norveçli
nota
OBASTAN VİKİ
NOT elementi
Rəqəmli məntiqdə, çevirici və ya NOT elementi məntiqi inkarı yerinə yetirən məntiq elementidir (Cədvəl 1).
One nights not enough
One Night's Not Enough (azərb. Bir gecə kifayət etmir‎) – C. C. Catch tərəfindən 1986-ci ildə ifa edilmiş mahnıdır. Mahnı klipinin olmasına baxmayaraq bir çox ölkələrin hit-paradlarında yüksək mövqe qazanmışdır.
One Night's Not Enough
One Night's Not Enough (azərb. Bir gecə kifayət etmir‎) – C. C. Catch tərəfindən 1986-ci ildə ifa edilmiş mahnıdır. Mahnı klipinin olmasına baxmayaraq bir çox ölkələrin hit-paradlarında yüksək mövqe qazanmışdır.
Not
Not (lat. nota – qeyd, işarə) 1. Hər hansı musiqi səsinin şərti qrafik işarəsi. 2. Musiqi və ya mahnıda səsin özü. 3. Qrafik işarələrlə yazılmış musiqi əsərlərinin mətni; belə mətnlərdən ibarət dəftər, kitab və s. == Tarixçə == Müasir beynəlxalq not yazısı millətlər arasında yayıldığı vaxtdan çox-çox əvvəl, hər xalqın özünə məxsus işlətdiyi musiqi işarələrinin özü də müəyyən müddət ərzində təkmilləşməyə doğru inkişaf prosesi keçmişdir. Ayrı-ayrı xalqların yazı sistemi, daha doğrusu əlifbası müxtəlif olduğu kimi, not yazısı da əvvəllərdə cürbəcür olmuşdur. Çünki, ibtidai not yazısının ilk işarələri əslində hər xalqın işlətdiyi əlifba hərfləri əsasında düzəldilmişdir.
I’m Not the Only One
“I’m Not the Only One” (azərb. Mən tək deyiləm‎) — Britaniyalı müğənni və mahnı müəllifi Sem Smitin 2014-cü ildə çıxan “In the Lonely Hour” adlı debüt studiya albomundan olan dördüncü sinql. Mahnı Sem Smit və Ceyms Naper tərəfindən yazılmışdır. == Mahnı haqqında məlumat == Sinql, 2 iyul 2014-cü ildə ABŞ-də, 31 avqust 2014-cü ildə isə Böyük Britaniyada çıxıb. Sentyabrın 9-da sinqlın reper A$AP Rocky-nin iştirakı ilə yazılmış remiks versiyası çıxıb. "I’m Not the Only One" Birləşmiş Krallıqda “UK Singles Chart” hit-paradında üçüncü yerə kimi, ABŞ-nin “Billboard Hot 100” hit-paradında isə yeddinci yerə kimi yüksələ bilmişdir. “I’m Not the Only One” klipinin rejissoru Lyuk Monahan olub. Klipin premyerası 1 avqust 2014-cü ildə YouTube-da keçirilmişdir. Klipdə “Xor” serialı və “Mən dördüncüyəm” filmi sayəsində məşhur olan aktrisa Dianna Aqron və “Mindi layihəsi” serialından olan aktyor Kris Messina çəkilib.
It's Okay to Not Be Okay
Psix, amma bu yaxşıdır (kor. 사이코지만 괜찮아; ing. It's Okay to Not Be Okay və ya Psycho But It's Okay) (Jo Yong) — Ço Yon tərəfindən yazılmış və Pak Şinvu tərəfindən idarə olunan Cənubi Koreya romantik dram televiziya serialı. Kim Su-Hyon, So Yoci, Oh Cun-se və Pak Gyu-yon serialın başrollarıdır. Serial fədakar bir psixoloji şöbənin baxıcısı və antisosial bir uşaq kitabı yazıçısından ibarətdir. Serial 20 iyun 2020-ci il tarixindən 9 avqust 2020-ci il tarixinə qədər TVN və Netflix-də 16 bölüm yayımlandı. Cənubi Koreyada Netflix-də romantik janrda 2020-ci ilin ən populyar şousu idi. New York Times filmi "2020-ci ilin Ən Yaxşı Beynəlxalq Şouları"-ndan biri olaraq adlandırmışdır. Bəzi şərhçilər serialın ikinci yarısında yazılanları tənqid etsələr də, bu hissə aktyor heyəti tərəfindən təriflənmişdir. Serial 57-ci Baeksang İncəsənət Mükafatında qatıldığı 8 nominasiyada iki qalibiyyət əldə etmişdir.
