NİTR...

[ yun. ] Azota aidlik bildirən kimyəvi, bioloji və s. terminlərin tərkib hissəsi; məs.: nitridlər, nitrifikasiya.
NİTQPƏRDAZ
NİTRASİYA
OBASTAN VİKİ
Dəmir (III) nitrat
Dəmir (III) nitrat - qeyri-üzvi kimyəvi birləşmə, azot turşusu və üç valentli dəmirin duzudur. Dəmir (III) nitrat adi temperaturda konsentra-siyadan asılı olaraq Fe(NO3)3•6H2O tərkibli rəngsiz kublar şəklində və ya Fe(NO3)3•9H2O tərkibli monoklinik kristallar kimi kristallaşır. Fe(NO3)3• 6H2O - kub qəfəsli açıq bənövşəyi rəngli hiqroskopik kristallardı. Ən azı tərkibində 57% HNO3 və 28% Fe(NO3)3 olan sulu məhlullardan kristallaşdıqda alınır. Fe(NO3)3• 9H2O - monoklinik qəfəsli çox higroskopik açıq bənövşəyi kristallardı (a = 0,140 nm, b = 0,970 nm, c = 1,103 nm, β = 95,52°C). Suda yaxşı həll olunur, qızdırıldıqda 50,1 0C-də əriyir. Dəmir (III) nitratı dəmir qırıntılarının 20-30% -li nitrat turşusunun məhlulu ilə reaksiyası zamanı almaq olar: F e + 4 H N O 3 ⟶ F e ( N O 3 ) 3 + 2 H 2 O + N O ↑ {\displaystyle {\mathsf {Fe+4HNO_{3}\longrightarrow Fe(NO_{3})_{3}+2H_{2}O+NO\uparrow }}} İstehsalatda bu prosesi məhluldan hava üfürməklə həyata keçirmək olar: 4 F e + 12 H N O 3 + 3 O 2 ⟶ 4 F e ( N O 3 ) 3 + 6 H 2 O {\displaystyle {\mathsf {4Fe+12HNO_{3}+3O_{2}\longrightarrow 4Fe(NO_{3})_{3}+6H_{2}O}}} Laboratoriya şəraitində dəmir (III) nitratı mübadilə reaksiyası zamanı almaq olar: F e 2 ( S O 4 ) 3 + 3 B a ( N O 3 ) 2 ⟶ 2 F e ( N O 3 ) 3 + 3 B a S O 4 ↓ {\displaystyle {\mathsf {Fe_{2}(SO_{4})_{3}+3Ba(NO_{3})_{2}\longrightarrow 2Fe(NO_{3})_{3}+3BaSO_{4}\downarrow }}} C e ( N O 3 ) 3 O H + 3 H N O 3 + F e S O 4 ⟶ C e ( N O 3 ) 3 + F e ( N O 3 ) 3 + H 2 S O 4 + H 2 O {\displaystyle {\mathsf {Ce(NO_{3})_{3}OH+3HNO_{3}+FeSO_{4}\longrightarrow Ce(NO_{3})_{3}+Fe(NO_{3})_{3}+H_{2}SO_{4}+H_{2}O}}} Sulu məhlullarda dəmir (III) nitrat güclü hidrolizə məruz qalır: F e ( N O 3 ) 3 + 2 H 2 O ⇄ F e ( O H ) 2 N O 3 + 2 H N O 3 {\displaystyle {\mathsf {Fe(NO_{3})_{3}+2H_{2}O\rightleftarrows Fe(OH)_{2}NO_{3}+2HNO_{3}}}} HNO3 məhlulunu güclü turşulaşdırmaqla tarazlığı əks istiqamətə dəyişmək olar. 2 F e ( N O 3 ) 3 + 6 N a O H + ( n − 6 ) H 2 O ⟶ F e 2 O 3 ⋅ n H 2 O ↓ + 6 N a N O 3 {\displaystyle {\mathsf {2Fe(NO_{3})_{3}+6NaOH+(n-6)H_{2}O\longrightarrow Fe_{2}O_{3}\cdot nH_{2}O\downarrow +6NaNO_{3}}}} Dəmir (III) nitrat qızdırıldıqda parçalanır: 4 F e ( N O 3 ) 3 → t 2 F e 2 O 3 + 12 N O 2 ↑ + 3 O 2 ↑ {\displaystyle {\mathsf {4Fe(NO_{3})_{3}{\xrightarrow {\ t\ }}2Fe_{2}O_{3}+12NO_{2}\uparrow +3O_{2}\uparrow }}} Dəmir (III) nitrat çirkab suların təmizlənməsində koaqulyant kimi, parçaların və yunların rənglənməsi zamanı (rəng tez yuyulmasın) istifadə olunur. Dəmir (III) nitratla hopdurulmuş bəzi gillər üzvi sintezdə faydalı oksidləşdirici lərdir. 2 N H 3 + 2 N a → F e ( N O 3 ) 3 2 N a N H 2 + H 2 {\displaystyle {\mathsf {2NH_{3}+2Na{\xrightarrow {Fe(NO_{3})_{3}}}2NaNH_{2}+H_{2}}}} Волков А. И., Жарский И. М. Большой химический справочник.
Kalium nitrat
Kalium nitrat (KNO3) - qeyri -üzvi bir birləşmədir, nitrat turşusunun kalium duzuna deyilir. Təbiətdə nitrokalit mineralı kimi tanınır. Təbii kalium nitrat azot tərkibli maddələrin parçalanması nəticəsində tapılır. Bitkilərdə və heyvanlarda çox az miqdarda olur. Suda yaxşı həll olunur, orta dərəcədə qliserində, maye ammonyakda, hidrazində, təmiz etanolda və efirdə həll olunmur. Gübrənin çürüməsi nəticəsində azot əmələ gəlir və saman qatlarında toplanaraq nitrifikasiyaya məruz qalır və əvvəlcə azotlu, sonra isə nitrat turşusuna çevrilir. Nitrat turşusu əhəngdaşı ilə qarşılıqlı təsir göstərərək, su ilə yuyulmuş Ca(NO3)2 alınırdı. Odun külünün əlavə edilməsi CaCO3 çökdürdü və kalium nitrat məhlulu əmələ gətirdi. Çox zaman əhəng daşı əvəzinə yığına dərhal kül əlavə edilir və kalium nitrat alınır. C a ( N O 3 ) 2 + K 2 C O 3 ⟶ 2 K N O 3 + C a C O 3 ↓ {\displaystyle {\mathsf {Ca(NO_{3})_{2}+K_{2}CO_{3}\longrightarrow 2\ KNO_{3}+CaCO_{3}\downarrow }}} 1854-cü ildə alman kimyaçısı K. Nöllner daha əlverişli və daha ucuz kalium xlorid və natrium nitratın reaksiyasına əsaslananaraq kalium nitrat istehsal etdi: K C l + N a N O 3 ⟶ K N O 3 + N a C l {\displaystyle {\mathsf {KCl+NaNO_{3}\longrightarrow KNO_{3}+NaCl}}} Kalium nitratın alınmasının bir neçə başqa yoluda var.
