NOW

now1

n hazırkı vaxt, hazırkı an; Now’s the time for action İndi hərəkət etmək vaxtıdır; up to ~ indiyə qədər

now2

adj hazırkı, indiki; the ~ king hazırkı / hazırda hakimiyyətdə olan kral

now3

adv 1. hazırda, hal-hazırda, indi; ~ or never, ~ if ever indi, yaxud heç vaxt; Where are you living now? Hazırda sən t siz harada yaşayırsan? / yaşayırsınız?; 2. indicə, bu saat; He was here just now O, indicə burada idi; Do it now! Təxirə salma! / salmayın!

◊ (every) ~ and again / then hərdənbir, gec-gec, təsadüfdən-təsadüfə; I go to the opera now and then Mən operaya təsadüfdən-təsadüfə gedirəm; now ..., now gah ...,gah; Her moods kept changing – now happy, now sad Onun ovqatı dəyişməkdə davam edirdi; gah şən, gah qəmgin olurdu

now4

conj (çox vaxt that-lə işlənir) bir halda ki, indi ki, madam ki; Now that you are well again, you can travel Madam ki, sağalmısan / sağalmısınız, səyahət edə bilərsən / bilərsiniz

NOVOCAINE
NOWADAYS
OBASTAN VİKİ
Now
Now (Türkiyənin televiziya kanalı)
The Now Now
The Now Now — Böyük Britaniya virtual musiqi qrupu Gorillaz-ın altıncı studiya albomu. 29 iyun 2018-ci ildə Parlophone və Warner Records tərəfindən buraxılıb.
Now & Then
Now & Then — The Carpenters albomu.
Ukraine NOW
Ukraine NOW — Banda Agency tərəfindən yaradılmış və Ukrayna Nazirlər Kabinetinin qərarı ilə 10 may 2018-ci il tarixində təsdiqlənmiş Ukraynanın turistik brendi. 2018-ci ildə Ukraine NOW brendi Red Dot Design Award 2018 mükafatını qazanmışdır. Brendin loqotipində ölkənin adı, kommunikasiya mesajı səciyyəsi daşıyan NOW (ing. indi) yazısı və Ukraynanın yuxarı dərəcəli milli domeni olan UA piktoqramı yer almışdır. Loqotipin fərqli xüsusiyyətlərindən biri onun üzrəində dəyişikliklərin aparıla bilməsi imkanından ibarətdir. İstifadə zamanı məxsusi elementlər üzərində dəyişikliklərin aparılması mümkündür. Həmçinin, brend üçün çıxıntısız şrift kateqoriyasına aid edilən Ermilov Bold şrifti hazırlanmışdır. Şriftin adı avanqardçı rəssam Vasili Yermilovun adı ilə bağlıdır. Şriftin müəllifi rəssamın işlərindən ilhamlandığını bildirmişdir. Brendin üslubuna sarı, göy, qara rənglərdən istifadə xasdır.
Speak Now
Speak Now — amerikalı müğənni Teylor Sviftin üçüncü studiya albomu. 25 oktyabr 2010-cu ildə Big Machine Records tərəfindən buraxılıb.
Armenia Now
ArmeniaNow — Ermənistan müstəqil onlayn xəbər saytı. Mərkəzi İrəvanda yerləşir. İngilis və erməni dillərində dərc edilmişdir. Sayt 2002-ci ilin iyulunda təsis edilib və son nömrəsini 2016-cı ilin iyununda dərc edib. O, Ermənistanda əsas internet qəzetlərindən biri kimi tanınırdı. Qəzetin baş redaktoru amerikalı proqressivist Con Xyuz idi və 20 jurnalistdən ibarət heyəti var idi. "ArmeniaNow"a müxtəlif müəlliflər və siyasi analitiklər, həmçinin "Human Rights Watch", "Amnesty International" və "Freedom House" kimi beynəlxalq təşkilatlar istinad ediblər.
Now (Türkiyənin televiziya kanalı)
NOW — "The Walt Disney Company" adlı şirkətin tabeliyində olan, Türkiyədə yayımlanan televiziya kanalıdır. TGRT kanalının bağlanmasından sonra həmin kanalın tezliyində 24 fevral 2007-ci il tarixində yayıma başlamışdır. 24 yanvar 2024-cü il tarixində Disneyin FOX üçün aldığı ad haqqının dolması səbəbi ilə Türkiyədə 12 fevral 2024-cü il tarixindən etibarən NOW adını almışdır. "TGRT" İhlas Holdinqin tabeliyində olan "Huzur Radyo TV A. Ş." şirkətinə aid telekanal idi. 17 dekabr 2004-cü ildə İhlas Holdinq kanalın satıldığını açıqladı. Nəticədə şirkətin 56,5%-i satılmış oldu. "TGRT" kanalını satın alan ABŞ-nin media şirkətlərindən biri "News Corporation"ın sahibi Rupert Keit Murdoç idi. Daha sonra "News Corporation" digər hissədarları ilə də razılaşaraq bu şirkətin bütün hissələrini satın aldı. İhlas Holdinq "TGRT" kanalını satsa da, "TGRT Haber" və "TGRT Belgesel" kanallarını satmadı. "News Corporation" şirkəti bu işi Ahmet Ertegün vasitəsilə həll etdi.
In the Army Now (mahnı)