Not Alone
Not Alone — Ermənistannın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Səkkizlik not
Səkkizlik not — Səslənmə müddətinə - uzunluğuna görə bütöv notdan səkkiz dəfə kiçik olan not (və ya bütöv notun səkkizdə bir hissəsinə bərabər uzunluq). İki səkkizlik not bir çərək nota bərabərdir.
Çərək not
Çərək not — səslənmə uzunluğuna görə bütöv notdan dörddə birinə bərabər olan not; orta tempdə bir say hesabı ilə ölçülür; iki səkkizlik nota və ya müvafiq olaraq dörd onaltılıq nota bərabərdir.
Ölü not
Ölü not (ing. ghost note) — bir musiqi notu məlumatıdır. Çalınan bir notun ikinci bir çalış edilmədən yazıldığı dəyər qədər uzadılmasına deyilir.Bir notdan sonra bir-birinə bağlı göstərilən notlardan çalınmayanın içi boş yazılır.
You're Not Alone
You're Not Alone (azərb. Sən tək deyilsən‎) — Böyük Britaniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Joe & Jake dueti "You're Not Alone" mahnısı ilə Böyük Britaniyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı Şvartz, Castin C. Benson və S. Kanes tərəfindən bəstələnmişdir.
You Are Not Alone
You Are Not Alone (azərb. Sən Tək Deyilsən‎) — Maykl Ceksonun History albomundan mahnı. Mahnı, Epic Records tərəfindən yayımlanmışdır. Mahnının prodüserliyini R. Kelly üstlənmışdır. Mahnı ABŞ siyahılarında 1 nömrəyə qədər çıxdığı kimi, tarixdə, bu siyahıda girdiyi ilk həftədə 1 nömrəyə çıxan ilk mahnıdır. == Mahnı haqqında == Mahnı, bir ballada və R&B olaraq avqust 1995-ci ildə satışa buraxılmışdır. Mahnının videosunda Ceksonun o zamanki yoldaşı, Elvis Presli'nin qızı Lisa Marie Presley'də rol almışdır. Mahnı, ABŞ siyahılarına 1 nömrədən daxil olmuşdur. Mahnı həmçinin bu müvəffəqiyyəti ilk tutan mahnı olmuşdur. Ancaq mahnı yalnız 1 həftə 1 nömrədə qala bilmişdir.
Amyen Notr-Dam kafedralı
Amiens Kafedralı (fr. Basilique Cathédrale Notre-Dame d'Amiens), Fransada XIII əsrə aid olan Qotik üslubda tikilən kilsələrin ən böyüklərindən biridir. Kafedral 1152-də Roman memarlığında tikilsədə 1218-də yanaraq xarabalığa çevrildi ve 1220-1245 illərində yeni üslubda yenidən tikildi. == Şəkillər == == İstinadlar == == Xarici keçidlər == Amiens Cathedral images, 360° panoramas, and essays. Arxivləşdirilib 2020-06-12 at the Wayback Machine In "Mapping Gothic France," a database created by Columbia University and Vassar College. 360° photos of the cathedral Outstanding photos of the cathedral Photos Arxivləşdirilib 2006-05-29 at the Wayback Machine The Portals, Access to Redemption by Professor Stephen Murray) Arxivləşdirilib 2016-11-10 at the Wayback Machine Photos of the magnificent reproduction of the cathedral colors by laser projection Background, Structural and Statistical Information for the cathedral.
