NİŞANƏ


1. bax nişan 1, 2 və 3-cü mənalarda.
Mənə gizlin bir nişanə göndərdin; Aşkara başıma qaxmağın nədir? M.P.Vaqif.
Gövhər özünü küçəyə atdı, qızdan bir nişanə görmədi. Çəmənzəminli.

□ Nişanə olmaq – hədəfə çevirmək, hədəf yeri olmaq.
Cəfa oxunu atır qeyrə ol yeganə, haray; Xədəngiqəmzəsinə olmadım nişanə, haray! S.Ə.Şirvani.

2. is. Bir şeydən nümunə. Parçadan nişanə göstərmək.
– Vidadi xəstədən Bağdad elinə; Siz yetirin bir nişanə, durnalar! M.V.Vidadi.
Bir yana sifariş eliyəndə bir nişanə göndərmək qədim adətlərin biridir. C.Məmmədquluzadə.

3. is. Ölən adamdan sonra qalan miras, övlad, şey mənasında. Bu uşaq ailədən qalan yeganə nişanədir.
– Qəriblikdə ölənin börkü nişanə gərək. (Məsəl).
Mən öldüm, anam qaldı; Oduma yanan qaldı; Bir balam, bir də atım; Mənim nişanəm qaldı. (Bayatı).

Sinonimlər (yaxın mənalı sözlər)

  • NİŞANƏ NİŞANƏ Gövhər özünü küçəyə atdı, qızdan bir nişanə görmədi (Çəmənzəminli); ƏSƏR, ƏLAMƏT Onu səsləyib, etdim sonra yanıma diqqət; Heykəldən qalmayıbdır
NİŞANÇILIQ
NİŞANGAH
OBASTAN VİKİ
Qara nişanə (film)
Qara nişanə — Azərbaycanlı kinorejissor Vaqif Mustafayevin 2003-cü ildə Elmira Axundovanın "Poliqrafçının ölümü" (2001) kitabı əsasında çəkilmiş filmi. İki seriyalı bədii film Heydər Əliyevin həyatı və genişmiqyaslı fəaliyyətindən bəhs edir. Film keçmiş Sovet İttifaqı respublikalarında son onilliklərdə baş vermiş tarixi hadisələri əks etdirir. Filmin kadrları Bakı, Moskva və Naxçıvanda çəkilmişdir. Azərbaycan Prezidenti Heydər Əliyevin rolunu Polşanın tanınmış aktyoru Tadeuş Xuk, keçmiş SSRİ prezidenti Mixail Qorbaçov rolunu Rusiyanın xalq artisti Vsevolad Şilovski ifa ediblər.

Digər lüğətlərdə

беспереме́нный боти́нок в обни́мку восклица́ние заваля́ть ка́йзер обвыка́ться прия́тельски просле́живаться труд фасова́ться бура́в куше́тка нава́ливаться перено́счик пома́диться теля́чий трагикоми́зм fibrillation Germanization naval returnable wan дорога трезвый