Natrium nitrit
Natrium nitrit (natrium nitrit)— NaNO2, natrium və nitrat turşusunun duzu Natrium nitrit NaNO2 kimyəvi formulu ilə qeyri-üzvi birləşmədir. Suda çox həll olunan və higroskopik olan ağdan bir qədər tünd sarımtıl kristal tozdur. Sənaye baxımından ən vacib nitrit duzudur.Dərman, boyalar və pestisidlər,kimi müxtəlif üzvi birləşmələrdə istifadə edilir, lakin çox güman ki,ətlərdə və (bəzi ölkələrdə) balıq məhsullarında istifadə olunan qida əlavəsi kimi tanınır. Təmizlənmiş natrium nitrit ağ və ya bir az sarı kristal tozdur. Suda həll olunur və higroskopiklikdir. Havada yavaş-yavaş natrium nitrat NaNO3 qədər oksidləşir. Güclü çözücüdür. Böyük dozada toksikdir. Natrium nitrit NaNO2 azot turşusunun duzudur və adətən azot oksidlərindən reaksiya ilə alınır: 2 N a O H + N O + N O 2 → 2 N a N O 2 + H 2 O {\displaystyle {\mathsf {2NaOH+NO+NO_{2}\rightarrow 2NaNO_{2}+H_{2}O}}} Natrium nitritinin istehsalının digər yayılmıçş bir üsulu da bir qurğuşun Pb tozunu natrium nitrat NaNO2 ilə qızdırmaq və ardından meydana gələn bərk maddəni suda həll etməkdir. Dağılma nəticəsində suda həll olunmayan qurğuşun (II) oksidi PbO,a çökəcək və natrium nitrit məhlulda qalacaq: N a N O 3 + P b → N a N O 2 + P b O {\displaystyle {\mathsf {NaNO_{3}+Pb\rightarrow NaNO_{2}+PbO}}} Natrium nitrit, diazoamin birləşmələrini yaratmaq üçün istifadə olunur.
Nitra
Nitra (slovak. Nitra, alm. Neutra‎) — Slovakiyanın qərbində şəhər. Əhalisi 88 minə yaxındır. Nitra, Nitra çayı vadisində, Tribeç dağ massivinin yamacında yerləşir. Nitra bölgəsinin inzibati mərkəzidir. Henrich Benčík (* 1978), futbolçu Ivana Bojdová (* 1985), futbolçu Igor Demo (* 1975), futbolçu Renáta Filová (* 1981), futbolçu Vilmos Fraknói (1843-1924), tarixçi Stanislav Hudec (* 1982), hokkeyçi Monika Katonová (* 1989), futbolçu Ľubomír Kolník (* 1968), hokkeyçi Tomáš Kóňa (* 1984), futbolçu Wilhelm Viktor Krausz (1878–1959), rəssam Anton Lehmden (* 1929), rəssam və qrafik ustası Jan Ivan Lelley (* 1936), mikoloq Monika Matysová (* 1981), futbolçu František Mikloško (* 1947), Politik Dušan Milo (* 1973), hokkeyçi Jan Mojto (* 1948), Mediameneceri və Filmprodüseri Ľubomír Moravčík (* 1965), futbolçu Štefan Ružička (* 1985), hokkeyçi Stefan Schwartz (1851-1924), Venalı medalist Miroslav Stoch (* 1989), futbolçu Jozef Stümpel (* 1972), hokkeyçi Leopold Szondi (1893-1986), psixiatr İspaniya Qvadalaxara Polşa Keltse Serbiya Baçki-Petrovats Çexiya Çeske-Budeyoviçe Avstraliya Qosford Çexiya Kromerjij ABŞ Nepervill Xorvatiya Osiek Slovakiya Spişska Nova Ves Polşa Zelyona-Qura Niderland Zutermer Internetseite der Stadt Nitra NitraLive!
Nitra FK
Nitra — Slovakiya futbol klubu. "Nitra" klubu 1909-cu ildə yaradılıb. Bu komandanın ölkə çempionatlarında ən böyük uğuru iki dəfə bürünc medal qazanmasıdır. "Nitra" bu uğurlara 1962-ci ildə Çexoslovakiya, 2008-ci ildə isə Slovakiya çempionatında "imza atıb". Komanda iki dəfə avrokuboklarda qüvvəsini sınayıb. İlk dəfə 1989-1990-cı illər mövsümündə UEFA kubokuna qatılan "Nitra" Almaniyanın "Köln" klubuna hər iki oyunda məğlub olub. 2006-2007-ci illər mövsümündə İntertoto kubokunun ilk mərhələsində Lüksemburqun "Qrevanmaher" klubunu iki oyunda darmadağın edən "Nitra" ikinci mərhələdə "Dnepr"i keçə bilməyib. 2008-2009-ci illər mövsümündə isə sonuncu İntertoto kubokunun ilk mərhələsində Neftçi Bakı klubuna məğlub olaraq mübarizəni dayandırıb. "Nitra" necə klubdur?
