NİŞASTA

is. [ fars. ]
1. Bitkilərdən hasil edilən tərkibi una oxşar karbohidrat: kraxmal. Nişasta zavodu.
2. Bəzi bitkilərdən hazırlanan ağ, dadsız ovuntu (yeyinti, kimya, toxuculuq sənayesində işlənir). Kartof nişastası. Düyü nişastası.
□ Nişasta vurmaq – bax nişastalamaq.
[Bəhlul:] …Nazlının nişasta vurub ütü çəkdiyi təzə qardan da ağ köynəyi geymişdim. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NİŞASTA NİŞASTA, KRAXMAL
NİŞANSIZ
NİŞASTALAMA
OBASTAN VİKİ
Nişasta
Nişasta — (rus. крахмал) bitki aləmində geniş yayılmış polisaxariddir. Məişətdə və texnikada istifadə olunan, böyük miqdarda qlükozanın birləşməsindən əmələ gələn karbohidrat. Kartof, düyü, buğda kimi qidanın əsasını təşkil edir. == Quruluşu == Nişasta — tərkibi (C6H10O5)n formulu ilə ifadə olunan təbii polimerdir. nişastanın molekulları bir-birindən C6H10O5 elementar halqaların sayı və həmçinin quruluşu ilə fərqlənir. Nişasta xətti (amiloza) və şaxəli (amilopektin) quruluşlu molekullardan ibarətdir. amiloza bir neçə yüz, amilopektin isə bir neçə min C6H10O5 halqası saxlayır. Ona görə nişastanın molekul kütləsi bir neçə yüz mindən bir neçə milyona çatır. == Yayılması == Nişasta kartofda (22%-dək), buğdada (72%-ə yaxın), düyüdə (86%-ə yaxın) və bitki köklərində yığılır.

Digər lüğətlərdə

безъя́дерный впро́голодь гало́ид да́ром закочева́ть исто́мный ми́ленькая нажира́ться нату́рный разноме́рный све́тскость Марселье́за объеда́ние пра́здничать раскула́чить ублажи́ть шамить Abyssinian chin-music impawn osculate outsider signate мимозовый прошение