Arbutus nothocomaros
İrimeyvə çiyələk ağacı (lat. Arbutus unedo) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin çiyələk ağacı cinsinə aid bitki növü. Təbiətdə növlər Aralıq dənizi və Batı Avropa, o cümlədən Şimal-Qərbi Fransanı və İrlandiyanı əhatə edir. İrlandiyanın cənub-qərbindəki mövcudluğu ilə də İrlandiya çiyələk ağacı olaraq da bilinir. ABŞ, xüsusən Kaliforniyada ən çox yayılmış dekorativ bitkilərdən birinə çevrildi. Həm də Krımın Cənubi sahilində yaxşı böyüyür, sağ dəyirmi və ya oval böyüyür. == Bioloji təsviri == Arbutus 5–10 m hündürlüyü olan bir kol və ya ağacdır, bəzən 15 m-ə qədər böyüyür və gövdə diametri 80 sm-ə qədərdir. Qabıq qırışıqdır, tünd qəhvəyi rənglidir. Yarpaqları, üst və alt çılpaq, parlaq top tünd yaşıl yüngül 1,8-3,4 sm geniş bucaqlı, parlaq tünd yaşıl, uzunluğu 4.5-10 sm, bazasına, uzunsov-oval var uzunluğu 0.4-1.5 sm saplaqlarından. Çiçəklənmələr çılpaq baltalar ilə təxminən 5 sm uzunluğunda paniküle edir.
Azərbaycanda notariat institutunun yaranması
Azərbaycanda notariat institutunun yaranması - Azərbaycanda notiarat sisteminin keçdiyi tarixi dövrü özündə birləşdirən mərhələ. == Sistemin yaradılması == XIX əsrin əvvəllərində Çar Rusiyası Azərbaycanı zəbt etdikdən sonra 1814-cü ildə Qafqaz üzrə Baş Müdirin göstərişi əsasında müvəqqəti dairə məhkəmələri təsis edilib. Onlar məhkəmə, inzibati və polis işləri ilə yanaşı, notariat funksiyalarını həyata keçiriblər. 1864-cü ildə aparılan məhkəmə islahatı Rusiyada və onun əyalətlərində notariat sisteminin yenidən qurulmasına səbəb olur. 1866-cı ildə isə notariat sahəsi haqqında Əsasnamə qəbul edilib və bu Əsasnamədə notarius vəzifəsinin təsis edilməsi nəzərdə tutulub. Təxminən bir ildən sonra, yəni 1867-ci il dekabrın 9-da Qafqaz vilayətində 20 noyabr 1864-cü il tarixli məhkəmə əsasnamələrinin tətbiq edilməsi barədə qanun qəbul olundu.Həmin qanuna əsasən Bakı dairə məhkəməsinin böyük notariusunun kontoru və onun tabeçiliyində olan Bakı quberniyasının özəl notariuslarının kontorları açıldı. Bir qədər sonra isə Qafqaz Canişininin 12 fevral 1868-ci il tarixli yazılı göstərişinə əsasən Yelizavetpol dairə məhkəməsinin böyük notariusunun kontoru və onun tabeçiliyində olan Yelizavetpol quberniyasının özəl notariuslarının kontorları yaradıldı. Belə bir addımın atılması Yelizavetpol quberniyasının yaradılması ilə əlaqədar idi. Daha sonralar isə Azərbaycanın müxtəlif bölgələrində notariat kontorları açılıb.Notariatla bağlı Azərbaycanda önəmli hadisələrdən biri də 1920-ci ilin mayında baş verib. Həmin vaxt Bakı Xalq Komisarları Şurasınının və Azərbaycan İnqilab Komitəsinin dekretləri ilə Azərbaycanda xüsusi qaydada fəaliyyət göstərən notariat kontorları ləğv edilib və xalq notariusları vəzifəsi təsis olunub.
