicaragüense) - Şimali Amerika qitəsində yerləşən Nikaraquada məskunlaşmış fələstin əsilli əhali. Nikaraqua fələstinliləri, ərəb diasporasının Mərkəzi Amerikadakı əsas qüvvələrindən hesab olunur və sayları 2.000 nəfərə yaxındır. == Tarixi == 1890-ci ildən, 1940-cı ilə qədər Nikaraquada yaşayan ərəb əsilli vətəndaşların ölkəyə gəlməsini məhdudlaşdıran müxtəlif qanunlar mövcud olsada, zamanla bir çoxu ləğv edilmişdir. Nikaraquada konkret nə qədər fələstinlilin yaşadığı məlum deyil. Əsas bilinən hadisələrdən biri Birinci Dünya Müharibəsinin sonlarına yaxın Osmanlı imperiyası nəzarətindəki ərazilərdə yaşayan 40 fələstinli ailənin ölkəyə gəlməsidir. 2000-ci ilin məlumatına görə Nikaraquada 500 ərəb əsilli ailə yaşayır və bu ailələrin mütləq əksəriyyəti fələstinlilərdən ibarətdir. Nikaraquaya gələn fələstinlilərin əksəriyyəti xristian dininə mənsub olan insanlar olmuşdur. İcmanın kiçik bir hissəsi müsəlmanlardan ibarətdir.
Nikaraqua gerbi
Nikaraqua gerbi — Nikaraqua dövlət rəmzi. 22 avqust 1823-cü ildə qəbul olunub.
Nikaraqua gölü
Nikaraqua gölü (isp. Lago de Nicaragua, Lago Cocibolca, Mar Dulce, Gran Lago, Gran Lago Dulce, və ya Lago de Granada) — Nikaraquanın ən iri gölü olaraq tektonik məşəllidir. Ərazisi 8624 km² təşkil edir. Şirinsululuğuna görə Latın Amerikası ölkələrində birinci, ümumi göllər siyahısında isə Marakaybo gölündən sonra ikincidir. Dünya siyahısında sahəsinə görə 19–20-ci yerdə gedir. Göl Tipitapa çayı ilə Manaqua gölülə birləşir. Nikaraqua — yeganə şirinsulu göldür ki, onun sularında Akula üzür. Bu fakt gölün Sakit okeana yaxınlığı ilə əlaqələndirilir. Alimlərin fikrincə göl vaxtı ilə körfəz olmuş və okeanla birbaşa əlaqəsi olmuşdur. Sonradan okeanla əlaqə itmiş və gölə çevrilmişdir..
Nikaraqua kanalı
Nikaraqua kanalı — Nikaraquada, Atlantik okeanı və Sakit okean arasında əhəmiyyətli su yolunu təşkil edən irəli sürülən kanal layihəsi. == Tarixi == Belə bir su yolunun inşası ilk dəfə erkən müstəmləkə dövründə təklif edilmişdir. Həmin təklifdə San Xuan çayından Nikaraqua gölünə bir giriş yolu olaraq istifadə etmək nəzərdə tutulmuşdur. XIX əsrdə III Napoleon, bu su yolu ilə əlaqədar bir məqalə də qələmə almışdı. Panama kanalındaki fransız hissələrini satın aldıqdan sonra ABŞ, Nikaraqua planından imtina etmişdir. 2013-cü ilin iyununda Nikaraqua Parlamenti, “Hong Kong Nicaragua Canal Development Investment Company” (HKND Group) adlı şirkətə 50 illik imtiyaz verən qanun layihəsini qəbul etdi. Belə ki, yaxın 50 ildə layihədən əldə olunan gəlirdən istifadə etmək hüququ bu şirkətə məxsus olacaq.Kanal istifadəyə başlandığında imtiyaz müddəti 50 il daha uzadıla biləcək. Layihənin dəyəri 50 milyard dollar həcmində qiymətləndirilir. Kanal inşasına 2014-cü ilin dekabrında başlanmışdır. 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdu.HKND Group 2018-ci ilin fevral ayında, Nikaraqua əhalisinin etirazlarına görə layihəni tamamilə dayandırdığını açıqlayıb.
