NOTARİUSLUQ
NOVBAHAR
OBASTAN VİKİ
Nov boğazı
Nov boğazı (xorv. Novsko ždrilo) Velebitski boğazını Noviqad dənizi (körfəz) ilə birləşdirir. Uzunluğu 4 km, eni 30–400 m təşkil edir. Paq adasını sahildən ayırır. Boğaza Zimanya və bir sıra kiçik çaylar axır. Boğaz üzərində iki körpü vardır. "Masleniç körpüləri" köhnə və yeni olmaqla, birinci 1961-ci ildə tikilmişdir. 1961-ci ildə Noviqrad rayonu serblər tərəfindən işğal edilərkən körpü dağıdılır. Yenidən 2005-ci ildə yenidən bərpa edilmişdir. İkinci körpü köhnə körpü dağıldıqdan sonra tikilir (1993-1997).
A. D. Neçaevin xəstəxanası (Novoçerkassk)
A. D. Neçaevin xəstəxanası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində yeləşən xeyriyyə məqsədli istifadə edilən bina. Bina Komitetskaya, ev 64 ünvanında yerləşir. Regional əhəmiyyətli ümumdünya irsi siyahısına daxildir. Üstəlik bir tarixi abidədir. == Tarixi == Komitetskaya küçəsi, ev 64 ünvanında yerləşən bina iki hissədən ibarət olmuşdur. Bəlkə də elə bu səbəbdən binanın dəqiq tikilmə tarixi bilinmir. Bəzi mənbələrdə onun XIX əsrin ortalarında, digərində isə binanın 1912-ci ildə inşa edilməsi barədə məlumatlar vardır. Binalardan biri həyətyani dahənin daxilində yerləşir. Digəri isə küçənin qırağına yaxın ərazidədir. Hazırda bu binada fizioterapiya bölməsi yerləşir.
AGİL Volley Novara
AGIL Volley — İtaliyada fəaliyyət göstərən qadın voleybol klubu. Novara şəhərinin bütün idman növləri üzrə ən uğurlu komandasıdır. == Tarixi == Komanda 1984-cü ildə təsis edilmişdir. 1995-ci ilə qədər heç bir liqada iştirak etməmişdir. Yalnız bu ildə Seriya B2-də mübarizə aparan komanda yaşadığı çempionluqla Seriya B1-ə vəsiqə qazanmışdı. 2001-02 mövsümündə Seriya A1-də üçüncü olan AGİL bu uğuru sayəsində CEV Kubokuna vəsiqə qazanmışdı. Həmin il CEV kubokunda da uğurlu çıxış edərək finala çıxmış, bu mərhələdə də İspaniya təmsilçisi Las Palması məğlub edərək ilk böyük nailiyyətini qazanmışdı. Hər kəsin uğurların davamını gözlədiyi bir anda 2002-ci ilin yayında komanda böyük maliyyə problemləri səbəbləri ilə İtaliya Voleybol Federasiyası tərəfindən sərt cəza ilə üzləşmişdi. Bu qərara əsasən komanda 2002-03 mövsümündən etibarən İtaliya voleybolunda səviyyəcə beşinci liqa olan Seriya "C"yə göndərilmişdi. Bu isə komandanın bütün voleybolçularının Novara şəhərini tərk etməsi ilə nəticələnmişdi.Qərarın əziyyəti ilə boğuşan klub 2006-cı ilə qədər fəaliyyət göstərməmişdir.
