NİSAF
NİSƏF
OBASTAN VİKİ
Nisə Bəyim
Nisə Bəyim (azərb. Rəhimova Nisəbəyim İsmayıl qızı‎; 6 mart 1955, Sabirabad, Azərbaycan SSR) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998). == Həyatı == Rəhimova Nisəbəyim İsmayıl qızı 6 mart 1955-ci il tarixində Sabirabad şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Rəhimov İsmayıl Cabbar oğlu Şamaxı şəhərindən, anası Məlikova Məryəm Əlabbas qızı Zərdab rayonunun Əlvənd kəndindəndir. 1961-ci ildə Sabirabad şəhərində M. Müşfiq adına 4 saylı orta məktəbə daxil olmuş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə ilə bitirərək, Sabirabad şəhər M. Müşfiq adına 4 saylı orta məktəbində əmək fəaliyyətinə başlamış və hal-hazırda həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışır. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2020-ci ilin noyabr ayının 26-da vəfat etmişdir. == Yaradıcılığı == Yaradıcılığa tələbəlik illərindən başlasa da, Azərbaycan mətbuatında 1988-ci ildən çap olunur. İlk dəfə "Vətən mənəm" adlı şeiri 1988-ci ildə "Azərbaycan müəllimi" qəzetində çap olunur.
Nisə Mehdiyeva
Mehdiyeva Nisə Əşrəf qızı — Mikrobiologiya sahəsində ilk qadın elmlər doktoru (1969), professor (1986). == Haqqında == 1928-ci il aprel ayının 12-də Bakıda anadan olmuşdur. O, 1950-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetini müvəffəqiyyətlə bitirmişdir. Nisə Mehdiyeva 1950-1952-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) müəllim işləmiş, 1952-1955-ci illərdə SSRİ Elmlər Akademiyasının Botanika İnstitutunun aspirantı olmuşdur. Nisə Mehdiyeva 1955-ci ildə namizədlik, 1969-cu ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1986-cı ildə mikrobiologiya üzrə respublikada ilk professor elmi adını almışdır. Nisə Mehdiyeva 1955-1957-ci illərdə Respublika Elmlər Akademiyasının Rəyasət Heyətində biologiya üzrə elmi katib işləmişdir. 1958-ci ildə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaq biologiyası laboratoriyasını təşkil edərək akademiyada mikrobiologiya elminin əsasını qoymuşdur. 1968-ci ildə akademiyada ilk dəfə neft mikrobiologiyası sahəsində laboratoriyaya rəhbərlik etmişdir. Nisə Mehdiyeva 1972-ci ildə laboratoriya Mikrobiologiya sektoru, 1994-cü ildə isə Mikrobiologiya İnstitutu statusu almışdır.
Nisə Mirişli
Nisə xanım Məmməd qızı Mirişli — == Həyatı == Nisə xanım Məmməd qızı Mirişli 1932-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdu. Atası Məmməd kişi dəmir yolu mühəndisi, anası tibb işçisi idi. Nisə xanım orta təhsilini Bakı şəhəri 132 nömrəli məktəbdə almışdı. Hələ o kiçik yaşlarında öz çalışqanlığı və ictimai həvəsi ilə fərqlənirdi. Nisə xanım məktəbin son illərində artıq peşəsində müəyyənləşdirmişdi. O, şərəfli peşə olan həkimliyi seçmişdi. 1950-ci ildə N.Nərimanov adına Tibb İnstitutuna daxil olur və 1956-ci ildə müalicə-profilaktika fakultəsini bitirir. O, təyinatla Qazı-Məhəmməd rayonuna Traxoma əleyhinə disspanserin baş həkimi vəzifəsinə göndərilir. Qısa müddət ərzində oftalmoloq peşəsinin sirlərinə yiyələnir və rayonun əhalisi arasında nüfuz qazanır. Elə o illərdə onu infeksion xəstəliklərlə mübarizə daha çox düşündürürdü.