Nikaraqua əhalisi
Nikaraqualılar ( isp. Nicaragüense) - İspandilli xalq, Nikaraquanın 87%-ni təşkil edirlər. == Etnik qruplar == Nikaraqua əhalisinin əksəriyyətini mestizo və qarşıqı hindilər təşkil edir. == Dil == Dövlət dili ispan dilidir. Nikaraqualılar ispan dilinin regional variantında danışırlar. Onlar vest-hind dialektini də bilirlər. == Din == Nikaraqualılar katolisizm dininə sitayiş edirlər. Vest-Hinddə isə əsasən, protestantlıq dini geniş yayılıb. == Həmçinin bax == Hispaniklər == Ədəbiyyat == "Народы Америки", Т.2 Москва, 1959 Брук С. Н. "Население мира. Этнодемографический справочник", Москва, 1986.
Nikaraquada nəqliyyat
Avtomobil nəqliyyatı - Nikaraqua Respublikasının nəqliyyat növü. == Tarixi == Yol nəqliyyatının ölkə iqtisadiyyatındakı rolunun artması (və atlı nəqliyyatın rolunun azalması) avtomobillərin sayının artması səbəbindən 20-ci əsrin birinci yarısında baş verdi. Yol nəqliyyatının rolu yalnız 1948-ci ildə Pan Amerika magistralının ölkədən keçən 368 kilometrlik hissəsinin inşası başa çatdıqdan sonra sürətlə artmağa başladı. Lakin 1950-ci illərdə ölkənin yol şəbəkəsi inkişaf etməmiş və magistral yolların uzunluğu qısadır. 1952-ci ildə ölkədə 4.3 min vasitə var idi. 1960-cı illərin birinci yarısında atlar, qatırlar, öküzlər və eşşəklər hələ də əsas nəqliyyat növü idi.1970-ci illərin əvvəllərində avtomobil nəqliyyatı artıq ölkənin yük dövriyyəsində aparıcı rol oynamışdır. 1972-ci ildə ölkənin avtomobil parkı 55 min avtomobildən ibarət idi (bunlardan 33 min maşın), 1974-cü ildə 52 min avtomobildən (bunlardan 32 min maşın).1979-cu ildəki Sandinista inqilabından sonra yol şəbəkəsinin genişləndirilməsi və yaxşılaşdırılması başladı (xüsusən əvvəllər ölkənin qalan hissəsindən təcrid olunmuş şimal və şərq bölgələrində), bununla belə, ziddiyyətlərin hərəkətləri nəticəsində yolların mədənçiliyi başladı, nəqliyyat infrastrukturunun xeyli hissəsi Vasitənin bir hissəsi zədələnmiş və ya məhv edilmiş, məhv edilmiş və zədələnmişdir. Nəqliyyatdakı vəziyyət, ABŞ-nin Nikaraquanın tətbiq etdiyi iqtisadi mühasirəsi ilə mürəkkəbləşmişdi (1980-ci illərin əvvəllərinə qədər ölkənin motorlu nəqliyyat vasitəsi parkının əsasını ABŞ istehsalı olan, əsasən ikinci əl vasitələrdən ibarət olduğu və uzun müddətdir işlək olduğu üçün) çətinləşdirdi. 1980-ci illərin əvvəllərindən bəri hökumət avtomobil parkını standartlaşdırmağa çalışdı - CMEA ölkələrinin sənaye əməkdaşlığı proqramına uyğun olaraq, SSRİ Nikaraqua avtomobillərinə və ağır yük maşınlarına (əsasən Lada və UAZ avtomobilləri, KamAZ və KrAZ yük maşınları), GDR - orta və yüngül Yük maşınları (IFA və 'Robur'), ​​kənd avtobusları və MZ motosiklləri və Bolqarıstan - 'Çavdar' avtobusları.1988-ci ildə ölkənin avtomobil parkı 70-dən çox avtomobil modelindən ibarət idi.25 fevral 1990-cı ildə, neoliberal islahatlar siyasətinə başlayan ABŞ-nin dəstəyi ilə Violeta Barrios de Chamorro ölkənin prezidenti oldu. 1990-cı ilin yazında ABŞ-də və digər bir neçə xarici ölkədə 'nəqliyyat vasitələri ilə problemi tez bir zamanda həll etmək' üçün kreditlər və kreditlər alındı, vəsaitin bir hissəsi ABŞ-də işlənmiş avtomobillər və avtomobil hissələri almaq üçün ayrıldı (xüsusən İspaniyadan məqsədli bir kredit götürüldü.