AGİL Volley Novara QVK
AGIL Volley — İtaliyada fəaliyyət göstərən qadın voleybol klubu. Novara şəhərinin bütün idman növləri üzrə ən uğurlu komandasıdır. == Tarixi == Komanda 1984-cü ildə təsis edilmişdir. 1995-ci ilə qədər heç bir liqada iştirak etməmişdir. Yalnız bu ildə Seriya B2-də mübarizə aparan komanda yaşadığı çempionluqla Seriya B1-ə vəsiqə qazanmışdı. 2001-02 mövsümündə Seriya A1-də üçüncü olan AGİL bu uğuru sayəsində CEV Kubokuna vəsiqə qazanmışdı. Həmin il CEV kubokunda da uğurlu çıxış edərək finala çıxmış, bu mərhələdə də İspaniya təmsilçisi Las Palması məğlub edərək ilk böyük nailiyyətini qazanmışdı. Hər kəsin uğurların davamını gözlədiyi bir anda 2002-ci ilin yayında komanda böyük maliyyə problemləri səbəbləri ilə İtaliya Voleybol Federasiyası tərəfindən sərt cəza ilə üzləşmişdi. Bu qərara əsasən komanda 2002-03 mövsümündən etibarən İtaliya voleybolunda səviyyəcə beşinci liqa olan Seriya "C"yə göndərilmişdi. Bu isə komandanın bütün voleybolçularının Novara şəhərini tərk etməsi ilə nəticələnmişdi.Qərarın əziyyəti ilə boğuşan klub 2006-cı ilə qədər fəaliyyət göstərməmişdir.
Abbasəli Novruzov
Abbasəli Ramazan oğlu Novruzov - Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini-Sərhəd Qoşunlarının Komandanı (1994-2001-ci illər). Sərhəd Qoşunları Komandanının baş müşaviri, general-mayor, respublikanın Əməkdar hüquqşünası. == Həyatı == Sərhəd Qoşunlarının əsas vəzifəsi dövlətin siyasi, hərbi, iqtisadi mənafelərini qorumaq, quru və dəniz sərhədlərini müdafiə etməkdir. Silahlı qüvvələrin tərkib hissəsi olmasına baxmayaraq, öz strukturuna görə digərlərindən fərqlənir. Sərhədçilər ilboyu Vətənin hüdudlarını qorumaqla yanaşı, həm də xarici təcavüzü ilk olaraq üzərinə götürən qoşun növüdür, dövlət təhlükəsizliyimizin qarantlarından biridir. General-mayor Abbasəli Novruzov da 75 illik ömrünün 57 ilini sərhədlərimizin müdafiəsinə bağlayan sərkərdələrimizdəndir. Hər şey əsgərlik illərindən başlayıb. Çağırışçı kimi Sərhəd Qoşunlarına düşüb. Və taleyini əbədi olaraq sərhədə bağlayıb. Əvvəlcə SSRİ DTK Sərhəd məktəbinin hüquq bölməsini, sonra isə Dövlət Təhlükəsizlik Akademiyasını bitirmişdir.
Acaena novae-zelandiae
Acaena novae-zelandiae (lat. Acaena novae-zelandiae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin asena cinsinə aid bitki növü.
Accipiter novaehollandiae
Parlaq qırğı (lat. Accipiter novaehollandiae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Aleksandr Novikov
Aleksandr Aleksandroviç Novikov (rus. Алекса́ндр Алекса́ндрович Но́виков; 19 noyabr 1900, Blaznovsk volostu[d], Kostroma quberniyası – 3 dekabr 1976, Moskva) — SSRİ hərbi xadimi, İkinci Dünya müharibəsi zamanı baş aviasiya marşalı. == Həyatı == Aleksandr Aleksandroviç Novikov 19 noyabr 1900-cu il tarixində Rusiya imperiyasının Kostroma quberniyası tərkibindəki Nerext mahalının Blaznovsk volostunda anadan olmuşdur. O, 1919-cu ildən Sovet Ordusunda xidmətə başlamışdır. Novikov 1920-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. O, bir sıra hərbi kursları (1920, 1922), M. V. Frunze adına hərbi Akademiyanı (1930) bitirmişdir. Novikov Rusiyada vətəndaş müharibəsində iştirak etmişdir. O, SSRİ–Finlandiya müharibəsində (1939–1940) və İkinci Dünya müharibəsinin əvvəlində bir sıra cəbhələrdə HHQ komandanı, 1942–1943-cü illərdə SSRİ müdafiə komissarının aviasiya üzrə müavini, 1934–1945-ci illərdə Sovet Ordusu HHQ-nin komandanı olmuşdur. Müharibədən sonra məsul hərbi vəzifələrdə, 1956-cı ildən ehtiyatda idi. 1958-ci ildə təqaüdə çıxmışdır.