Nisə Qasımova
Nisə Qasımova (13 fevral 1954, Bakı) — Müğənni, Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == Azərbaycan musiqisinin əfsanəvi nümayəndəsi Nisə Fətulla qızı Qasımova 1954-cü ilin 13 fevralında Bakı şəhərində anadan olmuşdur. Hələ uşaqlıqdan sarı saçları, yaşıl gözləri və qeyri-adi gözəlliyi ilə yaxınlarından seçilən müğənni musiqiyə maraq göstərir və daim diqqət mərkəzində olurdu. Geniş səs diapazonu, musiqiyə marağı balaca Nisənin taleyini çox erkən yaşlarından ömürlük səhnəyə bağlayır. Atası Fətulla kişinin tam fərqli sahədə yəni dövlət xidmətində çalışmasına baxmayaraq, milli musiqi və muğamların bilicisi və savadlı xanəndə olması Nisə xanımın elə ilk olaraq ailədən musiqi ilə tərbiyələnməsinə şərait yaradır. == Yaradıcılığı == Beləcə 8 yaşında Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun heyətinə qəbul olan Nisə Qasımova çox keçmir ki, bütün peşəkar musiqi heyətinin diqqətini özünə cəlb edib 9 yaşında olarkən xorun gənc solisti olur. "Günəş adlı yaxın dostum var mənim" məxsusi olaraq onun üçün yazılan bu mahnı ilə ən müxtəlif konsert proqramlarında çıxış edən bu sarışın, gülərüzlü qız tez bir müddətdə müəllimlərinin sevimlisinə, kolleqalarının isə paxıllıq obyektinə çevrilir. Çox keçmir ki, gənc Nisə 1971-ci ilin əvvəlində Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəznindəki " Lalə qızlar ansamblı"na solist kimi dəvət olunur. Hələ yeniyetmə yaşlarından milli musiqimizdən qaynaqlanıb dünya səhnəsi ulduzlarından ilham alan müğənni ansambldakı konsertlərdə çoxdilli repertuarı, fərqli səs imkanları və ən nəhayət o zaman üçün böyük yenilik olan dinamik səhnə rəqsləri ilə diqqəti cəlb edirdi. Konsertlərin birində Nisə xanımın çıxışına valeh olan tanınmış bəstəkar və impressario Ələkbər Tağıyev elə həmin ərəfələrdə gənc sənətçiyə iş birliyi təklif edir.
Nisə Rzayeva
Nisə Heydər qızı Rzayeva (10 yanvar 1937, Azərbaycan SSR – 8 mart 2017, Mingəçevir) — Azərbaycanın teatr və kino aktrisası, Mingəçevir Dövlət Dram Teatrının aktrisası Azərbaycanın SSR Əməkdar artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü(1965). == Həyatı == N. H. Rzayeva 10 yanvar 1937-ci ildə anadan olmub, 1969-cu ildən Mingəçevir Dövlət Dram Teatrında aktrisa vəzifəsində çalıb və Nisə Rzayeva Mingəçevir Teatrının ilk aktyorlarından biri kimi bu vaxtadək teatrın səhnəsində 100-ə qədər rolun ifaçısı olmuşdur. Onun teatrımızın səhnəsində yaratdığı İ. Əfəndiyevin "Mahnı dağlarda qaldı" – Fəxrəndə xanım, H. Cavid "Ana" – Ana, M. Hüsüyn "Cavanşir" – Zibeydə xanım, G. Xuqayev "Andro və Sandro" – Marqo, Anar "Şəhərin yay günləri" – Dilarə, İ. Əfəndiyevin "Tənha iydə ağacı" – Xan nənə, P. Kilqas "Hakim Martinin səhəri" – İnqa, S. Vurğun "Fərhad və Şirin" – Şirin, İ. Əfəndiyev "Unuda bilmirəm" – Nərmin, N. Həsənzadə "Nabat xalanın çörəyi" – Nabat xala, S. S. Axundov "Eşq və İntiqam" – Yasəmən, S. Rəhman "Əliqulu evlənir" – Nazlı, Ə. Əmirli "Köhnə ev" – Zəhra, S. S. Axundov "Laçın Yuvası" – Pəricahan və.s rolları bu gün də teatrsevərlərin yaddaşındadır, mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmişdir. Nisə Rzayeva şəhərimizin ictimai mədəni həyatında fəal iştirak edib. 1965-ildən Azərbaycan Teatr Xadimlər İttifaqının üzvüdür, Əmək vetranıdır, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, müxtəlif dövlət və ictimai təşkilatların, ayrı-ayrı rayonların Fəxri Fərmanlarına layiq görülmüş, Sosialist Əməyi yarışının iştirakçısıdır. 1982-ci ilin dekabr ayının 2-də Azərbaycan SSR Əməkdar artisti Fəxri adına 02.12.1982, 8 mart 2017-ci ildə 80 yaşında dünyasını dəyişmişdir. Mingəçevir şəhərində dəfn olunub.
