NÖQTƏBƏNÖQTƏ
NÖVBARƏ
OBASTAN VİKİ
Biogöstərici növ
Biogöstərici növ – su mühitinin üzvi maddələrlə çirklənmə səviyyəsinin göstəricisi olan saprob orqanizmlər – heyvan və ya bitki növləridir. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Bioloji növ
Bioloji növ (lat. species) — oxşar canlıların və predmetlərin adlandırılmasında, bunların təsnifatında istifadə olunan kateqoriya. == Xarakteristika == Bioloji növ XVII əsrin sonunda öyrənilməyə başlanılmışdır. Bu dövr bioloji növün ilk təsvirini vermiş Con Reyin (1686) tədqiqatlarını və müxtəlif konsepsiyaları əhatə edən bir neçə mərhələdən ibarətdir. Bioloji növün adı latınca iki sözdən ibarət olduğundan o binominal (binar) sayılır. Bu sözlər növün aid olduğu, cinsin adından və bioloji növə verilmiş addan ibarətdir. Məsələn, Anas platyrhyncha bir növ yaşılbaş ördəyin adını ifadə edir. Hər bir bioloji növün fərdləri bir-birinə reaksiya verən və biri digərini çoxalma məqsədi ilə axtarıb tapan reproduktiv birlik əmələ gətirir. Bioloji növ ekoloji vahid kimi həmin mühitdə yaşayan başqa növlərlə qarşılıqlı əlaqədə olur və onlara qarşılıqlı təsir göstərir. Nəhayət, bioloji növ genetik vahid olub geniş ümumi genofonda malikdir.
Birinci növ faza keçidləri
Birinci növ faza keçidləri elə keçidlərə deyilir ki, keçid nöqtəsində sistemin Gibbs termodinamik potensialı (və kimyəvi potensialı) kəsilməz, lakin bu potensialın temperatura və təzyiqə görə birinci tərtib törəmələri ilə təyin olunan fiziki kəmiyyətlər (entropiya və həcm) sıçrayışla dəyişsin. Aqreqat halının dəyişməsi birinci növ faza keçidlərinə aiddir, lakin eyni aqreqat halı daxilində baş verən birinci növ faza keçidləri də var. == Birinci növ faza keçidlərinə misallar == -ərimə (və onun əksi olan bərkimə); -buxarlanma (və əks proses-kondensasiya) ; -sublimasiya (qazın maye hala çevrilmədən birbaşa bərk hala keçməsi, əks proses-desublimasiya); -bərk cismin bir kristallik modifikasiyadan digərinə (məsələn, kükürdün rombik quruluşdan monoklin quruluşa) keçməsi və s. Birinci növ faza keçidlərinin xarakterik əlamətləri bunlardır: - keçid zamanı istilik udulur və ya buraxılır (buna gizlin enerji deyilir: Q = T ( S 2 − S 1 ) {\displaystyle Q=T(S_{2}-S_{1})} , S {\displaystyle S} -entropiyadır), - maddənin sıxlığı (və onun tərsi olan məxsusi həcmi-bir zərrəciyə düşən həcm) və məxsusi entropiya (bir zərrəciyə düşən entropiya) sıçrayışla dəyişir, - termodinamik əmsallar – sistemin istilik tutumu C P = ( ∂ Q ∂ T ) P {\displaystyle C_{P}=\left({\frac {\partial Q}{\partial T}}\right)_{P}} , sabit təzyiqdə istidən genişlənmə əmsalı α P = 1 V ( ∂ V ∂ T ) P {\displaystyle \alpha _{P}={\frac {1}{V}}\left({\frac {\partial V}{\partial T}}\right)_{P}} və izotermik sıxılma əmsalı γ T = − 1 V ( ∂ V ∂ P ) T {\displaystyle \gamma _{T}=-{\frac {1}{V}}\left({\frac {\partial V}{\partial P}}\right)_{T}} keçid nöqtəsində sonsuzluğa bərabər olur. == Fazaların tarazlıq əyrisi == Müəyyən şəraitdə maddə eyni zamanda iki və daha artıq fazada ola (yanaşı yaşaya) bilər. Məsələn, normal atmosfer təzyiqində, t = 0 o C {\displaystyle t=0^{o}C} ( T = 273 K {\displaystyle T=273K} ) temperaturda buz və su; maye və onun üzərindəki buxar. Molekullar bir fazadan digərinə keçdiyinə görə bu fazaların hər biri açıq sistemdir. (Zərrəciklərin sayı dəyişən sistemlərə termodinamikada açıq sistemlər deyilir.) Müəyyən şərtlər ödəndikdə bu açıq sistemlər tarazlığa gəlir. Birkomponentli (eyni molekullardan ibarət) sistemin hansı termodinamik fazada olması təkcə maddənin növündən və temperaturdan yox, həm də təzyiqdən asılıdır. Temperaturun hər bir qiymətinə uyğun elə bir təzyiq vardır ki, bu təzyiqdə maddə eyni zamanda iki fazada yanaşı yaşaya bilər.