Allahverdi Novruzov
Allahverdi Bəhram oğlu Novruzov — 17 may 1994-cü il; Salyan rayonunda anadan olub, Azərbaycan – 29 sentyabr 2020-ci il; Füzuli, Azərbaycan — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Belə şərəfli ömür sahiblərindən biri də əsgər Allahverdi Bəhram oğlu Novruzovdur. Allahverdi Novruzov 17 may 1994-cü ildə Salyan şəhərində anadan olub. Atası Bəhram kişi ustadır, anası Məlahət xanım evdar qadın. Ailədə bir bacı, bir qardaşdırlar. Sadə və zəhmətkeş bir ailədirlər. Memorial == Hərbi xidməti == Allahverdi ibtidai təhsilini "Plastik" yaşayış massivində yerləşən 9 illlik (həmin vaxt 9-illik, hazırda 11 illik) məktəbdə başa vurduqdan sonra, orta təhsilini 2011-ci ildə Salyan şəhər 2 saylı orta məktəbdə alıb. Həmin ildə də Dənizçilik Akademiyasına qəbul olunub. O, 2017–2018-ci illərdə cəbhə bölgəsinin təmas xəttində, Xocavənddə hərbi xidmət edib.
Amin Novruzov
Amin Novruzov (kinooperator) — Azərbaycan kinooperatoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. Amin Novruzov (kiçik gizir) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Amin Novruzov (Vətən Müharibəsi Qəhrəmanı)
Amin Taciddin oğlu Novruzov (16 avqust 1996, Qullar, Balakən rayonu – 2 noyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Amin Novruzov 1996-cı il avqustun 16-da Balakən rayonunun Qullar kəndində anadan olub. 2002–2013-cü illərdə Qullar kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Amin Novruzov 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2017-ci ildən isə Dövlət Sərhəd Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Amin Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amin Novruzov noyabrın 2-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Amin Novruzov (kinooperator)
Amin Novruzəli oğlu Novruzov — Azərbaycan kinooperatoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000). == Həyatı == Amin Novruzov 7 oktyabr 1947-ci ildə Bakının Güzdək kəndində anadan olub. ÜDKİ-nin kinooperatorluq fakültəsində V. Yusovun emalatxanasında təhsil alıb (1978-1983). 1983-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi fəaliyyət göstərir. Əməkdar incəsənət xadimidir. == Filmoqrafiya == 777 №-li müəssisədə (film, 1988)(qısametrajlı bədii süjet-Mozalan № 129) Adı Günəşlidir... (film, 1992)(qısametrajlı sənədli süjet-Mozalan № 162) Alayarımçıq (film, 1984) Arşınmalçı (film, 1985) Arxada qalmış gələcək (film, 2004) Bais (film, 1985) Belə də olur (film, 1988) Bəxt üzüyü (film, 1991) Bir axşam... (film, 1985) Birisigün, gecəyarısı... (film, 1981) Boş yer (film, 1989) Cəmşid Naxçıvanski (film, 1982) Cin mikrorayonda (film, 1985) Çıxış yolu (film, 1984) Əhməd haradadır? (film, 1983) Fədailər (film, 1986) Firəngiz (film, 1975) Gedərgəlməz (film, 1984) Gözdən uzaq...