In the Army Now – ilk dəfə alman dueti Rob and Ferdi Bolland tərəfindən 1981-ci ildə ifa edilmiş mahnı. Mahnını daha sonra ingilis rock qrupu Status Quo tərəfindən 1986 – cı ildə ifa etmişdir. Mahnı qrupun 1986 – cı ildə çıxardığı In the Army Now albomuna da daxil edilib. Mahnı bu qrupun ifasında çox sevilmiş və dünya şöhrəti qazanmışdır. Status Quonun ifasında "In the Army Now" mahnısı UK Singles Chartda ikinci yerə qədər yüksəlib. Bu uğurlu ifadan sonra mahnıya müxtəlif illərdə müxtəlif ölkələrin musiqiçiləri tərəfindən müraciət edilmiş və mahnının müxtəlif versiyaları meydana gəlmişdir.
If You Could See Me Now (The Script mahnısı)
"If You Could See Me Now" mahnısı — The Script rok qrupunun indiyə kimi həm #3 albomundan, həm də ümumiyyətlə çıxardığı ilk və tək "Hip hop" tərzində olan trekidir. Bu mahnı qrupun solisti Danny O'Donoghuenin atası Shay O'Donoghue xatirəsinə həsr olunmuşdur. Mahnının ərsəyə gəlməsində demək olar ki, Danny O'Donoghue özü iştirak etmişdir. Yalnız bir sıra yerlərində gitarist Mark Sheehan və digər bəstəkarlar düzəlişlər etmişdir. Mahnıda ən yadda qalan və təsir edici hissəsi isə "The roses came, but they took you away" yəni tərcümədə mənası "Güllər gəldi, amma onlar səni uzaqlaşdırdı" deməkdir. Bu hissə isə əbəs yerə işlədilməyib. Çünki Denninin atası məhz 14 Fevralda — Sevgililər günündə dünyasını dəyişmişdir. Məhz bu hadisə bu günə təsadüf etdiyi üçün o, bunu beləcə əlaqələndirib. Mahnının klipi 18 fevral 2013 tarixində çəkilmişdir. Hazırda klipin baxış sayı 20 milyondan çoxdur.
In the Middle of Nowhere (Modern Talking albomu)
In the Middle of Nowhere (azərb. Ortadan heç yerə‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 4-cü çıxarılmış albomudur.
In the Middle of Nowhere (Modern Talkng albomu)
In the Middle of Nowhere (azərb. Ortadan heç yerə‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 4-cü çıxarılmış albomudur.
Iogeton nowickeanus
Iogeton (lat. Iogeton) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
NowGamer
Imagine Publishing — Birləşmiş Krallıq jurnal nəşriyyatı. Nəşriyyat bir sıra video oyunlar, hesablamalar, yaradıcılıq və həyat tərzi mövzusunda jurnallar nəşr edir. "Imagine Publishing" 14 may 2005-ci ildə Demien Batt, Stiven Boyd və Mark Kendrik tərəfindən öz şəxsi vəsaitləri əsasında təsis edilmişdir. Hal-hazırda sahibi "Future plc" nəşriyyatıdır. "Imagine Publishing" tərəfindən nəşr olunan əsas publikasiyalar daxildir : Play GamesTM Retro Gamer SciFiNow Digital Photographer iCreate Web Designer Photoshop Creative Total 911 Linux User and Developer 3D Artist How It Works All About Space All About History World of Animals History of War NowGamer.com Gadget Real Crime History of Royals Bütün "Imagine" nəşrləri hal-hazırda "Future Publishing"in mülkiyyətindədir.
Nowy Casnik
Nowy Casnik (a.sorb Новая газета; alm. Deutsche Sprache‎) — Aşağı sorb və Alman dillərində nəşr olunan həftəlik qəzet. Domovina nəşriyyatı tərəfindən nəşr edilmişdir. Nowy Casnik qəzeti katolik keşiş Mata Novekin təşəbbüsü ilə 5 iyul 1848-ci ildə ilk nömrəsi çapdan çıxmış aşağı sorb dilində olan " Bramborski Serbski Casnik" jurnalının varisidir. 1852-ci ildən Kito Panka qəzetin redaktoru idi. 1863-cü ildə Kito Şvjela baş redaktor oldu. 1880-ci ildə nəşr Bramborske Nowiny adlandırıldı. 1885-1915-ci illərdə nəşr "Bramborske Casnik" adı ilə nəşr edilmişdir. Kito Şvela 1915-ci ilə qədər qəzetin baş redaktoru olub. 1880-1883-cü illərdə qəzetin həmredaktoru Aşağı sorb şairi Mato Kosyk idi.
Serbske Nowiny
Serbske Nowiny () — Yuxarı sorb (Almaniyanın Saksoniya federal əyalətinin şərq hissəsi) nəşr olunan axşam qəzetidi. Yuxarı sorb dilində çap olunan yeganə gündəlik qəzetdi. Qəzetin naşiri Bautzendə yerləşən Sorb milli assosiasiyasının "Domovina"sına daxil olan Domovina Xalq Nəşriyyatıdır. 1842-ci ildə "Tydźenska nowina" adı ilə ilk dəfə Bautzendə çap olundu, onun redaktorları əvvəlcə Handrij Zejler, sonra isə Yan Arnost Smoler idi. 1854-cü ildə siyasi həftəlik jurnalın adı Serbske Nowiny olaraq dəyişdirildi. Nəşr və redaktə işi 1870-ci illərdə Marko Smoler öz üzərinə götürdü. Serbske Nowiny 1921-ci ildən gündəlik qəzet kimi nəşr olunur. Sorb qəzeti əvvəldən dövlət orqanlarının qoyduğu maneələrlə üzləşməli olur. Məsələn, Bautzen Şəhər Şurası açıq şəkildə şərt qoydu ki, Tydźenske nowiny heç bir xarici siyasət xəbəri dərc etməməlidir. Bundan əlavə, təriqət sərhədləri qəzetin yayılmasını məhdudlaşdırırsın.