Növ
Bioloji növ (lat. species) — oxşar canlıların və predmetlərin adlandırılmasında, bunların təsnifatında istifadə olunan kateqoriya. == Xarakteristika == Bioloji növ XVII əsrin sonunda öyrənilməyə başlanılmışdır. Bu dövr bioloji növün ilk təsvirini vermiş Con Reyin (1686) tədqiqatlarını və müxtəlif konsepsiyaları əhatə edən bir neçə mərhələdən ibarətdir. Bioloji növün adı latınca iki sözdən ibarət olduğundan o binominal (binar) sayılır. Bu sözlər növün aid olduğu, cinsin adından və bioloji növə verilmiş addan ibarətdir. Məsələn, Anas platyrhyncha bir növ yaşılbaş ördəyin adını ifadə edir. Hər bir bioloji növün fərdləri bir-birinə reaksiya verən və biri digərini çoxalma məqsədi ilə axtarıb tapan reproduktiv birlik əmələ gətirir. Bioloji növ ekoloji vahid kimi həmin mühitdə yaşayan başqa növlərlə qarşılıqlı əlaqədə olur və onlara qarşılıqlı təsir göstərir. Nəhayət, bioloji növ genetik vahid olub geniş ümumi genofonda malikdir.
Dramatik növ
Drammatik əsərin başlıca xüsusiyyəti, əsərdə baş verən hadisələrin, surətlərin hərəkəti və danışığı yolu ilə canlandırılmasıdır. Dramatik əsərlər səhnədə tamaşaya qoyulmaq üçün yazılır. Belə əsərlərdə iki tərkib hissəsi olur: remarka və surətlərin danışığı.
Epik növ
Epik növ (yun. έπος nəql etmək) — müəyyən bir hadisə və ya əhvalatın danışmaq, nəql etmək yolu ilə təsvir olunduğu ədəbi növdür. Ədəbiyyatşünaslıqda "danışmaq", "nəql etmək" əvəzinə əksər hallarda təhkiyə sözü işlənir. Epik əsərlər süjetli olur və onların məzmunu hadisə və ya əhvalatla bağlı olur. Epik əsərlərdə tiplərin, xarakterlərin ətraflı, hadisələrin geniş və tamamlanmış şəkildə təsviri üçün hər cür imkan vardır. Lakin, bunlar müəyyən - bir və ya bir neçə süjet ətrafında, sistem daxilində, müəllif tərəfindən düşünülmüş quruluşda verilməlidir. Əsərin janr xüsusiyyəti ilə əlaqədar olaraq (roman, povest, hekayə və s.) epik əsərlərin həcmi, onlardakı tiplərin sayı, həyat səhnələrinin geniş və ya yığcam şəkildə verilməsi müəyyən edilir. Bu mənada epik əsərlər şərti olaraq kiçik, orta və böyük kimi üç formaya ayrıla bilər. Kiçik formada insanın həyatından bir epizod, bir moment, orta formada bir dövr, yaxud, mərhələ, böyük formada isə onun tam təfərrüatı ilə verilən həyat yolu təsvir oluna bilər. Həmçinin, epik əsərlərin kiçik formasında çox vaxt bir tip əsas götürüldüyü halda, orta formada bir neçə, böyük formada isə bir çox tiplər və onların silsiləsi, hətta bir neçə nəsil götürülə bilər.Epik əsərlər şəkli yazılışlarına görə üç formada - nəsr, nəzm və həm nəsr, həm də nəzmlə yazıla bilər.
