NUŞİRƏVAN

Farsca “ölməz ruh” (ruhun ölməzliyi) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

NUŞ
NÜANS
OBASTAN VİKİ
Nuşirəvan Kərimov
Kərimov Nuşirəvan Molla Kərim bəy oğlu (1898–1966) — Molla Nəsrəddin jurnalının Zəngilan və Qubadlı bölgələri üzrə təmsilçisi, şair, pedaqoq. == Həyatı == Nuşirəvan Kərimov 1898-ci ildə Zəngəzur mahalının Qarakilsə bölgəsinin (indiki Sisian) Sofulu kəndində məşhur bəy ailəsində anadan olmuşdur. Doğulduğu kənd onların ailəsinin yaylaq yeri, dağın o üzündəki Xocamsaxlı kəndi (Qubadlının kəndi) isə qışlaq idi. Nuşirəvanın babası Molla Səfi Zəngəzurda tanınmış adam olub. O, yalnız mollalıqla deyil, müəllimliklə də məşğul olubmuş. Dövrün özünəməxsusluğundan gələn ifadədir ki, savadlı insanları həm də "Molla" adlandırırmışlar. Nuşirəvan Kərimov da o dövrdə babası kimi "Molla" adlandırılıb. Nuşirəvan Kərimov 1931-ci ildə Şuşa Pedaqoji Texnikumunu bitirdikdən sonra Qubadlıya qayıdaraq Xocamsaxlıda ibtidai məktəbin açılmasına nail olub. O vaxta qədər bu kənddə məktəb olmayıb. Pedaqoji fəaliyyəti müxtəlif təltiflərə layiq görülüb.
Nuşirəvan Məhərrəmli
Nuşirəvan Umud oğlu Məhərrəmov (d. 11 sentyabr 1960, Muradxanlı, İmişli, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri. == Həyatı == Məhərrəmov Nuşirəvan Umud oğlu 1960-cı ildə İmişli rayonu Muradxanlı kəndində anadan olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1985-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə köçürülmüşdür. 1988-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasının əyani şöbəsinə daxil olub. 1992-ci ildə "Azərbaycan milli məsələyə dair partiyalararası mübarizə (1917-1918-ci illər)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 1992-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində "Qədim dünya və orta əsrlər tarixi" kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1996-cı ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-Siyasi məsələlər şöbəsində böyük referent, sektor müdiri vəzifələrində çalışmışdır. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmiş və sədr seçilmişdir.
Nuşirəvan Məhərrəmov

Nuşirəvan Süleymanov
Nuşirəvan Süleymanov - Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Nuşirəvan Aydın oğlu Süleymanov 1972-ci ildə Laçın rayonunun Kaha kəndində anadan olub. 1992-ci ilin mart ayından könüllü olaraq Azərbaycan Milli ordusuna yazılmış, 816-cı Şuşa batalyonunun tərkibində qaynar nöqtələrdə, Ağdam ətrafında , Fərrux dağında, Paprəvənd və Boyəhmədli döyüşlərində iştirak etmişdir... Döyüşlərdə bir qayda olaraq qəhrəmanlıq göstərmiş, dəfələrlə düşmən mühasirəsinə düşmüş və həmişə ölümün gözünə dik baxaraq döyüşçü dostlarıyla birlikdə mühasirədən çıxmışdır. Şuşanın işğalından sonra Beyləqanda yerləşən 704 saylı hərbi hissəyə köçürülən Nuşirəvan burdada ağır döyüşlərin şahidi olur. 1994-cu il avqustun 5-də qəhrəmancasına şəhid olmuşdur. Hazırda Şəki şəhəri Yeni Hacı Çələbixan məcburi köçkünlər qəsəbəsində yerləşən Laçın rayon Kaha kənd tam orta məktəbi Nuşirəvan Süleymanovun adını daşıyır.
Nuşirəvan və bayquşların söhbəti
Nuşirəvan və bayquşların söhbəti — 1174-1175-ci illərdə böyük Azərbaycan şairi Nizami Gəncəvi tərəfindən qələmə alınan "Sirlər Xəzinəsi" poemasının ikinci hekayəsidir . Hekayənin poetik tərcüməsi böyük Azərbaycan şairi Süleyman Rüstəm tərəfindən olunmuşdur. == Haqqında == "Nuşirəvanla vəziri və bayquşların söhbəti" hekayəsi romantik planda verilsə də həyatın eybəcərliklərini çox doğru əks etdirir. Nuşirəvan islamdan öncə yaşamış Sasani hökmdarı olsa da təsvir olunan həyat Nizami dövrünün həyatıdır. Nuşirəvanın ov zamanı qarşılaşdığı mənzərə XII əsrin mənzərəsidir.Şair ədalətsizliyin, qətl-qarətin həddini aşdığını göstərmək üçün maraqlı priyom işlətmişdir. == Məzmunu == Nuşirəvan bir gün ordusu ilə ova çıxır. Bir az keçdikdən sonra vəziri ilə ordudan ayrılaraq ikisi birgə ov etməyə gedirlər. Şah vəziri ilə tək qalmağı istiyir, çünki ölkənin vəziyyətini daha rahat maraqlana bilsin. Gəzərkən uzaqdan bir xaraba kənd görürlər və həmin kəndə doğru yollanırlar. Bütün evlər dağılıb, həyatdan əsər-əlamət yox idi.

Digər lüğətlərdə

ацета́тный ваххаби́зм верба́ч возноси́ть гла́дкий ду́рра отле́чь ощу́пываться с полти́ной утя́тина инспекцио́нный поро́чить портати́вный фузилёр бош зартачиться Blanch by-work fantast grovel hemp-cake messy splinterless выявление смазочный