Amin Novruzov (kiçik gizir)
Amin Taciddin oğlu Novruzov (16 avqust 1996, Qullar, Balakən rayonu – 2 noyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Amin Novruzov 1996-cı il avqustun 16-da Balakən rayonunun Qullar kəndində anadan olub. 2002–2013-cü illərdə Qullar kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Amin Novruzov 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2017-ci ildən isə Dövlət Sərhəd Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Amin Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amin Novruzov noyabrın 2-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Aqşin Novruzov
Novruzov Aqşin Şahin oğlu (15 avqust 1998, Bakı – 13 oktyabr 2020, Kəlbəcər rayonu )Aqşin Novruzov Texniki Humanitar liseyin şagirdi idi .Vəfatından sonra həmin liseyə Aqşin Novruzovun adı verilmişdir. Aqşin Novruzov Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Ölümdən sonra 3 medal tərtif edilib. == Həyatı == Aqşin Novruzov 1998-ci il avqustun 15-də Bakı şəhərində anadan olub. Texniki-Humanitar liseyini bitirib. Ali təhsilini Əmək və Sosial Münasibətlər Akademiyasında alıb. 2020-ci ilin yayında həqiqi hərbi xidmətə çağırılıb, 2-ci Qarabağ müharibəsində iştirak edib. Döyüşlərin əvvəlində ayağından yaralanıb, müalicə olunduqdan sonra yenidən ön cəbhəyə yollanıb. Topçu olaraq briqadası ilə birlikdə döyüşlər zamanı 2 düşmən tankını məhv edib. 13 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Arxitektor Boldırevin binası (Novoçekassk)
Arxitektor Boldırevin binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina Novoçekassk şəhəri Krasnoarmeysk küçəsi, ev 18 ünvanında yerləşir. == Tarixi == Binanın sahibi və layihəsinin müəllifi arxitektor Sergey İvanoviç Boldırev olmuşdur. Sənətinə görə o, mühəndis idi. Onun haqqında 1900-cu il qeydlərində bildirilir. O, titul məsləhətçisi, daha sonradan isə saray məsləhətçisi olmuşdur. Vizbesenski kilsəsinin tikilmə işlərinə rəhbərlik edənlərdən biri olmuşdur. Bu tikilini 1903-cü ildə inşasına başlamışlar ancaq tikinti işləri 1905-ci ildə başa çatmışdır. Oda məlum idi ki, onu general Belyavski ilə qohumluq əlaqələri birləşdirirdi.
Arxitektor Boldırevin binası (Novoçerkassk)
Arxitektor Boldırevin binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina Novoçekassk şəhəri Krasnoarmeysk küçəsi, ev 18 ünvanında yerləşir. == Tarixi == Binanın sahibi və layihəsinin müəllifi arxitektor Sergey İvanoviç Boldırev olmuşdur. Sənətinə görə o, mühəndis idi. Onun haqqında 1900-cu il qeydlərində bildirilir. O, titul məsləhətçisi, daha sonradan isə saray məsləhətçisi olmuşdur. Vizbesenski kilsəsinin tikilmə işlərinə rəhbərlik edənlərdən biri olmuşdur. Bu tikilini 1903-cü ildə inşasına başlamışlar ancaq tikinti işləri 1905-ci ildə başa çatmışdır. Oda məlum idi ki, onu general Belyavski ilə qohumluq əlaqələri birləşdirirdi.
Arxitektor Kulikovun binası (Novoçerkassk)
Arxitektor Kulikovun binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində iki mərtəbəli bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Novoçekassk şəhəri Prosveşeniya küçəsi, ev 139 ünvanında yerləşir. Bina Modern stildə inşa edilmişdir. Bina Rusiya Federasiyasının regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Binanın mərkəzi hissəsinin yuxarısında mansard yerləşir. Əsas girişin üzərində eyvan vardır. Baş girişin hər iki tərəfində bir pəncərə yerləşir. == Tarixi == Bina Novoçerkassk şəhərində XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Prosveşeniya küçəsi ev 139 ünvanında yerləşən arxitektor Kulikov tərəfindən inşa edilmişdir.
Azad Novruzov
Novruzov Azad Sevindik oğlu (1 iyun 1965, Aşağı Qışlaq, Şahbuz rayonu) — Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Azad Novruzov 1965-ci il 1 iyun tarixdə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Aşağı Qışlaq kəndində anadan olmuşdur. 1982–1989-cu illərdə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Fizika-Riyaziyyat fakültəsində təhsil almışdır. 1983–1985-ci illərdə hərbi xidmətdə olmuşdur. == Elmi və pedoqoji fəaliyyəti == 1989-cu ildən etibarən ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. 1995-ci ildən 2018-ci ilədək Naxçıvan Dövlət Universitetinin Riyaziyyat kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2004–2018-ci illərdə Naxcıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Ali pedaqoji məktəblərin "Riyazi analiz" kursu ilə orta məktəbin "Cəbr və analizinin başlanğıcı" kursu arasında qarşılıqlı əlaqənin elmi-metodiki əsasları" mövzusunda dissertasiyası müdafiə etmişdir. 2006-cı ildə Riyaziyyat və informatika kafedrası üzrə dosent elmi adı almışdır. == Təltif və mükafatları == 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.
