Novxanı
Novxanı — Azərbaycan Respublikasının Abşeron rayonunun Novxanı kənd inzibati ərazi dairəsində kənd.
Qaynaqlara görə hələ 500 il əvvəl indiki Novxanıdan bir qədər aralı, Binəqədi duz gölünün xəzrisində "Siyan" adlı kənd olub. "Siyan" sözü "yanmaq" sözü ilə bağlı olub. "Sis", "his", "tüstü" sözünün deformasiyaya uğramış variantı kimi yozulur "hisyandıran" kimi mənalandırılır.
Bu kənd XVII əsrin ortalarından dəniz suyunun artması (bəzi mənbələrdə güclü zəlzələ) nəticəsində batmış, əhali indi Aşağıbaş adlanan yerdə məskunlaşmışdır. Bu kənddə tikilmiş yeni evlərə "təzə evlər"- həmin dövr üçün Azərbaycan dilinə təsiri qüvvətli olan fars dilindən "nov xanı" (noii xanə) adı verilmişdir ki, sonralar kənd bütövlükdə Novxanı adlandırılmışdır.
Abşeron rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Abşeron yarımadasındadır. Oykonim İran dillərindəki noıı (yeni, təzə) və xanə (ev, məskən) sözlərindən ibarət olub, "yeni evlər", "yeni kənd" mənasındadır. Yaşayış məntəqəsi bir neçə kilometrlikdəki qəd.