Kütüm (növ)
Kütüm (lat. Rutilus frisii) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər dəstəsinə aid olan növ. İki yarıpm növü vardır: Kütüm (Rutilus frisii frisii) — Qara və Azov dənizlərimdə yayılmışdır. Kütüm (Rutilus frisii kutum) — Xəzər dənizinin cənub və mərkəzi hissələrində yayılmışdır75 sm uzunluğa və 6 kq çəkiyə qədər böyüyə bilirlər. Beli tünd, bir az yaşıl, böyürləri gümüşü, qarnı isə ağ olur. Dənizin çayların mənsəbinə yaxın ərazilərində yaşasalarda kürüləmə zamanı çaylara üz tuturlar. Yetkinliyə 4—5 yaşında, 40 sm uzunluğa sahib olarkən çatırlar Dənizdə yaşayan canlılarla, əsasən ilbiz, yengəc, krevetka və s. ilə qidalanır.
Lirik növ
Lirika "lira" sözündən olub, yunanca simli musiqi aləti deməkdir. Şərq ədəbiyyatında lirik şeirlərə rübabi şeirlər də deyilir. Rübab da ərəb sözü olub, simli alətə deyilir. Elə bədii əsərlər var ki, orada həm epik lövhələrlə, hadislərin təhkiyə yolu ilə verilməsinə, həm də şairin (lirik qəhrəmanın) bu və ya digər obraza, hadisəyə, əşyaya, təbiətə lirik münasibətinə təsadüf olunur. Əvvəldən axıra qədər həyat hadisələrinin müəyyən bir süjet əsasında təsviri ilə şairin daxili duyğularının ifadəsi üzvi şəkildə birləşir, iki növ (epik və lirik növlər) bir-birilə demək olar ki, qaynayıb qarışır. Buna görə də bu cür əsərlər qeydsiz-şərtsiz bir janra (ya epik, ya da lirik janra) daxil olmur. Belə əsərlər xüsusi bir janr təşkil edərək epik-lirik növ adlanır. Ədəbiyyatşünaslıqda buna qarışıq janr da deyilir. Ayrı-ayrı poemalarda hadisənin epik təsviri ilə lirik tərənnümün nisbəti müxtəlifdir. Bəzi əsərlərdə təhkiyə, bəzilərində isə tərənnüm üstün olur.
Mərcimək (növ)
Mərcimək (lat. Lens esculenta) — Lens cinsinə aid bitki növü. fars mənşəli olan mərcimək kəlməsi, bəzi türk dillərində yasmıq adlanır. == Sinonimləri == Ervum lens Wall. Vicia lens (L.) Cosson & Germ. Vicia pisicarpa H.Lév.
Tipik növ
Tipik növ (bioloji təsnifləndirmə) — cinsin nomenklatur tipi olan növ. Təsnifləndirmə zamanı bütün mübahisəli məsələlər zamanı tipik növ cinsin xüsusiyyətlərinin daçıyıcısı olaraq yeganə obyekt olaraq götürülür. == Xarici keçidlər == Zooloji nomenklaturanın beynəlxalq kodeksi (4th Edition, 2000) Botaniki nomenklaturanın beynəlxalq kodeksi («St.
Dram (ədəbi növ)
Drammatik əsərin başlıca xüsusiyyəti, əsərdə baş verən hadisələrin, surətlərin hərəkəti və danışığı yolu ilə canlandırılmasıdır. Dramatik əsərlər səhnədə tamaşaya qoyulmaq üçün yazılır. Belə əsərlərdə iki tərkib hissəsi olur: remarka və surətlərin danışığı.
La-Bati-Növ
La-Bati-Növ (fr. La Bâtie-Neuve, oks. La Bastia Nòva) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. La-Bati-Növ kantonuna daxildir. INSEE kodu — 05017. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2116 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1320 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 995 nəfər iqtisadi cəhətdən, 325 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.4%, 1999-cu ildə 71.1%). Fəal olan 995 nəfərdən 912 nəfəri (488 kişi və 424 qadın), 83 nəfəri işsizdir (29 kişi və 54 qadın).