Ağabala Novruzov
Novruzov Ağabala Əli oğlu (22 oktyabr 1932, Xızı rayonu, Qəriban kəndi – 20 sentyabr, 1993, Bakı) – Xanəndə, muğam bilicisi. == Həyatı == Zülfü Adıgözəlovun məktəbinin davamçısı idi. Gənc yaşlarından xalq şənliklərində xanəndə kimi yetişmişdi. Bir müddət Azdövlətkonsertin solisti olmuşdu. "Zabul-segah"ın və "Rast"ın gözəl ifaçılarından idi. İran İslam Respublikasında diski hazırlanıb.
Ağabəy Novruzbəyli
Ağabəy Novruzbəyli (tam adı: Ağabəy Oqtay oğlu Novruzbəyli; 23 may 1971, Bakı, Azərbaycan SSR, SSRİ – 27 may 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == Ağabəy Novruzbəyli 23 may 1971-ci ildə Bakı şəhərində anadan olmuş, orta məktəbi elə həmin rayonda bitirmişdir. M. Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin kimya-texnologiya fakültəsində oxuyurdu. Bundan əlavə, tarix ilə də maraqlanırdı. 1905-1920-ci illərin Azərbaycan tarixi ilə daha çox maraqlandırırdı. == Qanlı Yanvar faciəsi == Qara Yanvar hadisələrindən sonra müxtəlif rəsmi qurumlara müraciətlər etsə də, bu müraciətlər cavabsız qalmışdır. Bu səbəbdən, 19 may 1990-сı ildə gündüz saat 16 radələrində oxuduğu institutdan gətirdiyi kalium-dixromat zəhəri ilə sui-qəsd etmişdir. Zəhəri qəbul etməzdən öncə son yazısında qeyd etmişdir: Sui-qəsd etdikdən sonra cəmi 7 gün yaşamış, 27 may 1990-cı il tarixində vəfat etmişdir. Pirşahı ailə qəbiristanlığında dəfn olunmuşdur. == Xatirəsi == Bakı şəhəri 46 nömrəli tam orta məktəb Ağabəy Novruzbəyli adınadır.
Bahar novruzgülü
Bakı-Novo-Filya qaz kəməri
Bakı-Novo-Filya qaz kəməri - Xəzər sahili boyunca 200 km məsafədə Bakıdan Rusiya sərhədlərinə doğru uzanan Azərbaycan-Rusiya qaz kəməri. Azərbaycanın qaz nəql etmə sisteminin bir hissəsi. == Memorandum == 2009-cu il 28 mart tarixində "Rusiyanın "Qazprom" Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında qarşılıqlı anlaşma barədə memorandum imzalandı. Memorandumu Moskva şəhərində "Qazprom" Açıq Səhmdar Cəmiyyətinin mərkəzi ofisində "Qazprom"un Rusiya konserninin rəhbəri Aleksey Miller və ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev imzaladı. Bu memorandumla Azərbaycan qazının uzun müddətə alqı-satqısı ilə bağlı razılıq əldə olunurdu. Qazın nəqlinin başlanma tarixi 2010-cu ilin yanvar ayı Azərbaycan sərhəddindən Rusiya sərhəddinə DAF şərti ilə (sərhəddə çatdırılma) nəzərdə tutulurdu. Qiymətlər avropa formulu ilə hesablanacaqdı. == Memorandum qədərki tarixdə == 2007-ci ildən Azərbaycan Gürcüstan və Türkiyəyə qaz nəql etməklə qaz ixrac edən ölkəyə çevrildi. Azərbaycanın qaz ehtiyatı il ərzində 10-11 milyard kub metr təşkil edirdi. 2008-ci ildə Azərbaycan qazının bazar qiyməti ilə satışına dair Qazpromla ARDNŞ arasında uzunmüddətli danışıqlar başladı.
