NÖQTEYİ-NƏZƏR

is. [ ər. ] Müəyyən bir məsələ haqqında fikir, görüş, mülahizə, baxış; baxım.
□ Bu nöqteyi-nəzərdən – bu baxımdan. …nöqteyi-nəzərindən – …baxımından.
Hüquqi nöqteyi-nəzərdən bu sənəd saxtadır. Çəmənzəminli.

Синонимы

  • NÖQTEYİ-NƏZƏR nöqteyi-nəzər bax fikir 1
NÖQSANSIZLIQ
NÖQTƏ
OBASTAN VİKİ
Nəzər
Nəzər - canlı və ya cansız bir varlığın başına qəza və ya bəla gəlməsinə səbəb olduğuna inanılan baxış. Şər baxış. Nəzərdən xüsusilə uşaqların, hamilələrin və ya heyvanların təsirləndiyini inanılar. == Etimologiya == Göz sözü türkcədə görmə orqanı mənasını verdiyi kimi eyni zamanda xalq arasında "kəm göz" yəni pis niyyətli baxış, (farsca mənşəli kəm sözü pis, şər mənalarına gəlir) mənasında da istifadə edilər. Ərəbcə "nəzər" sözü də göz və baxış mənalarına gəlir. Keçmişdə cadugərlərin və şamanların gözlərində pis güclərin yerləşdiyine inanırdılar. Buna görə bu baxışların təhlükəli bir güc saxladığı düşünülərdi. Bəzi xalqlarda kəm gözün obyektləri belə çatlatabildiğine inanılar. "Nəzər muncuğu" bu enerjini özünə çəkərək yox edəcəyi fikri geniş yayılmışdır. Sözün köz "atəş parçası" ilə əlaqəsi də diqqət çəkicidir.
Hacı Nəzər
Hacı Nəzər - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. Kəndin adı erməni, rus mənbələrində «Hacı Nəzər qulu» kimi də göstərilir. Toponim Hacı Nəzər şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Kənd Hacı Nəzər adlı şəxs tərəfindən salınmışdır. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kamo qoyulmuşdur.
Nəzər Heydərov
Nəzər Heydər oğlu Heydərov (1896, Gürcülü, Zəngəzur qəzası – 30 dekabr 1968, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1949–1954). == Həyatı == Nəzər Heydər oğlu Heydərov 1896-cı ildə Zəngəzur qəzasının (hazırkı Qubadlı rayonu) Gürcülü kəndində anadan olmuşdur. 1913–1918-ci illərdə "Balaxanı neft" mədənlərində işləyib. Qubadlı Qəza İnqilab Komitəsinin, qəza partiya komitəsinin katibi və İcraiyyə Komitəsinin sədri, AK(b)P MK–nın məsul təlimatçısı, Ağdaş qəza və Şuşa rayon icraiyyə komitələrinin sədri, DQMV MİK–in sədr müavini olub. 1927–1928-ci illərdə Azərbaycan SSR Ali XTS-də məsul vəzifədə çalışıb. 1931-ci ildə Moskva Sənaye Akademiyasını, eyni zamanda Neft İnstitutunu bitirdikdən sonra 1949-cu ilədək Azərbaycanda neft sənayesində, o cümlədən "Əzizbəyov" trestinin müdiri, Azneft Birliyinin rəisi və s. işləyib. 1949–1954-cü illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, SSR Ali Soveti Rəyasət Heyətinin sədrinin müavini olub. "Aznefttextəhcizat" idarəsinin rəis müavini işləyib. "Zəngəzur dağlarında" kitabının müəllifidir.
Nəzər Paşayev
Paşayev Nəzər Abdulla oğlu (15 dekabr 1908 – ?) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (1964), professor (1965), Azərbaycan SSR əməkdar elm xadimi (1981). == Həyatı == Nəzər Paşayev 15 dekabr 1908-ci ildə İrəvan quberniyasının Böyük Vedi kəndində doğulmuşdur. Nəzər Paşayev Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini 1936-1937-ci tədris ilində bitirmişdir.Azərbaycan Pedaqoji İnstitutunda professor işləyib. == Kitabları == Azərbaycanda sosialist mədəniyyətinin inkişafı [Mətn]: 1920-1955-ci illər N.A.Paşayev; [red. Ş.Abasov].- B.: Azərnəşr, 1957.- 172, [3] s. == İstinadlar == == Ədəbiyyat == ASE — X cild. 1984.