Qayalıq kərtənkələsi (növ)
Qayalıq kərtənkələsi (lat. Darevskia saxicola) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Uzunluğu 88 mm (balalarda 22 — 27 mm), quyruğu 156 mm-dir. Yuxarı hissədə yaşıl, qəhvəyi, zeytunu boz rəngdə olur. Sinəsində mavi gözlər fprmasına malik nöqtələr vardır. Onlara dağlıq və qayalıq ərazilərdə, alp qurşağında daha çox rast gəlinir. 1 km maşrut üzrə 100 baş müşahidə edilir. Günlük aktiv həyat sürürlər. Qışlama dövrü sentyabr-oktyabrdan fevral-mart aylarına qədər davam edir. Yumurta qoyaraq çoxalırlar Yumurta qoyma iyun-iyul ayları baş verir.
Yaşıl kərtənkələ (növ)
Yaşıl kərtənkələ (lat. Lacerta viridis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. == Xariçi görünüş == 15,5 sm uzunluğa malikdir. Bədəni boyunca 40–58 pulcuq yardır. Yetkin fərdlərdə yuxarı hissəsi yaşıl olur. Bu nahiyyəlırdə qara və ya sarı nöqtələr vardır. Erkəklərin boğaz nahiyyəsində parlaq-mavi, yay və payız aylarında tünd göy rəngdə olur. Dişilərdə isə ağ və ya göyə çalır. Qarın nahiyyəsi erkəklərdə parlaq-sarı, dişilərdə isə ağımtıl və ya göyümtül olur. == Həyat tərzi == Ən çox otluqlarda, qayalıqlı dərələrdə rast gəlinir.
Şimal sərçəsi (növ)
La-Bati-Növ (kanton)
La-Bati-Növ (fr. La Bâtie-Neuve) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azür, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0505. La-Bati-Növ kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası La-Bati-Növ kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 4 265 nəfər təşkil edirdi.
1906 növbədənkənar yay Olimpiya oyunları
1906 Yay Olimpiya Oyunları(22 aprel — 2 may) — Yunanıstanın Afina şəhərində təşkil edilmişdir. 20 ölkədən 7-si qadın olmaqla 877 idmançı yarışmışdır. Yunanıstan 1896-cı ildə həyata keçirilən ilk olimpiadalardan sonra Beynəlxalq Olimpiya Komitəsinə müraciət edərək 10-cu il şərəfinə xüsusi bir olimpiada təşkil etməsini tələb etdi. Yunanıstanın bu tələbi qəbul edildi və 1906-cı ildə ara olimpiadalar edilməsinə qərar verildi. Oyunlar üçün rəsmi olaraq "Olimpiya" sözü istifadə edilmir. Çünki 3-cü ilə 4-cü Olimpiya oyunları arasında təşkilat komitəsi reallaşmışdır. Müsabiqələr nəticəsində medal paylandığı halda, bu medallar BOK tərəfindən tanınmır. == Olimpiadanın açılışı == Olimpiadanı I George açmışdır.
2015 Su idman növləri üzrə Dünya Çempionatı
16-cı FİNA Dünya Çempionatı(rus. Чемпионат мира по водным видам спорта 2015, tatar. 2015 елгы Су спорт төрләре буенча дөнья чемпионаты) və ya Aquatiks 2015- 2015-ci il 24 iyul - 9 avqust tarixlərində Rusiyanın Kazan şəhərində keçirilən yarış. Yarış iştirak edən ölkələrin sayına(190), iştirak edən edən idmançıların sayına(2400), və verilən medal sayına(75) görə bu çempionatın rekorduna imza atmışdır. == Şəhər seçimi == 2011-ci il iyulun 15-də Şanxayda FİNA-nın Ümumi qurultayı baş tutdu. Bu zaman Kazan şəhəri Quadalaxara(Meksika), Honkonq(Çin) və Monrealı(Kanada) qabaqlayaraq 2015-ci ildə yarışın keçiriləcəyi şəhər seçildi. Son iki şəhər isə öz təkliflərini geri götürdü.