Ağ-qara notlar (film, 2010)
Ağ-qara notlar qısametrajlı sənədli televiziya filmi rejissor Elşən Məmmədov tərəfindən 2010-cu ildə çəkilmişdir. Film EL televiziyasında istehsal edilmişdir. Film görmə qabiliyyəti olmayan musiqiçi, pedaqoq, qarmon ustası Dilavər Məmmədovdan bəhs edir. == Məzmun == Film görmə qabiliyyəti olmayan musiqiçi, pedaqoq, qarmon ustası Dilavər Məmmədovdan bəhs edir. Onun indi sayseçmə yetirmələri vardır. Filmdə pedaqoqun özü həyatını və sənət yolunda atdığı addımları nəql edir.
Ağabacı Rzayeva. Notlarda yaşanan ömür... (film, 2013)
Ağabacı Rzayeva. Notlarda yaşanan ömür... qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Elnurə Kazımova tərəfindən 2013-cü ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın həyat və yaradıcılığından bəhs edir. Filmdə Ədalət Məmmədov, Almaz Amanova, Mehman Piriyev, Lətafət Məmmədova və Dəniz Tacəddin çəkilmişlər. == Məzmun == Film Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın həyat və yaradıcılığından bəhs edir. Ağabacı Rzayeva Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil almış, onun ən sevimli tələbələrindən biri olmuşdur. Onun bəstələdiyi ilk əsər "Gənc vətənpərvərlər marşı" olmuşdur. Mahnı və romans A.Rzayeva yaradıcılığının aparıcı sahəsinə çevrilir.
Baccharis notosergila
Baccharis notosergila (lat. Baccharis notosergila) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Bove Notr-Dam kilsəsi
Bove Notr-Dam kilsəsi və ya Bovedəki Ən Müqəddəs Teotokos Kafedralı (frans: Cathédrale Notre-Dame de Bayeux) — Bove şəhərində yerləşən Bove yeparxiyasının kafedralıdır. Roman üslubunun və Norman Qotikasının xüsusiyyətlərini özündə birləşdirən XI–XV əsrlərə aid memarlıq abidəsidir. Bove Notr-Dam kilsəsi möhtəşəm şəkildə mühafizə edilib saxlanılan orta əsr binaları kompleksinin ayrılmaz hissəsidir ki, buraya yepiskop sarayı, kitabxana, qəbul zalı və s. daxildir. == Tarix == Qall-Roma dövründə indiki kafedralın yerləşdiyi yerdə Augustodurum şəhərinin forumu yerləşirdi. Bove yeparxiyası III əsrdə yaradılıb və burada Merovinqlər dövründə kafedral tikilib. Binaya ciddi ziyan vuran yanğından sonra Boveli II Hüqo (1015–1049) eyni yerdə yeni kafedral tikmək qərarına gəldi. Hüqo Odonun varisi (1049–1097) dövründə məbədin tikintisi başa çatdırıldı. 14 iyul 1077-ci ildə yeni bina Normandiya hersoqu və İngiltərə kralı Normandiyalı Vilyamın iştirakı ilə təqdis olundu. Əsas fasadın (vestibülün) məbədi və qüllələri XI əsr Romanesk kafedral kilsəsindən salamat qalmışdır.
Bulbophyllum notabilipetalum
Bulbophyllum notabilipetalum (lat. Bulbophyllum notabilipetalum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Coreopsis notha
Coreopsis notha (lat. Coreopsis notha) — mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid biki növü.