Bakı-Novorossiysk neft kəməri
Bakı-Novorossiysk neft kəməri — Xəzər dənizi neftini Qara dəniz sahilində yerləşən Rusiya limanı Novorossiyskə daşımaq üçün nəzərdə tutulan neft kəməri, Şimal marşrutu. == Haqqında == Bakı-Novorossiysk neft kəmərinin ümumi uzunluğu 1347 km, o cümlədən: - Azərbaycan hissəsi 231 km; - Rusiya hissəsi 1116 km (1983-cü ildə tikilmiş, 1995-1996-cı illərdə ABƏŞ və ARDNŞ tərəfindən hərəkət istiqaməti dəyişdirilmişdir).Kəmərin maksimum ötürmə qabiliyyəti gündə 105 min bareldir.Borunun diametri - 720 mm., nasos stansiyalarının miqdarı 12. Maksimal daşıma qabiliyyəti ildə 6 mln. ton. Daşıma qabiliyyətini ildə 17 mln. tona qədər artırma ehtimalı var. Neft kəmərinin hərəkət istiqamətinin dəyişdirilməsi ilə bağlı 60 mln. dollarlıq iş görülmüşdür. (Azərbaycan Respublikasının ərazisində) Marşrut Sənqəçal neft terminalından başlanır. Terminalın qiyməti - 72 mln.
Balaena novaeangliae
Qozbel balina (lat. Megaptera novaeangliae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinin megaptera cinsinə aid heyvan növü. Qozbel balina cinsinin yeganə müasir nümayəndəsidir. Öz cinsinin yeganə nümayəndəsi olsa da, Boz balinanın yaxın qohumu sayılır. Qozbel balina adını ya bel üzgəcinə, ya da üzərkən belini güclü şəkildə yığmasına görə almışdır. == Təsnifat == Qozbel balina zolaqlı balinalar fəsiləsinə aiddir (həmin fəsiləyə həmçinin Göy balina, Brayde zolaqlı balina, Finval və Seyval daxildir) Zolaqlı balinaların bığlı balinalar yarımdəstəsinin digər fəsilələrindən Miosen dövrünün ortalarında ayrıldığı qeyd olunur. Reminqton Kelloq Miosen dövrünə aid edilən qalıqları aşkarlamış Megaptera miocaena növünü qeydə almışdır. Şimali Amerikada aşkarlanan qozbel balinaların qalıqları alt pliosen və pleystosen dövrünə, Avropada aşkarlananlar isə pliosen dövrünə aiddir. Amma bu ailənin digər üzvlərinin bir-birindən nə vaxt ayrıldığı tam məlum deyil. Qozbel balinanı ilk dəfə 1756-cı ildə Matüren-Jak Brisson Regnum Animale "baleine de la Nouvelle Angleterre" olaraq adlandırmışdır.
Banksia novae-zelandiae
Banksia novae-zelandiae (lat. Banksia novae-zelandiae) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Bayquşlu bina (Novoçerkassk)
Bayquşlu bina — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində bir mərtəbəli bina. Novoçekassk şəhəri Sovetski ilə Dubrovski küçələrinin birləşdiyi yerdə yerləşir. Poçt ünvanına gəldikdə isə Sovetski küçəsi ev 8 ünvanında yerləşir. Bina modern stilində inşa edilmişdir. XX əsrin əvvəllərində inşa edilmişdir. == Tarixi == Bina Sovetski küçəsi ev 8 ünvanında 1910-cu ildə inşa edilmişdir. Onun sahibi ilk əvvəllər kredit cəmiyyətinin rəhbəri Q. Q. Krivsov olmuşdur. Sonradan isə sahiblik Cənubi Rusiya Texniki Universitetinin professoru M. M. Qrişinə (1891—1979) keçmişdir. Yaşayış binasının arxitektur stili V. İ. Kulişovun fikirinə görə «fin modernizmidir». Bu cür yanaşmanın əsas səbəbi onun onun fasadının müxtəlif materiallardan istifadə edilərək bəzədulməsidir.

Digər lüğətlərdə

влага́лище занавеса контрреволюцио́нный монаци́т оттряхну́ть по-цирково́му сечеви́к венок соне́тов дискант жердь ку́мушка прися́дка со своей стороны́ тру́дно хорео́граф каравый Antarctic Regions decagramme demivolte metrological sample space громовой зарядиться отдыхающий пожать