növbələndirmək
növbələnmək
OBASTAN VİKİ
Növbələnmə
Növbələnmə (ing. interlacing ~ ru. чередование ~ tr.örgülü tarama) – rastr darama displeyində istifadə olunan texnologiya; burada elektron şüası elektron görüntüsünün bütün tək sətirlərini bir keçiddə, bütün cüt sətirləri isə növbəti keçiddə təzələyir. Növbələnmə ekranın fosfor örtüyünün görüntünü qısa zaman müddətində “saxlamaq” xassəsinə, eləcə də insan gözünün işığın parlaqlığındakı sezilməyən fərqlərin ortalanması və ya qatışdırılması bacarığına əsaslanır. Növbələnmədə təkcə ekranda əks etdirilən sətirlərin sayı iki dəfə azalmır, həm də zaman vahidində ekrana verilən (çıxarılan) informasiyanın həcmi iki dəfə azalır. Yəni, əgər ekranın şaquli açılış tezliyi 60 Hs isə, onda ekranın hər bir ayrıca sətri yalnız saniyədə 30 dəfə yenilənir, ancaq, bununla belə, yenilənmə tempinin bir saniyədə 60 dövrə ekvivalentliyi təmin edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnterlivinq, növbələnmə
İnterlivinq, növbələnmə ( ing. interleaving ~ ru. интерливинг, чередование ~ tr. araya ekleme) – diskdə ardıcıl oxunan sektorların yanaşı yerləşməsinin vacib olmamasına əsaslanan təşkilat forması. Disk (xüsusən, sərt disk), adətən, elə sürətlə fırlanır ki, oxuma-yazma başcığı növbəti sektorun üzərində olanadək kompüter əvvəlki sektorun verilənlərini emal edib qurtara bilmir. Ona görə də ardıcıl oxunan sektorların elə yerləşməsindən istifadə olunur ki, kompüter verilənləri emal etməyə hazır olduqda lazım olan sektorun həmin an başçığın yanında olması ehtimalı böyük olsun. Məsələn, növbələnməsi 1-1 (arada heç bir sektor yoxdur) olan adi ardıcıllığın (1, 2, 3) əvəzinə, sektorları 3-1 növbələnməsi ilə (1, 12, 7, 2, 13, 8, 3, ...) yerləşdirmək olar (bu zaman ardıcıl sektorların arasında iki başqa sektor olur). Növbələnmə lazım olan sektorun orta gözləmə zamanını azaltmaqla, verilənlərə erişməni sürətləndirir. Sektorların növbələnməsi diski formatlayan utilit vasitəsilə, diskin verilmiş kompüterdə istifadəsi üçün təşkil olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Digər lüğətlərdə

дообсле́доваться костоло́мка пека́рничать прое́ктор рифма́чество сква́ттер сметливый упро́чить алеу́тка зу́бчик об плясово́й голоть куропатка chipboard geohygiene hematuria Mme. overfold pond-fish remand tubal дирижаблестроение истерика корточки