Death Note
Death Note (デスノート, Desu Nōto, azərb. Ölüm dəftəri‎) — Tsuqumi Oba (yazıçı) və Takeşi Obata (rəssam) tərəfindən yaradılmış 13 cildlik manqa və eyni adlı anime serial, bir neçə tam metrajlı və bədii film, ranobe və videooyunlar. Manqanın 108 fəsili əvvəldən Shueisha nəşriyyatın tərəfindən çap edilən Weekly Shōnen Jump jurnalında 2003-cü ilin dekabr ayından bəri 2006-cı ilin may ayına gədər nəşr edilmişdir. Bundan əlavə, manqa Yaponiyada 12 cild tankobon şəkildə 2004-cü ilin may ayından bəri 2006-cı ilin oktyabr ayına qədər çap edilmişdir. == Məzmun == Orta məktəb şagirdi 17 yaşlı Yaqami Layt (yap. 夜神 月; bəzi tərcümələrdə Layt Yaqami ing. Light Yagami) Ryuk adlı ölüm tanrısının əyləncə xatirinə dünyaya atdığı Death Note adlı dəftəri tapır. Kimin adı bu dəftərə yazılsa həmin adam 40 saniyə içində ölür. Ancaq gərək adı yazarkən həmin insanın üzünü də xəyalından keçirəsən. Bundan əlavə həmin dəftərə bir dəfə də olsun ad yazan şəxs öldüyü zaman nə cənnətə, nə də cəhənnəm gedir.
Death Note Another Note: The Los Angeles BB Murder Cases
Death Note Another Note: The Los Angeles BB Murder Cases (yap. アナザーノート — ロサンゼルスBB連続殺人事件) — Death Note manqasının prikvelı olan Nisio İsinin ranobesi.
Eucalyptus notabilis
Eucalyptus notabilis (lat. Eucalyptus notabilis) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Euseius notatus
Euseius notatus (lat. Euseius notatus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Ficus nota
Ficus nota (lat. Ficus nota) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
L (Death Note)
L Lolayt (エル・ローライト), L kimi tanınan Tsuqumi Oba (yazıçı) və Takeşi Obata (rəssam) tərəfindən yaradılan Death Note manqa seriyasındakı uydurma personajdır. O, əsl şəxsiyyəti və keçmişi sirr olaraq saxlanılan müəmmalı, sirli və çox hörmətli beynəlxalq detektivdir. L, hüquq-mühafizə orqanları ilə yalnız eyni dərəcədə izaholunmaz köməkçisi, səlahiyyətlilərlə rəsmi əlaqəsi olan Vatari vasitəsilə əlaqə saxlayır. Keçmişi sirr içində qalsa da, o, şübhəsiz ki, dünyanın ən böyük detektiv/kriminal profilçisi kimi şöhrət qazanıb. Serial boyu o, serialın baş qəhrəmanı, orta məktəb dahisi Layt Yaqaminin fəaliyyətini müşahidə edir və casusluq edir. L Laytı fövqəltəbii vasitələrlə bütün dünyada yüksək profilli cinayətkarları qətlə yetirməkdən məsul olan məşhur seriyalı qatil "Kira" kimi ifşa etməyə çalışır. Serial irəlilədikcə, L və Layt arasında psixoloji zehn oyunu güclənir və hər biri bir sıra mürəkkəb hiylələr və sxemlər vasitəsilə digərinin əsl şəxsiyyətini üzə çıxarmağa çalışır. Anime adaptasiyasında o, yapon dilində Kappei Yamaquçi, və ingiliscə Alessandro Culiyani tərəfindən səsləndirilir. L, canlı döyüş filmləri seriyasında Kenichi Matsuyama, televiziya dramında Kento Yamazaki və Amerika filmində Lakeith Stanfield tərəfindən canlandırılmışdır. == Yaradılış və konsepsiya == Serialın yazıçısı Tsuqumi Oba L-i gənc biri kimi yaratdı, çünki o, L rəqibi Laytdan əhəmiyyətli dərəcədə böyük olsaydı, hekayənin çox maraq göstərməyəcəyinə inanırdı.
Live from Nottingham
Live from Nottingham Rock City 2003 – Linkin Parkın canlı albomu. Albom 2003-cü ildə Meteora albomu çıxmadan qabaq keçirilən konsertdə hazırlanmışdır. Albomun mahnıları Linkin Park, Yaponiya və Koreya olanda yazılmışdır. = Albomdakı mahnılar = Bütün mahnılar Linkin Park tərəfindən yazılmış və bəstələnmişdir.