Nitra bölgəsi
Nitra diyarı (slovak. Nitriansky kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Nitra şəhəridir. Sahəsi 6343 km², əhalisi isə 713 422 nəfər (2001) təşkil edir. Nitra diyarı Slovakiyanın cənub-qərbində yerləşir. Diyar cənubda Macarıstan ilə həmsərhəddir. Nitra diyarı "okres" adlanan 7 rayona bölünür: Komarno rayonu Levitse rayonu Nitra rayonu Nove Zamki rayonu Şalya rayonu Topolçanı rayonu Zlate Moravtse rayonu Diyar Slovakiyanın cənub-qərbində, Ortadunay düzənliyinin şərqində yerləşir. Fiziki-coğrafi olaraq, diyarı iki regiona bölünür: Dunay düzənliyi və Jitnı adası cənubda, Dunay yüksəkliyi isə şərqdə və mərkəzdə yerləşir. Diyarın ərazisində həmçinin Povajski İnovets (şimal-qərbdə), Tribeç (Nitra şəhərindən şimalda), Pohronski İnovets (şimal-şərqdə) və Ştyavnitske Vrhi dağ massivləri yerləşir. Diyar ərazisindən axan əsas çaylar - Dunay, Qron, Vaq, Nitra və İpeldir.
Nitra diyarı
Nitra diyarı (slovak. Nitriansky kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Nitra şəhəridir. Sahəsi 6343 km², əhalisi isə 713 422 nəfər (2001) təşkil edir. Nitra diyarı Slovakiyanın cənub-qərbində yerləşir. Diyar cənubda Macarıstan ilə həmsərhəddir. Nitra diyarı "okres" adlanan 7 rayona bölünür: Komarno rayonu Levitse rayonu Nitra rayonu Nove Zamki rayonu Şalya rayonu Topolçanı rayonu Zlate Moravtse rayonu Diyar Slovakiyanın cənub-qərbində, Ortadunay düzənliyinin şərqində yerləşir. Fiziki-coğrafi olaraq, diyarı iki regiona bölünür: Dunay düzənliyi və Jitnı adası cənubda, Dunay yüksəkliyi isə şərqdə və mərkəzdə yerləşir. Diyarın ərazisində həmçinin Povajski İnovets (şimal-qərbdə), Tribeç (Nitra şəhərindən şimalda), Pohronski İnovets (şimal-şərqdə) və Ştyavnitske Vrhi dağ massivləri yerləşir. Diyar ərazisindən axan əsas çaylar - Dunay, Qron, Vaq, Nitra və İpeldir.
Nitralloy
Nitralloy (alloy— qatışıq, ərinti) — azotlanmış detalların hazırlanması üçün işlədilən konstruksiya poladları qrupunun ümumi adı. Nitralloydakı əsas legirləyici elementlər Al, Cr, Mo, V xırda kristallik bərk nitridlər əmələ gətirmr, həmin birləşmələr azotlanan səth qatına yüksək bərklik (HV 1200-dək) və yeyilməyə dözümlülük xüsusiyyətləri verir.
Nitraria
Şorgilə (lat. Nitraria) — sabunağacıçiçəklilər sırasının şorgiləkimilər fəsiləsinə aid bitki cinsi.
Nitrariaceae
Şorgiləkimilər (lat. Nitrariaceae) — i̇kiləpəlilər sinfinin sabunağacıçiçəklilər sırasına aid bitki fəsiləsi.