Nəzər kəhrizi
Nəzərkəhrizi — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanının Nəzərkəhrizi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,181 nəfər və 227 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Nəzər muncuğu
Qotaz — türk və altay xalqlarının inancında insanı "kəm göz"lərdən (şər baxışlardan) qoruduğuna inanılan muncuq. Göz muncuğu. == Xüsusiyyətləri == Ümumiyyətlə göz muncuqları göz şəklində olar. Gözə eyni zamanda muncuq da deyilməkdədir. Bu məzmunda baxıldığında adamın dünyaya açılan pəncərəsi gözdür və göz hər cür, yaxşı və pis, düşüncələrin ilk çıxış nöqtəsi olaraq qəbul edilir. Buna görə baxışlardan, pis gözlərdən qorunmaq məqsədilə əmici xüsusiyyəti olduğuna inanılan göy rəngli daşlar köhnədən bəri istifadə edilmişdir və son halını günümüzdəki cürbəcür göz muncuqları olaraq almışdır. İndi istər inanc, istər ənənə, istərsə də bəzək əşyası olaraq bir çox adam gözmuncuğunu gündəlik həyatında çox tez-tez istifadə edir. Göz muncuğu edilərkən içinə qurğuşun tökülür. Bunun da yaxşı uğur gətirdiyi deyilər. == Tarixçə == Tarixdəki türk birliklərində göz muncuğuna Bonçuq, Boncuq, Munçuq, Moncuq, Monşaq, Monçaq, Monçoq, Muyınçaq kimi adlar verilmişdir və bu adlandırmaların bəziləri bu gün də bir sıra xalqların dillərində iştirak etməkdədir.
Nəzər Əzizov
Nəzər Ağacəlil oğlu Əzizov (28 avqust 1991; Kürdəmir rayonu, Azərbaycan SSR — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi == Həyatı == Nəzər Əzizov 1991-ci il avqustun 28-də Kürdəmir rayonunun Dəyirmanlı kəndində anadan olub. == Hərbi xidməti == Nəzər Əzizov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə savaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Cəsur döyüşçü" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib. Nəzər Əzizov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Ruzi Nəzər
Ruzi Nəzər (1917-2015), Türkistan əsilli ABŞ vətəndaşı, Mərkəzi Kəşfiyyat İdarəsi agenti. Həyatının böyük qismini Mərkəzi Kəşfiyyat İdarəsi agenti olaraq SSRİ-yə qarşı mübarizəyə həsr etmişdir. Rus inqilabı dövründə Sovet Orta Asiyasında dünyaya gəlmişdir. Həyatının çoxu doğulduğu yerlərdən uzaqda keçmişdir. II Dünya Müharibəsi dövründə Almaniyada, sonradan da ABŞ və Türkiyədə yaşadı. 1950-ci illərin əvvəlindən etibarən MKİ işçisi olaraq işlədi. İş müddətinin 11 ili ABŞ-nin Ankaradakı səfirliyindı, sonrakı 10 ili də Bonnda keçmişdir. 1979-cu ildə Tehranda, 1980-ci illərin əvvəlində Əfqanıstanda ABŞ adına gizli tapşırıqlarda olmuşdur. == Uşaqlıq və gəncliyi == 1917-ci ildə sonralar Özbəkistan sərhədləri daxilində qalacaq Fərqanə vadisində olan Mərğilan şəhərində dünyaya gəldi. Nəzərın atası Cəmşid Umirzaoğlu yüz illərdir Mərğilanda ipək ticarəti ilə məşğul olan bir ailədən idi.
Adilə Nəzər