2017 Su idman növləri üzrə Dünya Çempionatı
2017 Su idman növləri üzrə Dünya Çempionatı — 14-30 iyul 2017-ci il tarixləri arasında Macarıstanın Budapeşt şəhərində keçirilən 17-ci FİNA Su idman növləri üzrə Dünya Çempionatıdır. == Ev sahibinin seçimi == 2011-ci il 15 iyul tarixində Şanxay şəhərində FİNA-nın Ümumi Qurultayı baş tutdu. 2017 Su idman növləri üzrə Dünya Çempionatının ev sahibi olacaq şəhər kimi Meksikanın Quadalaxara şəhəri elan edilmişdir. Eyni səsvermə ilə Rusiyanın Kazan şəhəri 2015-ci ildə Dünya Çempionatını qəbul etmişdir. Çinin Honkonq şəhəri isə həmin səsvermədə məğlub olmuşdur. Quançjou (Çin) və Monreal (Kanada) səsvermədən əvvəl yaxın vaxtlarda tender təkliflərini geri götürmüşdür. 2015-ci ilin fevral ayında Meksika təşkilatçılar bildirdilər ki, onlar multi-idman su tədbirinin keçirilməsinə sərf olunacaq 100 milyon dollar vəsaiti rəva bilmirlər. Ölkə dünya çempionatına ev sahibliyi vərəqəsini geri götürdü. 11 mart 2015-ci ildə Budapeşt Dünya Çempionatına ev sahibliyi edəcəyini açıqladı. == Məkanlar == Turnirin təşkil olunduğu məkanlardan ikisi Budapeştdə yerləşir: Dunay Arena yeni qapalı üzgüçülük hovuzudur.
2019 Su idman növləri üzrə Dünya Çempionatı
2019 Su idman növləri üzrə Dünya Çempionatı — 12-28 iyul 2019-cu il tarixləri arasında Cənubi Koreyanın Kvanju şəhərində keçirilən 18-ci FİNA Su idman növləri üzrə Dünya Çempionatı. Şəhər 2015 Yay Universiada Oyunlarında su idman növlərinin keçirilməsi üçün ev sahibi rolunu oynamışdır. == Ev sahibinin seçimi == Ev sahibi olacaq şəhər 19 iyul 2013-cü ildə 2013 Su idman növləri üzrə Dünya Çempionatına ev sahibliyi edən Barselona şəhərində FİNA Baş Qurultayında elan edilmişdir. 2015-ci ildə Quadalaxara şəhərinin namizədliyini geri götürməsindən sonra 2017-ci il Çempionatına ev sahibliyi edən Budapeşt 2021 Su idman növləri üzrə Dünya Çempionatına da əsas namizəd kimi göstərilmişdir. == Məkanlar == Yarışların əksəriyyəti 2015 Yay Universiada Oyunları üçün Kvanju şəhərində tikilmiş Su İdman Mərkəzində keçirilmişdir. Su İdman Mərkəzi üzgüçülük və suya tullanma yarışlarına ev sahibliyi edəcəkdir. Sinxron üzgüçülük və voterpol yarışlarında isə iki yanaşı, üstü açıq məkandan istifadə ediləcək. Nambu Universiteti Bələdiyyə Su İdman Mərkəzi (üzgüçülük, suya tullanma) Nambu Universiteti Futbol meydançası (voterpol) Yeomcu Gimnaziyası (sinxron üzgüçülük) Çosun Universiteti Futbol meydançası (yüksək suya tullanma) Yeosu Expo Ocean Park (açıq hovuz üzgüçülüyü) == Turnir cədvəli == Altı idman növü üzrə 75 dəst medal oynanılacaq. == Medal cədvəli == * Ev sahibi ölkə (Cənubi Koreya) == İştirakçı ölkələr == == Media dairəsi == ABŞ-də NBCUniversal şirkəti yarışları yayımlamaq hüququ əldə etmişdir.
Adaçayı cinsinə aid növlər
== A == Salvia abbottii Urb., 1922. Salvia absconditiflora Greuter & Burdet, 1985. Salvia abyssinica L.F., 1782. Salvia abyssinica Hochst. ex Engl., 1891 Salvia abyssinica Jacq., 1781-86 Salvia abyssinica R.Br. Salvia acaulis Vahl, 1804 Salvia acetabulosa L., 1767 Salvia acuminata Ruiz & Pav, 1798. Salvia acuminata Vent., 1800. Salvia acuminatissima Steud., 1841 Salvia acutata Brot. Salvia acutifolia Ruiz & Pav., 1798. Salvia adenoclada Briq., 1898.