Nitrat turşusu
Nitrat turşusu (HNO3) – birəsaslı, qüvvətli turşu. Adi şəraitdə rəngsiz mayedir. Kimya sənayesinin ən mühüm məhsullarından biridir. Susuz Nitrat turşusunun sıxlığı 1,522 q/sm3-dir, —41°C-də donur, 86°C-də qaynayır. Su ilə istənilən nisbətdə qarışır və azeotrop qarıqiıq əmələ gətirir. İki kristalhidratı məlumdur: HNO3·H2O və HNO3·3H2O. Susuz nitrat turşusu davamlı deyildir, adi temperaturda işıqda parçalanaraq oksigen çıxarır (4HNO3=4NO2-2H2O + O2). Nitrat turşusu qüvvətli oksidləşdiricidir, kükürdü sulfat turşusuna çevrilincəyə qədər oksidləşdirir, yalnız qızıla, tantala və platin fəsiləsinin bəzi metallarına təsir etmir. Metallarla reaksiyaya girib azot 2-oksid çıxarır. Durulaşdırılmış nitrat turşusunda asan həll olan bəzi metallar, məsələn, dəmir, xrom, alüminium, metalın səthində qoruyucu oksid təbəqəsi əmələ gətirdiyi üçün qatı nitrat turşusuna qarşı davamlıdır. Bu xüsusiyyət qatı nitrat turşusunu polad qablarda saxlamağa və daşımağa imkan verir.
Nitratlar
Nitratlar — minerallar, azot turşusunun (HNO3) duzları. Quruluş və bəzi xassələrinə görə (məsələn: ikiqat şüasındırma) karbonatlara yaxındır. Bəzən nitratlar həmin sinfə daxil edilir. Nitronatritlə kalsit, nitrokalitlə araqonit arasında müşahidə edilən izotipiya bu qohumluğu aydın göstərir. Lakin olduqca güclü turşu duzları kimi, bir sıra xassələrinə (xüsusən yüksək həllolma və aşağı sərtlik), həmçinin mənşəyinə görə nitratlar karbonatlardan kəskin fərqlənir. Nitratlar məhz ekzogen proseslər zamanı, adətən, üzvü qalıqların parçalanması və bakteriyaların fəaliyyəti nəticəsində əmələ gəlir. Şimşək çaxdıqda elektrik boşalmaları nəticəsində NO2 əmələ gəlməsi də ehtimal edilir. Nitratlar olduğca dayanıqsız olub yalnız quru iqlim şəraitində rast gəlir. Ən güclü əsasların (Na və K) nitratları daha səciyyəvidir. Geologiya terminlərinin izahlı lüğəti.
Nitrifikasiya
Nitrifikasiya (lat. nitrogenium — azot) – ammonium duzlarının nitratlarla mikrobioloji çevrilməsi prosesi; torpaqda və su hövzələrində gedir. Yandırılan məhsullar nəticəsində atmosferdə toplanan azot oksidləri yağış və s. yollarla suya, torpağa daxil olduqda oradakı nitrifikasiya bakteriyalarının köməyi ilə nitratlara çevrilir. Suda bu duzların çox toplanması onu içmək üçün yararsız edir. Torpaqda nitrifikasiyanın qarşısını almaq üçün bu prosesi ləngidən kimyəvi maddələrdən istifadə edilir. Ammoniumu və ammonium duzlarını nitratlara çevirən torpaq və su aerob bakteriyaları.
Nitrifikasiyaedici bakteriyalar
Nitrifikasiya (lat. nitrogenium — azot) – ammonium duzlarının nitratlarla mikrobioloji çevrilməsi prosesi; torpaqda və su hövzələrində gedir. Yandırılan məhsullar nəticəsində atmosferdə toplanan azot oksidləri yağış və s. yollarla suya, torpağa daxil olduqda oradakı nitrifikasiya bakteriyalarının köməyi ilə nitratlara çevrilir. Suda bu duzların çox toplanması onu içmək üçün yararsız edir. Torpaqda nitrifikasiyanın qarşısını almaq üçün bu prosesi ləngidən kimyəvi maddələrdən istifadə edilir. Ammoniumu və ammonium duzlarını nitratlara çevirən torpaq və su aerob bakteriyaları.