Nisə Surəsi
4-cü surə ən-Nisa (Qadınlar) surəsi (Mədinədə nazil olmuşdur, 176 ayədir) Surədə iman və ədalətə dəvət, keçmiş ümmətlərdən ibrət götürülməsi, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılması, yetimlərin himayəsi, izdivac və irs hökmləri, ilahi rəhbərə itaətin zəruriliyi, Allah yolunda hicrət və cihad barədə danışılır. Surənin ilk 35 ayəsində ailə məsələləri bəyan olunduğuna görə surə "Nisa", yəni "qadınlar" adlandırılmışdır.Surənin 58-ci ayəsinin Məkkədə nazil olması haqqında da iddialar yer alır.
Zeb-un Nisə Bəyim
Zeb-un Nisə Bəyim (d. 15 fevral 1658 - 26 may 1702) — ana tərəfindən Səfəvi sülaləsinə mənsub olan moğol şahzadəsi. O, Böyük Moğol imperiyasının imperatoru I Övrəngzibin əsas arvadı və imperatriçası Dilras Banu Bəyim Səfəvinin evliliyindən dünyaya gəlmişdir. O, həmçinin şair olmuş və Məxfi təxəllüsü altında şerlər yazmışdır.Ömrünün son 20 ilini atasının əmri ilə həbs edildiyi Səlimgarh qalasında keçirmişdir. Yazdığı şerlər ölümündən sonra toplanaraq Məxfi divanı adı altında yayımlanmışdır. == Həyatının erkən dövrü == === Dünyaya gəlməsi === Onun adınnı mənası "Qadının Gözəlliyi" anlamına gəlir. O, o zaman şahzadə olan Mudi-un-din (sonralar I ÖVrəngzib) ilə Dilras Banu Bəyimin ailəsində 15 fevral 1638-ci il tarixində Dəkkənin Dövlətabad şəhərində dünyaya gəlmişdir. Onun anası Dilras Banu Bəyim Övrəngzibin ilk və əsas arvadı idi və görkəmli Səfəvi sülaləsinə mənsub idi. Dilras Banu Bəyimin atası olan Bədiüzzaman Mirzə Səfəvinin ulu babası I İsmayıl idi. Zeb-un Nisə atasının sevimli qızı idi və buna görə də, tez-tez atasından fərqli insanları bağışlamasını istəyirdi.
Zinət-un Nisə Bəyim
Zinət-un Nisə Bəyim (5 oktyabr 1643, Övrəngabad – 7 may 1721, Dehli) — Böyük Moğol imperiyasının hökmdarı Övrəngziblə onun Səfəvi sülaləsindən olan birinci və əsas arvadı Dilras Banu Bəyimin evliliyindən dünyaya gələn ikinci qız şahzadə. O, atası tərəfindən fəxri titul olan Padşah Bəyim titulu ilə təltif edilmişdir. == Həyatı == Zinət-un Nisə Bəyimimn adının mənası "Qadınlar arasındakı zinət" deməkdir. O, 5 oktyabr 1643-cü ildə Övrəngabad şəhərində dünyaya gəlmişdir. Onun anası olan Dilras Banu Bəyim Səfəvi sülaləsinə mənsub idi. Dilras Banunun atası Bədiüzzaman Mirzə Səfəvinin nəsli I İsmayıla qədər gedib çıxırdı. Bu Səfəvi sülaləsi tirəsi I İsmayılın oğlu Bəhram Mirzədən ortaya çıxmışdı. Bədiüüzzaman Mirzə moğol sarayında Şahnəvaz xan adı ilə tanınmaqda və Qucarat vilayətini idarə etməkdə idi. O, ən güclü moğol əyanlarından biri idi. Zinət-un Nisə dünyaya gəldiyi zaman moğol imperatoru onun babası və V moğol hökmdarı olan Sultan Şahcahan idi.
