NİŞANLI

sif.
1. Adaxlı, nişanlanmış, ad edilmiş, deyikli. Nişanlı qız. Nişanlı oğlan.
// İs. mənasında.
Dedi, nişanlıyam, özgə malıyam; Sındı qol-qanadım, yanıma düşdü. Aşıq Ələsgər.
Gülsüm, yəni Vəliqulunun nişanlısı Vəliqulunu görcək çadirşəbə bürünüb, pambıq boğçası kimi çəkilib oturdu qaranlıq bucaqda. C.Məmmədquluzadə.

2. Nişanı olan, nişan taxmış, nişan vurmuş. Döşü nişanlı əsgər.
[Əmiraslan:] Kişi, … başında nişanlı papaq uşaq gördünmü? S.S.Axundov.
Başqasının alnı qanlı; Polad köksü üç nişanlı. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NİŞANLI NİŞANLI [Həmidə qızına:] Veriliş qurtaran kimi nişanlın maşın tutub gələcək (Anar); ADAXLI Hamı bilirdi ki, o, Qəzənfərin adaxlısıdır (S
  • NİŞANLI adaxlı
  • NİŞANLI əlamətli — işarəli — damğalı — izli

Omonimlər

  • NİŞANLI NİŞANLI I sif. Adaxlanmış (oğlan və ya qız). Nişanlı qız-oğlan barədə bir söz deyə bilmərəm (S.Qədirzadə)
NİŞANLATMAQ
NİŞANSIZ
OBASTAN VİKİ
"Nişanlı qız-oğlan" ziyarətgahı
"Nişanlı qız-oğlan" ziyarətgahı — Şəki rayonu ərazisində ziyarətgah. Baş Layısqı kəndi ilə Şin kəndi arasında yerləşir. == Rəvayət == Kənd ağsaqqalarının rəvayətinə görə, bir zamanlar Nişanlı qız və oğlan qoşulub qaçarkən bu ərazidə öldürülmüşlər. Ondan sonra bu ərazi ziyarətgaha çevrilmişdir.
Çakinin nişanlısı (film, 1998)
Çakinin nişanlısı (ing. Bride of Chucky) — 1998-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Xarici keçidlər == «Çakinin nişanlısı» — Internet Movie Database saytında.

Digər lüğətlərdə

весельча́к гало́идный кривоши́пный сивола́п телерадиокомпа́ния жура́влик надувно́й раствори́мость совоку́пно с телеизмере́ние чи́стилка шемя́кин суд курт пассаж улыскаться abstergent Harz novitiate quintole stint taste-beaker артериальный погнушаться сугубо формальность