Nitrit turşusu
Nitrit turşusu (HNO2) — zəif birəsaslı turşu. Nitrit turşusu normal şəraitdə bərk halda olur. Nisbi molyar kütləsi 47,0134 а.k.v., molyar kütləsi isə 47.0134 q/mol-dur. Türşü 42,35 °S-də əriyir və maye halda sıxlığı 1.685 q/sm³-dur. Nitrit turşusunun qaynama temperaturu 158 °S-dir. 2 HNO 2 ⟷ N 2 O 3 + H 2 O ⟷ NO ↑ + NO 2 ↑ + H 2 O {\displaystyle {\ce {2 HNO2 <-> N2O3 + H2O <-> NO ^ + NO2 ^ + H2O}}} 3 HNO 2 ⟷ HNO 3 + 2 NO ↑ + H 2 O {\displaystyle {\ce {3 HNO2 <-> HNO3 + 2 NO ^ + H2O}}} HNO2 zəif turşudur. H 2 SO 4 + 2 NaNO 2 ⟶ Na 2 SO 4 + 2 HNO 2 {\displaystyle {\ce {H2SO4 + 2 NaNO2 -> Na2SO4 + 2 HNO2}}} HNO 2 + H 2 O 2 ⟶ HNO 3 + H 2 O {\displaystyle {\ce {HNO2 + H2O2 -> HNO3 + H2O}}} HNO 2 + Cl 2 + H 2 O ⟶ HNO 3 + 2 HCl {\displaystyle {\ce {HNO2 + Cl2 + H2O -> HNO3 + 2 HCl}}} 7 HNO 2 + 2 KMnO 4 ⟶ 2 Mn ( NO 3 ) 2 + 2 KNO 3 + 3 H 2 O + HNO 3 {\displaystyle {\ce {7 HNO2 + 2 KMnO4 -> 2 Mn(NO3)2 + 2 KNO3 + 3 H2O + HNO3}}} 2 HNO 2 + 2 HI ⟶ 2 NO ↑ + I 2 + 2 H 2 O {\displaystyle {\ce {2 HNO2 + 2 HI -> 2 NO ^ + I2 + 2 H2O}}} Nitrit turşusunu azot- 3 — oksidini H2O suda həll etməklə: N 2 O 3 + H 2 O ⟶ 2 HNO 2 {\displaystyle {\ce {N2O3 + H2O -> 2 HNO2}}} Nitrit turşusunu azot- 4 — oksidini H2O suda həll etməklə: 2 NO 2 + H 2 O ⟶ HNO 3 + HNO 2 {\displaystyle {\ce {2 NO2 + H2O -> HNO3 + HNO2}}} Карапетьянц М. Х., Дракин С. И. Общая и неорганическая химия.
Nitritlər
Nitrittər — nitrit turşusunun duzları. Məsələn, natrium-nitrit bu qrupa aiddir. Nitritlər rəngsiz kristal maddələrdir. Qızdırıldıqda nitratlara nisbətən tez parçalanır. AgNO2 müstəsna olmaqla hamısı suda yaxşı həll olur. Onlar həm oksidləşdirici, həm də reduksiyaedici kimi təsir göstərə bilir. Əsasən azoboyalar istehsalında işlədilir.
Nitrobenzol
Nitrobenzol, C6H5NO2 — ən sadə aromatik nitrobirləşmə. Açıq-sarı rəngdə yağlı mayedir. 5,7°S-də donur, 210,9°S-də qaynayır. Sıxlığı 25°S-də 1,987 q/sm³-dur. Suda pis həll olur. Üzvi həlledicilərlə yaxşı qarışır. Reduksiya etdikdə, şəraitdən asılı olaraq, anilinə və ya pidrazobenzola çevrilir. Nitrobenzol zəhərlidir, iş binalarının havasında onun miqdarının 3 mq/m³-dan, yaşayış yerlərinin havasında isə 0,008 mq/m³-dan artıq olmasına icazə verilmir. Əsasən, anilin alınmasında, az miqdarı isə indulin və s. istehsalında, bəzən də sürtgü yağlarının təmizlənməsində (selektiv həlledici kimi) işlədilir.
