nüvəyanı
nyutonluq
OBASTAN VİKİ
Nyuton
Ser İsaak Nyuton (ing. Sir Isaac Newton; 25 dekabr 1642 (4 yanvar 1643)[…], Vulstorp malikanəsi, İngiltərə krallığı – 20 (31) mart 1727[…], Kensinqton, Böyük Britaniya krallığı) — ingilis fiziki, riyaziyyatçısı, astronomu, filosofu və kimyaçı alimdir. Tarixdəki ən böyük riyaziyyatçı və alimlərdən biridir. Elmi inqilabın baş verməsində və heliosentrizmin inkişafinda böyük rolu olmuşdur. İlk dəfə olaraq elmə Yerin cazibə qüvvəsi anlayışını daxil etmişdir. İsaak Nyutonun məşhur əsərlərindən biri də Natural fəlsəfənin riyazi başlanğıcı əsəridir. Nyutonun doğum tarixi İngiltərədə 1752-ci ilə kimi istifadə edilmiş Yuli təqviminə görə 25 dekabr 1642 – 20 mart 1727, qriqorian təqviminə görə 4 yanvar 1643 – 31 mart 1727-ci il tarixidir. Adı Tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib. İsaak Nyuton Yuli təqviminə görə 25 dekabr 1642-ci il tarixində Likolnşir qraflığında, Qrentem şəhəri yaxınlığında yerləşən Vulstrop (ing. Woolshrope) adlı kiçik bir kənddə xırda fermer ailəsində doğulmuşdur.
Ketrin Nyuton
Ketrin Nyuton (ing. Kathryn Newton; 8 fevral 1997, Mississoqa[d], Ontario) — Amerikalı aktrisa. Cəmiyyət adlı Netflix seriyasındakı Elli Presman roluna, Subay Qari adlı CBC seriyasındakı Luis Bruks roluna və Paranormal fəaliyyət filmindəki Aleks Nelson roluna görə tanınır. 2013-cü ildə Ən yaxşı aparıcı gənc aktrisa üzrə Cavan Aktyor Mükafatını qazanmışdır. "Fövqəltəbii" teleserialındakı Kleyr Novakın köhnə versiyasını və "Dayan və atəşi yaxala" teleserialındakı Coani Klerkin köhnə versiyasını canlandırdığı üçün tanınır. == Həyatı və karyerası == Ketrin Nyuton, Orlando şəhərində doğulmuşdur. Robin və David Nyutonun qızıdır. O karyerasına 4 yaşında sabun operası Bütün uşaqlarım-da Kolbi Çendlr rolunu oynayaraq başlamışdır.
Mika Nyuton
Mika Nyuton (ukr. Міка Ньютон; əsl adı- Oksana Stefanivna Hrytsay ukr. Окса́на Стефанівна Грицай) — Ukraynalı müğənni və aktrisa.
Nyuton adası
Nyuton adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Nyuton adası britaniysalı səyyah tərəfindən zooloq və bioloq olan Alfred Nyutonun şərəfinə adlandırılmışdır. Arxipelaqın mərkəzində, Quker adasının cənub nöqtəsi olan Sesil-Harmsout burnundan 12 km cənubda yerləşir. Ada uzunsov formaya malikdir. Uzunluğu 2.5 km-dir. Mərkəzi hissədə hündürlüyü 21 m olan kiçik zirvə vardır. Şimalında isə kiçik gölə sahibdir. Yayda buzdan azad olur.
Nyuton beşiyi
Nyutonun beşiyi — müxtəlif növ enerjilərin bir-birinə çevrilməsini nümayiş etdirmək üçün İsaak Nyuton tərəfindən düşünülmüş mexaniki sistem. İlk dəfə 1967-ci ildə aktyor Saymon Prebbl tərəfindən hazırlanan bu oyuncağı günümüzdə bir çox ofislərdə və kabinetlərdə stolüstü əşya kimi görmək olar. Dünyada ən böyük Nyuton beşiyinə Miçiqan ştatının Kalamazoo şəhərində rast gəlmək olar. O,hər biri 6,8 kq olan 16 ədəd boulinq şarından ibarətdir.