Adventiv növlər
Adventiv növlər (latın: adveticius - yad, gəlmə) — başqa qruplaşmadan və ya coğrafi vilayətlərdən gətirilən (və ya gələn) növlər. Ölkəmizə gətirilmiş amarant, sabah gülü. evkalipt kimi bitkilər, ağ amur, qalınalın, daban balıq, yenotabənzər it və b. heyvanlar adventiv növlər hesab oluna bilər. Son illər ölkəmizə gətirilən bitkilərin sayı durmadan artmaqdadır. Ancaq onların çoxu bizim şəraitə uyğunlaşmış nəsil törədə bilmirlər. == Həmçinin bax == Adventiv orqanlar == Mənbə == "Biologiya lüğəti" kitabı, 2011, Bakı, Çaşıoğlu (mətbəə), səh 35.
Antaqonist növlər
Antaqonist növlər - yaşamaq uğrunda mübarizədə həmişə barışmaz ziddiyyətli münasibətdə olan növlər. Məsələn, koralina və kodium yosunlarının ifraz etdiyi maddə bioloji təbəqə əmələ gətirən bığayaqlı xərçənglərin (dəniz qozası) və molyuskların (midilər) sürfələrinə öldürücü təsir göstərdiyindən bu orqanizmlərə bir yerdə rast gəlinmir. bu yosunların ifrazatı həm də bakteriosit xassəyə malikdir. Parazit-sahib və yırtıcı-qənimət münasibətində də növlərin antaqonistliyi mövcuddur. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Anturium cinsinə aid bitki növləri
Ara (quş növü)
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası
== Lisenziyalı federasiyalar == Bu siyahı hal-hazırda rəsmi lisenziyası olan Azərbaycan idman federasiyalarının siyahısıdır. Hal-hazırda respublikada 31 rəsmi federasiya və 1 rəsmi assosiasiya lisenziyalı şəkildə fəaliyyət göstərir. == Digər federasiyalar == Azərbaycan Aykido Federasiyası Azərbaycan Strongmen Federasiyası Azərbaycan Alpaqut Federasiyası Azərbaycan Ciu-Citsu Federasiyası Azərbaycan Braziliya Ciu-Citsu Federasiyası Azərbaycan Çimərlik Futbol Federasiyası Azərbaycan Futzal Federasiyası Azərbaycan Xokkey Federasiyası Azərbaycan Kosiki Karate-do Federasiyası Azərbaycan Qol Güləşi Federasiyası Azərbaycan Pauerliftinq Federasiyası Azərbaycan Reqbi Federasiyası Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası Azərbaycan Yelkənli İdman Federasiyası Azərbaycan İdman Turizmi Federasiyası == Mövcud olmuş federasiyalar == Bəzi federasiyalar bir müddət aktiv fəaliyyət göstərmiş və ya fəaliyyət göstərməmiş, lakin rəsmi lisenziyaya sahib olmuşdur. Sonra isə bu lisenziya ləğv edilmiş və ya müddəti uzadılmamışdır. Bu səbəbdən də həmin federasiyalar ləğv olunmuş və ya fəaliyyətsiz hesab olunurlar. == İstinadlar == == Xarici keçidlər == İdman Federasiyaları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi [1] Arxivləşdirilib 2017-12-23 at the Wayback Machine Nazirlər nəyi dəyişəcək?
Açıq hovuz üzgüçülüyü 2017 Su idman növləri üzrə Dünya Çempionatında – Kişilər 5 km
Kişilər 5 km — 2017 Su idman növləri üzrə Dünya Çempionatında 15iyul 2017-ci il tarixində keçirilən yarışdır. == Nəticələr == Yarışa 10:00-da start verilmişdir.
Açıq tipli təhsil növü
Açıq tipli təhsil növü — təhsilin genişlənməsi barədə müasir doktrina. Əsas ideyalardan biri – insanın faktiki və formal ixtisasını bərabərləşdirmək. Böyük həyat təcrübəsinə və xüsusən iş təcrübəsin malik olan insanlar öz bilikl səviyyələrini rəsmi təsdiqini istəyirlər. Adətən bu xüsusi növ diplom alınması yolu iləöz təsdiqini tapır.Diplomun alınması aşağıdakı üsullarla ola bilər. a) dəslərdə iştirak etmədən bütün kursun imtahanını vermək; b) dinləyicilərin real səviyyəsinə uyğun olan ısamüddətli kurs keçmək; c) təhsil müəssisənin tələbəsi olmadan tam tədris kursunda iştirak etmək.