Nitrobirləşmələr
Nitrobirləşmələr — molekulunda karbon atomu ilə birləşmiş bir və ya bir neçə nitro qrupu — NO2 olan üzvi birləşmələr. Mono-, di-, tri- nə polinitrobirləşmələr var. Nitrobirləşmələr bir neçə qrupa ayrılır: alifatik nitrobirləşmələr (məsələn, nitroparafinlər, nitroolefinlər), aromatik nitrobirləşmələr (məsələn, nitroanilinlər, nitrobenzol, nitrotoluol, nitrol naftalinlər), alifatik aromatik nitrobirləşmələr (məsələn, fenilnitrometan, nitrostirol) və. s. Aromatik nitrobirləşmələr sarımtıl maye və ya kristal maddədir, üzvi həlledicilərdə yaxşı, suda pis həll olur. Aromatik polinitrobirləşmələr partlayıcı maddə kimi işlədilir (məsələn, trinitrotoluol). Onların nitroqrupu reduksiya edildikdə boya maddələri istehsalında aralıq məhsul olan aminlər alınır. Sadə mononitroparafinlər xüsusi iyi olan rəngsiz mayedir. Nitroparafinlər asan reduksiya olunaraq hidroksilamin və aminlər əmələ gətirir, onlara qatı turşularla təsir etdikdə karbon turşularına çevrilir, aldehid və ketonlarla asan kondensasiya olunaraq nitrospirtlər əmələ gətirir, onların da dehidratasiyasından nitroolefinlər alınır. Bəzi nitrobirləşmələr zəhərlidir.
Nitrofillər
Nitrolaşma reaksiyası
Nitrolaşma reaksiyası – üzvi birləşmələrə nitroqrupun (-NO2) müxtəlif üsullarla daxil edilməsi prosesinə deyilir. Karbohidrogen atomunda bir və ya bir neçə hidrogen atomun nitroqrup ilə əvəz olunmasıdan əmələ gələn birləşmələrə nitrobirləşmələr deyilir. Nitroqrupun birləşdiyi karbohidrogen radikalından asılı olaraq nitrobirləşmələr 2 yerə bölünür: aromatik və alifatik nitrobirləşmələr. Aromatik nitrobirləşmələr çox böyük tətbiq sahələrinə malikdir. Onlardan boyaq sənayesində, dərman preparatları, partlayıcı maddələr və s. istehsalında istifadə olunur. Nitrobenzol əsasən (90%-ə qədər) anilin istehsalına, boyaların sintezinə (2%-ə qədər), və s. sərf olunur. Aromatik nitrobirləşmələr – rəngsiz və ya açıq sarı rəngdə yüksək temperaturda mayelərdir, ya da aşağı temperaturda əriyən bərk maddələrdir. Yüksək polyarlığına görə nitroarenlər yaxşı həlledicidirlər.
Nitronatrit
Nitronatrit — mineral, NaNO3. Nitronatrit - triqonal. Habitus romboedrik. Ayrılması {101} üzrə mükəmməl. Aqreqat: dənəvər, qabıqcıqlar. Rəngi rəngsiz, qonur. Parıltısı şüşəli. Sərtliyi 1,5-2. Xüsusi çəkisi 2,29. Suda asanlıqla həll olur.