Loik Notte
Loik Notte (fr. Loïc Nottet d. 10 aprel 1996, Kursel, Belçika) — Belçika müğənnisi, rəqqası və bəstəkarı. Loik Notte 2014-cü ildə Belçikanın The Voice səs yarışmasında iştirak edərək 2-ci yerdə qərarlaşmışdır. Müğənni eyni zamanda Belçikanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və 217 xalla dördüncü yeri qazanmışdır. == Musiqi karyerası == Belçika tamaşaçıları Loik Notte ilə ilk dəfə ölkədə keçirilən The Voice səs yarışmasında tanış olmuşdur. Gənc müğənni yarışmanın münsifləri və ümumilikdə Belçika tamaşaçılarından əsasən müsbət rəylər qazanmış və yarışmanın finalına yüksələrək, ikinci yerdə qərarlaşmışdır. Loik Notte yarışmada Beverli Co Skottun komandasına yer almışdır. Belçikanın səs yarışmasında qazandığı uğurdan sonra Loik Notte Belçikanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanmışdır.. Gənc müğənni müsabiqədə ifa etdiyi "Rhythm Inside" mahnısı ilə müsabiqənin final mərhələsinə uğurla yüksəlmiş və finalda isə 217 xalla 27 iştirakçı arasında 4-cü yerdə qərarlaşmışdır.
Mello (Death Note)
Mixael Kel (yaponca: ミハエル・ケール, Hepbörn: Mihaeru Kēru) və ya hər kəs tərəfindən istiifadə olunan adı ilə Mello (メロ, Mero) — Tsuqumi Oba və Takeşi Obata tərəfindən yaradılmış "Death Note" animanqa seriyasından personaj. Seriya boyunca Mello Nia ilə birlikdə L-in əvəzedicilərindən biri kimi təqdim olunur. Həm Mello, həm də Nia L-in köməkçisi olan Vatarinin əsasını qoyduğu "Wammy's House" yetimxanasında böyümüşdülər, lakin Mello Kira adlı qatili tapmaq üçün Nia ilə birlikdə işləməyi rədd edir. Cərəyan edən hadisələr zamanı Mello mafiyaya qoşulur, Ölüm dəftərini tapır, bir neçə nəfərin ölümünə bais olur, ölməzdən qabaq isə Kiranın əsl şəxsiyyətini ifşa edə bilir. Anime və manqadan əlavə Mello video oyunlarda və ranobelərdə də peyda olmuşdur. Mello Nia ilə birlikdə detektiv L ilə Kira adı ilə cinayət işləyən Layt Yaqami arasındakı sonsuz davam edən qarşıdurmanı dayandırmaq üçün yaradılmışdılar. Həm Mello, həm Nia L-dən sonra dizayn olunmuşdular və ilk öncə L-in oğulları olan əkizlər kimi təsəvvür edilmişdilər. Sonda, bu ideyadan istifadə olunmamış və orijinal dizaynlar seçilmişdir. Mellonu yapon anime serialında Nozomu Sasaki, ingilis anime serialında Devid Hurvitz səsləndirmişdir. Personaja həsr olunmuş plüş kuklalar və ekşen-fiqurka kimi əşyalar satışa buraxılmışdır.