Nyuton dağı
Nyuton dağı (norv. Newtontoppen) — Şpitsbergen arxipelaqında (Norveç) hündürlüyünə görə ən böyük zirvə. Zirvə Qərbi Şpitsbergen adasında yerləşir. Zirvənin hündürlüyü 1713 metrə çatır. Nyu-Frisland yarımadasının cənubunda yerləşir. Zirvəni ilk dəfə 1900-cü ildə rus və norveçli geoloq, minereloq və Şpitsbergenə təşkil olunmuş rus-isveç ekspedisiyasının iştirakçısı Helqe Qyotrik Baklund fəth etmişdir. Zirvə ingilis alim İsaak Nyutonun şərəfinə adlandırılmışdır.
Nyuton halqaları
Nyuton halqaları — bərabərenli interferensiya zolaqları. Nyuton halqaları işığın sferik səth ilə müstəvi səth arasındakı dəyişənqalınlıqlı mühitdən qayıtması, yaxud keçməsi nəticəsində yaranır. Bu hadisəni ilk dəfə 1675-ci ildə İ.Nyuton təsvir etmişdir. Müşahidə monoxromatik işıqla aparıldıqda ardıcıl növbələşən qaranlıq və işıqlı halqalar sistemi alınır. Ağ işıqla müşahidə zamanı Nyuton halqaları rəngli olur.
Nyuton qanunları
Nyuton qanunları — klassiki mexanikanın qanunları olub, verilən mexaniki sistemin hərəkət tənliyini yazmağa imkan verir. 1687-ci ildə İsaak Nyutonun məşhur əsəri "Natural fəlsəfənin riyazi başlanğıcı" çap olunur. Burada Nyuton mexanikanın üç qanununu təsvir edir. Bu qanunlar "Nyuton aksiomu" və ya "Nyuton qanunları" kimi məşhurdur. Birinci qanun ətalət prinsipinə aiddir. Bu yalnız ətalətli sistemlərdə mövcuddur və ilk dəfə olaraq 1638-ci ildə Qalileo Qaliley tərəfindən tərtib edilmişdir: Əgər cismə heç bir qüvvə təsir etmirsə, ya sükut vəziyyətində qalır, ya da öz sürətini saxlayır. Nyutonun birinci qanunu belə ifadə olunur: Elə hesablama sistemləri var ki, cismə digər cisimlər təsir etmədikdə və ya ona edilən təsirlər bir-birini tarazılaşdırdıqda o, sükunətdədirsə sükunət halını, düzxətli bərabərsürətli hərəkətdədirsə düzxətli bərabərsürətli hərəkət halını saxlayar. Belə hesablama sistemləri ətalət hesablama sistemləri adlanır. Yəni cismin sabit sürətlə hərəkət etməsi üçün onun kənar qüvvəyə ehtiyacı yoxdur. Cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfırdan fərqli olarsa o, sürətini dəyişər, yəni təcil alar.
Nyuton üsulu
Nyuton üsulu (həmçinin Nyuton-Rafson üsulu) — riyazi analizdə İsaak Nyuton və Cozef Rafsonun adına adlandırılmış, real dəyərə malik funksiyaların köklərinin ardıcıl olaraq daha yaxşı həllini tapmaq üsulu. Bu, kökün tapılması alqoritmlərindən biridir. Nyuton üsulunun bir dəyişənlə tətbiqi aşağıdakı kimidir: Bu üsul x dəyişəni olan f funksiyası, həmin funksiyanın f ′ törəməsi və f funksiyasının kökü kimi ilkin x0 fərziyyəsi ilə başlayır. Əgər bu funksiya formulanın törəməsindəki fərziyyələri qane edirsə və ilkin fərz edilən həll yaxındırsa, o zaman x1 daha yaxşı təxmini həll tapmaq üçün x 1 = x 0 − f ( x 0 ) f ′ ( x 0 ) . {\displaystyle x_{1}=x_{0}-{\frac {f(x_{0})}{f'(x_{0})}}\,.} istifadə edilir. Həndəsi olaraq, (x1, 0), (x0, f (x0))-də f funksiyasının x oxu ilə kəsişməsidir Bu proses daha dəqiq həll tapılana kimi aşağıdakı kimi davam etdirilir: x n + 1 = x n − f ( x n ) f ′ ( x n ) {\displaystyle x_{n+1}=x_{n}-{\frac {f(x_{n})}{f'(x_{n})}}\,} İkinci tərtib törəmənin köməyi ilə minimumun axtarılması üsullarına iki tərtibli üsullar deyilir. Bu üsullarda funksiyanın Teylor sırasına ayrılışında kvadratik hissədən istifadə edilir. Nyuton üsulu da məhz ikinci tərtib üsullara, yəni minimallaşdırılan funksiyanın ikinci tərtib törəmələrindən istifadə edilən üsullara aiddir. Bu üsulda da məqsəd funksiyanın Teylor ayrılışının kvadratik hissəsindən istifadə etməkdir. Teylor ayrılışının kvadratik hissəsi funksiyanı bu ayrılışın xətti hissəsinə nisbətən daha dəqiq approksimasiya etdiyindən gözləmək olar ki, ikinci tərtib üsullar birinci tərtib üsullara nisbətən daha sürətlə yığılır.