Ağcaqayın cinsinə aid növlər
Acer cinsinə aid 100-dən çox növ var. == Növləri və sinonimlər == Acer albopurpurascens Hayata See A. oblongum Acer acuminatum Wall. ex D.Don Acer aidzuense Franch. Acer ambiguum Dipp. See A. pictum Acer amplum Rehder Acer argutum Maxim. Acer barbatum Michx. See A. floridanum Acer barbinerve Maxim. Acer buergerianum Miq. Acer caesium Wall. ex Brandis Acer calcaratum Gagnep.
Bank əməliyyatlarının növləri
Bank əməliyyatları - yalnız banklar tərəfindən aparılan bağlı maliyyə əməliyyatları. Bankların əməliyyatları üç yerə ayrılır: 1)passiv əməliyyatlar 2)aktiv əməliyyatlar 3)vasitəçilik əməliyyatları. Passiv əməliyyatlar banklar tərəfindən vəsaitlərin cəlb olunması və onun resurslarının formalaşması üzrə əməliyyatlardır. Bu əməliyyatların köməyi ilə banklar mənfəət əldə etmək məqsədi ilə kredit verilməsi, qiymətli kağızlara sərmayə qoyuluşu və s. üçün vəsait toplayırlar. Banklardan passiv əməliyyatları nəticəsində onların resursları formalaşır. Passiv əməliyyatların tərkibində aşağıdakı əsas qrupları almaq olar: 1)Hüquqi və fiziki şəxslərdən əmanət və depozitlərin (tələbolunanadək,müddətli və s.) qəbulu,hüquqi şəxslərə hesablaşma,cari və digər hesabların açılması və aparılması;2)Kommersiya bankalarından və Mərkəzi bankdan kreditlərin alınması (banklararası kreditlər);3)Qiymətli kağızların emissiyası (depozit sertifikatları, veksellər vəs.) Aktiv əməliyyatlar mənfəət əldə etmək üçün bankların öz xüsusi vəsaitlərindən və cəlb olunmuş vəsaitlərdən istifadə etməsi deməkdir. Kredit əməliyyatları. Bu əməliyyatlar nəticəsində bankın kredit portfeli formalaşdırılır. Investisiya əməliyyatları.
Banksiya cinsinə aid növlər
Bucağın növləri
Bucağın tərəfləri müstəvini iki hissəyə ayırır. Bucağın tərəflərinin də daxil olduğu hər iki hissə müstəvi bucaq adlanır. Müstəvi bucaqlardan birini (adətən kiçiyini) şərti olaraq daxili, digərini isə xarici bucaq adlandırırlar. == Bucağın növləri == Bucaq dərəcə ölçüsündən asılı olaraq aşağıdakı növlərə ayrılır: İti bucaq (0° ilə 90° arasında) Düz bucaq : α = 90 ∘ {\displaystyle \alpha =90^{\circ }} Kor bucaq (90° ilə 180° arasında) Açıq bucaq : α = 180 ∘ {\displaystyle \alpha =180^{\circ }} Qabarıq olmayan bucaq (180° ilə 270° arasında) Tam bucaq : α = 360 ∘ {\displaystyle \alpha =360^{\circ }} == Bucağın digər növləri == === Qonşu bucaqlar === Qonşu bucaqlar α + β = 180 ∘ {\displaystyle \alpha +\beta =180^{\circ }} Bir tərəfi ortaq, digər tərəfləri isə tamamlayıcı yarım düz xətlər olan iki bucağa qonşu bucaqlar deyilir. === Tamamlayıcı bucaqlar === Tamamlayıcı bucaqlar α + β = 90 ∘ {\displaystyle \alpha +\beta =90^{\circ }} İki bucaqdan birinin tərəfləri o birinin tərəflərinin tamamlayıcı yarım düz xətləri olarsa, onlar qarşılıqlı bucaqlar deyilir.