Microsoft Notepad
Microsoft Notepad Microsoft Windows üçün sadə bir mətn redaktoru və kompüter istifadəçilərinə sənədlər yaratmağa imkan verən əsas mətn tənzimləmə proqramıdır. İlk dəfə 1983-cü ildə MS-DOS proqramı olaraq buraxılmış və 1985-ci ildə Windows 1.0-dən bəri Microsoft Windows-un bütün versiyalarına daxil edilmişdir.Müəllifi Riçard Brudidir. == Tarixi == Microsoft, Riçard Brudi tərəfindən yazılmış siçan əsaslı mətn redaktoru olan Multi-Tool Notepadı 1983-cü ilin mayında Atlantadaki Bahar COMDEX kompüter sərgisində 195 ABŞ dolları olan Microsoft Mouse ilə təqdim etdi. Bu COMDEX də Çarlz Simonyi tərəfindən siçan ilə işləmək üçün hazırlanmış Multi-Tool Word idi. Simonyinin nümayişini izləyənlərin çoxu siçan haqqında heç eşitməmişdilər. Microsoft, Microsoft Siçanını 1983-cü ilin iyununda buraxdı və Multi-Tool Notepad iyul ayında göndərməyə başladı. İlkin satışlar təvazökar idi, çünki qutuya daxil edilmiş üç nümayiş proqramını (bir dərslik, təcrübə tətbiqi və Notepad) və ya proqram interfeysini idarə etməkdən başqa bir şey az idi. Multi-Tool məhsul xətti Multiplan elektron tablo üçün ekspert sistemləri ilə başladı. Bill Qeytsin Windows 1.0 buraxılışından əvvəl "İnterfeys meneceri" adını "Windows" olaraq dəyişdirməsinə inandıran Rouland Hansonun təklifi ilə, Multi-Tool adı Word-in 1983-cü ilin noyabrında göndərildiyi vaxt öldürüldü. Hansonun əsaslandırılması ki, "marka qəhrəmandır".
Paris Notr-Dam kilsəsi
Paris Notr-Dam kilsəsi və ya Paris Məryəm ana kilsəsi (fr. Cathédrale Notre-Dame de Paris, fransız: [nɔtʁə dam də paʁi] ( dinlə)) — Paris şəhərinin mərkəzində yerləşən katolik kilsəsi Fransa paytaxtının başlıca simvoludur. Notr-Dam Paris arxiyeparxiyasının kafedral kilsəsidir. O, Parisin ilk xristian kilsəsi hesab edilən, Müqəddəs Stefan bazilikasının yerində, daha doğrusu Site adasının şərq hissəsində, dördüncü şəhər dairəsində II Jan-Paul meydanında yerləşir. Qotik üslublu kilsə 1163-1345-ci illərdə Paris yepiskopu Moris de Süllinin təşəbbüsü ilə ucaldılmışdır. Kilsə tam bir memarlıq üslubundan deyil, beləki kilsədə həm erkən qotik memarlıq üslübu, həm də XIII əsr qotik memarlıq üslubu cəmlənmişdir. Transeptin hər iki tərəfindəki qızılgül pəncərələri öz həcmlərinə görə Avropada ilk sıradadır və onların diaqramları 13 metrdir. Kilsənin inşası tamamlandığında kilsə qərbin ən böyük kilsələrindən biri olmuşdu. İnqilabi mübarizədən sonra 1844 - 1864-cü illərdə arxitekt Violle-le-Dükün rəhbərliyi altında kilsə restavrasiya olunmuş və kilsə memarlığına yeni motivlər əlavə edilmişdir. Kilsə yarandığı tarixdən etibarən Parisin ən simvolik memarlıq abidələrindən biri olmuşdur.
To Beast or Not To Beast
To Beast or Not To Beast — Lordi studiya albomu.
You are not Alone (Modern Talking)
You are not Alone (azərb. Sən tək deyilsən‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Whatever People Say I Am, That's What I'm Not
Whatever People Say I Am, That's What I'm Not — ingilis rok qrupu Arctic Monkeys-in 23 yanvar 2006-cı ildə Domino tərəfindən buraxılan ilk albomu. Qrupun keçmiş bas ifaçısı Endi Nikolsonun yer aldığı yeganə albomudur.

Значение слова в других словарях

оса́ниться пальпи́ровать путеукла́дчик сёмговый сок стошни́ть тростнико́вый вню́хиваться карта́вленье кле́йстерный поли́ться дряблый мамой мордохвасия back-breaking can-buoy cheekbone conspectus essoin European Parliament fantasist suspense методика нимфа периферический