İsaak Nyuton
Ser İsaak Nyuton (ing. Sir Isaac Newton; 25 dekabr 1642 (4 yanvar 1643)[…], Vulstorp malikanəsi, İngiltərə krallığı – 20 (31) mart 1727[…], Kensinqton, Böyük Britaniya krallığı) — ingilis fiziki, riyaziyyatçısı, astronomu, filosofu və kimyaçı alimdir. Tarixdəki ən böyük riyaziyyatçı və alimlərdən biridir. Elmi inqilabın baş verməsində və heliosentrizmin inkişafinda böyük rolu olmuşdur. İlk dəfə olaraq elmə Yerin cazibə qüvvəsi anlayışını daxil etmişdir. İsaak Nyutonun məşhur əsərlərindən biri də Natural fəlsəfənin riyazi başlanğıcı əsəridir. Nyutonun doğum tarixi İngiltərədə 1752-ci ilə kimi istifadə edilmiş Yuli təqviminə görə 25 dekabr 1642 – 20 mart 1727, qriqorian təqviminə görə 4 yanvar 1643 – 31 mart 1727-ci il tarixidir. Adı Tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib. İsaak Nyuton Yuli təqviminə görə 25 dekabr 1642-ci il tarixində Likolnşir qraflığında, Qrentem şəhəri yaxınlığında yerləşən Vulstrop (ing. Woolshrope) adlı kiçik bir kənddə xırda fermer ailəsində doğulmuşdur.
Nyuton (ölçü vahidi)
Nyuton — BS-də qüvvənin vahididir N {\displaystyle N} kimi işarə olunur. Qüvvəni İsaak Nyuton kəşf etdiyinə görə, onun şərəfinə belə adlandırılmışdır.
Rixman — Nyuton qanunu
Rixman — Nyuton qanunu — istilik başlığı ilə müxtəlif cisimlər arasındakı istilik axını ifadə edən empirik nizamlılıq. İstilik mübadiləsi — istilik daşıyıcısı və bərk arasında istilik mübadiləsi prosesidir. İstilik ötürülməsi, istiliyin onları bir-birindən ayıran bir divar vasitəsilə bir mühitdən digərinə ötürülməsi prosesidir. Qanunda deyilir Cisimlərin sərhədindəki istilik axınının sıxlığı (Vt/m² ilə ifadə olunur) onların temperatur fərqinə (bir söznən temperatur rəhbəri) mütənasibdir: q = α Δ T . {\displaystyle q=\alpha \Delta T.} Uyğunluq əmsalı α {\displaystyle \alpha } — istilik ötürmə əmsalı — Vt/m² ilə ölçülən 1 K istilik fərqində istilik axını sıxlığı. Əslində, həmişə sabit deyildir və hətta temperatur fərqindən də asılı ola bilər, qanunu təqribən düzəldir. İstilik axını bir vektor hesab etsək, o, axdığı yer səthinə perpendikulyar yönəldilmişdir. α {\displaystyle \alpha } — vahid temperatur başında vahid vaxtına 1 m² səthdən verilən istilik miqdarı. Bu asılıdır: soyuducu növündən və onun temperaturundan; təzyiqin istiliyindən, konveksiya növündən və axın rejimindən; səthin vəziyyətindən və axın istiqamətindən; bədən həndəsəsindən. Buna görə α {\displaystyle \alpha } istilik ötürmə prosesinin bir funksiyasıdır; Cədvəl yox, təxmini dəyər; eksperimental olaraq təyin olundu.