Adilə Həsən qızı Nəzərova (26 may 1969, Şəhriyar, İliç rayonu) — Azərbaycan şairi, ədəbiyyatşünası. Filologiya üzrə fəlsəfə doktoru. Azərbaycan Yazıçılar Birliyinin və İraq–Türkmən Yazıçılar Birliyinin üzvü. == Həyatı == Adilə Həsən qızı Nəzərova 26 may 1969-cu ildə Şərur rayonunun Şəhriyar kəndində doğulub. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə Azərbaycan Müəllimlər İnstitutunda bakalavr, Azərbaycan Dövlət Pedaqoji Universitetində isə magistr təhsili almışdır. == Elmi fəaliyyəti == AMEA Dilçilik İnstitutunun dissertantı olmuş, "Azərbaycan dilində fəlsəfi terminlərin leksik-semantik təhlili" mövzusunda dissertasiya müdafiə edərək Filologiya üzrə fəlsəfə doktoru elmi adı almışdır. Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsidə aparıcı elmi işçi vəzifəsində çalışır. === Elmi əsərləri === "Azərbaycan dilində fəlsəfə terminlərinin izahlı lüğəti", Bakı, Elm və təhsil, 2014, 224 s. "Azərbaycan dilində fəlsəfə terminlərinin leksik-semantik xüsusiyyətləri", Monoqrafiya, Bakı, Elm və təhsil, 2017, 176 s. "İmadəddin Nəsimi yaradıcılığının tədrisi və bədii dil xüsusiyyətlərinin öyrənilməsi", Monoqrafiya, Bakı, 2021 == Bədii yaradıcılığı == Şeirləri Türkiyə türkcəsinə, rus, fars, fransız və özbək dillərinə tərcümə olunub.
Nəzər Abad Şəhristanı
Nəzərabad şəhristanı (fars. نظرآباد‎) — İranın Əlburz ostanının 5 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Nəzərabad şəhəridir. == Milli tərkibi == Əhalisini Azərbaycan türkləri təşkil edir və Azərbaycan türkcəsinin Savucbulaq ləhcəsində danışırlar.
Nəzər kəndi (Culfa)
Nəzər kəndi (fars. نظركندي‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (28 ailə).
Nəzər nöqtəsi (veriliş, 1999)
"Nəzər nöqtəsi" — 1999-cu ildən 2016-cı ilə qədər Azərbaycanın ANS TV kanalında yayımlanan və Azərbaycanda baş verən siyasi və ictimai hadisələr haqqıda tok-şou. Verilişin aparıcıları müxtəlif dövrlərdə Eynulla Fətullayev, Qənirə Paşayeva, Qənirə Ataşova, Eldəniz Elgün, İlhamiyyə Rza və Mirşahin Ağayev olub.
Ümumdünya tarixinə nəzər (kitab)
Ümumdünya tarixinə nəzər — Cəvahirləl Nehrunun həbsdə ikən qızı İndira Qandiyə 1930-1933-cü illərdə yazdığı məktublardan ibarət, 1934-cü ildə nəşr edilmiş kitab . == Məzmun == Kitaba dünyanın görkəmli siyasi xadimlərindən biri, Hindistan milli-azadlıq hərəkatının lideri və ilk baş naziri olmuş Cəvahirləl Nehrunun məhbəsdə ikən qızı İndira Qandiyə (1980-1984-cü illərdə Hindistanın baş naziri olmuşdur) yazdığı məktublar daxil edilmişdir. Əsərdə həmçinin, bəşər sivilizasi-yasının ikinci dünya müharibəsinə qədərki tarixinin əsas hadisələri qısaca şərh şəklində oxuculara təqdim olunub. == Nəşr və tərcümə == Kitab Tahir Paşazadə tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 19866-cı ildə Gənclik nəşriyyatında, 2006-cı ildə Şərq-Qərb nəşriyyatında 344 səhifədə, 25 000 tirajla, 2018-ci ildə Bakı Kitab Klubunda 420 səhifədə nəşr edilib. == İstinadlar == == Həmçinin bax == Dünya tarixi == Xarici keçidlər == "Ümumdünya tarixinə nəzər" ( (az.)). bbclub.az. İstifadə tarixi: 2019-10-06. Cəvahirləl, Nehru. Ümumdünya tarixinə nəzər (PDF). Bakı: Şərq-Qərb.
Xəzər-problemə nəzər (film, 1977)
== Məzmun == Film Xəzərin probleminə həsr olunmuşdur. Filmdə problemlə bağlı alimlərdən T. İsmayılov, L. Qasımov, Ziya Bünyadov çıxış edirlər.

Значение слова в других словарях

вы́кинуть за городом каптена́рмус нату́рка нема́я по-аристократи́чески посе́дки счёсывать всплеск ко́е-что́ ла́зы отгра́нивать перебору́доваться сви́та матки Витебск зой пепермент Boeotia bound fifteen patrimonial waters pelican powder monkey воздвигать поле