Nitroplus
Nitroplus Co., Ltd. və ya nitro+ — Yaponiya videooyun istehsalı şirkəti. İstehsal etdiyi əsas məhsullar vizual romanlar və eroqelərdir. Şirkət həmçinin TYPE-MOON (digər bir videooyun yaradıcısı) şirkəti ilə əməkdaşlıq edərək "Fate/Zero" adlı ranobe seriyası nəşr etmişdir. Şirkət əsasən qaranlıq mövzulara — ölüm və qətl mövzularına müraciət edir. Şirkətin bir qolu olan Nitro+Chiral şirkəti isə yaoy vizual romanları işləyir. Qen Urobuçi kimi manqa, anime, roman və televiziya əsərləri üzərində işləmiş yazıçılar şirkət ilə əməkdaşlıq edirlər. Super Soniko Nitroplus tərəfindən keçirilən illik "Nitro Super Sonico" musiqi festivalının 2006-cı ildən talismanıdır. Nitroplus bu festivalı 2000-ci ildən keçirir. Chaos;Head (25 aprel 2008) Chaos;Head Noah (26 fevral 2009) Steins;Gate (15 oktyabr 2009) Chaos;Head Love Chu Chu!
Nitroqliserin
Nitroqliserin — cox partlayici təsirə malik bir maddə. Onun 1 damcisi zərbə görərsə bir otaq qədər sahə məhv olar. Nitroqliserindən raketlərdə, dinamitlərin hazirlanmasinda istifadə olunur. Kimyəvi formulu: CHONO2(CH2ONO2)2.
Nitrotörəmələr
Nitrotörəmələr — Aromatik birləşmələrə qatı azot turşusu ilə, ya da azot və kükürd turşularının qarışığı (nitrolaşdırıcı qarışıq) ilə təsir etdikdə benzol nüvəsindəki hidrogen asanlıqla nitroqrupla (-NO2) əvəz olunur və müvafiq nitrobirləşmələr alınır. Aromatik nitrobirləşmələrin ən sadəsi nitrobenzol açıq sarı rəngli şəffaf mayedir. 210oC-də qaynayır, kəskin acı badam iyi verir, suda həll olmur, sudan ağırdır. Xüsusi çəkisi 1,2-dir. Reduksiya olunduqda anilinə çevrilir: C6H5NO2 + 6H→C6H5NH2+2H2O Nitrobenzol texnikada anilini almaq üçün işlədilir. Onu bəzən ətirli maddə kimi paltar sabununa qatır, nadir hallarda həlledici kimi, bəzən də oksidləşdirici kimi işlədirlər. Dinitrobenzolun 3 izomeri vardır: 1,2-dinitrobenzoı və ya ortodinitrobenzol 1,3-dinitrobenzol və ya metadinitrobenzol 1,4-dinitrobenzol və ya paradinitrobenzol Bunlardan üçü də bərk maddələrdir. Bunlardan metadinitrobenzol asan əldə edilir, çünki istər benzolun özünü, istərsə də nitrobenzolu nitrollaşdırdıqda, əsasən metadinitrobenzol alınır. Metadinitrobenzol metafenildiamin almaq üçün işlədilir. Nitrotoluollardan, 221oC-də qaynayan ortonitrotoluol və 238oC-də qaynayan paranitrotoluol bərk maddə olub, müvafiq toluidinlər almaq üçün, toluidinlər isə boyaqlar almaq üçün işlədilir.
Nitrozobirləşmələr
Nitrozobirləşmələr — tərkibində bilavasitə karbon atomuna birləşmiş nitrozo qrupu, —N=O olan üzvi birləşmələr. Məsələn, nitrozo-tretbutan (CH3)3C—N=O nitrozobirləşmədir. Nitrozobirləşmələrin reaksiyayagirmə qabiliyyətləri çox yüksəkdir. Onlar oksidləşdikdə nitrobirləşmələr, reduksiya olunduqda aminlər və ya hidroksilamin əmələ gətirir. Nitrozobirləşmələr asanlıqla aminlərlə kondensasiya reaksiyasına girir. Aromatik sıranın nitrozobirləşmələri boya maddəsi kimi (məsələn, nitrozoboyalar) və üzvi sintezdə, flüorlu nitrozobirləşmələr (məsələn, CF3NO) isə istiyədavamlı kauçuk istehsalında işlədilir.