NİMÇƏ

is.
1. Boşqab. Dərin nimçə. Dayaz nimçə.
– Zeynal bayaqdan bəri qabağındakı nimçədə doğramaq istədiyi bir parça əti eləcə qoyub əlindəki … bıçağı yerə buraxdı. S.Hüseyn.

2. Balaca mis sini.
Kürsünün üstə nimçə və üstə qoyulub samovar. C.Məmmədquluzadə.
Yuxarıda, buxarının qabağında mis nimçəyə qoyulmuş ağ samovar pıqqapıq qaynayırdı… Ə.Sadıq.

// Girdə, dəyirmi.
[Mayorun] mis nimçə kimi girdə və qırmızı çöhrəsində razılıq təbəssümləri dolandığı halda uzunçuluq edirdi. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NİMÇƏ NİMÇƏ [Əbülhəsən bəy:] Sonra bir nimçə xörək əllərində, aşpazlar da getdi (M.S.Ordubadi); BOŞQAB Sənəm: Səni alan köpəkoğlu bir boşqab xörəksə istəyəc

Etimologiya

  • NİMÇƏ Farscadır, nim “yarı” deməkdir. Nimçə “yarıdan da balaca” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
NİMCAN
NİMÇƏVARİ

Digər lüğətlərdə

батра́ческий выщела́чиваться зака́тка сдво́енность серьёз мокрого места не останется отдаля́ть подува́ть сжиже́ние тури́ст чего нет яд кино харайдать шторм megacosm merchant ponyskin trunnel бальнеология беспристрастный облекать пикирование ходячий холодное