Nyuton Aleksandr Makkalli
Nyuton Aleksandr Makkalli (ing. Newton Alexander McCully; 19 iyun 1867, Anderson[d], Cənubi Karolina – 1951[…] və ya 14 iyun 1951) – ABŞ Hərbi Donanmasının zabiti. Rus-yapon müharibəsində müşahidəçi qismində iştirak etmişdir. Nyuton Aleksandr Makkalli 1867-ci ildə Cənubi Karolina ştatında doğulmuşdur. 1887-ci ildə ABŞ-ın Hərbi Dəniz Akademiyasından məzun olmuşdur. Rus-yapon müharibəsinin başlamasından bir neçə gün sonra leytenant-komandir rütbəsi ilə Rusiyaya göndərilmişdir. Transsibir dəmiryolu vasitəsilə səyahət etdikdən sonra Mancuriyaya çatmış və müharibəni Rusiyanın tərəfindən müşahidə etmişdir. Müharibə başa çatdıqdan sonra ABŞ-yə qayıtmış və müharibə haqqında yazdırığı raportu 1906-cı ildə donanma katibliyinə təqdim etmişdir. Bu raport Makkalli raportu kimi tanınmağa başlamışdır. Makkalli daha sonra USS California krayserinin icraçı məmuru, 1910-cu ildə Donanma Müharibə Kollecinin müəllimi olmuşdur.
Gilbert Nyuton Lyuis
Gilbert Nyuton Lyuis (ing. Gilbert Newton Lewis ; 23 oktyabr 1875[…], Ueymut[d], Massaçusets – 23 mart 1946[…], Berkli Kaliforniya Universiteti, Kaliforniya) — Amerika fiziki kimyaçısı . Kimyəvi termodinamika, fotokimya, izotoplar kimyası, nüvə fizikası sahəsində əsas elmi əsərlərin müəllifidir. Termodinamikanın üçüncü qanununun yeni formulunu təklif etdi. 1912-1916-cı illərdə o, kimyəvi rabitələrin elektron nəzəriyyəsini irəli sürdü və inkişaf etdirdi, ilk dəfə olaraq ion və homeopolyar (kovalent) rabitələri izah etdi və kimyəvi reaksiyaların sərbəst enerjilərinin hesablanması üsullarını işləyib hazırladı. 1926-cı ildə o, şüalanmanın ən kiçik vahidini ifadə etmək üçün foton termini elmə daxil etdi.
Nyutonun ikinci qanunu
Nyutonun ikinci qanunu – hərəkətin differensial qanunu maddi nöqtəyə qoyulan qüvvə və onun təcili arasındakı əlaqəni göstərir. Bu qanuna əsasən ətalətli sistemdə maddi nöqtənin aldığı təcil verilən qüvvə ilə düz, onun kütləsi ilə isə tərs mütənasibdir. Nyutonun ikinci qanunu belə ifadə olunur: a → = F → m {\displaystyle {\vec {a}}={\frac {\vec {F}}{m}}} burada, a → {\displaystyle {\vec {a}}} — cismin təcili, F → {\displaystyle {\vec {F}}} — cismə təsir edən qüvvə, m {\displaystyle m} — cismin kütləsidir. Və ya daha məlum formada: F → {\displaystyle {\vec {F}}} = m a → {\displaystyle m{\vec {a}}} və ya F → ⋅ t = Δ p → {\displaystyle {\vec {F}}\cdot t=\Delta {\vec {p}}} , p — cismin impulsudur. Əgər cismə bir neçı qüvvə təsir edirsə, onda Nyutonun ikinci qanunu belə yazılır: ∑ i = 1 n F i → = m a → {\displaystyle \sum _{i=1}^{n}{\vec {F_{i}}}=m{\vec {a}}} və ya t ⋅ ∑ i = 1 n F i → = Δ p → {\displaystyle t\cdot \sum _{i=1}^{n}{\vec {F_{i}}}=\Delta {\vec {p}}} , p — cismin impulsudur. Cismin kütləsi zamandan asılı olaraq dəyişərsə, onda Nyutonun ikinci qanununu aşağıdakı kimi ifadə etmək olar: cismin impulsunun dəyişməsi ona təsir edən qüvvəyə bərabərdir. d ( m v → ) d t = F → {\displaystyle {\frac {d(m{\vec {v}})}{dt}}={\vec {F}}} burada, m v → {\displaystyle m{\vec {v}}} — cismin impulsu, t — zaman, d d t {\displaystyle {\frac {d}{dt}}} — isə zamanın törəməsidir. Nyutonun ikinci qanunu yalnız işıq sürətindən kiçik sürətlər və ətalətli sistemlər üçün düzgündür. Amonton qanunu Исаак Ньютон. Математические начала натуральной философии.