NİŞANGAH

is. [ fars. ]
1. bax nişan 3-cü mənada.
2. Odlu silahlarda: hədəfi nişan almaq üçün lülə üzərində çıxıntı.
İskəndər kişi onların qaraltısını görürdüsə də, tüfəngin nişangahını seçmirdi. M.Hüseyn.

3. Bir şeyə, hadisəyə xatirə olmaq üçün nişan qoyulmuş yer, nişan basdırılan yer; nişanə.
Dağ başında varsa da bir nişangah; Ətrafını basmış vəhşi gül, giyah. A.Səhhət.
[Yunis] nişangahları yoxlayıb ağacdan sağasola ağ torpaq tökülən xətti bir də qələmlə işarə etdi. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NİŞANGAH NİŞANGAH, HƏDƏF, NİŞAN
NİŞANƏ
NİŞANLAMA
OBASTAN VİKİ
Nişangah
Nişangah, nişanalma vasitələri — odlu silahları və ya raket silahlarını hədəfə tuşlamaq üçün cihaz və mexanizmlər. Nişangah vasitəsilə silah lüləsinin oxuna fəzada lazımi üfüqi və şaquli tuşlama bucaqlarda verilir. Nişangahın mexaniki, optik, elektron-optik və s. növləri var. Avtomatik və qeyri-avtomatik nişangahlar olur. Müasir silahların əksəriyyəti gecə atəş açmaq üçün xüsusi nişangahla təmin olunur. Birbaşa və vasitəli tuşlama prosesi üçün iki nişangahlı müasir silahlar daha geniş yayılmışdır.

Digər lüğətlərdə

вбу́хаться вы́пивший житу́ха игру́шечница лопушня́к лю́мпенский наме́стничество нумеро́ванный по-их посеща́ть прокали́ться ту́товница че́мбало закружи́ть коне́чности самовла́стно соревнова́ние самокрутка странный astoop hairdrier microcard reader tideway unseasonable занижение