norveçcə

zərf. en norvégien ; ~ danışmaq parler norvégien

Norveç
norveçli
OBASTAN VİKİ
Norveçcə
Norveç dili (norv. norsk) — Əsasən Norveçdə danışılan, Skandinav dillərindən biri. Norveç dilinin və eləcə də İsveç dili və Dan dilinin ən qədim variantı Qədim skandinav dili hesab olunur. Bu dönəmdə runik əlifba ilə yazılan dil, 1030-cu ildə xristianlığın yayılması ilə birlikdə Latın əlifbası ilə əvəz olunmuşdur. Norveç dili ətraf dillərdən bu dönəmdə ayrılmağa başlamışdır. Zamanla Skandinav dili Şərq Skandinav dilinə və Qərb Skandinav dilinə ayrılmağa başlamışdır. Norveçdə, İslandiyada, Farer adalarında, Qrenlandiyada Qərb Skandinavcası istifadə olunurdu. Bu dil özlüyündə də XIV əsrdə ayrılmağa başlamış və bu ayrımın nəticəsində müasir İsland dili və Farer dili yaranmışdır. 1350-1525-ci illər arası istifadə olunan dil Orta Norveç dili olaraq bilinir. 1397-ci ildən Kalmar Birliyinə tabe olan Norveçdə Dan dilinin təsiri artmağa başlayır və idarəetmə dili olur.
Norveçcə Vikipediya
İki ədəd Norveçcə Vikipediya(Norveçcə:Norsk Wikipedia) versiyası vardır:biri Bokmål (və ya bəzən Riksmål) Norveçcəsi, o birisi də Nyorsk Norveçcəsi üçün mövcuddur.İlk saytı (yəni orijinal Norveçcə Vikipediyası) 26 noyabr 2001-ci ildə başladıldı, və orijinal olaraq məqalələri hər hansı bir Norveçcə növündə yazılmasına icazə verdi.Nyorsk Norveçcə növünə aid bir Vikipediya 31 iyul 2004də başladıldı.Bir səsvermənin nəticəsinə görə, ana Norveçcə saytı yalnız Bokmål oldu. 2007-ci ilin fevralında, Bokmål / Riksmål versiyasının məqalə sayı 100.000 məqaləyə çatdı, və Nyorsk saytı 20.000 ədəd məqalədən çoxa sahib idi. Bokmålın ISO 639 kodu nb olmasına qarşı, Bokmål Vikipedisi hələ də http://no.wikipedia.org/ də təqdim edilir, çünki bu Vikipediya versiyası yalnız Bokmål deyil, Riksmal məzmunu olmasınada icazə verir.

Digər lüğətlərdə