Zubdat-un Nisə Bəyim
Zubdat-un Nisə Bəyim (2 sentyabr 1651, Multan, Britaniya Hindistanı – 17 fevral 1707, Dehli) — Böyük Moğol imperatoru I Övrəngzibin üçüncü qızı və moğol şahzadəsi. Onun anası olan Dilras Banu Bəyim Səfəvi sülaləsinə mənsub olmuş və I İsmayılın soyundan gəlmişdir. == Həyatı == Zubdat-un Nisə Bəyim 2 sentyabr 1651-ci ildə Multanda dünyaya gəlmişdir. Bu zaman onun atası Övrəngzib hələ şahzadə idi. Ana Dilras Banu Bəyim olmuşdur. Yaxşı təhsil almış olan Zubdat İslam dininin təməl doktrinası üzərinə mükəmməl təhsil almışdı.Zubdat özünün əmisinin oğlu Şahzadə Sipihr Şükuhla 30 yanvar 1673-cü ildə evlənmişdir. Şahzadə Sipihr Şükuh Zubdatın böyük əmisi vəliəhd şahzadə Dara Şükuh və Nadirə Banu Bəyimin üçüncü oğlu idi. Evlilik qarşılığında ona 400 min rupu pul verilmişdi. Onların toy mərasimi Həmid Banu Bəyim tərəfindən təşkil edilmişdi. 1676-cı ildə Zubdat ilk oğlunu dünyaya gətirdi və oğlana Şahzadə Əli Təbər adı verildi.
Nisəbəyim
Nisə Bəyim (azərb. Rəhimova Nisəbəyim İsmayıl qızı‎; 6 mart 1955, Sabirabad, Azərbaycan SSR) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998). == Həyatı == Rəhimova Nisəbəyim İsmayıl qızı 6 mart 1955-ci il tarixində Sabirabad şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Rəhimov İsmayıl Cabbar oğlu Şamaxı şəhərindən, anası Məlikova Məryəm Əlabbas qızı Zərdab rayonunun Əlvənd kəndindəndir. 1961-ci ildə Sabirabad şəhərində M. Müşfiq adına 4 saylı orta məktəbə daxil olmuş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə ilə bitirərək, Sabirabad şəhər M. Müşfiq adına 4 saylı orta məktəbində əmək fəaliyyətinə başlamış və hal-hazırda həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışır. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2020-ci ilin noyabr ayının 26-da vəfat etmişdir. == Yaradıcılığı == Yaradıcılığa tələbəlik illərindən başlasa da, Azərbaycan mətbuatında 1988-ci ildən çap olunur. İlk dəfə "Vətən mənəm" adlı şeiri 1988-ci ildə "Azərbaycan müəllimi" qəzetində çap olunur.
Nisəbəyim Bulağı
Nisəbəyim Bulağı — Culfa rayonunun Şurud kəndində ərazisində ziyarətgah. == Haqqında == İlandağın zirvəsinə qalxan cığırdan azca aralıdır. Yerli camaat arasında möhkəm kök salmış adətə görə, meyvə ağaclarına tırtıl daraşanda, xəstəlik düşəndə ziyarətgaha qurban deyər, yaxud “Nisəbəyim bulağı"ndan su gətirib ağaclara çiləyər xeyir-bərəkət, bol məhsul diləyərdilər. Bundan sonra sanki canlanar, azar-bezardan qurtarardı, arzu və niyyətlər hasil olardı. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 450. ISBN 5-8066-1468-9.
Nisəkələ
Nisəqələ və ya Nisəqala — Azərbaycan Respublikasının Yardımlı rayonunun Çay Üzü kənd inzibati ərazi dairəsində kənd.
Nisəqala
Nisəqələ və ya Nisəqala — Azərbaycan Respublikasının Yardımlı rayonunun Çay Üzü kənd inzibati ərazi dairəsində kənd.
Nisəqələ
Nisəqələ və ya Nisəqala — Azərbaycan Respublikasının Yardımlı rayonunun Çay Üzü kənd inzibati ərazi dairəsində kənd.
америка́нка вы́гравировать дво́рик кильт ошага́ть сори́нка шелепу́га перезаня́ть предрассу́док прецеде́нтный пшени́чка све́шивать части́чка гарем свадьба cross-bencher emcee fasciculate multispectral ocarina pastness reduction gear skittle-ground underbought поправка