Bulbofillium cinsinə aid növlər
== Növləri == == A == == B == == C == == D == == E == == F == == G == == H == == I == == J == == K == == L == == M == == N == == O == {{SS|4| Bulbophyllum oblanceolatum King & Pantl. Bulbophyllum obliquum Schltr. Bulbophyllum obovatifolium J.J.Sm. Bulbophyllum obscuriflorum H.Perrier Bulbophyllum obtusangulum Z.H. Tsi Bulbophyllum obtusatum Schltr. Bulbophyllum obtusipetalum J.J.Sm. Bulbophyllum obtusum (Blume) Lindl. Bulbophyllum obyrnei Garay, Hamer & Siegerist Bulbophyllum occlusum Ridl. Bulbophyllum occultum Thouars Bulbophyllum ocellatum Cootes & M.A.Clem. Bulbophyllum ochraceum (Barb.Rodr.) Cogn. Bulbophyllum ochroleucum Schltr.
Bulbofillium cinsinə aid növlər/P-X
Əvvəli:
Buludun növləri
== Bulud == Havada həmişə müəyyən qədər su buxarı olur. Hava soyuduqda su buxarı birləşir, iriləşərək kondensasiyaya uğrayır. Su buxarının maye hala keçməsi prosesi su buxarının kondensasiyası adlanır. Su buxarı yer səthinə yaxın kondensasiya və sublimasiya etdikdə duman, sərbəst atmosferdə olduqda isə bulud yaranır. == Buludun növləri == Tərkibinə görə buludlar sulu, buzlu və qarışıq olur.Təsnifatına görə isə 3 qrupa, 10 formaya, yüzlərlə növə bölünür. === Laylı buludlar === Laylı buludlar-ilin soyuq dövründə 2000m hündürlükdə (2-3km-ə kimi) yaranır.Əsasən qışda üstün olur.Havanı tam təşkil edir.Mülayim havanın yuxarı qalxması ilə yaranır.3 forması var: laylı laylı-yağış yüksək laylı === Topa buludlar === Topa buludlar - 2-6km hündürlükdə yaranırlar.Topa buludlar yayda, yazın sonu və payızın əvvəlində daha çox olurlar.Yaranmasına səbəb qızmış isti havanın sürətlə yuxarı qalxmasıdır.4 forması vardır: topa topa-yağış topa-laylı yüksək topa === Lələkvari buludlar === Lələkvari buludlar - 6km-dən hündürdə (10-12km) yaranır. Qışda üstün olur.
Cumanci: Növbəti mərhələ (film, 2019)
Cumanci: Növbəti səviyyə (ing. Jumanji: The Next Level) — film 2019-cu ildə ABŞ-də çəkilib. Macəra, fantastika, fantaziya və komediya janrlarındadır. == Məzmun == Spenser dostlarından gizli olaraq, əvvəlki filmin sonunda məhv edilən Jumanji video oyununun fraqmentlərini saxlayıb və babasının evinin zirzəmisində video oyunun konsolunun təmirinə başlayıb. Spenserin dostları onu ziyarətə gedərkən Spenserin itkin düşdüyünü və oyunun davam etdiyini aşkar edirlər. Dostları onu xilas etmək üçün yenidən Cumanciyə girməyə qərar verirlər. Bu zaman evdə olan Eddi (Spenserin babası) və Maylo Uoker səs-küy eşidirlər və onlar da təsadüfən oyuna daxil olurlar. Yeniyetmələr Eddi və Maylonun yeni oyundakı avatarlarına alışmalarına, Spenserin tapılmasına və yenidən Cumancidən qaçmasına kömək etməlidirlər. == İstinadlar == == Xarici keçidlər == Sony Pictures səhifəsi Cumanci: Növbəti mərhələ — Internet Movie Database saytında.
Cumanci: Növbəti səviyyə
Cumanci: Növbəti səviyyə (film, 2019)

Digər lüğətlərdə

-ячк-(а) ве́шка нарколо́гия переле́пка прома́лчивать пуши́ночка фехтова́ть носа́тенький нумизма́т размягчённость скабрёзность хлопкопу́нкт жокей хирый both ... and dispersal point dramatis personae fanzine flash point grippe hopsack septennate shipboard литовка хаотический