Nikaraqualılar
Nikaraqualılar ( isp. Nicaragüense) - İspandilli xalq, Nikaraquanın 87%-ni təşkil edirlər. == Etnik qruplar == Nikaraqua əhalisinin əksəriyyətini mestizo və qarşıqı hindilər təşkil edir. == Dil == Dövlət dili ispan dilidir. Nikaraqualılar ispan dilinin regional variantında danışırlar. Onlar vest-hind dialektini də bilirlər. == Din == Nikaraqualılar katolisizm dininə sitayiş edirlər. Vest-Hinddə isə əsasən, protestantlıq dini geniş yayılıb. == Həmçinin bax == Hispaniklər == Ədəbiyyat == "Народы Америки", Т.2 Москва, 1959 Брук С. Н. "Население мира. Этнодемографический справочник", Москва, 1986.
San Xuan çayı (Nikaraqua)
San Xuan çayı (isp. Río San Juan) — Nikaraqua və Kosta-Rika arasında sərhəd çayı. == Tarixi == BMT-nin Haaqadakı Beynəlxalq məhkəməsi 2009-cu ildə San Xuan çayı ilə bağlı Nikaraqua və Kosta-Rika arasında çoxillik münaqişəsini həll edib. Məhkəmənin mübahisə ilə bağlı çıxardığı qərara görə, Kosta-Rika çayda azad naviqasiya imkanı qazanmış, Nikaraqua isə hərəkəti nizamlamaq, eləcə də gəmiləri və sərnişinləri yoxlamaq hüququna malik olmuşdur.
İkinci Nikaraqua Kampaniyası Medalı
İkinci Nikaraqua Kampaniya Medalı, Amerika Birləşmiş Ştatları Konqresi tərəfindən 8 noyabr 1929-cu ildə səlahiyyətləndirilən ABŞ Dəniz Piyadalarının bir kampaniya medalıdır. İkinci Nikaraqua Kampaniyası Medalı, Nikaraquadakı əməliyyatlar əsnasında 1926-cı ildən 1933-cü ilə qədər Nikaraqua vətəndaş müharibəsi və sonrakı ABŞ işğalı. Daha erkən bir kampaniya medalı olan, Nikaraqua Kampaniyası Medalı, Nikaraqua'da 1912-ci ildə xidmət üçün mükafatlandırılırdı. == Tarixi == İkinci Nikaraqua Kampaniyası Medalı, Donanma katiblərinin ümümi əmrləri ilə təsdiqlənib, yaradılmış və Konqres tərəfindən Nikaraquadakı 27 avqust 1926 və 2 yanvar 1933 tarixləri arasında olan dəniz əməliyyatlarını tanıması üçün yaradıldı == Görünüşü == İkinci Nikaraqua Kampaniyası Medalı, bir neçə ağ xəttli qırmızı bir lentlərdən asqılı bir medal olaraq görünür. Medal, qılıncla silahlanmış, digər iki fiqur plaşla müdafiə edən bir qadın (Kolumbiya'nı təmsil edir) göstərdi. Tarixləri 1926 ilə medal köhnəlmiş sözlər İkinci Nikaraqua Kampaniyası Medalı — 1930 (medal 1933-cü ilə qədər təsdiq olmamasına baxmayaraq) medalın kənarlarında sərgilədi. uydurmalara icazə verilməmişdir. == Meyarlar == İkinci Nikaraqua Kampaniyası Medalı mükafatlandırmaq üçün, bir xidmət işçisi ya göstərilən tarixlərdə Nikaraqua sularında ya da quru ərazilərində müəyyən bir müddət ərzində ya da Amerika Birləşmiş Ştatların bir gəmisində ya da dənizə açılmış bir piyada olaraq xidmət etmiş olmalıdır. İkinci Nikaraqua Kampaniyası Medalı medalın ilk versiyasından ayrı bu medal bir mükafat olaraq qəbul edildi və Dənizçilik qanunvericiliyi, hər iki dekorasiyanın alınması və köhnəlməsinə təsdiqlənildikdən sonra icazə verilir. Həm Nikaraqua kampaniyalarının başçılığını edən kontr-admiral Admiral V. H. Sauferlend , Nikaraqua Kampaniyası Medalının ikinci versiyasının da ilk alanı idi.
двойни́к кладбище медресе́ насе́ять отмще́ние подреза́ние полинези́йский вавило́нская блудница глу́хо, как в танке контраба́нда несообра́зный сырная седми́ца транссексуа́льный боярышник Babuyan Islands lump-sum paradisal parsing present perfect solar plexus sunshine roof yap концентрировать первостатейный услышать